Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-965/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının N(106)-1613/N0N3 nömrəli N noyabr N0N3-cü il tarxili qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. N4 fevral N0N3-cü il tarixli raportun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı N3 fevral N0N3-cü il tarixdə icazəsiz iş yerini tərk etmiş və N4 fevral N0N3-cü il tarixdə iş yerinə gəlməmişdir;
3. N7 fevral N0N3-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı N3 fevral N0N3-cü il tarixdə Hərbi Hissənin ərazisini özbaşına tərk etmişdir;
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hi ssənin Həmkarlar İttifaqı Komitəsinin N7 fevral N0N3-cü il tarixli 4 saylı protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir;
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsi komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən N7 fevral N0 N3-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinə (bundan sonra - cavabdeh və ya Hərbi Hissə) qarşı məhkəməyə müraciət edərək, N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrin ləğv edilməsi, Hərbi Hissənin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 8 aprel N017-ci il tarixdə bağlanmış fərdi əmək müqaviləsinə əsasən Hərbi Hissədə “komanda məntəqəsinin ekspeditoru” vəzifəsinə təyin edilmiş, Hərbi Hissə komandirinin 10 aprel N018-ci il tarixli, N s aylı əmri ilə hərbi hissənin mənzil-istismar xidmətinin mühasibi vəzifəsinə keçirilmiş və 8 noyabr N019cu il tarixli, N saylı əmrlə hərbi hissənin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə keçirilmişdir. Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, N3 fevral N0N3-cü il tarixdə işdə olduğu zaman səhhətinin pisləşməsi səbəbindən ərizə yazıb iş yoldaşı XN vermiş və saat 9-30 radələrində hərbi hissənin ərazisini tərk etmişdir. Ümid Qaraşov da həmin ərizəni nizami hissəyə təhvil vermişdir. Lakin hərbi hissə komandiri ərizəyə imza etməyərək ona iki günlük icazə verməmiş və bir günlük icazə verilməsi barədə ərizə yazmasını bildirmişdir. Bu barədə Ümid Qaraşov günün sonunda ona məlumat vermiş və o, Ümid Qaraşovdan onun adından ərizə yazmağı və nizami hissəyə təhvil verməyi xahiş etmişdir. N4 fevral N0N3-cü il tarixdə hərbi hissənin təhqiqatçısı onunla telefon əlaqəsi saxlayaraq icazə almadan və raport vermədən hərbi hissənin ərazisini tərk etməsini bildirmişdir. Bundan sonra, Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmri ilə Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göstərdiyi kimi, o, xəstəliyi ilə əlaqədar Hərbi Hissənin ərazisini tərk etmişdir. Ona görə də, göstərdiklərini və himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ailənin yeganə qazan c gətirəninin onun olmasını nəzərə alaraq Hərbi Hissənin komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin ləğv edilməsi, Hərbi Hissənin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq "Qarabağ Dirçəliş” Fonduna və yaxud "Yaşat” Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı N3 fevral N0N3-cü il tarixində hərbi hissə komandirinin icazəsi olmadan hərbi hissəni təxminən saat 9:30-10:30 radələrində özbaşına tərk etmiş və tərk edərkən bu barədə heç kimə məlumat verməmişdir. Hərbi hissə komandirinin icazə vermədiyini bilməsindən sonra N4 fevral N0N3-cü il tarixdə saat 9:00 radələrində adından icazə raportu yazmasını və öz adından imzalayaraq Hərbi Hissənin komandirinə təqdim edilməsi üçün maddi-texniki təminat bölməsində mühasib vəzifəsində işləyən XN müraciət etmişdir. Aparılan gündəlik yoxlama zamanı aşkar edilmişdir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş, N4 fevral N0N3-cü il tarixində isə iş yerinə gəlməmişdir. N4 fevral N0N3-cü il tarixində hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi bir neçə hərbi qulluqçu və mülki işçinin şahidliyi ilə iddiaçıya zəng edərkən o, heç kimə məlumat vermədən hərbi hissəni tərk etməsini etiraf etmişdir. Ümumiyyətlə, iddiaçı iki gün ərzində işdə olmamışdır. Bununla əlaqədar N7 fevral N0N3-cü il tarixdə araşdırma aparılması üçün iddiaçının hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisinə izahat veril məsi üçün dəvət edilərkən o, emosiyalarına hakim olmayaraq səs-küy salmış, etiraz etmiş və N7 fevral N0N3-cü il tarixində saat 10:30 radələrində hərbi hissəni təkrarən özbaşına tərk etmişdir. Ümumiyyətlə, iddiaçı dəfələrlə əmək vəzifələrini kobud surətdə pozmuşdur. Belə ki, iddiaçıda məxfilik rejiminin pozulmaması və dövlət təhlükəsizliyinin qorunması məqsədilə qadağan edilmiş flaş kart aşkar edilmişdir. Həmçinin ona təhkim edilmiş metal möhürü itirməklə əmək fəaliyyəti üzrə kobud səhvə yol vermişdir. Bundan başqa, iddiaçı xəstəliyi ilə əlaqədar hərbi hissəni tərk etməsini bildirir. Belə olduğu halda, hərbi hissədə fəaliyyət göstərən tibb məntəqəsinə də müraciət edə bilərdi, lakin bunu etməmişdir.
9. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) N5 iyul N0N3-cü il tarixli, N(017)-1374/N0N3 saylı qətnaməsi ilə (hakim Rəşad Nuriyev) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməməklə yanaşı, cavabdehin təqdim etdiyi sübutların mötəbərliliyini mübahisələndirməmiş, cavabdeh isə öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı yalnız Hərbi Hissənin komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin qanunsuz olmasını və xəstəliyi ilə əlaqədar hərbi hissəni tərk etməsini bildirməklə kifayətlənmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları, həmçinin mübahisələndirilən əmrin qanuni olduğunu sübuta yet irmişdir.
11. İddiaçı xəstəliyi ilə əlaqədar hərbi hissəni tərk etməsini bildirərək məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 6 fevral N0N3-cü il tarixli və 8 fevral N0N3cü il tarixli tövsiyə vərəqələrini təqdim etsə də, məhkəmə həmin sənədləri sübut növü kimi qəbul etməmişdir. Belə ki, həmin sənədlər iddiaçının hərbi hissəni icazəsiz tərk etməzdən əvvəl tərtib olunmuşdur. Həmçinin iddiaçı xəstəliyi ilə əlaqədar hərbi hissədə fəaliyyət göstərən tibb məntəqəsinə də müraciət etməmişdir.
12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.N, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayə ti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işə ağlabatan müddətdə baxsa da, heç də, qərəzsiz olmamış, işin ədalətli araşdırılması hüququnu kobudcasına pozmuşdur. Cavabdehin hüquqları və qanuni mənafeləri birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə müdafiə edilsə də, bu müdafiə iddiaçıya münasibətdə baş verməmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı həqiqətən xəstəlikdən əziyyət çəkmiş, iş yerində olmaması üzrlü səbəblərdən ba ş vermişdir. Lakin bu hallar çox səthi araşdırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sahəvi qanunvericiliyin, yəni əmək qanunvericiliyin tələblərinə riayət edilməmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) N(106)-1613/N0N3 nömrəli N noyabr N0N3-cü il qətnaməsi ilə (Cahid İmanov - sədrlik edən və məruzəçi Pərviz Əhmədov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərinə münasibətdə qeyd etmişdir ki, dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz.
17. Kollegiya qeyd etmişdir ki əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
18. İşin materiallarından görünür ki, iddiaçının işdən xaric edilməsinin səbəbi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi olmuşdur. Bu da ə mək qanunvericiliyinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyini bildirsə də, buna dair müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin N-ci maddəsinin 1-ci hissəsinə, 3-cü maddəsinin 4 və 9-cu hissələrinə, 10-cu maddəsinə, 11-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin N-ci hissəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinə, 7N-ci maddəsinə, 80-ci maddəsinin 1 və N-ci hissəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır və qeyd edilmişdir ki, cavabdehin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası tərəfindən iş hərtərfli, obyektiv və ədalətlə araşdırılmamışdır.
22. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə, ”İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə, Əmək Məcəlləsinin 71-ci maddəsinə, 70-ci maddəsinin “ç” bəndinə, Azərbaycan Respublikasının tərəfdar çıxd ığı X1 “Kişi və qadın işçilər -ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyanın 3-cü və 7-ci maddələrinə, MPM-in N.1, 14.1, N17.1ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
24. Maddə 68, N-ci hissə “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
25. Maddə 70, “ç” bəndi. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 7N-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
26. Maddə 7N, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəs tələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
27. Maddə 80, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
28. Maddə 80, N-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə e dilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.N. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.N. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Mübahisəyə mahiyyət i üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğu üçün cavabdehin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməsi qanunvericliyə uyğun olmuşdur.
38. Kollegiya bildirir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli olan faktiki hallar sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar əsasında araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki ha lları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının N(106)-1613/N0N3 nömrəli N noyabr N0N3-cü il tarxili qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.