Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-966/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin Cavabdeh5 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6254/2024 nömrəli iş üzrə 27 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 7 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(002)384/2017 saylı qətnaməsinə əsasən, İddiaçı BOKT ASC-nin X5 və Cavabdeh5 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” barədə iddiası qismən təmin edilərək, X2 19.353,72 ABŞ dolları əsas, 5.183,24 ABŞ dolları faiz, 20 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 24.556,96 ABŞ dollarının manata məzənnədə İddiaçı BOKT ASC-nin xeyrinə tutulması; Cavabdeh5 məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi ev 25 ünvanda yerləşən 3 saylı mənzilin ixtisaslaşdırılmış açıq hərracdan satılması; həmin mənzilin satışından əldə edilmiş vəsaitdən 24.556,96 ABŞ dollarının manata məzənnədə İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi; satışdan götürülmüş məbləğ İddiaçı BOKT ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğin X2 İddiaçı BOKT ASC-nin xeyrinə tutulması; satışdan əldə edilmiş məbləğ İddiaçı BOKT ASC-nin tələblərindən artıq olarsa, artıq məbləğin Cavabdeh5 qaytarılması qət edilmiş və iddia qalan hissədə rədd edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2017-ci il tarixli, 2(103)5414/2017 saylı qətnaməsinə əsasən X3 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(002)-384/2017 saylı qətnaməsi cavabdeh X4 aid hissədə dəyişiklik edilmədən saxlanılmışdır. 3. xx.xx.2022-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nizami küçəsi 25 saylı evin 1ci girişində yerləşən 3 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı BOKT ASC-nin adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)2283/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh5 cavabdehlər "xxxx" MMCyə, İddiaçı BOKT ASC-nə və Bakı şəhəri, Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticəsinə dair yekun protokolun, alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)6325/2022 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh5 apellyasiya şikayəti təmin edilməm iş, iş üzrə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)-2283/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 may 2023cü il tarixli, 2(102)-2562/2023 saylı qərardadına əsasən iddiaçı Cavabdeh5 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)-6325/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanda yerləşən əmlak üzərində olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin tam şəkildə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı BOKT ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekunları barədə protokola və həmin tarixli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən 58.650 manata əldə edilmişdir. Sözügedən sənədlər əsasında İddiaçı BOKT ASC ünvan 3 ünvanda yerləşən 3 saylı mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış almışdır. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehə məxsus əşyalar mülkiyyətlərində olan Bakı şəhəri, Lökbatan qəsəbəsi Nizami küçəsi ev 25 ünvanda yerləşən 3 saylı mənzildədir. Həmçinin, “Elektron notariat” X1 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan göründüyü kimi, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə qeydiyyatdadırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, əmlakdan istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-18/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddianın təmin edilməsi, İddiaçı BOKT ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 25 saylı evin 1-ci girişində yerləşən 3 saylı mənzilin boşaldılması, cavabd ehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil qanunla müəyyən edilmiş qaydada məhkəmənin qanun qüvvəsini almış qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər həmin mənzildə yaşayırlar və orada qeydiyyatda qalmışlar. Belə olan halda onların həmin mənzilə istifadə hüquqlarının əldə edilməsini zəruri edən əsas artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə onların yaşayış sahəsin ə olan istifadə hüququnun itirilməsini istisna etmir
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh5 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-384/2017 saylı, 14 fevral 2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti iki dəfə açıq hərracda satı şa çıxarılmışdır. Lakin, ilkin, daha sonra təkrar hərracda əmlakın satışı baş tutmamışdır. “İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekunları barədə protokola və həmin tarixli alqı satqı müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən 58650 manata əldə edilmişdir. Sözügedən sənədlər əsasında İddiaçı BOKT ASC Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 25 ünvanında yerləşən iddiaçıya məxsus 3 saylı mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış almışdır. 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekununa dair protokol və həmin protolun hüquqi nəticəsi olaraq müqaviləsi, habelə həmin müqavilə əsasında cavabdeh ə verilmiş xx.xx.2022-ci il tarixli Çıxarış etibarsız hesab edilməlidir. Belə ki, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ona mülkiyyət hüququ əsasında məxsus olan ünvan 4 ünvanında yerləşən mənzil 92.000 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı BOKT ASC digər cavabdeh "xxxx" MMC ilə cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qəsdən ört-basdır edilərək (gizlədilərək) ona məxsus mənzil köhnə qiymət ilə, yəni 75000 manat dəyərində hərraca çıxarılmış və nəticə etibarı ilə mənzili aşağı dəyərdə hərrac yolu ilə maddi maraqlar qarşılığında iddiaçı bankın xeyrinə özgəninkiləşdirilmişdir. Qaradağ rayon İcra şöbəsi İddiaçı BOKT ASC və "xxxx" MMC ilə qabaqcadan qarşılıqlı razılığa gələrək yuxarıda qeyd olunan qanunsuzluqlar qəsdən göz yummaqla mənzilini tələbkar bankın balansına götürülməsində yardımçı olmuşlar. Eyni zamanda hərrac keçirilməsi haqqında cavabdeh hərrac mərkəzi tərəfindən qanuna müvafiq qaydada xəbərdar edilməmişdir. Hərracın yekununa dair protokol, həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış haqqında sonradan məlumatı olmuşdur. Qeyd etdiyi kimi ona məxsus mənzil ikinci dəfə qiymətləndirildikdən sonra icra məmuru tərəfindən o, tələbin könüllü icrası haqqında bildiriş verilmədən mənzili yeni qiymət yəni 92000 manatla deyil, köhnə qiymət ilə 75000 manatla hərrac yolu ilə satışı üçün sifariş verilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfində n hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. İddiaçıya hərracın keçirilməsi barədə bildiriş göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac və həmin hərrac əsasında mənzilinin iddiaçı bankın balansına keçməsi ‘İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Buna görə də hesab edir ki, yenidən qanunamüvafiq qaydada mənzilim 92000 manat dəyərdə hərraca çıxarılmalı və onun iştirakı ilə hərracın keçirilməsi təmin edilməlidir. Qeyd etdiyi hallardan heç birinə Bakı şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş və nəticə etibarı ilə əsasız qətnamə q əbul edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6254/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov sədrlik edən, məruzəçi, M.Məmmədov və F.Talışinski) Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-18/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlili hərracın nəticələrinin etibarsızlığı ilə bağlı olmuşdur. Qeyd olunan mülki mübahisə ilə əlaqəli məhkəmə kollegiyasının xx.xx.2022 il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)- 2283/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdehlər "xxxx" MMC-nə, İddiaçı BOKT ASC-yə və Bakı şəhəri, Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticəsinə dair yekun protokolun, alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)-6325/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)-2283/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 ma y 2023-cü il tarixli, 2(102)-2562/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh5 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)-6325/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6325/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)6325/2022 saylı qətnaməsindən iddiaçı Cavabdeh5 verdiyi kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi geri qaytarılmış və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə qərarına əsasən hərracın keçirilməs inin etibarsız hesab edilməsinə dair iddia təmin edilməmişdir.
16. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər isə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 153.4, 157.2, 157.4, 228.2-ci maddələrinə, habelə MPM-in 14.1,77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh5 kassasiya şikayəti verərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 13-cü maddənin İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə
29. Mülkiyyətçinin hüquqları qanunla qorunur.
23. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
25. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bil ər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. İddiaçının kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamə tam yoxlanıldı.
38. Kassasiya instansiyası məhkəməsi hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyi üçün, hazırki şikayətə yazılı icraat qaydasında baxılması qərara alınıb. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hərracın nəticələrinin etibarsızlığı üçün qanuni əsaslar yoxdur. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)- 2283/2022 saylı qətnaməsi ilə Cavabdeh5 "xxxx" MMC-nə, İddiaçı BOKT ASC-nə və Bakı şəhəri, Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticəsinə dair yekun protokolun, alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)-6325/2022 saylı qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)-2283/2022 saylı qətnaməsi dəyişiklik edilmədən sax lanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 may 2023-cü il tarixli, 2(102)-2562/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh5 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)-6325/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6325/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)6325/2022 saylı qətnaməsindən Cavabdeh5 verdiyi kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi geri qaytarılmış və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə qərarına əsasən hərracın keçirilməsinin etibarsız hesab edilməsinə dair iddia təmin edilməmişdir.
42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər isə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(103)-6254/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüv