Məhkəmə qərarları › İş №2(102)-967/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-967/2019

20.02.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-967/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-967/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Cavabdeh1 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (T.B.Axundov, iş2(004)-115/2017) iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs: X) qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilərək Cavabdeh1adına verilmiş seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, Novxanı bağ massivi 145 ünvanında yerləşən torpaq sahəsinə dair bağlanmış 21 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına 24 dekabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2018-ci il tarixli qətnaməsi ilə (T.S.Səmədov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və İ.S.Şirinov, iş 2(103)-4560/18) Bakı şəhəri, Yasamal ray on məhkəməsinin 28 dekabr 2017-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, iddiaçı X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Xnin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı X3 Cavabdeh1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 mülkiyyət ində olan seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, cavabdehin vəkili Vəkili dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1654/2015 say lı, 15 aprel 2015-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan aydın olur ki, Sumqayıt şəhər məhkəməsinin 17 may 2013-cü il tarixli qətnaməsi ilə (iş № 2(060)-2275/2013) Cavabdeh1 iddiası təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən 2.250 kvadrat metrdən ibarət 145 saylı bağ torpaq sahəsinin 1000 kvadratdan ibarət hissəsinə dair iddiaçı Cavabdeh1 ilə cavabdeh X5 arasında alqı-satqı müqaviləsi 1991-ci ildən etibarən bağlanmış hesab edilmiş, 145 saylı bağ torpaq sahəsinin 1.000 kvadratdan ibarət hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ tanınmış, qətnamənin Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerlə şən 2250 kvadrat metrdən ibarət 145 saylı bağ torpaq sahəsinin 1.000 kvadratdan ibarət hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın ərazi üzrə dövlət qeydiyyatının aparılması üçün əsas hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2014-cü il tarixli qətnaməsi ilə (iş № 2(105)723/2014) maraqlarına toxunan şəxslər X1 və X2 apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 17 may 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı bağ torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, plan və ölçünün verilməsi, mülkiyyət hüququnun tanınması tələbi təmin edilməmişdir. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə t reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən aydın olur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 145 ünvanında yerləşən 0.0993 ha torpaq sahəsi 25.09.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 72 saylı reyestr kitabının 35 saylı vərəqində ********** sayla qeydiyyata alımışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, 04 saylı notariat kontorunda reyestrdə 4Ə07/2770 sayla qeyd edilmiş AN-İ № ******* saylı, 21.12.2013-cü il tarixli müqavilənin surətindən aydın olur ki, Cavabdeh1, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 145 ünvanında yerləşən 0.0993 ha torpaq sahəsini 10.000 manata Cavabdeh2 satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 2 saylı ərazi idarəsinin **********16 saylı, 20.11.2015-ci il tarixli məktubunda Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 2250 kv.m-dən ibarət 145 saylı torpaq sahəsinin 1000 kv.m ibarət hissəsinin Cavabdeh1 adına qeydiyyata alınması barədə Sumqayıt şəhər məhkəməsinin 2(060)-2275/2015 saylı, 17 may 2013-cü il tarixli qətnaməsi əsasında mülkiyyət hüququ üzrə faktiki sahəsi 993 kv.m olan torpaq sahəsi Cavabdeh1 adına 25 sentyabr 2013-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, Sumqayıt şəhəri, 04 saylı notariat kontorunun 4Ə-07/2770 reyestr nömrəli, 21 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 24 dekabr 2013-cü il tarixində ********** qeydiyyat nömrəsi i lə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, torpaq sahəsinin digər hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumatın olmadığı göstərilir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-2275/2013 saylı, 17 may 2013-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən 2.250 kvadrat metrdən ibarət 145 saylı bağ torpaq sahəsinin 1000 kvadratdan ibarət hissəsinə dair iddiaçı Cavabdeh1 ilə cavabdeh X5 arasında alqı-satqı müqaviləsi 1991-ci ildən etibarən bağlanmış hesab edilmiş, 145 saylı bağ torpaq sahəsinin 1.000 kvadratdan ibarət hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ tanınmış, qətnamənin Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən 2250 kvadrat metrdən iba rət 145 saylı bağ torpaq sahəsinin 1.000 kvadratdan ibarət hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın ərazi üzrə dövlət qeydiyyatının aparılması üçün əsas hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmədən torpaq sahəsi 25.09.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 72 saylı reyestr kitabının 35 saylı vərəqində ********** sayla qeydiyyata alımış və bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış verilmişdir. Sumqayıt şəhəri, 04 saylı notariat kontorunda reyestrdə 4Ə-07/2770 sayla qeyd edilmiş AN-İ № ******* saylı 21.12.2013-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 145 ünvanında yerləşən 0.0993 ha tor paq sahəsini 10000 manata Cavabdeh2 satmışdır. Torpaq sahəsi sonucunun adına daşınmaz əmlakın dövlət reyestrində 24 dekabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)723/2014 saylı, 03 dekabr 2014-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 17 may 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı bağ torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, plan və ölçünün verilməsi, mülkiyyət hüququnun tanınması tələbi təmin edilməmişdir. İşdə olan AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1654/2015 saylı, 15 aprel 2015-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 k assasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab ol unur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və o na dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.4-ci maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, mülkiyyətçi özünə məxsus əmlaka dair qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla sərbəst surətdə sərəncam verə b ilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınması qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsi əsasında, qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından, onun həmin əmlak üzərində mülkiyyətçi hüquqları yaranmadığından, cavabdehlər arasındakı mübahisəli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd olunan qaydada təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzg ündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 24 may 2018-ci il tarixli, 2(103)-4560/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar