Məhkəmə qərarları › İş №2(102)-968/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-968/2019

07.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-968/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Bədəlov Emil Nizami oğlunun və nümayəndəsi x4 iştirakı ilə, iddiaçı x1-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(002)1289/2017 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddia tələbi təmin edilərək, x2ndan 4653 manat əsas borc, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 31 manat rüsum, habelə 30 manat ödənilmiş dövlət rüsumu məbləği, 24 manat notarial xərclər, ümumilikdə 4738 manatın tutularaq x1-nin xeyrinə ödənilməsi, x3 məxsus ünvan 1 mənzilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitdən 4738 manatın tutularaq x1-nə ödənilməsi, satışdan götürülmüş məbləğin x1-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin x2ndan x1-nin xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğin x1-nin tələbindən artıq olarsa, artıq məbləğin x3 qaytarılması, ipoteka predmeti satıldıqdan sonra x2, x3, x5 və x6 ünvan 1 mənzildən 1 ay müddətinə çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 2(103)-983/2018 saylı, 29 avqust 2018-ci il tarixli qərardadı ilə (hakimlər: X.Sarıyev, M.Məmmədov və E.Nağıyeva) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(002)-1289/2017 saylı qətnaməsi – “tutmanın x3 məxsus ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin boşaldılması” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-983/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Sarıyev, M.Məmmədov və E.Nağıyeva) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(002)-1289/2017 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə ləğv edil ərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin apellyasiya baxışının predmetində qalan hissədə qismən təmin edilməsi, x2ndan x1-nin xeyrinə 4653 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu, 24 manat sənədlərin təsdiq olunması üçün notariat xərci, cəmi 4707 manat məbləğində pul tutulması, iddia tələbinin apellyasiya baxışının predmetində qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manatın x2ndan tutularaq, Dövlət Xəzinədarlığı Agentliyi hesaba keçirilməsi qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-983/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x1-nin cavabdeh x2 arasında bağlanmış 24.05.2011-ci il tarixli, 045YHFK №-li kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 24 (iyirmi dörd) ay müddətinə, 21000 manat məbləğində kredit verilmişdir. Cavabdeh x2 ilə bank arasında bağlanmış 24.05.2011-ci il tarixli, 045YHFK №li “Kredit müqaviləsi”nin təminatı qismində, x3 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li çıxarışına əsasən mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 24.05.2011-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmış və buna əsasən Azərbaycan V Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin “İpoteka müqaviləsi” qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 26.05.2011-ci il tarixli, MA seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdeh x2ndan 4653 (dörd min altı yüz əlli üç) manat məbləğində əsas borc, ümumilikdə 4653 (dörd min altı yüz əlli üç) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum və 24 (iyirmi dörd) manat notarial xərclərin tutulub iddiaçı x1 xeyrinə ödənilməsi, ödəmənin x2 ilə bank arasında bağlanmış 24.05.2011 -ci il tarixli, 045YHFK №-li “Kredit müqavilələrinin təminatı qismində x3 mülkiyyət hüququ əsasında məxsus olan və banka ipotekaya qoyulmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* çıxarışa əsasən, ünvan 1 mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı x1-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normal arının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-983/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Bədəlov Emil Nizami oğlu və nümayəndəsi x4 kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini və nümayəndəsini dinləyib, kassasiya şikayətinin dəlillərin i müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 24 may 2011-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi, x2 x1 ilə illik 24 ay müddətinə, illik 24 faiz hesablanmaqla dövriyyə vəsaitinin artırılması və təmir üçün 21000 manat məbləğində kredit müqaviləsi bağlamışdır. İş materiallarında olan bildiriş məktublarının surətlərindən göründüyü kimi, x2na borcun ödənilməsi təklif olunmuş və əks halda borc ödənilməsi ilə bağlı müvafiq qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 31 yanvar 2017-ci il tarixli arayışdan göründüyü kimi, x2nun x1-yə ödənilməmiş əsas borcu 4653 manat təşkil edir. İş materiallarında olan 25 yanvar 2017-ci il tarixli ödəniş tapşırığı ndan göründüyü kimi, iddiaçı tərəfindən cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin p redmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun borcludan vəzifəsinin feasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə on un pozulması ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düş ən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, cavabdeh x2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Göründüyü kimi cavabdeh x2 tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh x2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 10 iyul 2018-ci il tarixli, 14459 saylı rəyindən görünür ki, iddiaçı x2nun 24 may 2013-cü il tarixə Banka olan faiz borcu 88,77 manat, 31.01.2017-ci il tarixə ödənilməmiş əsas borcu 5 322,10 manat müəyyən olunur. İş materiallarından görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən, 30 manat dövlət rüsumu və sənədlərin notariat qaydada təsdiq olunması üçün 24 manat məbləğində pul ödəmişdir. Buna görə də, iddia tələbi qeyd olunan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Şər h olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar