Məhkəmə qərarları › İş №2(102)-969/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-969/2023

10.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-969/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən və evdən çıxarılma, qanunsuz tikiliyə köçürülmə tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1718/2022 saylı mülki iş üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi (yaşayış məntəqəsi torpaqları təyinatlı) xx.xx.2011-ci il tarixdən X8 mülkiyyətində olmuşdur.

3. AR-İİ 539698 saylı, 30 dekabr 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X16 MA ******* saylı, xx.xx.2011-ci il tarixli reyestrdən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi və s. səlahiyyətləri 20 il müddətinə X11 etibar etmişdir.

4. AN-İ ******* saylı, 26 yanvar 2022-ci il tarixli alğı -satqı müqaviləsinə əsasən X16 nümayəndəsi X17 vasitəsilə MA ******* saylı, xx.xx.2011-ci il tarixli reyestrdən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsini 15000 manat müqabilində İddiaçı satmışdır.

5. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi (yaşayış məntəqəsi torpaqları təyinatlı) xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)4672/2021 nömrəli qətnaməsi ilə X17 və Cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar analarının himayəsinə verilmişdir.

7. Abşeron rayon İHB Saray qəsəbə İƏD üzrə Nümayəndəliyinin 21 fevral 2022-ci il tarixli arayışından görünür ki, Saray qəsəbəsi, Üzümçülük (Hüseyn Cavid) küçəsində y erləşən fərdi yaşayış evinə baxış keçirilmiş və Cavabdeh orada qeydiyyatsız yaşadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun övladları 2009-cu il təvəllüdlü X13 və 2013-cü il təvəllüdlü X5 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İlk iddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışla onun mülkiyyətindədir. Alğı-satqı zamanı aldığı torpaq sahəsind ə və orada yerləşən fərdi yaşayış evində olmuşdur. Ev sahibləri bildirmişlər ki, onlara bir az vaxt versin, evdə olan əşyaları boşaldıb evdən çıxacaqlar. Bundan bir müddət sonra oraya getmiş və orada Cavabdeh yaşadığını görmüş, sonuncuya bildirmişdir ki, torpaq sahəsini almışdır, tez bir vaxtda evi boşaltsın. Onun müraciətində cavabdeh ona bildirmişdir ki, getməyə yeri yoxdur. Yeni aldığı torpaq sahəsində yenidənqurma işləri aparmalıdır. Cavabdeh və onun övladları - 2009-cu il təvəllüdlü X13 və 2013-cü il təvəllüdlü X5 orada qalmaları bu işlərə maneçilik törədir. Cavabdeh hazırda mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən və üzərində yerləşən evdən çıxarılmalıdır.

10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları – xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X14 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sənədsiz evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, Elşad Bayramovla nikaha girdikdən sonra X1na məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 30 saylı evin 33 saylı mənzilinə gəlin köçmüşdür. Hazırda da həmin mənzildə pasport qeydiyyatındadır. X1 mülkiyyətçisi olduğu Sumqayıt şəhəri 13-cü mikrorayon, 30 saylı evin 33 saylı mənzilini satmışdır. Keçmiş həyat yoldaşının və qayınatasının ona verdiyi vədə görə onlar torpaq sahəsi alıb orada fərdi ev tikərək onu bu evə köçürməli idilər. Onlara inanaraq qeydiyyatda olduğu mənzildən çıxarılmasına razılıq vermişdir. X1 xx.xx.2011-ci ildə Bərdə rayonunun Şahvəlilər kəndində qeydiy yatda olan X7 etibarnamə əsasında Abşeron rayonu, Saray qəsəbəsində 0.02 ha torpaq sahəsi və orada sənədsiz tikilmiş ev alaraq onu oraya köçürmüşdür. O, hazırda həmin fərdi evdə uşaqları ilə birlikdə 11 ildir yaşayır. X24 arasında xx.xx.2008-ci ildə qeydə alınmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin 2(060)4672/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Həmin qətnaməyə əsasən birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X5 onun yanında qalması qət edilmişdir. Qayınatası T.Bayramov vəfat etmişdir. T.Bayramovun vəfatından sonra keçmiş həyat yoldaşı öz adına X7 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,2 ha torpaq sahəsinə görə etibarnamə almış və həmin ərazini qeyri-rəsmi yaşadığı İddiaçı adına özəlləşdirmişdir (xx.xx.2022-c i il tarixli, ********** reyestr nömrəli çıxarış). Həmin torpaq sahəsini mərhum qayınatası onun və iki övladı üçün almışdır. O, 2011-ci ildən bu ünvanda övladları ilə birgə yaşayır. Buna görə də İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi evə köçürülməsi barədə qətnamə qəbul olunmalıdır

12. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1844/2022 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsindən və üzərində yerləşən tikilidən həmin əmlaklara heç bir hüququ olmayan Cavabdeh uşaqları ilə birlikdə çıxarılm asını xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi əvvəllər X8 mülkiyyətində olmuş, o isə həmin əmlakı etibarnamə əsasında səlahiyyət verdiyi şəxs vasitəsilə 26 yanvar 2022-ci il tarixdə 15000 manat müqabilində İddiaçı satmışdır. Bu əmlakla bağlı onun adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Cavabdeh mübahisəli əmlaka dair heç bir hüququ olmadığından onun bu daşınmaz əmlaka köçürülməsi üçün əsas yoxdur və bu barədə qarşılıqlı iddia təmin edilə bilməz. İşin faktiki hallarından da görünür ki, Cavabdeh faktiki olaraq hazırda bu ünvanda yaşayır, yəni köçürülmə üçün zərurət yoxdur, əmlakın mülkiyyətçisi isə əmlakının boşaldılmasını tələb edir. Mübahisəli tikiliyə dair hüquqmüəyyənedici sənədlər olmasa da, i şin faktiki hallarından görünür ki, onun yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir və beləliklə, məhkəmənin qənaətinə görə bu tikiliyə münasibətdə onun qanuni gözlənti hüququ mövcuddur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı düzgün qaldırmadığı məhkəmə iclasının gedişində ona aydın olmuşdur. Həmin evdə 11 ildir ki, uşaqları ilə birlikdə yaşayır və həmin evə özbaşına və qanunsuz girməmişdir. Uşaqları da həmin evdə anadan olmuşlar. Ona görə də, mülkiyyətçi tərəfindən onun və uşaqlarının sözügedən evdən çıxarılması kompensasiya yolu ilə həyata keçirilə bilər. Evin mülkiyyətçisi isə yoxdur. Ev qanunsuz tikinti olduğu üçün dövlət qeydiyyatına alınmamışdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsində dəyişiklik etmək qərarına gəlmiş və məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məqsədi məhkəmə iclasını uzatmaq deyil, qarşılıqlı iddia ərizəsində dəyişiklik etmək idi. Məhkəmə onun teleqramını aldığını məhkəmənin qətnaməsində göstərmiş, lakin onun teleqramını aldıqdan sonra işin ba xılmasını təxirə salmaq əvəzinə iddiaya onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əgər məhkəmə ona iddia ərizəsinə dəyişiklik etməyə imkan versəydi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-cü maddəsinə istinad edərək “bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd”in zərərçəkmiş tərəfindən mübahisələndirilə bilər olması əsası ilə onun keçmiş əri X17 və onun qeyri-rəsmi arvadı İddiaçı qarşı Sumqayıt şəhər 1 saylı notariat ofisində bağlanmış 26 yanvar 2022-ci il tarixli, AN № ******* saylı daşınmaz əmlakın, yəni torpaq sahəsinin alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı reyestrdən “Çıxarış”ın ləğv olunmasını tələb edəcəkdi. Torpağın əvvəlki sahibi X16 06 may 2022-ci il tarixli izahatında xx.xx.2011-ci ildə torpaq sahəsini X6 etibarnamə əsasında satmasını, X12 vəfat etdiyi üçün onun varisi X11 yenidən 30 dekabr 2021-ci il tarixdə etibarnamə verməsini təsdiq etmişdir. Məhkəmə bunu qətiyyən araşdırmamışdır. Keçmiş əri və onun yeni arvadı pis niyyətlə razılığa gələrək guya Coşqunun torpaq sahəsini bu il 15.000 manata satması barədə yeni uydurma əqd tərtib etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsində göstərilir ki, “Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir”. X4 məhkəmə iclasına cəlb olunsaydı, bütün bu fırıldaqların və pis niyyətlərin üstü açılardı. Aydın olardı ki, nə üçün Coşqun Çə rkəzov əmlakını özü satmaq üçün notariat kontoruna getmir, gah mərhum qayınatama, gah da keçmiş ərinə etibarnamə verir. Coşqun Çərkəzovun nə üçün 2 dəfə notariat kontoruna gedib etibarnamə verməsi əvəzinə bir dəfə gedib əmlakını satıb pulunu almaması onun hələ 2011-ci ildə torpaq sahəsini və qanunsuz tikintini mərhum qayınatasına satmasını təsdiq edir. Bu həmçinin keçmiş ərinin ona və uşaqlarına qarşı pis və çirkin niyyətini, onların yeganə yaşayış yeri olan bu qanunsuz tikintidən də məhrum etmək məqsədini bir daha təsdiq edir

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1718/2022 nömrəli iş üzrə 5 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev - sədrlik edən və məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi yaşayış məntəqəsi torpaqları təyinatlı olmaqla, xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2022-ci il tarixli, A 711725 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

19. Qeyd olunan torpaq sahəsi üzərində yaşayış evi mövcuddur və ilk iddia üzrə cavabdeh uşaqları ilə birlikdə həmin evdə yaşamaqdadır.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində "mülkiyyət" anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə, "mülkiyyət" kimi qiymətləndirilə bilər. "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsini n əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə" malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 21. "Akimova Azərbaycana qarşı" 27 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndindəki "mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatlardan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət kimi qiymətləndirilə bilər. 22. "Akimova Azərbaycana qarşı" həmin işin hazırkı işdə əhəmiyyəti bundan ibarətdir ki, həmin iş üzrə Akimovanın mənzilə dair mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin mənzilə dair onun adına order verildiyindən və order qüvvədə olduğundan, order isə Akimovaya həmin evə mülkiyyət hüququ əldə etməyə imkan verdiyindən, Akimovanın həmin evlə bağlı hüquqları "mülkiyyət" kimi qiymətləndirilmiş, bununla da, Akimovanın həmin evlə bağlı hüquqları müdafiə olunmuşdur.

23. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir.

24. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq qismən təmin edilmişdir.

25. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. İlk iddia üzrə c avabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq dən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir.

26. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı verilmiş 03 fevral 2022-ci il tarixli, ********** reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunmasını ayrıca iddia icraatı qaydasında mübahisələndirmək hüququ vardır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68 və 11-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəli lləri

28. Bayramova (Hüseynova) Könül Qənimət qızı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, həmin evdə və torpaq sahəsində kassator və uşaqlarından başqa heç kəs yaşamamışdır. Coşqun Çərkəzovun başqa yerdə evi var və orada yaşayır. O, heç vaxt alğı-satqı ilə maraqlanmamışdır. İddiaçının dediyindən belə çıxır ki, o, kassatorun və uşaqlarının orada yaşadığını bilmiş və əşyanı yüklü qəbul etmişdir. Məhkəmənin qətnaməsindən görünür ki, alıcı əşyanın yüklü olduğunu, yəni kassatorun uşaqları ilə birlikdə həmin evdə və torpaq sahəsində yaşadığı nı bilmiş və əşyanı yüklü qəbul etmişdir. X2 üçüncü şəxslərin hüquqları ilə yüklü olmayan əşya verməsini tələb etməli idi və Coşqun Çərkəzova qarşı iddia qaldırmalı idi. Kassator həmin evə və torpaq sahəsinə Coşqun Çərkəzovun razılığı ilə girdiyi üçün o, kassatoru kompensasiya ödəməklə oradan çıxara bilərdi. Bunların heç biri məhkəmələr tərəfindən araşdırılmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi qətnamənin sonuncu səhifəsində kassatorun hərəkətləri nəticəsində 2 dəfə “Konvensiyanın pozulması” nəticəsinə gəlmişdir. Onun hər hansı bir hərəkəti nəticəsində Konvensiya deyil, onun hər hansı bir bəndi və ya müddəası pozula bilərdi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

32. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

33. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hans ı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

35. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şə rtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

38. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

39. Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

40. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

41. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. İşə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh sözügedən evə köçüb yaşadığı vaxtdan etibarən torpaq sahəsi onun ailə üzvü sayılan şəxslərin deyil, başqa bir şəxsin - Coşqun Çərkəzovun adına olmuşdur. Həmin şəxs tərəfindən torpaq sahəsinin və üzərində tikilmiş evin idarə olunmasına dair Cavabdeh qayınatası Teymur Bayramova etibarnamə verilmiş, qarşılıqlı iddiaçı isə sonuncunun şifahi razılığı əsasında orada yaşamışdır. Hazırkı məqamda torpaq mülkiyyətçisinin belə bir razılığı yoxdur. Belə olan halda, Cavabdeh evdən istifadə hüququ və digər əşya hüququ müəyyən edilməmişdir.

51. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, məhkəmələr cavabdehin çıxarılması istənilən torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olmasını və bu səbəbdən üzərindəki tikiliyə münasibətdə gözlənilən mülkiyyət hüququnu nəzərə alaraq, ilkin iddianı mülkiyyətin müdafiəsinə dair normalar çərçivəsində təmin etmişlər.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymə t verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1718/2022 saylı mülki iş üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar