Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-97/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı, X7 və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçı və vəkili Nümayəndə, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3276/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, xxx küçəsi, 52 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.08562 ha torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyətinin 6 nömrəli 05.01.1994-cü il tarixli sərəncamı, X2 razılıq ərizəsi və 1993-cü il tarixdə tərtib edilmiş texniki pasport əsasında xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydə alınmışdır. 5 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 4Ə-322 reyestr nömrəli 24.02.2018-ci il tarixli bağışlama müqaviləsinə və həmin notariusu tərəfindən təsdiqlənmiş bölgü sxeminə əsasən R.Ə.Quliyev özünə məxsus 0.08562 ha torpaq sahəsindən 0.0221 ha İddiaçı bağışlamışdır
2. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh 2002-ci ildən bəri övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahəsində yerləşən tikilidə yaşamamış, həmin evdə artırma ilə bağlı təmir işləri həyata keçirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı "bağ sahəsindən çıxarılması, tikilinin sökülməsi, tikinti materiallarının təhvil verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı – 28 yanvar 2004-cü il təvəllüdlü X5 ilə birlikdə idiaçının xüsusi mülkiyyətində olan xxx küçəsində yerləşən 0,0221 ha sahədən ibarət 52A saylı torpaq sahəsindən və həmin sahə üzərind ə inşa edilmiş tikilidən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi və tikinti materiallarının ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xxx küçəsində yerləşən 0,0221 ha sahədən ibarət olan 52A saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Onun həmin torpaq sahəsinə dair olan mülkiyyət hüququ 09 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və X tərəfindən mənə bu barədə Çıxarış da verilmişdir. Qeyd edilən torpaq sahəsi 24 fevral 2018-ci ildə əmisi X8 tərəfindən ona bağışlanılmış və həmin torpaq sahəsi ona bağışlanan zaman həmin torpaq sahəsi üzərində yaşayış evi olmuş, lakin yaşayış evi dövlət reyestrində qeydə alınmamışdır. Hal- hazır da Cavabdeh həmin torpaq sahəsi üzərində olan evdə yaşadığına görə o, mülkiyyətimdə olan torpaq sahəsinə daxil ola bilmir və əmlakından istədiyi kimi istifadə edə bilmir. O, dəfələrlə cavabdehə torpaq sahəsinin boşaldaraq ona təhvil verilməsini bildirsə də, cavabdeh tələbinə əhəmiyyət verməmişdir. Buna görə məhkəməyə müraciət etməyə məcbur edilərək hazırki iddia tələbini irəli sürmüşdür. O, həmin torpaq sahəsində inşa edilmiş tikilini söküb, yenidən layihələndirmə və rekonstruksiya işləri aparmaq, sonradan isə həmin tikilini yeni layihə üzrə dövlət reyestrində qeydə aldırmaq niyyətində olduğuna görə cavabdehin orada yaşaması ona bu iradəni həyata keçirməsinə mane olur.
5. Cavabdeh – İddiaçı, X7 və X qarşı "çıxarışın etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməs i, çıxarışın ləğv olunması”na dair iddia tələbi ilə müraciət edərək X tərəfindən X4 ünvan 1 ünvanında yerləşən 0.08562 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın və bu barədə verilmiş 05.10.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilərək ləğv olunması, Bxxx küçəsi 52 ünvanında yerləşən 0.0221 ha torpaq sahəsinə dair X7 ilə İddiaçı arasında 5 saylı Bakı ASAN xidmət mərkəzində bağlanmış 24.02.2018-ci il tarixli, 4Ə-322 reyestr nömrəli Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı verilmiş 09.04.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişdir.
6. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, 06.03.2002-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 28 yanvar 2004-cü il təvəllüdlü qızları X anadan olmuşdur. O, ailə qurduqdan sonra ünvan 2 ünvanında 0.025 ha torpaq sahəsinin işərisində yerləşən özbaşına tikilidə yaşamağa başlamışdır. 2005-ci ilin may ayından X9 ilə ailə münasibətləri pozulmuş və sonuncu yaşadıqları evi tərk edərək valideynlərinin evinə köçmüş, o isə azyaşlı qızı ilə həmin tikilidə qalmışdır. Suraxanı Rayon Məhəkəməsinin 30 avqust 2013-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı uşağın onun himayəsində qalması, həmin uşağın saxlanması üçün hər ay 200 manat miqdarında aliment tutulması qət edilmişdir. 2014-cü ilin əvvəllərində X1 Rayon Məhəkəməsində ona qarşı mənzildən və torpaqdan çıxarılması barədə iddia qaldırmış, laki n məhkəmənin 19.05.2014-cü il tarixli qətnaməsi ilə həmin iddia təmin olunmamış və bu qərar Bakı Apellyasiya Məhkəməsinin 15.10.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. O, ailə qurduğu vaxtdan mübahisəli tikilidə yaşayır, evin su, qaz və elektrik enerjisinin təchiz edilməsi ilə bağlı müqavilələr onun adına bağlanmışlar. Belə olan halda onun qeyd olunan tikiliyə üstünlük hüquqları nəzərə alınmamış və əvvəlki məhkəmələrin qətnamələri ilə müəyyən olunmuş halların ziddinə olaraq X4 mübahisəli torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmış, sonradan isə İddiaçı bağışlanmışdır.
7. Suraxanı Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraata birləşdirilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (A.Qasımov) 2(010)-474/ 2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək Cavabdeh 28 yanvar 2004-cü il təvəllüdlü X5 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan xxx küçəsində yerləşən 0,0221 ha sahədən ibarət 52A saylı torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması və həmin torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi qərara alınmış, iddia qalan hissədə təmin olunmamış, Cavabdehlər İddiaçı, X7 və X qarşı X tərəfindən X4 ünvan 1 ünvünında yerləşən 0.08562 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın və bu barədə verilmiş 05.10.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilərək ləğv olunması, X küçəsi 52 ünvanında yerləşən 0.0221 ha torpaq sahəsinə dair X7 ilə İddiaçı arasında 5 saylı Bakı ASAN xidmət mərkəzində bağlanmış 24.02.2018-ci il tarixli, 4Ə-322 reyestr nömrəli Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı verilmiş 09.04.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xxx küçəsi, 52 A saylı 0,0224 ha ibarət sahə tam mülkiyyət hüququ üzrə 09.04.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə dövlət reyestrində ********* nömrə ilə qeydiyyat aparılmışdır.
10. Cavabdeh torpaq sahəsinə dair özlərinin hüquqlarını təsdiq edən hər hansı sübut təqd im edilmədiyini, bununla da iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilinin özbaşına tikili olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı və orada inşa edilmiş tikili sökülməlidir.
11. Bununla belə, tikili söküldükdən sonra tikinti materiallarının iddiaçıya qaytarılması barədə iddia tələbinin qeyri-müəyyən olunduğunu və əsaslığının sübuta yetirilmədiyini nəzərə alaraq məhkəmə həmin hissədə birinci iş üzrə iddia tələbini əsassız hesab etmişdir və bu nəticəyə gəlir ki, həmin hissədə iddia rədd olunmalıdır.
12. Bu baxımdan məhkəmə Cavabdeh tərəfindən birinci iş üzrə gətirdikləri dəlillərini, eləcə də ikinci (birləşdirilmiş) iş üzrə iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir.
13. Belə ki, Cavabdeh iddia təl əbi üzrə mülki işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, xxx küçəsi, 52 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.08562 ha torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyətinin 6 nömrəli 05.01.1994-cü il tarixli sərəncamı, X2 razılıq ərizəsi və 1993-cü il tarixdə tərtib edilmiş texniki pasport əsasında X3 adına qeydə alınmış, 5 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 4Ə-322 reyestr nömrəli 24.02.2018-ci il tarixli bağışlama müqaviləsinə və həmin notariusu tərəfindən təsdiqlənmiş bölgü sxeminə əsasən X özünə məxsus 0.08562 ha torpaq sahəsindən 0.0221 ha İddiaçı bağışlamışdır
14. Daşınmaz əmlakın bağışlanması haqqında bağlanmış müqaviləsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu müqavilə ilə hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, biri di gərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını pozmamışdır, hazırkı vəziyyətdə bağlanmış bağışlama müqaviləsi həmin müqavilə üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna, eləcə də müqavilənin mühüm şərtlərinə uyğun olaraq, tərəflərin iradəsini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun olduğuna görə hazırkı iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əqdlərin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir.
15. Beləliklə də, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağlışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və qeyd olunan müqavilə bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən cavabdehə qarş ı irəli sürülmüş iddia tələbləri əsassız olduğuna görə rədd olunmalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.4, 157.8, 666.1-ci, Mülki Prossesual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3276/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-474/2020 saylı, 16 noyabr 2020- ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh qarşı "bağ sahəsindən çıxarılması, tikilinin sö külməsi, tikinti materialların təhvil verilməsi”nə dair iddia tələbi ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddiasının təmin edilməməsi, Cavabdeh iddia tələbinin “bağışlama müqaviləsinin etibarsızlığı”na dair hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh 2002-ci ildən bəri övladı ilə birlikdə Bxxx küçəsində yerləşən 0,0221 ha sahəsində yerləşən tikilidə yaşaması, həmin evdə artırma ilə bağlı təmir işləri həyata keçirməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə öz təsdiqini tapmış və bu faktlar İddiaçı tərəfindən mübahisələn dirilməmişdir. Belə ki, o, məhkəmə kollegiyasının iclasında sadalanan halları (Cavabdeh 2002-ci ildən bəri övladı ilə birlikdə xxx küçəsində yerləşən 0,0221 ha sahəsində yerləşən tikilidə yaşaması, həmin evdə artırma ilə bağlı təmir işləri həyata keçirməsini) izahatında təsdiq etmişdir.
20. Bundan əlavə, iddiaçı xxx küçəsi, 52 A saylı 0,0224 ha ibarət sahədə özbaşına tikilinin mövcud olmasını, cavabdehin azyaşlı övladı ilə həmin tikilidə yaşamasını və oradan istifadə etməsini (sahənin yüklü olmasını) bilmiş və 24.02.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən torpaq sahəsini əmisi X məhz həmin qaydada qəbul etmişdir.
21. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçı cavabdehin həmin ərazidən çıxarılmasını yalnız müvafiq kompensasiya ödəməklə tələb edə bilər.
22. Hazırkı halda isə id diaçının tələbi yalnız cavabdehin qeyd-şərtsiz torpaq sahəsindən çıxarılması ilə bağlı olduğundan iddia həmin hissədə təmin edilə bilməz.
23. Kollegiya iddiaçının “tikilinin sökülməsi, tikinti materiallarının təhvil verilməsi” tələbi ilə bağlı göstərmişdir ki, həmin tələb əsas, ilkin tələbdən asılı olan (törəmə) tələb olduğundan və əsas tələb də təmin edilə bilmədiyindən, iddiaçının qeyd edilən tələbi də əsassızdır və təmin edilə bilməz.
24. Əlavə olaraq, kollegiya cavabdehin apellyasiya şikayətinin digər dəlili – “bağışlama müqaviləsinin etibarsızlığı”na dair iddiasının təmin olunması ilə bağlı qeyd etmişdir ki, 5 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 4Ə-322 reyestr nömrəli 24.02.2018-ci il tarixli bağışlama müqaviləsinə və həmin notariusu tərəfindən təsdiqlənmiş bölgü sxeminə əsasən X özünə məxsus 0.08562 ha torpaq sahəsindən 0.0221 ha İddiaçı bağışlamış və qalan hissəyə dair 09.04.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır, beləliklə X ilə İddiaçı arasında bağlanan bağışlama müqaviləsi tərəflərin iradəsi əsasında qanuni şəkildə bağlanmışdır və onun etibarsız hesab olunması üçün hər hansı əsas mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
29. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində iş üzrə İddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
35. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)
36. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
37. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (maddə 666.1) Mülki Prossesual Məcəllə
38. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onla ra qiymət vermir. (maddə 407.2)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3276/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.