Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-97/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-97/2023 Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Bakı şəhəri, 18 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2463/2022 nömrəli mülki iş üzrə 20 iyul 2022-ci il t arixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı və ya Kredit təşkilatı) tərəfindən Cavabdeh (bundan sonra – birinci cavabdeh) 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit verilmiş, eyni tarixli ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus olan ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi (bundan sonra – ipoteka predmeti olan qeyri-yaşayış sahəsi) ipoteka ilə yüklü edərək, bankın tələb hüqu quna təminat vermişdir. İpoteka predmetinin likvid dəyəri 54000 manat qiymətləndiirlmiş, ipoteka daşınmaz əmlakların rəsmi reyestrində qeydiyyata alınmışdır və müvafiq çıxarış verilmişdir.
2. Cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmişdir. Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinə əlavə və dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinin l əğv edilməsi, həmin müqaviləyə əsasən cavabdehdən onun xeyrinə 15 noyabr 2021-ci il tarixinə yaranmış 41986.26 manat məbləğində, (18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 8094.10 manat dəbbə pulu) məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tutmanın ipoteka predmeti olan qeyri yaşayış sahəsinə yönəldilərək, açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmi ş, banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
5. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən təyin edilmiş "xxxx" MMC-si tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, cavabdehə məxsus ipoteka predmeti oaln qeyri-yaşayış sahəsinin 24 sentyabr 2021-ci il tarixinə bazar qiyməti 110000 manat, likvid dəyəri isə 100000 manat müəyyən edilmişdir.
6. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən ekspertiza keçirilməsindən imtina edilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilimiş, cavabdeh ilə iddiaçı arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdehdən kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 804 manat cərimə borcu olmaqla, cəmi 34696.16 manat iddiaçının xeyrinə tutulması, tələb cavabdehə məxsus olan ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiyməti 100000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, ipotekaya qoyulmuş cavabdehə məxsus olan ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə tutma yönəldikd ən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan cavabdehin mənzildən çıxarılması və həmin mənzilin onun tərəfindən boşaldılması, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilməsi, eyni zamanda 300 manat qiymətləndirmə xərcinin 50%, yəni 150 manat Cavabdeh, 50%, yəni 150 manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri qalmışdır.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən iddia qismən təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu tutulmalı, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği 10%-dək azaldılaraq cavabdehlərdən 809 manat cərimə tutulmalıdır.
10. Həmçinin tələb cavabdehə məxsus olan ipoteka ilə yüklü edilmiş qeyriyaşayış sahəsinə yönəldilməli, həmin mənzil ilkin qiyməti (likvid dəyər) 100000 manat olmaqla açıq hərracda satılmalı və satışdan əldə olunacaq məbləğ cavabdehin iddiaçıyaə olan borcunun ödənilməsinə yönəldilməlidir. Mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərz ində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxs mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 421.2, 427.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34, 36 və 59-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, qiymətləndirmə şirkəti tərəfindən rəy tərtib edilib məhkəməyə təqdim edildikdən sonra, işə baxana hakim tərəfindən məhkəmə iclası təyin edilməsi barədə tərəflərə (cavabdeh və onun nümayəndəsi və vəkilinə) rəsmi qaydada bildiriş və elektron bildiriş göndərməli olduğu halda göndərilməmiş, qərəzli şəkildə cavabdehin və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclası keçirilmiş və yalnız iddiaçının məhkəməyə təqdim etmiş olduğu borc barədə arayış və iddia tələblərinin həcminin artırılmasına dair ərizə əsasında qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin imperativ tələbləri (cəkişmə prinsipi) kobud və qərəzli surətdə pozulmuşdur. Halbuki, iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu maliyyə arayışı tərəflərindən mübahisələndirildiyi halda məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməli və borcun faizlər in məbləğləri və hesablanma qaydası qanunvericiliyə uyğun, müqavilə müddətində aparılıbaparılmadığı müəyyən edilməli idi.
14. Qətnamənin əsaslandırıcı hissəsinə də diqqət yetirdikdə məlum olur ki, işə baxan hakim tərəfindən məhkəmə qətnaməsi tam müfəssəl əsaslandırılmalı olduğu halda şablon və kortəbii şəkildə qətnamə tərtib edilmiş, qanunvericilik normalarının qətnaməyə köçürülməsi ilə kifayətlənmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən iddia tələblərinin təmin edildiyi hissədə hansı əsaslarla və hansı qaydada borc məbləğini hesablaması və dəyərləndirilməsi qeyri-müəyyən olaraq qalmışdır. Qətnamədə cavabdehin qeydiyyatda olduğu mənzildən çıxarılası, mənzilin boşaldılması qət edilmiş, lakin cavabdehin mənzilinin ipoteka predmeti olmadığı nəzərə alınmamışdır.
15. Apellyasiya instans iya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq еkspеrtizаsı təyin еdilmiş və ekspеrtizаnın kеçirilməsi Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə həvаlə еdilmişdir. Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 9/3569 nömrəli, 21 iyun 2022-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin ekspertiza qarşısında qoyulmuş sual üzrə müqavilənin müddətinin bitdiyi, yəni xx.xx.2021-ci il tarixinə olan ödənişlər nəzərə alınmaqla iddiaçıya olan borcu 23756,19 manat məbləğində mü əyyən edilir, o cümlədən: əsas borc üzrə 17583,29 manat; faiz borcu üzrə 6172,90 manat müəyyən edilir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2463/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), F.Talışinski və Q.Əsgərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməklə, əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat, faiz borcu isə 6172,90 (altı min bir yüz yetmiş iki manat, doxsan qəpik) manat müəyyən edilmişdir.
17. Məhk əmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh tərəf yalnız qeyd edilən hissədə mübahisələndirməklə həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir, iddiaçı isə qətnaməni mübahisələndirməmişdir
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 15 noyabr 2021-ci il tarixinə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu tələb etmiş və məhkəmə iddia tələbini əsas və faiz borcu hissəsində tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
19. Məhkəmə ekspert rəyini nəzərə almaqla hesab etmişdir ki, cavabdehdən 04 fevral 2019-cu il ta rixli 2019/00528 nömrəli kredit müqaviləsi üzrə tutulması müəyyən edilən 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu dəyişdirilməli və iş üzrə təyin edilmiş ekspert rəyi nəzərə almaqla həmin məbləğ əsas borc üzrə 17583,29 manat; faiz borcu üzrə 6172,90 manat müəyyən edilməlidir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulunun (cərimə) cavabdehin ödənilməmiş əsas borcuna uyğun olaraq cavabdehdən 804 manat cərimə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin mənzil ilkin qiyməti (likvid dəyər) 100000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğ cavabdehin "xx xx" BOKT MMC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxs mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
21. Bu halda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməklə, əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat, faiz borcu isə 6172,9 0 (altı min bir yüz yetmiş iki manat, doxsan qəpik) manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-iddia tələblərinin təmin olunduğu hissədə ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə ancaq borc və faiz hissəsində apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir. Halbuki, ipoteka predmetinin məhz qiymətləndirilmiş likvid dəyəri ilə hərraca çıxarılması hissəsi əsaslandırılmamışdır. Belə ki, ipoteka predmeti qiymətləndirilərkən həm də, ipoteka predmetinin real bazar qiyməti də müəyyən edilmişdir. Məhkəmə ipoteka predmetini açıq hərracdan satılması ilə bağlı qənaətə gələrkən satış dəyərinin real bazar dəyəri ilə deyil, məhz nə üçün likvid dəyəri ilə satışa çıxarılması hissəsini əsaslandırmamışdır. Apellyasiya şikayəti göstərilən dəlillərdən ipoteka predmetinin hərrac qiymətinin müəyyən edilməsi ilə bağlı tərəfindən qeyd edilən hallara məhkəmə heç bir münasibət bildirməmişdir.
24. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən nəticə hissəsində tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia tələblərinə qiymət verərkən qeyd etmişdir ki,... əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cava bdeh mənzildən çıxarılsın və həmin mənzil onun tərəfindən boşaldılsın. Halbuki, cavabdeh tərəfindən qeydiyyatda olduğu mənzil ipoteka ilə yüklü edilməmişdir. Apellyasiya instansiya məhkəməsi də, işi araşdırmamış, həmin fakta əsaslanmışdır.
25. Həmin hallara apellyasiya instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmiş, apellyasiya instansiya birinci instansiya məhkəməsi tərəfindən yol verilən nöqsanlar tam araşdırılmadan eyni tərzdə saxlamışdır. b)
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi ö hdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
29. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
30. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutma nın yönəldilməsi hüququnu verir.
31. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
32. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına ça tmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yön əldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya şikayətinin dəlilləri üzrə a pellyasiya həddini düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluğa yol vermiş və qeyd edilən pozuntu düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.
45. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd edilir ki, hədlərə qiymət verməmişdən öncə ilk növbədə apelyasiya qaydasında verilən şikayətin obyekti və predmeti aydınlaşdırılmalıdır. 46. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsində icraa ta dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apelyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apelyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. 47. Göründüyü kimi, qərarda qətnamənin tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsaslılığı şübhə altına alınmayan hissədə ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir. 48. Bununla yanaşı, Konstitusiya Məhkəməsi eyni qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apelyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etir azlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. 49. Şikayətin predmeti dedikdə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.
50. Hazırki iş üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətindəki dəlilləri borc məbləğinin düzgün hesablanmaması, ipoteka qoyulmuş əmlakın boşaldılması hissəsi ilə bağlı olmuş, borcun qətnamə ipoteka predmetinə yönəldilməsi, ipotekanın satış qiyməti və s. hissələr barədə hər hansı dəlil irəli sürülməmişdir.
51. Apellyasiya məhkəməsi isə qətnaməni iddianın təmin edilən hissədə yoxladığını, qeyd etmiş, bu zaman yalnız əsas borc və faiz məbləğinin dəyişdirilməli olduğu qənaətinə gəlmiş, apellyasiya şikyətindəki dəlillərə əhəmiyyət vermədən ipoteka predmeti qeyri-yaşayış sahəsi olduğu halda, birinci instansiya məhkəməsinin qətnaməsində yol verdiyi səhvi təkrarlamaqla, “əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan cavabdehin mənzildən çıxarılması və həmin mənzilin onun tərəfindən boşaldılması”hissəsində qətnaməni düzgün hesab etmiş, qətnamənin əsas borc və faiz məbləği istisna olmaqla, iddianın təmin edilən digər hissələrinin dəyişdirilmdən saxlanılmalı olduğunu əsaslandırma hissəsində göstərmiş, nəticə hissəsində isə yalnız əsas borc və faiz hissəsində qətnaməni dəyişdirmiş, qalan hissələrə münasibət bildirməmişdir.
52. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
53. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
54. İnsan Hüquq ları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermədiyindən və tərəflər arasında mübahisəni tam həll etmədiyindən qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
56. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2463/2022 nömrəli mülki iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.