Məhkəmə qərarları › İş №2(102)-97/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-97/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-97/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-97/2024 (Açar sözlər: pay torpaq sahəsindən çıxarılma, mülkiyyətin müdafiəsi, işə eyni tərkibin hakimi tərəfindən təkrar baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pay torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107 )-100/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) və cavabdeh Solmaz (Qazaxova) Çerçiyeva (Vəkil2) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Torpağa mülkiyyət hüququna dair JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 07 nömrəli qərarı ilə Meşəşambul kənd sakinləri İddiaçı, X7 və X1 təsərrüfatı təyinatlı 1,14 ha torpaq sahəsi verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışa əsasən, Balakən rayonu Meşəşambul kəndində, Bələdiyyə mülkiyyətində və istifadədədə ol an 0,0207 ha torpaq sahəsində yerləşən 292,50 kv.m. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.

3. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-767/2019 nömrəli, 14 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-511/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində ilk icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı “pay torpaq sahəsindən çıxarılm a” tələbinə dair iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 6.500 manat kompensasiya verilməklə cavabdehlərin Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 19 may tarixli 07 saylı qərarı ilə ona və onun uşaqları-X8 və X4 Balakən rayonu Meşəşambul kəndində ərazisindən 1,14 ha pay torpaq sahəsi veirlmişdir. Kənd daxilində olan 422 A planşetdə qeyd olunan 2762,90 kv.m. torpaq sahəsinin 0,12 ha həyətyanı sahə kimi nəzərdə tutulmuş, lakin AİK-nın Meşəşambul kənd İƏD-si aparılan ölçü sənədlərində yol verdiyi texniki səhvlərə görə həmin həyətyanı sahə pay torpaq sahəsinin tərkibinə daxil edilməklə, Torpağın mülkiyyət hüququna dair JN-422, KOD 40109018 olan Dövlət Aktında rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində onun əri və qayınları tərəfindən 2 mərtəbəli yaşayış evi tikilmiş, 11 dekabr 2017-ci il tarixdə həmin ev tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi və evdən uzun müddətdir ki, o, və ailə üzvləri təyinatı üzrə istifadə edə bilmirlər. Həmin evdə birinci Cavabdeh1 ilə birlikdə oğlu Cavabdeh2 də yaşayırlar. Onlar həyətə və torpaq sahəsinə giriş qapısını bağlayaraq, nə onu, nə də onun ailə üzvl ərini həyətə buraxmırlar. Nəticədə evin və torpaq sahəsinin mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulur. Ona görə də 6.500 manat kompensasiya verilməklə cavabdehlərin Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən birinci Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir, 1996-cı ildən orada yaşayır və orada iki mərtəbəli ev inşa etdirmişdir. Oğlu Ruslanla birlikdə həmin evdə yaşayır. Həmin ev pay torpağında tikildiyinə görə evə dair sənə d verilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Ona görə də hazırkı iddianın hüquqi əsası aradan qalxmışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Balakən Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(019)-672/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilərək İddiaçı tərəfindən 6.500 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin iddiaçının mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndind ə yerləşən fərdi yaşayış evindən İddiaçı, X5 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 2762,90 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat:

8. Qətnamədən birinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-655/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Rövşən Rəfiyev (sədrlik edən və məruzəçi), Gündüz Abbasov və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı tərəfindən 6.500 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, iddiaçı tərəfindən birinci Cavabdeh1 3.500 manat və ikinci Cavabdeh2 3.500 manat olmaqla ümumilikdə 7.000 manat kompensasiya ödənməklə cavabdehlərin iddiaçının mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində yeni açılmış hal üzrə icraat:

10. Birinci cavabdeh X6 yeni açılmış hala dair ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək göstərmişdir ki, ona və oğlu Cavabdeh2 qarşı 6.500 manat kompensasiya ödənilmək şərti ilə Balakən rayonu, Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, 2762,90 kv.metr torpaq sahəsindən çıxarılması üçün əsas olmuş İddiaçı adına olan RX seriyalı, ******* saylı 11 dekabr 2017-ci il tarixdə çıxarış qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə etibarsız hesab edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 13(102)496/2019 nömrəli, 11 fevral 2020-ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdi r.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)-1/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarı ilə Solmaz Çerçiyevanın ərizəsi təmin edilərək, Balakən Rayon Məhkəməsinin 2(019)-672/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli qətnaməsi və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-655/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.

13. Qərar onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)672/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli qətnaməsinin və həmin qətnamədən verilmiş apelyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin 2(107)-655/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qə tnaməsinin qəbul edilməsinə əsas olan İddiaçı adına verilmiş 11 dekabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Bu hal isə özlüyündə məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici material olmaqla məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsasdır. Birinci instansiya məhkəməsindəki ikinci icraat:

14. Balakən Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(019)-739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdu r ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kvadratmetr olan fərdi yaşayış evi və 0,0207 ha torpaq sahəsi üzrə İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilmiş və bununla da həmin hüquqla bağlı reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilmişdir və bu da həmin qeydiyyatın ləğv üçün faktoloji və hüquqi əsasdır. Artıq həmin evə və torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları mövcud deyildir. Ona görə də İddiaçı həmin ev və torpaq sahəsi üzərində sərəncam vermək hüququ, hazırki halda 6.500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılması barədə iddia tələbi irəli sürmək barədə subyektiv hüququ mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1991/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) iddiaçı tərəfindən verilmi ş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kvadratmetr olan fərdi yaşayış evi və 0,0207 ha torpaq sahəsi üzrə iddiaçının xüsusi mülkiyyət hüquqlarının qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilmiş və bununla da həmin hüquqla bağlı reyes trin məzmununun qeyri dəqiqliyi sübuta yetirilmişdir və bu da həmin qeydiyyatın ləğv üçün faktoloji və hüquqi əsasdır. Artıq həmin evə və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyildir. Ona görə də İddiaçı həmin ev və torpaq sahəsi üzərində sərəncam vermək hüququ, hazırki halda 6.500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılması barədə iddia tələbi irəli sürmək barədə subyektiv hüququ mövcud deyildir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:

19. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xa hiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3406/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), İlqar Xələfov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qətnaməsi torpaq sahəsindən çıxarılma tələbinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın torpaq sahəsinə aid hissəsində apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqi qi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İddianın torpaq sahəsindən çıxarılma hissəsinin düzgün həlli üçün müəyyən xüsusatların tam və hərtərəfli araşdırılması üçün tərəflərə şərait yaradılmalı, evin iddiaçının ümumi mülkiyyətində olan torpaqda yerləşibyerləşmədiyi aydınlaşdırılmalı, JN422 nömrəli, xx.xx.1999-cu il tarixli dövlət aktının hüquqi qüvvəsində olduğu halda iddiaçının torpaq sahəsindən çıxarılma tələbinə qeyd edilən maddi hüquq normaları əsasında qiymət verilməli, bu zaman cavabdehlərin həmin sahədən istifadə etməkdə əsaslı mənafelərinin olub-olmaması da yoxlanılmaqla nəticəsindən asılı olaraq tələb qanuni və ədalətli şəkildə həll olunmalıdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:

22. İşə yenidən apelyasiya icraatı qaydasında ba xılarkən apelyasiya instansiya məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizаsı təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3986 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292.50 kv.m. olan fərdi yaşayış evi JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762,90 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir. JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2762,90 kv.m. torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı əkin sahəsidir.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-100/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rövşən Rəfiyev (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Günay Cavadova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin 2(019)-739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətinə verilmiş 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılmasının təmin edilməməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2in iddiaçının mülkiyyətinə verilmiş 2762,90 k v.m pay torpaq sahəsindən çıxarılmaları qət olunmuşdur.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılma aparılmadan, iş üzrə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kv.m. olan fərdi yaşayış evinin JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762,90 kv.m. torpaq sahəsinin sərhədləri daxilində yerləşibyerləşməməsini araşdırmadan, iş üzrə ekspertiza təyin edilmədən iddia tələbinin cavabdehlərin 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılması hissəsinin rədd edilməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaç ı həmin sahənin onun mülkiyyətində olduğunu və cavabdehlərin əşyaya qanunsuz sahiblik etməklə hüququna müdaxilə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən iddiaçının adına olan ******* nömrəli çıxarışın məhkəmə qərarı ilə etibarsız sayılması faktına istinad etmiş və belə nəticəyə gəlmişdir ki, həmin torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyildir. Halbuki, etibarsız sayılan həmin çıxarış 2762.90 kv.m. pay torpaq sahəsinin deyil, fərdi yaşayış evinin qeydiyyatı barədə olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən iddiaçı Vəkil1) və birinci cavabdeh (Vəkil2) kassasiya şikayətləri vermişlər.

26. İddiaçı kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qətn aməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Birinci cavabdeh kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

28. Maddə 19.1.3. Hakimin işə baxılmasına o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə yol verilmir.

29. Maddə 21.1. Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcl udur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər.

30. Maddə 21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun.

31. Maddə 23.3. Kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü-özünə etiraz təmin olunduqda, iş həmin məhkəməyə, başqa tərkibə verilir.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 416.1. Kassasiya instansi yası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfində n iddianın təmin edilməməsi hissəsində qismən, birinci cavabdeh tərəfindən isə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının kobud pozuntusuna yol verildiyindən kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasi bətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

43. Hazırki mülki işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılan zaman müəyyən edilmişdir ki, ilk dəfə işə baxmış birinci instansi ya məhkəməsinin qətnaməsindən birinci cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya instansiyası məhkəməsində birinci icraat zamanı hakim Rövşən Rəfiyevin sədrliyi və məruzəsi ilə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Daha sonra isə işə ikinci dəfə baxmış kassasiya instansiya məhkəməsi apelyasiya instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərək, işi ləğv edilmiş hissədə yeni apellyasiya baxışına göndərdikdən sonra da, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya instansiyası məhkəməsində üçüncü icraat zamanı yenidən hakim Rövşən Rəfiyevin sədrliyi və məruzəsi ilə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir.

44. Halbuki əvvəllər hakim kimi apellyasiya instansiyası məhkəməsində işin mahiyyəti üzrə baxılmasında iştirak etmiş hakim Rövşən Rəfiye vin təkrarən hazırki mülki işə mahiyyəti üzrə baxmağa Mülki Prosessual Məcəllənin 19.1.3 və 23.1-ci maddələrinə əsasən səlahiyyəti olmamışdır.

45. Mülki Prosessual Məcəllənin 418.4.1-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa ləğv edilməlidir.

46. Həmin Məcəllənin 418.5-ci maddəsinə görə bu Məcəllənin 418.4.1.-418.4.3-cü və 418.4.6 - 418.4.10-cu maddələrində nəzərdə tutulmuş halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

47. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-655/2018 nömrəli, 29 mart 2018-ci il tarixli, habelə 2(107)-100/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnamələrinin həm giriş və nəticə hissəsində işə hakim Rövşən Rəfiyevin sədrliyi və məruzəsi ilə baxıldığı qeyd olunduğundan, həm də qətnamələr sonuncu tərəfindən imzalandığı üçün, bu hal yekun məhkəmə aktı ləğv edilmədən aradan qaldırıla bilməz.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsində isə göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 49. “İnsan hüquqlarının və əsas azadlıqları nın müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

50. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, sonuncu dəfə işə baxmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işə baxmaq səlahiyyəti olmayan hakimin iştirakı ilə çıxardığından, bu hal kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq həmin məhkəmə aktının ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab ed ir ki, iddiaçı və birinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərində apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan həmin şikayətlər qismən təmin edilməli, apelyasiya insyansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

52. İşə yenidən baxılarkən apelyasiya məhkəməsi işə bundan əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl etməklə, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Birinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-100/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar