Məhkəmə qərarları › İş №2(102)-970/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-970/2019

04.02.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-970/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-970/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X4, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh3 vəkili Alməmmədov Nəriman Əli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2017-ci il tarixli, 2(103)9714/2017 nömrəli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, zəbt olunmuş torpaq sahəsindən çıxarılma və mülkiyyət hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək görülmüş işlərə görə 29790 manat puldan 271,8 kv.m torpaq sahəsinin pulunu çıxdıqdan sonra torpaq sahəsinin qarşılıqlı iddiaçıların adlarına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.R.Burcayev) 22 may 2017-ci il tarixli, 2(008)-489/2017 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh3 İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1ində yerləşən 0,50 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh3 üzərinə İddiaçı mülkiyyətində olan torpaq sa həsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulması, Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 5.000 manat mənəvi ziyanın tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) 15.11.2017-ci il tarixli, 2(103)-9714/2017 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 5000 manat mənəvi ziyanın tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdir ilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi barədə heç bir məhkəmə ekspertizası təyin edilmədən əsassız olaraq ilk iddia təmin olunmuşdur. Məhkəmə ekspertizasının təyin edilməsi barədə ve rdikləri vəsatətə heç bir münasibət bildirilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Alməmmədov Nəriman Əli oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak İddiaçı vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, məzmunundan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində mübahisələndirilir. Odur ki, kollegiya hesab edir ki, qətnamə məhz həmin hissədə yoxlanılmalıdır. Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.11.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsini torpaq sahəsindən çıxarılma və maneələrin qadağan olunması tələblərinin təmin edilməsi hissəsində qüvvədə saxlamaqla maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməklə, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışın surətinə əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.50 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı çıxarışının surətinə əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.20 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 623 saylı, 16.07.2009-cu il tarixli sərəncamının surətinə əsasən, Cavabdeh1 və Cavabdeh2 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləş ən 0.20 ha torpaq sahəsində maye-qaz və yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışının surətinə əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.41 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dır. Abşeron rayon Məmmədli Bələdiyyəsinin 18 saylı 08.02.2017-ci il tarixli arayışının surətinə əsasən, ********** saylı 29.09.2016-cı il tarixli çıxarışa əsasən ünvan 1ində yeıiəşən 0,41 ha torpaq sahəsində tikilmiş əmlak kompleksi kimi müəssisə Cavabdeh3 məxsusdur. Həmin torpaq sahəsi 2009-cu ildə Cavabdeh1 və Cavabdeh2 satılmış və mülkiyyət hüququna dair reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi ilə maqistral avtomobil yolu arasında içməli su xətti çəkildiyinə görə Cavabdeh1 və Cavabdeh2 torpaq sürüşməsi ilə əlaqədar İddiaçı mülkiyyətində olan 0,0601 ha torpaq sahəsinə girmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 Aslan qızının mülkiyyətinə 2009-cu ildə, İddiaçı mülkiyyətinə isə 2012-ci ildə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinin **********52 saylı 16 may 2017-ci il tarixli məktubuna əsasən, ünvan 1i ünvanında 0,41 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh1 və Cavabdeh2 adına paylı (payları 1/2 hissə) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17.07.2013-cü il tarixdə 30801305/73202301 RX0223803 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bun dan sonra, Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 02.08.2013-cü il tarixli, 023/08/2013 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan 1/2 hissəsini Cavabdeh1 satmışdır. Həmin 0.41 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19.08.2013-cü il tarixdə **********32-12301 (RX 0230165) reyestri nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra Sumqayıt «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu C.M.Qasımov tərəfindən təsdiq edilmiş 15.09.2016-cı il tarixli 4Ə-3264 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan 0.41 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisəni Cavabdeh3 satmışdır. Həmin 0,41 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 29.09.2016-cı il tarixdə **********32-12304 (RX 0952636) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışının surətinə əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.41 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh3dur. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdi yyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 66-cı maddəsinin 1 və 2-ci bəndlərindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sa hələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə əsasən ilk iddia üzrə İddiaçı mülkiyyətində olan 0,50 ha torpaq sahəsi ilə ilk iddia üzrə Cavabdeh3 mülkiyyətində olan 0,41 ha torpaq sahələri yanaşı yerləşməklə sonuncunun mülkiyyətində olan torpaq sahəsinin üzərində yanacaq doldurma məntəqəsi inşa edilmiş, həmin yanacaq doldurma məntəqəsinin giriş-çıxış yolunun bir hissəsi ilk iddia üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş, qarşı tərəfin izahatı və qarşılıqlı iddiası ilə də bu halın müvcud olması öz təsdiqini tapmışdır. Hazırda Cavabdeh3 mülkiyyətində olan torpaq və üzərində inşa edilmiş yanacaq doldurma məntəqəsi ilk olaraq bərabər paylarla ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olmuş, məhz onların mülkiyyətində olduğu dövrdə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və daha sonra Cavabdeh2 özünə məxsus payı Cavabdeh1 satmışdır. 2016-cı ildə isə Cavabdeh1 mülkiyyətində olan əmlak kompleksini Cavabdeh3 sataraq özgəninkiləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində, Cavabdeh3 İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,50 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh3 üzərinə İddiaçı Məhəmnəd oğlunun mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinmək vəzifəsi qoyulması tələbinin təmin edilmiş hissəsi ilə razılaşmışdır. Kassasiya kollegiyası bu nəticə ilə razılşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 106.4-cü maddəsinə əsasən məhkəmə faktın et iraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. İstinad edilən prosessual hüquq normalarından göründüyü kimi, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi də qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir:- faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Kollegiya cavabdehlərin torpaq sahəsinin zəbt edilməsi faktının müəyyən edilməsini xüsusi bilik tələb edən məsələ olmasına rəğmən, yalnız cavabdeh tərəfin izahatları əsasında, bunun başqa obyektiv sübutlarla təsdiq edilmədiyinə baxmayaraq işin müəyyən edilmiş halı kimi qiymətləndirilməsini istinad edilən p rosessual qanunvericiliyin tələbləri baxımından qanunazidd hesab edir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (***şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olm adığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilibedilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə sübutların qəbuledilənliyi və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, prosessual qanunvericiliyə zidd olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə (xüsusi bilik tələb edən araşdırma əsasında) təsdiq edilməli olan işin hallarını (torpaq sahəsinin zəbt edilməsini) yalnız cavabdeh tərəfin izahatları ilə sübut edilmiş hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə qənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan əsassız nəticəyə gəlmişdir. Eyni zamanda qeyd edilməlidir ki, qətnamə aydın olmalıdır və icrası real olmalıdır Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrı tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Hazırki halda isə birinci instansiya məhkəməsinin qətnaməsində Cavabdeh3 İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1ində yerləşən 0,50 ha torpaq sahəsindən çıxarılması qət edilsə də, çıxarılmalı hissənin koordinatları, ölçüləri (eni, uzunluğu) qətnamədə qeyd edilməməklə gələcəkdə qətnamənin icrasını qeyrimüəyyən etmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2017-ci il tarixli, 2(103)-9714/2017 nömrəli qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilsin, işə həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar