Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-972/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 25 fevral 2019-cu il İş № 2(102)-972/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vəkili X1, Cavabdeh1 vəkili X2 iştirakı ilə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən birlikdə və Cavabdeh1 tərəfindən ayrılıqda Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103 )-10342/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Ramil Həsənov) 2(010)-8713/2016 saylı iş üzrə 27 oktyabr 2016-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 ilə İddiaçı arasında 31.03.2016-cı il tarixdə AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş ünvan 3-ə dair 22.06.2016-cı il tarixli, RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi qət edilmişdir Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Aygün Abdullayeva) 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti t əmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 27 oktyabr 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) 14 noyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Vəliyev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Əflatun Qasımov) 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Suraxanı rayon məh kəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia tələbi rədd edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında 31.03.2016-cı il tarixdə AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş ünvan 3-ə dair 22.06.2016-cı il tarixli, RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi, Cavabdeh1 30000 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İlqar Xələfov sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) iş üzrə 18 iyul 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasnın 14 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov- sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsinə isifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddiası təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməsi və cavabdehlər həmin mənzildən çıxarılması qət edilmiş, Cavabdeh1 İddiaçı qar şı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 2 ünvanına istifadə hüquqlarının itirilməsi, cavabdehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun adınadır. Belə ki, həmin mənzili Cavabdeh1 31 mart 2016-cı il tarixdə 54 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏD RX tərəfindən ******* saylı çıxarışa əsasən həmin mənzil onun adına qeydiyyatdan keçmiş və onun şəxsi mülkiyyətindədir. Həmin mənzil ona satılarkən cavabdehin həyat yoldaşı və ailə üzvləri heç bir etiraz etməmişlər və bu barədə notariat kontorunda yazdıqları ərizələri vardır. Cavabdehlər hazırda da ona satdıqları mənzildə yaşamaqda davam edirlər və mənzili boşaltmaq istəmirlər. Cavabdehlər nə mənzilin pulunu qaytarırlar, nə də mənzili boşaltmırlar. Cavabdeh1 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla iddiaçı arasında 31.03.2016-cı il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək İddiaçı adına olan 22.06.2016-cı il tarixli, RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəsinin çətin maliyyə vəziyyəti ilə əlaqədar olaraq 8000 manat məbləğində kredit götürmək qərarına gəlmişdir. Kredit götürmək üçün müxtəlif banklara müraciət etmiş, lakin banklardan onlara kredit məbləğini ABŞ dolları məzənnəsi ilə təklif etmələri səbəbindən imtina etmişdir. Krediti düzəltmək adı ilə o, X5 ilə tanış olmuş, həmin şəxs onu və ailəsini aldatma yolu ilə ünvan 3 ünvanında yerləşən mənzil ilə bağlı alqı-satqı müqaviləsini rəsmiləşdirməyə vadar etmişdir. Əslində isə onun fikri mənzili girov qoyub borc pul götürmək olmuşdur. Dostu Emin ona təklif etmişdir ki, Gözəl adlı tanıdığı bir qadın var, faizə pul verir. Lakin pulun qarşılığı nda evi girov qoymaq lazımdır. Mənzil atasının adına olduğuna görə o, ilkin olaraq mənzili öz adına keçirmişdir. Daha sonra isə Eminin təklifinə əsasən notariusa gedib müqaviləni imzalamışdır. Belə ki, dəyəri 80000 manat olan mənzili alqı-satqı müqaviləsinə əsasən 30000 manata satmışdır. Alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq heç 30000 manat məbləğində ona pul verilməmişdir. Evinin qarşılığında Emin Gözəldən aldığı puldan cəmisi 8700 manat ona pul vermişdir. Qalan pulu nə Emin, nədəki Gözəl ona verməmişdir. Dələduzluq faktı ilə bağlı ailəsi Nəsimi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin işlə bağlı Polis İdarəsində araşdırma var. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etira z: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018- ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 digər cavabdehlərdən ayrılıqda kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iş də olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Onun niyyəti mənzilin kiməsə satılması deyil, götürdüyü borc pula görə mənzili girov qoymaq olmuşdur. Həmin müqavilə görünüş üçün bağlanmışdır. Dələduzluq faktı ilə bağlı ailəsi Nəsimi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda həmin işlə bağlı araşdırma gedir. Hesab edir ki, 31 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsi və verilmiş Çıxarış etibarsız hesab edilməlidir. Mənzili satmaq niyyətinin olmamasına baxmayaraq apellyasiya instansiya məhkəməsi qərəzli mövqe tutaraq hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vəkili X3 və Cavabdeh1 vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübu t kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh tərəfin vəkillərinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilə n hallarından görünür ki, 31.03.2016-cı il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq edilmişdir. Müqaviləyə görə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsindəki 1 saylı evin 34-cü mənzilini 30000 manata İddiaçı satmışdır. Alqı-satqı müqaviləsi əsasında sonuncunun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra İddiaçı keçmiş mülkiyyətçi Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildən çıxmalarını tələb etsə də, sonuncular mənzili könüllü tərk etmək istəmədiklərindən F.Həsənov 15.07.2016-cı il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmış və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi, əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 da öz növbəsində ilk iddiaya qarşı qarşılıqlı iddia verərək 31.03.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitə rəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında notariatda təsdiq olunmuş müqavilə bağlanmış, müqaviləni onlar şəxsən imzalamış və satıcının ailə üzvləri mənzilin məhz satılmasına etiraz etməmələri barədə notariat orqanına ərizə vermişlər. Alqı-satqı müqaviləsinin 20-ci bəndində Mülki Məcəllənin alqı-satqı münasibətlərini tənzimləyən müddəaların məzmunu və müqavilənin doğuracağı hüquqi nəticələr tərəflərə izah olunmuşdur. Mübahisəli mənzilin alqı-satqısına dair notariat işi 54 saylı notariat kont orundan tələb edilməklə tədqiq olunmuş və müəyyən olunmuşdur ki, mənzilin müqavilədə göstərilən məbləğini təşkil edən 30000 manat notariusun bankdakı depozit hesabına keçirilmiş, bununla da həmin məbləğ satıcıya ödənilmişdir. İlkin iddia üzrə cavabdehin etibarsız hesab edilməsini tələb etdiyi 31.03.2016-cı il tarixli alqı-satqı müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmununa uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Əksinə, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində, cavabdehlə notarial qaydada bağladığı alqı-satqı müqaviləsinin həqiqi iradəsinə uyğun olmadığını qey d etsə də, mübahisəsi gedən əmlak barədə İddiaçıla alqı-satqı müqaviləsi bağlamağa və əmlakı onun adına keçirməyə razılıq vermiş, notariat kontorunda əməliyyatın həyata keçirilməsi üçün zəruri olan sənədləri hazırlayaraq əməliyyatın rəsmiləşdirilməsi üçün notariusa müraciət etmiş və bu iradəsini notariat kontorunda da sərgiləyərək mübahisələndirdiyi əqdi könüllü şəkildə imzalamışdır. Bu isə o deməkdir ki, onun hər bir halda əmlak üzərində sərəncam vermək niyyəti olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 31.03.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması tələbi və həmin tələbdən törəyən digər tələblər, bu tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Çü nki yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçıla bağlanmış alqı-satqı müqaviləsinə dair hüquqi proseslər barəsində qarşılıqlı iddia üzrə iddiaçı tam sərbəst şəkildə hərəkət edərək əmlakın müqəddəratı barədə iradə ifadəsini bəyan etmiş, bu iradə ifadəsi əsasında isə əmlak özgəninkiləşdirilmişdir. Mübahisəli mənzili 30000 manata satması, onun real bazar qiymətinin hətta bundan daha çox olması, alqı-satqının 30000 manat müqabilində rəsmiləşdirilməsinin məntiqsizliyi və bu halın müqavilənin formallığına dəlalət etməsi ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçının dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir. Çünkü əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əl aqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mül kiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspekt idir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Apellyasiya instansi yası məhkəməsi tərəfindən tələb edilərək öyrənilmiş notariat işinin materiallarından müəyyən olunmuşdur ki, ünvan 1-ü Cavabdeh1 mülkiyyətində olmuş, 31.03.2016-cı il tarixdə o, həmin mənzili iddiaçıya 30 000 manata satmaq istədiyi barədə notariat kontoruna ərizə ilə müraciət etmiş, mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5mənzilin satılmasına və müqavilədə nəzərdə tutulmuş müddətdə oranı tərk etməklə qeydiyyatdan çıxacaqlarına dair yazılı razılıq ərizələri vermiş, mənzilin dəyəri notariusun depozit hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdehlər, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanarkən üzərlərinə mənzildən istifadə hüquqlarından imtina ilə bağlı öhdəlik götürmüşlər və məhz bu səbəblə onların iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzildə hüqu qi əsaslar olmadan istifadə hüquqlarına sahib şəxslər kimi qalması, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət etmir. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxmaması nəticəsində iddiaçı öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli, obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə, Cavabdeh1 isə ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10342/20 18 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-972/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-972/2019
25.02.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver