Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-972/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi x74 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)-724/2009 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər x2na, x3n a, x4, x5, x6 JN 061 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin, x7, x8, x9, x10, x** JN ***7 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin, x12, x13 və ailə üzvləri x14, x15 və x** JN ***8 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 1,11 ha torpaq sahəsindən 6900,00 kv. metr əkin sahəsinin, x17, x18, x19, x20, x21, x22, x23, x** JN ***9 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 1,36 ha torpaq sahəsindən 7970,00 kv. metr əkin sahəsinin, x** JN ***9 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əs asında məxsus 0,17 ha torpaq sahəsindən 1014,00 kv. metr əkin sahəsinin, x** JN *** KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 0,54 ha torpaq sahəsinin, x** JN *** KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 5404,00 kv. metr torpaq sahəsinin, x** JN *** KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 5404,00 kv. metr torpaq sahəsinin, x** JN ***5 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 0,17 ha torpaq sahəsindən 1015,00 kv. metr əkin sahəsinin,x30, x31, x32, x33, x** JN ***8 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin, x35, x36, x37, x3 8, x** JN ***3 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin, x40, x41, x42, x43, x44, x** JN ***2 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 1,03 ha torpaq sahəsindən 6088,00 kv. metr əkin sahəsinin, x46, x47, x48, x49, x** JN ***7 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin,x51, x52, x53, x** JN ***6 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 0,69 ha torpaq sahəsindən 4057,96 kv. metr əkin sahəsinin, x55, x56, x57, x58, x59, x** JN ***4 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxs us 1,20 ha torpaq sahəsindən 7102,00 kv. metr əkin sahəsinin, x61, x62, x63, x64, x65, x** JN ***0 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 1,03 ha torpaq sahəsindən 6088,00 kv. metr əkin sahəsinin, x67, x68, x69, x** JN *** KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 2,16 ha torpaq sahəsindən 10400,00 kv. metr əkin sahəsinin, x71, x72, x73, x74, x** JN *** KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 2,70 ha torpaq sahəsindən 9400,00 kv. metr əkin sahəsinin, x76, x** JN ***8 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 1,08 ha torpaq sahəsinin x1na 14 aprel 2005-ci il tarixdə alqı-satqı qaydasında satmalarına dair aralarında bağ lanmış əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, həmin torpaq sahələrinin x1nun adına dövlət qeydiyyatına alınaraq reystrdən çıxarış verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin Xaçmaz Rayon Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. (hakim Füzuli Pənahov) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), T.Məmmədov və Ş.Abasov, 2(103)-2243/2019 saylı mülki iş) hazırki iş üzrə Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)-724/2009 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı x1nun cavabdehlər x2na və qeyrilərinə qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpa ğın mülkiyyətinə verilməklə adına reyestrdən çıxarış verilməsinə dair iddia tələbi təmin edilməmiş, iş üzrə aparılmış xətşünaslıq ekspertizasının dəyəri olaraq 124 (yüz iyirmi dörd) manat pul iddiaçının prosessual hüquq varisi x78 alınaraq aşağıdakı Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdehlər, Quba rayonu, Dağlı kənd sakinləri x2, x3, x7, x8, x12, x13, x25, x17, x18, x29, x30, x31, x35, x36, x40, x41, x46, x47, x51, x52, x55, x56, x61, x62, Quba rayonu, Alpan kənd sakinləri x69, x70, x71, x72, x57, x69, x73, x27 və x28 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə və onların ailə üzvlərinə məxsus torpaq sa hələrinə dair onunla cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi, həmin əkin sahələrinə onun mülkiyyət hüququnun tanınması və adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçının hüquqi varisi x74 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehlər x55, x35 və maraqlarına toxunan şəxs x75 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. İddiaçının hüquqi varisi və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın va xtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçı x1nun cavabdehlər x2 və qeyrilərinin arasında bağlanmış əqdi etibarlı hesab edərək həmin torpaq sahələrini iddiaçının mülkiyyətinə verilməsi və dövlət qeydiyyatına alınmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edib iddia tələbini təmin etməyən apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, 14 aprel 2015-ci il tarixli əqdi iddiaçı özü imzalamamış, həmin əqlərdən biri 22 may 2001-ci ildə ölmüş x51 adından imzalanmış, 14 aprel 2005-ci il tarixli müqavilələrdəki və iddia tələbini etiraf etmələri barədə ərizələrdəki imzaları cavabdehl ər və onun ailə üzvləri deyil, başqa şəxslər icra etmişlər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, digər cavabdehlər apellyasiya şikayəti verməsələr də, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual hüquq normalarının pozuntuları, ədalət məhkəməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçiriməsi prinsipi pozulduğu üçün qətnamə həm ölmüş şəxslərin mülkiyyətinə, həm də digər cavabdehlərə aid olan hissədə olmaqla bütövlükdə ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 387.2.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə ma ddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarından görünür ki, Məlikməmmədov Eldar Azər oğlu 33 nəfərdən ibarət müxtəlif ailələrin torpaq sahələrini 14 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satdıqlarını bildirmiş, həmin alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi və torpağın onun mülkiyyətinə verilməsinə dair iddia qaldırmış, Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qətnaməsi ilə cavabdehlərin iddianı etiraf etmələri təsdiq edilməklə A.Məlikməmmədovun iddiası tam təmin edilmişdir. Qətnamə icra edilmiş və məhkəmə qətnaməsi əsasında A.Məlikməmmədovun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Quba rayon Məhkəməsinin qətnaməsindən cavabdehlər x61, x62, x63, X64, x65, x66, x55, x56, x57, x58, x59, x60, x76, x77, x78, x79, x80, x81 apelyasiya şikayəti vermiş və ərizə ilə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdirlər. Quba Rayon Məhkəməsinin 2(027)-724/2009 saylı 30 iyul 2018-ci il tarixli qərardadı ilə cavabdehlər x61, x62, x63, X64, x65, x66, x55, x56, x57, x58, x59, x60, x76, x35, x78, x79, x80 və x81nın Quba Rayon Məhkəməsinin 2(027)-724/2009 nömrəli, 12 avqust 2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilmişdir. Sumqayıt apellyasiya məhkəməsinin apellyasiya mümkünlüyü barədə 08 oktyabr 2018-ci il tarixli qərarında görünür ki, Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)724/2009 saylı qətnaməsindən maraqlı şəxs x75 və cavabdehlər x61, x62, x63, X64, x65, x 66, x55, x56, x57, x58, x59, x60, x76, x35, x78,x79, x80, x81 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə apelyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi Quba rayon Məhkəməsinin iddianın təmin edilməsinə dair qətnaməsindən yalnız adları yuxarıda göstərilən şəxslər narazı qalmış və yalnız onlar apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin M əcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, mübahisəli torpaq sahələri ayrı-ayrı şəxslərə məxsus olmaqla hər bir torpaq sahəsinin torpağın mülkiyyət hüququna dair ayrı-ayrı dövlət aktları mövcuddur. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız 17 nəfər apellyasiya şikayəti verdiyi halda apellyasiya instansiyası məhkəməsi AR Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələblərini pozaraq birinci instansiya məhkəməs inin qətnaməsi ilə razı olan, apellyasiya şikayəti verməyən şəxslərə münasibətdə də bütövlüklə ləğv etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yenidən apellyasiya baxışı zamanı qərarda gösətərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı hüquqi varisi x1nun kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhk əməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-972/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-972/2020
19.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver