Məhkəmə qərarları › İş №2(102)-972/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-972/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-972/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1513/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 9175.56 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 9205.56 manat pulun alınaraq "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı "xxxx" MMCnə ünvanladığı ********* saylı, 15.02.2017-ci il tarixli ərizəsinə əsasən 17,88 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə xam-pambıq istehsal edib iddiaçıya satmağı, həmçinin bunun müqabilində ona avans olaraq müxtəlif vəsaitlər verilməsini, zəruri aqrotexniki xidmətlərin göstərilməsini xahiş etmişi v ə sözügedən avans vəsaitlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə ümumilikdə 19603 manat 51 qəpik dəyərində avans vəsaitlər nağd vəsait, çiyid, dərman, gübrə, aqrotexniki xidmətlər və s.) verilmiş, cavabdeh 2596 manat 90 qəpik dəyərində vəsaitləri iddiaçıya geri ödəmiş, cavabdeh tərəfindən 7921 manat 15 qəpik dəyərində xam-pambıq təhvil verilmiş, bunun da dəyəri cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərindən az olmuş, son nəticədə iddiaçıya təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə 9175 manat 56 qəpik borcu yaranmışdır. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 noyabr 2020-ci il tarixli 2(013)-1686/2020 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddianın qanuni əsası olmadığına görə iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov- sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə, Şamil Rzaquliyev) 01.07.2021-ci il tarixli, 2(104)-1513/2 021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Ağdam Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(013)-1686/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, cavabdeh X1 9175.56 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,işin 7-ci vərəqində olan cavabdeh X2 iddiaçı "xxxx" MMC-nin Qarabağ filialına ünvanlandığı 15.02.2017-ci il tarixli, ********* saylı ərizəsindən görünür ki o, 17,88 ha sahədə pambıq əkmək və hər hektardan 20 sentner məhsul əldə edərək təhvil verməyi, bunun müqabilində ona avans olaraq toxumluq çiyid, gübrə, zəhərlər və lazım olan digər avans vəsaitlərin verilməsini, habelə aqrotexniki xidmətlərin, şum mala və digər xidmətlərin görülməsini xahiş etmişdir. Götürdüyü avans vəsaitlərin və cəmiyyət tərəfindən görülmüş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İşin 11-14-cü vərəqlərində olan X5 barəsində olan elektron sistemdən hesabat çıxarışından görünür ki, o, ********* saylı müqavilə əsasında 17,88 ha sahə üzrə məhsuldarlıq 9,17 sentner olmaqla, ona 19.693,51 manat dəyərində avans vəsaitlər, yəni nağd pul, toxumluq çiyid, gübrə, yanacaq və müxtəlif aqrotexniki işlərin aparılması şəklində verilmiş, cavabdeh isə 7.921,15 manat dəyərində 16.390,878 kq xam pambıq təhvil vermiş, 2.586,80 manat dəyərində avans vəsaitləri isə geri qaytarmış və bununla da, 9.175,56 qəpik borclu qalmışdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsin i onunla əsaslandırmışdır ki, tərəflər arasında xam pambığın alqı-satqısına dair müqavilə imzalanmadığından, tələb üzrə öhdəliyin əmələ gəlməsinə əsas verən müqavilə mövcud deyildir. Laki nməhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh X5 iddiaçı "xxxx" MMC-nin Qarabağ filialına ünvanlandığı 15.02.2017-ci il tarixli, ********* saylı ərizəsi ilə, 17,88 ha sahədə pambıq əkmək və hər hektardan 20 sentner məhsul əldə edərək təhvil verməyi, bunun müqabilində ona avans olaraq toxumluq çiyid, gübrə, zəhərlər və lazım olan digər avans vəsaitlərin verilməsini, habelə aqrotexniki xidmətlərin, şum mala və digər xidmətlərin görülməsini xahiş etmiş, götürdüyü avans vəsaitlərin və cəmiyyət tərəfindən görülmüş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi,cavabdeh X5 "xxxx" MMC ilə 2017-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqavilə bağlayaraq, üzərinə öhdəliklər götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş və nəticədə iddiaçı Cəmiyyətə 9.175,56 qəpik borclu qalmışdır. Ona görə də onun apelyasiya şikayəti və iddia tələbi təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh X5 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə qənaətə gəlmişdir ki, onun iddiaçı "MKT İstehsalat Kommersiya” MMC-nin Qarabağ filialına ünvanladığı 15.02.2016-ci il tarixli ********* saylı ərizəsi ilə onlar arasında müqavilə bağlanmış hesab edilməlidir. Halbuki iddiaçıbıb nümayəndəsinin izahatından da bəlli olur ki, regionlarda fermerlərlə xam pambığın alqı-satqısına dair müqavilələr bağlanmışdır və bu müqavilələrə uyğun olaraq müqavilənin icrasını təmin etmək məqsədilə fermerlərə avans vəsaitlər verilmişdir. Lakin onunla heç bir müqavilənin bağlanmamasını iddiaçının nümayəndəsi etiraf edir. Guya ki, gələcəkdə müqavilə bağlanması şərti ilə ona avan verilmişdir. Əgər iddiaçı hər kəsə müqavilə əsasında avans verirdisə, o zaman ona verdiyini iddia etdiyi avansda məqsəd nə idi? Yox əgər müqaviləsiz avans verirdisə o zaman başqaları ilə nə səbəbə müqavilə b ağlanmışdır. Məhkəmə tərəfindən bu halların heç birinə qiymət verilməmiş, Yalnız maddi hüquq normaları sadalanmaqla kifayətlənilmişdir. Məhkəmə mübahisəyə Mülki Məcəllənin 406.1-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Çünki kənd təsərrüfatının inkişaf etdirilməsi üçün fermerlərə avans verilməsi ilə əlaqədar yazılı müqavilənin bağlanması nəzərdə tutulmuşdur. Qeyd edilən halda heç bir yazılı müqavilənin mövcud olmaması, habelə müqavilənin bağlanacağı barədə vədin də yazılı olmaması halının mövcudluğu müqavilənin bağlanmasını nəzərdə tutur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı "MKT İstehsalat Kommersiya” MMC-nin vəkili X6 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq etiraz ərizəsində göstərmişdir ki, cavabdehin nümayəndəsi (qarda şı) X3 izahatından və iş materiallarında mövcud olan cavabdehə avans vəsaitlərin verilməsini təsdiq edən sənədlərdən, götürülmüş avans vəsaitlərin müqabilində cavabdeh tərəfindən pambıq qəbulu qəbzlərinə əsasən iddiaçıya ümumilikdə 16390 kq xam-pambıq təhvil verilmişdir. Qanunverici əqdlərin şifahi və ya yazılı formada bağlanmasını nəzərdə tutmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizə forması, götürülmüş müxtəlif növdə avans vəsaitlər və təhvil verilmiş xam-pambığa dair sübutlar, cavabdehin müqavilə bağlanması iradəsini birbaşa ehtiva edən rəftardır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənil mədən baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki M əcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində iddiaçı ilə arasında müqavilə bağlanmamasına, buna görə də mübahisəyə Mülki Məcəllənin 406-cı maddəsi tətbiq edilməklə id dia tələbinin təmin edilməməli olmasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh X5 iddiaçı "xxxx" MMC-nin Qarabağ filialına ünvanlandığı 15.02.2017-ci il tarixli, ********* saylı ərizəsi ilə, 17,88 ha sahədə pambıq əkmək və hər hektardan 20 sentner məhsul əldə edərək təhvil verməyi, bunun müqabilində ona avans olaraq toxumluq çiyid, gübrə, zəhərlər və lazım olan digər avans vəsaitlərin verilməsini, habelə aqrotexniki xidmətlərin, şum mala və digər xidmətlərin görülməsini xahiş etmiş, götürdüyü avans vəsaitlərin və cəmiyyət tərəfindən görülmüş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 386.1-ci maddəsində də öhdəliyin yaranma əsasları aydın şəkildə ifadə edilmişdir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcu d olmuşdur ki, yuxarıda qeyd olunan məktubda göstərilmiş öhdəliklərin icrasını cavabdeh öz üzərinə götürmüşdür. Belə ki, X5 barəsində olan elektron sistemdən hesabat çıxarışından görünür ki, o, ********* saylı müqavilə əsasında 17,88 ha sahə üzrə məhsuldarlıq 9,17 sentner olmaqla, ona 19.693,51 manat dəyərində avans vəsaitlər, yəni nağd pul, toxumluq çiyid, gübrə, yanacaq və müxtəlif aqrotexniki işlərin aparılması şəklində verilmiş, cavabdeh isə 7.921,15 manat dəyərində 16.390,878 kq xam pambıq təhvil vermiş, 2.586,80 manat dəyərində avans vəsaitləri isə geri qaytarmış və bununla da, 9.175,56 qəpik borclu qalmışdır. Bu hal isə iddia tələbinin əsaslı olduğunu göstəricisidir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X5 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1513/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar