Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-973/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2018-ci il tarixli 2(103)8966/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 02 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Sadıqov, iş № 2(007)-788/2018) İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək 24 dekabr 20 15-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 10.000 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 02 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 24 dekabr 2015-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 iyun 2016-cı il tarixədək qaytarmaq şərti ilə 20.000 manat məbləğində borc verilmişdir. 2 017-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsində müəyyən olunmuş müddətin başa çatmasına baxmayaraq Cavabdeh tərəfindən borcun qaytarılmamasını əsas göstərməklə həmin məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək onun tərəfindən istintaq orqanına yazılmış ərizədə cavabdeh və başqa iki nəfər tərəfindən ona 10.000 manat qaytarılması barədə göstərdiklərinin borc müqaviləsi üzrə tələb etdiyi məbləğlə heç bir əlaqəsinin olmamasını, məhkəmənin isə həmin ərizəyə əsaslanaraq iddianı qismən təmin etməklə iş üzrə səhv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh 6 ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan 20.000 manat məbləğində borc almış və həmin borcun 10.000 manatını iddiaçıya qaytarmış, qalan məbləği isə qaytarmamaqla müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Öhdəliyin qismən icra edilməsi barədə nəticəyə gələrkən məhkəmə iddiaçı tərəfindən Bakı şəhərinin Nərimanov rayon prokurorluğuna ünvanlanmış ərizəyə istinad etmişdir. Həmin ərizənin məzmunundan görünür ki, Cavabdeh aldığı 20.000 manat məbləğində borcun 10.000 manatını iddiaçıya qaytarmışdır. Belə olduqda kollegiya cavabdeh tərəfindən qaytarılmış 10.000 manatın mübahisə edilən borcun məbləğinə aid olunmaması barədə kassasiya şikayətinin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinmə lidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda göstərilən halları iddianın yalnız qismən təmin olunması üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin gəld iyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-973/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-973/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver