Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-974/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1”nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tibb müəssisəsinin vurduğu zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1”nə və "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2047/202 3 saylı,v0063 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1” tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibatı biasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəməsindəki əvvəlki icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5746/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 179193; link: https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=0da4792b6a954853ab097 bac7750d4a0.edoc Apellyasiy a instansiyası məhkəməsindəki ikinci icraat
1. İşə yenidən baxılarkən təyin edilmiş təkrar məhkəmə-tibbi və məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X1” X2 444 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: - Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, hamiləlik dövründə İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra Klinika) bir sıra laborator və kliniki müayinələr aparılmışdır. Hamiləlik zamanı orqanizmdə fizioloji dəyişikliklər baş verir. Bununla əlaqədar, qanın tərkibində leykositlərin nisbi yüksəlməsi, EÇS (eritrositlərin çökmə sürəti) hamiləliyin müddətinə uyğun olaraq yüksəlməsi norma daxilində olan dəyişikliklər hesab olunur. - Antena tal dövrdə ana bətnində olan dölün böyrəklərində 10 mm ölçüyə kimi “Pieloektaziya” patoloji hal hesab olunmur. İddiaçı hamiləlik zamanı aparılan ultrasəs müayinələrinin nəticələrində böyrəklərdə pieloektaziyanın ölçüsü normal həddini keçməmişdir. Bu da hər hansı bir dölün bətndaxili infeksiyalaşmasına aid deyil. Hamiləlik zamanı aparılan ultrasəs müayinəsində döldə yalnız sol arteriya uterinada dikrotik oyma müşahidə olunmuşdur. Hamiləliyin 24-26-cı həftələrinə kimi tək tərəfli dikrotik oyma aradan qalxır, bəzən hamiləliyin sonuna kimi qala bilər. Tək tərəfli dikrotik oymanın olması hamiləlik zamanı risk qrupuna aid edilmir. Bunun da bətndaxili infeksiyalaşma ilə əlaqəsi olmamışdır. - Hamiləlik zamanı iddiaçıya dinamik aparılan ultrasəs müayinələrində dölyanı maye bulanıq və çöküntülü olma mışdır. Bu da dölün bətndaxili infeksiyalaşmasını inkar edir. - Tibbi təcrübəyə əsasən, dölyanı maye vaxtından əvvəl axarsa və doğuşun baş vermə vaxtı uzanarsa dölün kəskin infeksiyalaşması ola bilər. - Hamiləlik müddətində iddiaçıya aid bütün tibbi sənədlərin araşdırılması zamanı erkən doğuma səbəb olan faktorlar aşkar olunmadı. Lakin hamilədə stress, qorxu, həyəcan, həmçinin mexaniki təsirlər erkən doğuşa səbəb ola bilər. - Hamiləlik müddəti ərzində iddiaçıda Klinikada aparılan laborator müayinələrdə kəskin infeksiya aşkarlanmamışdır. - Döldə infeksiyalaşmanı təyin etmək üçün yenidoğulmuşda CRZ, qanın kliniki müayinəsi və leykoformula müayinələri aparılmalıdır. Doğulan kimi uşaq əgər müalicəyə yatırılırsa qanın klinik-laborator müayinəsi, CRZ, döş qəfəsinin rentgen müayinələrinin aparılm ası nəzərdə tutulur. - Yenidoğulmuşda E-coli şərti mikroflora müxtəlif şəraitdə yarana bilər, hazırda bunun konkret yoluxma mənbəyi haqqında fikir söylənilməsi mümkün deyil. - Yenidoğulmuşda olan fiziki qüsurlar hamiləliyin 12-ci həftəsindən sonra aparılan ultrasəs müayinəsində və 24-cü həftəsindən sonra aparılan doppler müayinəsi zamanı aşkar oluna bilər. Lakin əqli və fiziki hərəkət qüsurları USM və laborator müayinələri vasitəsilə aşkar olunmur. - Təqdim olunan tibbi sənədlərə əsasən, hamiləlik müddətində iddiaçı Klinikada hamiləliyə uyğun ultrasəs müayinələrindən keçmişdir və ultrasəs müayinələrində döldə hər hansı bir fiziki qüsur aşkar olunmamışdır. - Bətndaxili dövrdə dölün bədən üzvlərində aşkar oluna bilən fiziki qüsurlar hamiləlik zamanı rutin aparılan müayinələrdə aşkarlamaq m ümkündür. Bu müayinələr Səhiyyə Nazirliyinin təsdiq edilmiş kliniki protokollarına əsasən aparılır. - İddiaçıya hamiləlik dövründə Klinikada aparılan müayinə və müalicələr hamiləliyin gedişinə uyğun həyata keçirilmişdir. Müayinələr zamanı yenidoğulmuşda aşkar olunan qüsurları yarada biləcək hər hansı patologiya aşkar olunmamışdır. - iddiaçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1ndə (bundan sonra – Mərkəz) hamiləliyin həftəsinə uyğun olaraq (33 həftəlik hamiləlik) “Tənəffüs pozğunluğu sindromu və yarımçıq doğulmuşun digər hallan” diaqnozu təyin edilmişdir. - Erkən doğuş və dölyanı mayenin vaxtından əvvəl axmasına görə yenidoğulmuşa döş qəfəsinin rentgen, qan qrupu, Rh, qanın ümumi, qanın biokimyəvi, koaquloqramma, neyrosanoqrafiya, daxili orqanların ultrasəs və exokardioqrafı ya müayinələri aparılmışdır. - İddiaçının uşağı Alsu Səfiyevaya xx.xx.2019-cu il tarixdə doğuşdan sonra aparılmış müvafiq müayinələr əsasında “Yenidoğulmuşun tənəffüs çatışmazlığı, perinatal dövr üçün spesifik olan dəqiqləşməmiş infeksiya” diaqnozu təyin edilmişdir. Təyinat olaraq yenidoğulmuşa küvez rejimi, tənəffüs dəstəyi - CPAP rejimi, pep 5 Fiow 101, kalsiqlyukonat, ampisillin, serkovit, amikasin, enteral ana südü, parenteral qida (aminovin) təyin olunmuşdur. - Alsu Səfiyeva doğulduqdan iki gün sonra laborator təsdiqlənmiş septiki proses müxtəlif səbəblərdən yarana bilər. - Yarımçıq yenidoğulmuş uşaqlarda beyində qansızmalar müşahidə oluna bilər. Qansızmalar müxtəlif səbəblərdən yaranır və tədricən sorulduqca yerində mikrokistlər müşahidə olunur. Hamiləlik zamanı iddiaçıda aparılan ul trasəs müayinələrində mədəcikdaxili damar yumaqcığında kista aşkar olunmamışdır. - Doğuşdan sonra yenidoğulmuşa aparılan müalicələr kliniki protokollara uyğun olaraq yerinə yetirilmişdir. - Yenidoğulmuşun vəziyyətindən asılı olaraq ona antibakterial müalicə taktikası seçilmişdir. Aparılan müalicələrin sonradan yaranmış fiziki qüsurlara səbəb olması barədə fikir söylənilməsi mümkün deyildir. - Aşkar olunmuş “Osteomielit” xəstəliyi müxtəlif səbəblərdən yarana bilər. - Alsu Səfiyeva doğulandan sonra Mərkəzdə aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. - Alsu Səfiyevaya doğulandan sonra infeksiyaya aid zəruri müayinələr protokollar üzrə aparılmışdır. - Alsu Səfıyevanın vəziyyəti ağır olduğu üçün yenidoğulmuşların intensiv terapiya şöbəsinə qəbul olunmuşdur. Yenidoğul muşda infeksiya göstəriciləri (kliniki və laborator) ilk 3 sutkada müəyyən edilmiş və buna müvafiq müalicə taktikası seçilmişdir. - Alsu Səfıyevaya tənəffüs çatışmazlığı ilə əlaqədar CPAP rejimi təyin olunduğu üçün düzgün olaraq antibakterial müalicəyə başlanılmışdır. Antibiotiklərin tətbiqi yenidoğulmuşun çəkisinə və xəstəliyinin ağırlıq dərəcəsinə uyğun olaraq təyin olunmuşdur. - Alsu Səfıyevanın adına təqdim edilmiş tibbi sənədlərə əsasən, mövcud patoloji vəziyyətlə əlaqədar ona adekvat müayinələr aparılmış və tibbi müdaxilələr icra edilmişdir. - Alsu Səfiyevada fiziki qüsurların müalicəsi və aradan qaldırılması barədə əvvəlcədən proqnozun verilməsi mümkün deyildir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2047/2023 nö mrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, S.X.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-83/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbinin Mərkəzə qarşı təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmış, iddiaçının Mərkəzə qarşı tələbi qismən təmin olunaraq, Mərkəzdən maddi zərərin əvəzi qismində 10 853 manat, mənəvi zərərin əvəzi qismində 10 000 manat olmaqla, cəmi 20 853 manat və 5946,5 Türk lirəsinin (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmi n edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, həmçinin, dövlət rüsumunun əvəzi qismində 60 manat məbləğin Mərkəzdən tutulması qət edilmişdir.
3. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Klinikaya və Klinikanın baş həkimi Cavabdeh3 qarşı iddia tələbi onun bilavasitə özünün bildirdikləri, eləcə də əldə olunmuş ekspert rəylərində müəyyən edilənlərlə təkzib olunmuşdur. Belə ki, iddiaçı, “hamiləlik dövründə uşaqda və özündə heç bir problem olmadığını, mütəmadi etdirdiyi müayinələrin nəticələrinə görə sağlam hamiləlik keçirdiyini, uşağın erkən doğuş üçün sağlam vəziyyətdə və çəkisi normal olaraq doğulduğunu, iki gün müddətində uşağın səhhətində hər hansı bir problem olmadığını” bildirmişdir; bildirdiyi bu hallar eksp ert rəyləri ilə birlikdə qiymətləndirildikdə isə, onun Klinikaya və baş həkim Cavabdeh3 qarşı irəli sürdüyü tələbin müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşdığı nəticəsinə gəlmək mümkün deyildir.
4. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının Mərkəzə qarşı tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Mərkəz uşağın doğumunu, habelə müalicəsini həyata keçirən həkimlərinin tibbi normaları (standartları) pozmadıqlarını və uşağın səhhətində yaranmış problemlərin həkimlərin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olmadığını sübuta yetirə bilməmişlər. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin (Mülki Məcəllənin 1112-ci maddəsi) mənasına görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
5. Mərkəz isə sağlam hamiləlik keçirdiyi və hamiləlik müddəti ərzində kəskin infeksiyanın aşkarlanmadığı ekspert rəyləri ilə müəyyən olunan iddiaçının dünyaya gətirdiyi uşağa infeksiyanın məhz həmin Mərkəzdə keçmədiyini sübuta yetirə bilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı alınmış ekspert rəyində uşağın ana bətnində olarkən infeksiyalaşmadığı, iddiaçının Klinikada hamiləliyə uyğun ultrasəs müayinələrindən keçdiyi və ultrasəs müayinələrində döldə hər hansı bir fiziki qüsur aşkar olunmadığı, həmçinin hamiləlik dövründə Klinikada aparılan müayinə və müalicələrin hamiləliyin gedişinə uyğun həyata keçirilərək uşaqda sonradan aşkar olunan qüsurları yarada biləcək hər hansı patologiyanın aşkar olunmadığı vurğulanmışdır. Belə olan halda isə sağlam doğulan uşağın doğumundan sonra onda yaranan problemlərin öz həkimlərinin səhvindən yaranmadığını sübutetmə yükü məhz doğumun həyata keçirildiyi Mərkəzin üzərinə düşür.
6. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab etmişdir ki, qətnamə iddiaçının Mərkəzə qarşı iddia tələbinin rədd olunması hissəsində ləğv edilərək, həmin iddia tələbi qismən təmin ol unmalı, iddiaçının çəkdiyi xərclər kimi müəyyənləşdirilmiş 10853 manat və 5946,5 Türk Lirəsi (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) maddi zərərin əvəzi qismində Mərkəzdən onun xeyrinə tutulmalıdır.
7. İddiaçının çəkdiyi xərclərlə bağlı sübutların bəzilərinin ikinci apellyasiya baxışında təqdim olunması səbəbindən onların qəbul edilməməli olması ilə bağlı Mərkəzin nümayəndəsinin arqumentinə münasibətdə, məhkəmə qeyd etmişdir ki, birincisi, işə birinci instansiya məhkəməsində baxılarkən çəkilən xərclər məsələsi ümumiyyətlə müzakirə olunmayaraq, iddiaçıya müvafiq sübutları təqdim etməsi təklif olunmamışdır. Digər tərəfdən isə, uşağın müayinə və müalicələri hazırkı dövrədək davam etdiyi üçün, həmin xərclərin xeyli hissəsi birinc i instansiya məhkəməsindəki icraat dövründən sonra yaranmaqla, onlarla bağlı sübutlar da sonradan əldə olunmuşdur. Başqa sözlə, müvafiq sübutların iddiaçının özündən asılı olmayan səbəblərə görə birinci instansiya məhkəməsində təqdim edilmədiyi qənaətinə gəlinməsi mümkündür və buna görə də onlar apellyasiya instansiyası tərəfindən nəzərə alınmalıdır.
8. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab etmiş, iddiaçıya dəymiş mənəvi zərərin 10 000 manat həcmində müəyyənləşdirilməsini onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1097.1, 1112, 1115-ci, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 17, 18, 20-ci, “Əhalinin sağlamlığının qorunması” haqqında Qanunun 25-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 81, 88, 102.1, 102.2, 103.1, 217.3, 372.1, 372.2, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
10. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının hamiləlik v axtı düzgün müalicə edilməməsi iş materialları və ekspert rəyləri ilə təsdiq olunsa da, məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, patologiya bətndaxili infeksiyalar zamanı yaranmış və həmin infeksiyalar hamiləlik dönəminə təsadüf edir. Bu zaman vurulmuş zərərin hamiləlik dönəmində məsuliyyətli olan şəxs – Cavabdeh3 tərəfindən vurulması məlumdursa, zərərin onun tərəfindən vurulub-vurulmaması məhkəmə tərəfindən araşdırılmamışdır.
12. Məhkəməyə Mərkəz tərəfindən təqdim edilən sübutlardan, ekspert rəylərindən müəyyən edilmişdir ki, infeksiya hamiləlik dönəmində yaranmışdır. Bu faktı iş materiallarındakı iki ekspert rəyi təsdiq edir. Həmçinin, hamiləlik dövrünün bütün müayinələrinin iş materiallarına əlavə edilməsinə baxmayaraq, ekspert tərəfin dən həmin müayinələrdən heç birinə istinad edilməmişdir.
13. Mərkəz (vəkil Nümayəndə) də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin olunmamasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Kassator şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza rəyləri ilə Mərkəzin təqsirsiz olması, heç bir pozuntuya yol verilməməsinin sübut olunmasına baxmayaraq, məhkəmə tərəfindən ekspertiza rəyi mötəbər olmayan sübut kimi qiymətləndirilmişdir. İş üzrə qərar qəbul edilərkən ekspertiza rəylərinə bütünlüklə yanaşılmamaqla və rəy bütün cavabdehlərə münasibətdə mötəbər sübut olaraq qəbul edilməməklə, məhkəmə tərəfindən kobud pozuntuya yol verilmişdir. Məhkəmə ekspert rəylərini tədqiq edərkən erkən doğulmanın səbəblərinin n ə olmasını düzgün araşdırmamış və həmçinin, uşaqda meydana gələn bağırsaq çöplərinin erkən doğuma səbəb olması, anadan uşağa keçməsi ehtimallarına düzgün qiymət verməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi maddi ziyanın müəyyən edilməsi ilə bağlı sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif edərək, mövqeyini əvvəlcədən müəyyən etmişdir. Çünki məhkəmə prosesi artıq ilkin olaraq bütün instansiya məhkəmələrini keçmiş, iddiaçı tərəfindən hər hansı əlavə sübut təqdim edilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Klinika və Cavabdeh3 iddiaçının kassasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
22. Mad də 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
26. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
29. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü madəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının və Mərkəzin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi
36. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətlərinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
37. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişlərini yerinə yetirmişdir.
38. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1” tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2047/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar