Məhkəmə qərarları › İş №2(102)-975/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-975/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-975/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-975/2025 (Açar sözlər: əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6586/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2025-ci il tarixdə Ali Məhkəmən in inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Metak” şirkətinin loqosu olan bloknot vərəqində yazılmış əlyazmada tərəflər yeni tikilini (ünvan 1 ünvanda yerləşən) 81.000 manata alqı-satqı etməyi razılaşdırmış, Cavabdeh İddiaçı 10.000 manat beh almışdır. Tam hazır olması üçün kombi istilik sistemi, kolonka qızdırıcı, hovuz pilləkənin (fıstıq) yığılması, evin qabaq hissəsinin rənglənməsi işləri görüləcək, həyətin içinin yeri metlax olacaq, hasarı çəkiləcək. Həmin əlyazmanı satan, alan, həmçinin şahid Məmmədov Cahangir imzalamışlar. Həmin sənədin arxasında Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 19.00-da Sayəddin və Hümbətdən (qudasından) 20.000 manat almasını, o, İddiaçı və Kərimov Hümbət imzaları ilə təsdiq etmişlər. Qeyd edilən yazıla rın ardınca isə imzalarla təsdiqlənməyən beh 5.000, 2.000 naves tikintisi, 1.000 torpaq, 820 daş, 2.800 kombi, 600 domik, 500 qapı, 370 montaj, 230 naves, cəmi 13.320 manat qeyd aparılmışdır.

2. Gəncə şəhər 1-ci X10 Bölməsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, İddiaçı müraciətinə əsasən tərəflərin izahatları alınmış, Cavabdeh verdiyi izahatında evə görə Səyəddinin 10.000, 20.000, daha sonra da 10.000, ümumilikdə 40.000 manat pul verdiyini, sonradan Səyəddinin ona evi bəyənmədiyini, Hafis də ondan aldığı 40.000 manat pulu qaytardığını, pulu geri qaytardıqdan təxminən iki gün sonra onlar yenidən gələrək əlavə 10.000 manat verərək evi almaq istədiklərini, lakin Hafis onunla razıla şmadığını, Səyəddin evin təmiri üçün Hafisin vasitəsilə müxtəlif ustalara müxtəlif vaxtlarda gördürdüyü işin dəyərində əlavə olaraq 5.500 manata qədər pul verdiyini, bundan əlavə olaraq evin təmiri üçün lazım olan avadanlıqlar və çardağın özü və dam örtüyü üçün təxminən 6.200 manata qədər pul xərclədiyini, Sayəddin Zeynalovun ona başqa pul vermədiyini, Sayəddin evin təmiri üçün ümumilikdə təxminən 11.700 manat əlavə pul xərclədiyini, ona görə də Səyəddinə pul qaytarmaq niyyətinin olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.000 manat pulun və 136 manat dövlət rüsumunun, ümumilikdə 15.136 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh özünə məxsus olan ünvan 2 ünvanında yerləşən evini 81.000 manata satdığı üçün iddiaçı qudaları X8 və X4 yanında cavabdehlə razılaşaraq xx.xx.2022-ci il tarixdə 40.000 manat pulu beh kimi vermişdir. Həmin vaxt evin divarı boyasız, çardaqsız, təmirsiz olmuşdur. İddiaçı qalan pulu da təmirdən sonra verəcəyi barədə cavabdehlə razılaşmışlar. Həmin vaxt cavabdeh özü iddiaçıya demişdir ki, onun öz ustaları vardır, materialların və ustanın əl haqqı pulunu verəcəyi təqdirdə özü təmir etdirəcəkdir. İddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda çardaq üçün 7.000 manat, kombi sistemi üçün 2.800 manat, evin arxasında olan 1 sot torpağın q onşudan alınması üçün 1.000 manat, 1 maşın mişar daşı üçün 820 manat, evin həyətindəki balaca su hovuzu, plastik hamam və tualet qapıları üçün 1.100 manat, mansara çıxan pilləkən üçün 1.000 manat, darvaza üçün 1.900 manat üstəgəl balkonun altındakı dəmir üçün pul verməklə xərcləmişdir. Hətta cavabdehin qapısında iddiaçının materialı vardır. İddiaçı usta pulunu həmişə Hafisə vermişdir. Bir müddət sonra evə gedəndə görmüşdür ki, Hafis iddiaçını aldadır, evin təmirində irəliləyiş yoxdur. İddiaçı cavabdehdən niyə evin hazır olmadığını soruşduqda isə müxtəlif bəhanələr gətirərək 15- 20 gün vaxt istəmişdir. 2 ay sonra iddiaçı yenidən evə getmiş və yenə görmüşdür ki, cavabdeh evi təmir etdirməmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh iddiaçının evə verdiyi 40.000 manat pulu geri qaytararaq ev i ucuz qiymətə satdığı üçün geri qaytarmaq istədiyini ona demişdir. Ancaq evin təmiri üçün xərclədiyi 15.000 manat pulu qaytarmaqdan yayınmışdır. İddiaçı dəfələrlə təmir üçün xərclədiyi 15.000 manat pulu cavabdehdən tələb etmiş, ancaq qaytarmamışdır. İddiaçı sonra məcbur qalıb polisə şikayət etmiş və Gəncə şəhər 1-ci Polis Şöbəsinin TB-də araşdırma aparılmışdır. Cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və iddiaçıya izah edilmişdir ki, onlar arasında olan mübahisə mülki xarakteri olduğundan məhkəməyə müraciət etməlidir. Bu səbəbdən iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4147/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 15.000 manat pul və dövlət rüsumu nun əvəzi olaraq ödənilmiş 136 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

6. Cavabdehin apellyasiya şikayətinə əsasən işə baxmış Şəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2405/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərardadına əsasən Gəncə Şəhər Məhkəməsinin 2(125)-4147/2023 nömrəli, 31 iyul 2023cü il tarixli qətnaməsi işə ərazi aidiyyəti üzrə pozulmaqla baxıldığına görə ləğv edilmiş, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməsi qərara alınmışdır.

7. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, o, Daşkəsən rayonunda yaşayır və Gəncədən ev almaq istəmişdir. Buna görə də qudasına müraciət etmişdir, çünki özü Gəncə şəhərini yaxşı tanımır. Cavabdehi onu n vasitəsi ilə tanımışdır. Cavabdeh ilk olaraq evi ona 75.000 manata təklif etmişdir. O, gedib evə baxarkən görmüşdür ki, ev ancaq divarlardan və damdan ibarətdir. Cavabdeh ona bildirmişdir ki, ona bir az vaxt və bir də pul lazımdır ki, evi hazır vəziyyətə gətirsin. Cavabdeh ona bildirmişdir ki, evi 15 günə hazır edəcək. Daha sonra cavabdehlə yerli çıxmışlar və buna görə də cavabdeh, evin qiymətini 2.000 manat aşağı salmışdır. Bundan sonra o, cavabdehə 10.000 manat pul vermişdir. Pulu verərkən yanında makler, qudası və cavabdeh özü olmuşdur. Pul cavabdehin evində sonuncuya verilmişdir. Daha sonra o, cavabdehə 20.000 manat pul vermişdir. Daha sonra isə 10.000 manat pul, ümumilikdə 40.000 manat pul vermişdir. O, cavabdehə demişdir ki, bu evin təmiri 15 günə başa gəlməz, cavabdehə 2 ay vaxt v erdiyini bildirmişdir. Oğlu ona zəng edərək bildirmişdir ki, evin qarşısında çardaq düzəltmək lazımdır. O da, öz növbəsində cavabdehə bildirmişdir ki, evin qarşısında çardaq düzəltsin. Cavabdeh ümumi hesablama aparmış və ona bildirdikdən sonra cavabdehə çardaq üçün 5.000 manat pul vermişdir. Sonra istilik sisteminə görə cavabdehə 2.800 manat, həyətin arxasında qonşuya məxsus 7 sot torpaq sahəsini alıb ona verməsi üçün 1.000 manat, mansarda çıxmaq üçün pilləkən düzəltməsi üçün 1.000 manat, 2.000 manat usta üçün əlmuzdu, hamam və sanitar qovşaq üçün 3 ədəd 600 manat dəyərində qapı sifariş vermiş, istilik sisteminin aparatlarının yığılması üçün yerin hazırlanması ilə bağlı 500 manat, balkon tikmək üçün ustalara 70 manat, zeşt üçün 100 manat, 4 və ya 5 rozetka üçün 370 manat, darvaza üçün 1.90 0 manat, hasarın çəkilməsi üçün hədiyyə olaraq bir maşın dəyəri 820 manat olan mişar daşı alıb vermişdir. Bir müddət keçdikdən sonra o, evə gəlmiş və görmüşdür ki, evdə təmir işləri getmir və ustalar çıxıb getmişlər. O, cavabdehdən bu barədə soruşduqda ona bildirmişdir ki, evi ona çox ucuz qiymətə satmışdır. Ona demişdir ona 120.000 manat pul verməlidir. Bundan sonra o, cavabdehə bildirmişdir ki, onun buna gücü çatmayacaq. Daha sonra onlar öyrənmişlər ki, cavabdeh evi onlardan başqa şəxslərə də satmışdır. Bu hadisə çoxdan olduğu üçün bəziləri yadından çıxıb deyə, iddia ərizəsində 15.000 manat pul tələb etdiyi halda, hazırda dediyi məbləğ 15.000 manatdan çox çıxır. Cavabdeh ona 40.000 manat pul qaytarmışdır. O, ona görə cavabdehə imza etdirməmişdir ki, cavabdeh ona qaimələri verirdi. İmza e tdirdiklərini evə görə vermişdir, lakin imza etdirmədiklərini öz xərci ilə təmir etdirdiyi üçün cavabdehə imza etdirməmişdir. Oğlu ona demişdir ki, evi qaytarmasın, əlavə pul versin. O da, maklerlə birgə axşam cavabdehin evinə gəlmiş və cavabdehə bildirmişdir ki, 2.000 və ya 3.000 manat əlavə pul versin cavabdehə, ev ona qalsın. Cavabdeh bununla razılaşmamışdır. Darvaza ilə bağlı pulu cavabdehə vermişdir. O, evi almaq fikrindən daşınmamışdır.

8. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ona qarşı pul tələbinə dair iddiasını tamamən cəfəng ifadələrlə əsaslandırmışdır. İddia ərizəsində qeyd edilənlərin işin həqiqi halları ilə heç bir bağlılığı yoxdur. Belə ki, o, hazırkı iş üzrə iddiaçını əvvəllər tanımamış və aralarında hər hansı münasibətləri olmamışdır. Onlar Cahangir adlı makler vasitəsi ilə tanış olmuşlar. Onların arasında olan şifahi razılaşmaya əsasən o, özünə məxsus olan torpaq sahəsində tikintisini davam etdirdiyi iki mərtəbəli, mansardlı evin tikintisini başa çatdırmağı öhdəsinə götürmüşdür. İddiaçı isə tikinti başa çatdıqdan sonra həmin evi 81.000 manat məbləğində pula satın almağı öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən iddiaçı ilk olaraq ona 10.000 manat beh vermişdir. Bundan sonra isə ayrı-ayrı vaxtlarda 20.000 manat və xırda məbləğlərlə birlikdə 10.000 manat olmaqla, ümumilikdə 40.000 manat beh vermişdir. Bununla bağlı onlar öz aralarında sadə yazılı formada əqd imzalamışlar. Həmin əqdin məzmununda da verilən pul məbləğinin məqsədi beh olaraq və evin tikintisinə sərf ediləcəyi qeyd edilmişdir. Daha sonra iddiaçı öz qudası Hümbət Kərimovla birlikdə ona müraciət edərək artıq evi almaq istəmədiyini, vermiş olduğu behi geri qaytarmasını tələb etmişdir. O, iddiaçıdan bunun səbəbini soruşduqda sonuncu ona Gəncə şəhəri “Bağmanlar” qəsəbəsində daha yaxşı ev tapdığını, həmin evi almaq istədiyini bildirmişdir. O, iddiaçıya aralarında olan sövdələşmənin iddiaçı tərəfindən əsassız yerə pozulduğu, bunun nəticəsində ona maddi ziyan dəyəcəyini, etmiş olduğu hərəkətlərin vicdanlı olmadığını bildirsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı ona təkidlə “Bağmanlar” qəsəbəsində tapmış olduğu evi almaq üçün təcili pul lazım olduğunu, ona vermiş olduğu ümumilikdə 40.000 manat pulu qaytarmasını tələb etmişdir. O, iddiaçıya evin layihəsinə dəyişiklər edərək iddiaçının zövqü ilə etdiyini, bu səbəbdən də ba şqa şəxsə satmaqda çətinlik çəkəcəyini bildirsə də, heç bir nəticəsi olmamışdır. Hətta iddiaçı onun barəsində polisə də şikayət etmişdir. Polisin müvafiq qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçının münasibət və davranışlarından təngə gələrək iddiaçıya 40.000 manat pul qaytarmışdır. O, iddiaçıya 40.000 manat məbləğində pulu qaytararkən iddiaçı ondan əlavə məbləğ tələb etməmişdir. Hətta o, aralarında olan sadə yazılı əqdin məzmununda 10.000 manat və 20.000 manat beh məbləğləri qeyd edilməsinə baxmayaraq, iddiaçının əksinə olaraq vicdanlılıq nümayiş etdirərək ona qarşı heç bir sübutu olmadığı halda əlavə olaraq xırda məbləğlərlə vermiş olduğu cəmi 10.000 manat behi də hesablayaraq ümumilikdə iddiaçıya 40.000 manat pul qaytarmışdır. Həmçinin bildirir ki, əqddə göstərilən 1 0.000 manat puldan 2.000 manat hissəsini həmin günün axşamı makler kimi Cahangirə vermişdir. Cahangir özü də bu sövdələşmə ilə bağlı ondan 2.000 manat pul aldığını təsdiqləyir. Lakin buna baxmayaraq o, maklerə vermiş olduğu 2.000 manat pulu da öz vəsaiti hesabına iddiaçıya qaytarmışdır. İddiaçının aralarında olan münasibətlərə vicdansız yanaşmasının daha bir bariz nümunəsi ondan ibarətdir ki, aralarında sadə yazılı formada tərtib edilmiş əqdin imzalar qrafasından sonra əlavə və başqa xətlə özündən uydurduğu məbləğlər qeyd etmişdir. Hansı ki, həmin məbləğlərin hansı məqsədlər və nə vaxt qeyd edilməsinin ona heç bir aidiyyəti yoxdur. Hesab edir ki, həmin sadə yazılı formada olan əqdin iddiaçıdan tələb edilərək məhkəmə iclasında araşdırılması işin həqiqi hallarının və onun iddiaçı ilə araları nda olan münasibətlərə necə vicdanla yanaşmasının ortaya çıxacağına real kömək edəcəkdir. Bir daha qeyd edir ki, o, aralarında olan münasibətlərə vicdansız yanaşmış olsaydı, iddiaçı ilə aralarında olan sadə yazılı əqddə qeyd edilmiş 10.000 + 20.000 = 30.000 manat puldan əlavə iddiaçıya heç bir məbləğdə pul qaytarmazdı. Halbuki, aralarında olan razılaşmanın iddiaçı tərəfindən pozulmasına baxmayaraq, qanunvericiliyin tələblərinə əsasən behin qaytarılmayacağı şəraitində, iddiaçıya vermiş olduğu 10.000 manat, 20.000 manat və əlavə olaraq xırda məbləğlərlə 10.000 manat daxil olmaqla, cəmi 40.000 manat pul qaytarmışdır. Halbuki, aralarında olan razılaşmanı iddiaçı özü pozduğu üçün o, qanunvericiliyin tələblərinə əsasən behi qaytarmamalı idi. Lakin o, vicdanlı hərəkət edərək iddiaçının behini q aytarmamalı olduğu halda qaytarmışdır. İddiaçının qanunsuz hərəkətləri nəticəsində isə ona külli miqdarda maddi ziyan dəymişdir və o, bununla bağlı ayrıca məhkəmədə iddia qaldıracaq. Belə ki, o, evi iddiaçının istəyinə uyğun olaraq iddiaçının istədiyi üslubda dəyişiklər etdirmişdir. Zövqlər müxtəlif olduğu üçün o, iddiaçının istədiyi üslubla tikmiş olduğu evə hazırda yeni bir müştəri tapmaqda böyük çətinliklə üzləşmişdir. İddiaçı isə şəhərin başqa qəsəbəsindən, yəni Bağmanlar qəsəbəsində başqa ev tapdığını və həmin evi almaq üçün ona vermiş olduğu behi geri tələb edib alaraq ona ikiqat ziyan vurmuşdur. İddiaçı ilə aralarında razılaşma olmuşdur. O, iddiaçı ilə evi 81.000 manata razılaşmışdır. İddiaçı ona həmin puldan beh kimi 10.000 manat məbləğində pul vermişdir. İddiaçı ona ümumilikdə 30. 000 manat pul vermişdir. Bu aralarında olan əqddə öz əksini tapmışdır. O, iddiaçıya 40.000 manat pul qaytarmışdır. O, polisdə 40.000 manat qaytarması ilə bağlı izahat vermişdir. O, Yaşar adlı şəxsə evi 93.000 manata təklif etməmişdir, elə bir halın baş verməsini xatırlamır. Gəncə Şəhər Məhkəməsində dindirilmiş şahidlərdən yalnız Cahangiri dəvət etmişdir. Çardaq sonradan düzəldilmişdir. Evin içində hamam və sanitar qovşaq var idi. İddiaçı evə görə ona 10.000 manat və 20.000 manat beh vermişdir. O, iddiaçıya 30.000 manat behə görə, 10.000 manat isə çəkdiyi xərcə görə pul qaytarmış, lakin buna dair sübutu yoxdur, maklerin isə bundan xəbəri vardır. İddiaçı tərəfindən evə təxminən 10.000 manat pul xərclənmişdir. Onun iddiaçıya hal-hazırda borcu yoxdur. Əksinə iddiaçı ona külli miqdarda ziyan vu rmuşdur. O, iddiaçıdan 30.000 manat beh almışdır. Gəncə şəhər Polis İdarəsində hazırkı işlə bağlı izahat vermişdir. Gəncə Şəhər Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətində texniki və qrammatik səhv olaraq 40.000 manat beh aldığı yazılmışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı qeyd edir ki, 40.000 manat beh verilmişdir. Lakin ortada 40.000 manat pul olmuş, onun 30.000 manatı beh kimi verilmişdir. Bununla bağlı iş materiallarında ödəniş qəbzi vardır. 20.000 manat bir dəfə, 10.000 manat isə növbəti dəfə ödənilmişdir. 10.000 manatın isə ödənilməsi barəsində heç bir sübut yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxs iddiaçıya 40.000 manat pul qaytarmışdır. Həmin 40.000 manat pulun 30.000 manatı beh kimi verilmiş pul, digər 10.000 manat isə əlavə çəkilmiş xərclərlə bağlı iddiaçıya qaytarılmışdır. İddiaçı qeyd edir ki, aralarında 81.000 manata razılaşmışlar. Düzdür, tərəflər aralarında 81.000 manata razılaşmışlar, lakin daha sonra iddiaçı gəlmiş və bildirmişdir ki, o, Gəncə şəhərinin Bağmanlar adlanan hissəsindən daha yaxşı ev tapdığı üçün bu hissəsindən ev almaq istəmir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Gülüstan qəsəbəsi adlanan ərazidə makler kimi fəaliyyət göstərir. X1 vasitəsi ilə ona zəng edib evin olub-olmaması barədə mə lumat almışdır. Bundan öncə də Cavabdeh ona evini satmasını, alıcı olacağı təqdirdə ona məlumat verməsini xahiş etmişdir. Sayəddin qudası ilə gəlmişdir. O, sonunculara evi göstərmişdir. Onlar da evi bəyənmişlər və öz aralarında şərtləşmişlər. Bundan başqa qeyd edir ki, Sayəddin və Hafis tanış çıxmışlar. Onun yanında 10.000 manat beh verilmişdir, o da bunun şahidi olmuşdur. Daha sonra o, çıxıb getmişdir. Onların aralarında narazılığın yaranması səbəbini bilmir. 2 ay yarım keçdikdən sonra Hafis onu çağırmış və bildirmişdir ki, bunlar razılaşmanı pozmuşlar. Hafis ona Sayəddinin oğlunun whatsapp vasitəsi ilə atdığı səsə qulaq asdırmışdır. Həmin səsdə deyilirdi ki, “bizim pulumuzu qaytar, Bağmandan ev tapmışıq.” 2 həftə sonra Sayəddin onu çağırmiş və o, Sayəddinlə görüşərkən sonuncuya bildirmiş dir ki, oğlu Hafisə səs atıb ki, onlar Bağmandan ev tapmışlar, pulu qaytarsın. Sayəddin ona bildirmişdir ki, onun bundan xəbəri yoxdur və Bağmandan ev tapmayıblar. Bundan başqa qeyd edir ki, Hafisin Sayəddinə 40.000 manat qaytarmasını onlar arasında gedən danışıqlar zamanı eşitmişdir. Lakin 40.000 manat qaytarmasının şahidi olmamışdır. Onun şəkəri var, buna görə də hadisələri tez unudur. Onun yanında beh kimi 10.000 manat pul verilmişdir. Bundan başqa onun yanında heç bir məbləğ nə verilib, nə də ki alınmışdır. Tərəflər arasında münasibətlərin pozulması ona iki ay yarım sonra məlum olmuşdur. Tərəflər arasında münasibətlərin pozulması səbəbini Sayəddin ona izah etməmişdir. O, makler kimi çalışır. Sayəddini şəxsən deyil, Hümbət vasitəsi ilə tanımışdır. Hafisi tanıyır, qonşusudur. Hafis özü ona demişdir ki, ev satır. Hafis evi 85.000-90.000 manat civarında satırdı. Hümbət ev almaq üçün müraciət etmişdir. Hümbətin onun nömrəsini hardan aldığını dəqiq bilmir. Bu hadisələrin nə vaxt olduğu dəqiq yadında deyil. Onunla danışandan sonra onun yanına Hümbət və qudası Sayəddin gəlmişlər. Sonuncular onun yanına gələndən sonra bir başqa evi, daha sonra isə Hafisin evini göstərmişdir. Digər evin qiyməti 110.000 manata idi. Hümbət və qudası Sayəddin evi bəyəndilər və almaq qərarına gəldilər. Şərtləşmədə iştirak etməmişdir. Şərtləşmənin hansı formada baş verməli olduğunu bilmir, o, şərtləşmədə iştirak etməmişdir. Ev yarımçıq idi, darvaza qoyulmalı, kafel vurulmalı, naves qoyulmalıydı, qalan məsələləri dərinliyinə qədər bilmir. Onun yanında alıcı satıcıya 10.000 manat beh vermişdir. O da ş ahid olmuş və imza etmişdir. Bundan sonra tərəflərin arasında baş verən danışıqlardan xəbəri yoxdur. 40.000 manat pul verilməsini alıcı, satıcı və Hümbətdən eşitmişdir. Qaytarmasının şahidi olmamışdır. Darvaza qoyulması, naves vurulması və s. işlərinin müəyyən hissəsini alıcı, müəyyən hissəsini isə satıcı görməli idi, dəqiq bilmir. Kafeli Hafis vurmalıydı. Navesi kimin vurmalı olduğunu dəqiq bilmir. O, makler kimi polisdə izahat vermişdir. Sayəddin onun yanında Hafisdən təxmini 12.000 neçə yüzsə pul tələb edirdi, dəqiq deyə bilmir. İsmayıl adlı şəxsi tanıyır. İsmayıl ikinci alıcıdır. İsmayılı dostlarının vasitəsi ilə tanıyır. Ev İsmayıla səhv etmirsə 91.000 manata satılmalıydı. Sayəddinin Hafisdən tələb etdiyi 12.000 manatın qaytarılması barədə məlumatı yoxdur. Hafis ona bildirmişdir ki, S ayəddinlə pozuluşmuşdur, ona görə də yeni alıcı gətirmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-1003/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, 11.700 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 125 manat 10 qəpik hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ev satışa çıxarılarkən yarımçıq təmir vəziyyətdə olmuş və iddiaçının razılığı ilə yerdə qalan təmirinin və çardağının iddiaçının zövqünə uyğun olaraq təmir edilməsi üçün cavabdeh təmir işlərinin iddiaçının hesabına aparılmasını öz üzərinə götürmüşdür. Lakin tərəflər arasında o lan alqı-satqı razılaşması baş tutmadığından cavabdeh iddiaçıdan aldığı 40.000 manat behi iddiaçıya qaytarmışdır. Bu narazılığı iddiaçı cavabdehin ondan təmir tikinti üçün aldığı 15.000 manat müqabilində işləri vaxtında görməməsi ilə, cavabdeh isə iddiaçı ilə aralarında olan razılaşmanın iddiaçının başqa evi bəyənməsi səbəbindən pozulması ilə izah etmişlər. İddiaçı onun tərəfindən cavabdehə həmin vaxt 40.000 manat beh verilməsini göstərsə də, əvvəlki məhkəmə instansiyasında və polisdə verdiyi izahatlardan fərqli olaraq cavabdeh hazırda behin məbləğinin 30.000 manat olmaqla, qalan 10.000 manat isə evə çəkdiyi xərcə görə pul olmasını göstərmişdir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında mübahisə beh məbləğindən əlavə evin təmiri üçün çəkilmiş xərcin nə qədər olması və cavabd eh tərəfindən bu məbləğin qaytarılmaması ilə bağlı olmuş və araşdırma zamanı məhkəmədə müəyyən edilmiş faktiki hallar ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçıdan aldığı 40.000 manat məbləği evin razılaşdırılmış satış qiymətinin bir hissəsi olaraq beh şəklində 3 dəfəyə ödənilmiş məbləği olmuşdur. Başqa sözlə, cavabdehin behin məbləğinin 30.000 manat deyil, 40.000 manat olması onun polisdə verdiyi izahatının məzmunu ilə təsdiq edilir.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflərin aralarında narazılıq yaranandan sonra, cavabdeh iddiaçıya qaytardığı 40.000 manat məbləğindəki pulun 30.000 manatın beh olmaqla qalan 10.000 manatın isə evin təmiri üçün çəkilmiş xərclər olmasına dair izahatı da heç bir mötəbər sübutlar təsdiqini tapmamışdır. Belə ki, məhkəmə bu qənaətə gələrkən cavabdehin po lisdə beh məbləğindən əlavə evin təmiri üçün 11.700 manat pul xərcləndiyini etiraf etməsini də nəzərə almışdır. Belə ki, evin təmirinin cavabdehin öz vəsaiti hesabına deyil, iddiaçının hesabına aparılmasını tərəflər və iş üzrə ifadə vermiş şahidlər də təsdiq etmişlər. Lakin iddiaçı evin təmiri üçün cavabdehə məhz 15.000 manat verməsini sübut edə bilməmişdir. Hətta onun qudalarının ifadələrində belə evin təmiri üçün cavabdehə verilmiş vəsaitlə bağlı fərqli rəqəmlər göstərilmişdir.

15. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında imzalanmış sadə yazılı formada olan sənədin arxasında da imzalarla təsdiqlənməyən tikinti işləri və materiallarla bağlı cəmi 13.320 manat qeyd aparılması, bu məbləğin məhz 15.000 manat olmamasına bir növ dəlalət edir. Beləliklə, cavabdeh görülməli işlərə görə iddiaçıdan aldığı məbləğ polisdə sərbəst qaydada verdiyi izahatında etiraf etdiyi kimi 11.700 manat olmuşdur ki, həmin məbləğ də qaytarılmış 40.000 manata aid deyildir.

16. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, cavabdeh iddiaçının vəsaiti hesabına 11.700 manat həddində əsassız varlanmış, iddiaçıya məxsus pulu qaytarmamaqla həm də onun hüquqlarını pozmuşdur. Belə ki, həmin pul vəsaitinin cavabdehdə qalmalı olması ilə bağlı hər hansı müqavilə əsası və yaxud digər qanuni əsas yoxdur. Göründüyü kimi, iddiaçı cavabdehin onun hesabına əsassız yerə məhz 15.000 manat məbləğində varlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia qismən təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 337.1, 386.1, 1091.1, 1091.2, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi istinad edilmiş daha bir əsassız sübut da Gəncə şəhər PŞ-nin TB-nin qərarı olmuşdur ki, həmin qərarın da məzmununda İddiaçı tərəfindən tikintiyə 11.700 manat əlavə xərc çəkildiyi qeyd edilmişdir ki, o, məhkəmə iclasında həmin vəsaitin ona verilən beh məbləği hesa bına xərcləndiyini məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə buna da əhəmiyyət verməmişdir. İddiaçının özü də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iştirak etdiyi məhkəmə iclasında hazırda ondan tələb etdiyi pul vəsaitinin məbləğini və səbəbini düzgün ifadə edə bilməmiş, gah torpaq alınması, gah hasar çəkilməsi, gah pilləkən, gah balkon, gah da çardaq düzəldilməsi kimi əsaslandırmağa çalışmışdır. Hətta evə darvaza quraşdırdırdığını iddia etmiş, o, iddiaçının digər istinad etdiyi halların əsassız olduğunu sübut etdiyi kimi, darvazanın da quraşdırılmadığını sübut etdikdən sonra darvaza barədə olan iddiasına münasibət bildirə bilməmişdir. Məhkəmə də qətnamədə bu barədə heç bir qeyd aparmamışdır. Görünür məhkəmə iddiaçının izahatını da düzəltməyə cəhd etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmə sinin mübahisəli qətnaməsinin 3-cü vərəqəsinin 1-ci abzasında iddiaçının nümayəndəsi və vəkilinin izahatını konkret olaraq iddiaçının izahatına əlavəsinin olmadığını bildirməsi ilə kifayətlənmişdir. Bir daha qeyd edir ki, işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçının vəkili tərəfindən sübut kimi Gəncə Şəhər Məhkəməsinin ləğv edilmiş qətnaməsinə istinad edilməsinə özü və vəkili tərəfindən etiraz edilmiş, həmin qətnamənin bu iş üzrə sübut kimi qəbul edilməsinin yolverilməz olduğu bildirilmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qətnamənin məzmununda bununla bağlı heç bir qeyd aparmamışdır. Göründüyü kimi, məhkəmə işə birtərəfli qaydada iddiaçının mövqeyindən yanaşmaqla heç bir ətraflı və obyektiv araşdırma aparmamışdır. Məhkəmə iddiaçı ilə arasında olan pul məbləğin in beh şəklində 3 dəfəyə olmaqla (10.000+20.000+10.000) cəmi 40.000 manat olmasını, həmin vəsaitdən tikintiyə sərf edilməsinin öz təsdiqini tapmadığı qənaətinə gələrkən yenə də ləğv edilmiş məhkəmə qətnaməsinin məzmununa əsaslanmaqla bir daha işin obyektiv araşdırılmasına heç bir təşəbbüs göstərməməsinin bariz göstəricisidir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-6586/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli (hakimlər Elşən Kazımov (məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağl ı qeyd etmişdir ki, cavabdeh qətnamənin qanunsuz və əsassız olaraq qəbul edildiyini göstərsə də bu qanunsuzluğun nədən ibarət olmasını və əsassızlığın nədə ifadə olunmasını şikayətində konkret dəlillərlə açıqlamamışdır. Belə ki, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində təsbit edilmişdir. Ancaq apellyasiya şikayətində bu əsaslardan hər hansı birinin mövcud olması demək olar ki, qeyd olunmamışdır. Düzdü, cavabdeh apellyasiya şikayətinin formasındakı işin halları qeyd olunmalı hissədə həm də mövqeyini (dəlillərini) göstərməyə çalışmış, eləcə də bəzi maddi və prosessual hüquq normalarını qeyd etsə də maddi və prosessual hüquq normasının pozulmasının və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) göstərməmiş, üstəl ik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün digər əsaslara isə ümumiyyətlə istinad etməmişdir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh şikayətində, qətnamədə əsassız varlanma ilə bağlı hüquq normalarına istinad edilməsinin əsaslı sayıla bilmədiyini, qətnamənin əsaslandırıcı hissəsində gah əsassız varlanma, gah da zərərlə bağlı maddi hüquq normalarına istinad etməsini bir-biri ilə əlaqələndirə bilmədiyini göstərsə məhkəmə tərkibi hazırkı iddianın qanuni əsası barədə də hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, tərəflər arasında həqiqətən də birinci instansiya məhkəməsinin müəyyən etdiyi mülki hüquq münasibətləri olmuşdur. Bu münasibətlər nəticəsində cavabdehin iddiaçı qarşısında öhdəliyi zərər vurulma nəticəsində deyil, sonralar aradan qal xmış əsasa söykənən əsassız varlanma nəticəsində əmələ gəlməsi təsdiq olunur. Məhkəmə də haqlı olaraq cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyinin əsassız varlanmadan əmələ gələn öhdəlik olduğunu müəyyən etmiş və əsassız varlanmaya dair maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmənin həm də Mülki Məcəllənin 21-ci maddəsini qətnamədə qeyd etməsi öhdəliyin heç də zərərvurmadan əmələ gələn öhdəlik olduğu kimi qiymətləndirməsi anlamına gəlmir. Çünki Mülki Məcəllənin 21-ci maddəsi zərərin anlayışını və mahiyyətini göstərən ümumi norma sayılır. Bununla belə, istər əsassız varlanma, istərsə də zərər vurma nəticəsində əmələ gəlsin, hər bir halda cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır. Ona görə də cavabdehin bu mövqeyi əsaslı və təsdiq olmadığından mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdeh cinayət təqibi üzrə aparılan araşdırma zamanı iddiaçı tərəfindən tikintiyə əlavə 11.700 manat xərc çəkilməsini öz izahatında təsdiq etmişdir. Bu cür izahat verməyə onu məcbur edən olmayıb, ən azından özü də bu barədə bəyanat verməmişdir. Buna görə də, hazırkı mülki iş üzrə keçirilən məhkəmə iclasında həmin vəsaitin ona verilən beh məbləği hesabına xərcləndiyini məhkəmənin diqqətinə çatdırsa da, onun bu izahatı mötəbər sayıla bilməz. Çünki bu cür izahatı ilə cavabdeh öhdəliyin icrasından yayınmağa çalışıb.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər bir dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Gəncə Şəhər Məhkəməsinin ləğv edilmiş qətnaməsinə iddianın əsaslılığı yaxud preyudisiallığı baxımından istinad edilməmişdir. Təbii ki, hazırkı mülki işə həmin məhkəmədə başlanmış və mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Bu qətnamə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işə ərazi aidiyyəti üzrə pozulmaqla baxıldığına görə ləğv edilərək mülki iş baxılmağın davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, qətnamə iddianın əsassızlığına görə deyil prosessual hüquq normalarının, yəni ərazi aidiyyətinin pozulduğuna görə ləğv edilmişdir. Buna görə də, Gəncə Şəhər Məhkəməsində eyni iş üzrə dindirilmiş şahidlərin ifadələrinin hazırkı mübahisələndirilən qətnamədə göstəri lməsi onun əsassız və qanunsuz olduğuna dəlalət etmir. Baxmayaraq ki, Nəsimi Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə həmin şahid ifadələrindən asılı olmamış, onların ifadələrinin qətnamədə göstərilməsi də şikayətin əsaslı olduğunu təmin etmir.

25. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcək dir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əsassız varanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə əsassız varlanma ilə bağlı hüquq normalarına istinad edilməsi əsaslı sayıla bilməz. Bi rinci instiansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində gah əsassız varlanma, gah da zərərlə bağlı maddi hüquq normalarına istinad etməsini bir-biri ilə əlaqələndirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsaslandırarkən, iddiaçı tərəfindən məhkəməyə prosessual qanunvericiliyin tələbləri pozulmaqla təqdim edilmiş şahidlərin ifadələrinə istinad etmişdir. İşə baxan hakimin özü tərəfindən dindirilməmiş şahidlərin ifadəsinə istinad edilməsi, birinci instansiya məhkəməsinin işə birbaşa iddiaçının mövqeyindən yanaşdığını göstərir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan həmin sübutlara hüquq normalarına müvafiq qiymət verməmişdir.

29. İddiaçının arala rında olan münasibətlərə vicdansız yanaşmasının daha bir nümunə odur ki, olan sadə yazılı formada tərtib edilmiş əqdin imzalar qrafasından sonra əlavə və başqa xətlə özündən uydurduğu məbləğlər qeyd etmişdir. Hansı ki, həmin məbləğlərin hansı məqsədlər və nə vaxt qeyd edilməsinin cavabdehə heç bir aidiyyəti yoxdur. İddiaçı ilə olan münasibətlərə vicdansız yanaşmış olsaydı, sadə yazılı əqddə qeyd edilmiş 10.000+20.000=30.000 manat puldan əlavə iddiaçıya heç bir məbləğdə pul qaytarmazdı. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən behin qaytarılmayacağı şəraitində, iddiaçıya vermiş olduğu 10.000, 20.000 və əlavə olaraq xırda məbləğlərlə 10.000 manat daxil olmaqla cəmi 40.000 manat pul qaytarmışdır. Halbuki, onların aralarında olan razılaşmanı iddiaçı özü pozduğu üçün o mülki qanunveri ciliyin tələblərinə əsasən behi qaytarmamalı idi. Lakin o vicdanlı hərəkət edərək iddiaçının behini qaytarmamalı olduğu halda qaytarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən v ə vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

36. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

37. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.

49. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən, məhkəmə aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qə rarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

55. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

56. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də yişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6586/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar