Məhkəmə qərarları › İş №2(102)-976/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-976/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-976/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-yə qarşı (Qazax rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə üzrə iş № 2(102)-976/2025 (Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2361/2024 nömrəl i, 20 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinin mümkünlüyünə 19 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinin hərracda satılması ilə bağlı “Hərracın nəticələri haqqında” yekun protokolunun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən Qazax rayonu, İk inci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 25/01 nömrəli protokolun etibarsız hesab edilməsi və həmin əmlakın Cavabdeh3 tam payda xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakim Aytən Novruzova)

3. Cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qətamədən apellyasiya şikayəti vermişlər.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2361/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmiş, Bakı şəhər i Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. (hakimlər Fuad Abdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fərrux Qasımov)

5. Həmin qətnamədən İddiaçı vəkili və nümayəndəsi X2 tərəfindən elektron kabinet vasitəsilə 23 dekabr 2024-cü il tarixdə kassasiya şikayəti təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “E lektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edil ir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı “Qanunve rici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 20 iyun 2024cü il tarixdə qəbul edilmişdir. İş materiallarında həmin qətnamənin iddiaçının yaşadığı ünvana göndərilməsi barədə 12 iyul 2024-cü il tarixli məktub da vardır.

7. Lakin barəsində kassasiya şikayəti verilən qətnaməni iddiaçının nə vaxt alması işdən görünmür. İddiaçının nümayəndəsi və vəkili qətnamədən kassasiya şikayətini elektron kabinet vasitəsilə 23 dekabr 2024-cü il tarixdə təqdim etmişdir

8. Nəzərə alınsa ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər, belə olan halda, yəni qətnaməni iddiaçının nə vaxt alması bəlii olmadığına görə kassasiya şikayətinin müddət ötürülməklə verilib-verilməməsinə aydınlıq gətirilməli idi.

9. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətinin müddət ötürülməklə verilib-verilməməsinə münasibət bildirməmişdir. Nəticədə kassasiya şikayəti prosessual müddətlə bağlı məsələyə aydınlıq gətirilmədən kassasiya instansiyasına göndərilmişdir. İddiaçının qətnaməni nə vaxt almasını isə hazırki mərhələdə müəyyən etmək də mümkün deyil.

10. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

11. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin müddət ötürülməklə verilibverilməməsinə aydınlıq gətirilməsi və bunun nəticəsindən asılı olaraq kassasiya şikayətinin qaytarılıb-qaytarılmaması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

12. Göstərilənləri və MPM-in 404-1.2, 407, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2361/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətinin müddət ötürülməklə verilib-verilməməsinə aydınlıq gətirilməsi və bunun nəticəsindən asılı olaraq kassasiya şikayətinin qaytarılıb-qaytarılmaması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar