Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-977/2018 15.02.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 15 fevral 2018-ciil İş№ 2(102)-977/2018 Bakışəhəri AzərbaycanRespublikasıAliMəhkəməsininMülkiKollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızından və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, kassator Cavabdeh, vəkili X1, İddiaçı və vəkili X3ün iştirakları ilə, Cavabdeh BakıApellyasiyaMəhkəməsiMülki Kollegiyasının 2(103)7470/2017 saylı16 avqust 2017ciiltarixliqətnaməsindənverdiyikassasiyaşikayətiüzrəişəbaxaraq MÜƏY YƏN ETDİ: BakışəhəriSuraxanı RayonMəhkəməsinin21 aprel 2017ciiltarixliqətna məsiilə(hakimE.Z.Ağayev, iş № 2(010)-1858/2017) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilərək, iddiaçının azyaşlı uşaqları20.08.2013-cü il təvəllüdlü X5 və 20.05.2015-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan ünvanda yerləşən nömrəsiz evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim N.Ş.Cəfərov, hakimlər V.Ə.Baxışova və V.T.Həsənov, iş № 2(103)-7470/2017) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. İşinhalları: İddiaçının Cavabdehə qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X7 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallara qiymətverilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 9, 14, 77, 217, 218-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassator Cavabdeh və vəkili X8 ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsinəvəkassasiyaşikayətinintəminolunmasınadairqərarqəbuledilməsinixahiş etmişlər. İddiaçı və vəkili X9 ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etdiklərini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, tərəfləri və vəkilləri dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. Belə ki, MPM-nin 217.2, 220.4-cü maddələrinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tə rəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunun göstərilən tələblərinə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli hüquq münasibətlərinin obyekti hüquqi statusu olmayan tikilidir və mübahisəni yuxarıda qeyd olunmuş qaydada həll edərək bununla belə qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətlərinin hüquqi tənzimlənməsi mövcud deyildir və həmin münasibətlərə Mülki Məcəllənin 228.1 v ə 228.2-ci maddələri tətbiq oluna bilməz. Bu qənaət formal xarakter daşıyır, çünki məhkəmə buna kifayət qədər əsaslar olmadan mübahisəni analogiya üzrə həll etmək hüququndan istifadə etməmişdir, halbuki qüvvədə olan qanunvericilikdə bu cür hüquqi situasiyaların tənzimlənməsi nəzərdə tutulmuşdur. Bununla belə, nə qədər ki, apellyasiya instansiyası məhkəməsi hər hansı maddi hüquq normasına istinad etməmişdir, kassasiya instansiyası məhkəməsi qəbul olunmuş qətnamənin əsaslılığını və qanuniliyini yoxlaya bilmir, bu isə MPMnin 418.4.7-ci maddəsinin tələbinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün şərtsiz əsasdır. MPM-nin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Qanunun qeyd olunmuş normasına zidd olaraq məhkəmə işin mühüm hallarını araşdırmamış, iddianın əsaslı olması barədə qənaətini formalaşdıran sübutları göstərməmişdir. Bu isə ona dəlalət edir ki, mübahisə birtərəfli həll olunmuşdur və beləliklə də qanuni hesab oluna bilməz. Bununla belə, mübahisənin hallarını müzakirə edən məhkəmə kollegiyası aşağıdakı nəticələrə gəlir. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə, qeyd olunmuş normaya əsasən, şəxsin yaşayış yerinin dəqiq müəyyən olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, mülki hüquq münasibətlərinin sabitliyi və dövlətin mənafeyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqınd a” Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yuxarıda qeyd olunmuş tələblə müraciət edən İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə mübahisəli ünvanda bir neçə ay yaşamışdır. Bununla belə, iddiaçı mübahisəli evə konkret olaraq nə zaman köçdüyünü, orada neçə ay yaşadığını və iddianın hesab olunması üçün zəruri olan digər mühüm halları göstərə bilməmişdir. İş mate riallarından müəyyən olunur ki, tərəflər ailə kimi Beyləqan rayonunun Şahsevən kəndində yaşamışlar, iddiaçının bütün ailə üzvləri, o cümlədən cavabdeh müvafiq qaydada qeydiyyata alınmışlar. Tərəflərin qızı 2013-cü ilin oktyabr ayından həmin ünvan üzrə tibb müəssisəsində qeydiyyatdadır və orada müalicə alır. İddiaçının özü də 2012-ci ildən hal-hazıradək Beyləqan rayon Mərkəzi Xəstəxanasında ambulator müalicədədir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının gündəlik istifadə etdiyi əşyaların hansı ünvanda olduğunu araşdırmamışdır, halbuki bu mühüm əhəmiyyət kəsb edir. Belə ki, şəxsin konkret ünvanda yaşaması elə hallarla xarakterizə olunur ki, həmin hallar kifayət qədər tam şəkildə şəxsin məhz həmin konkret yaşayış sahəsi ilə hüquqi əlaqəsinin olduğuna işarə edir. Bununla əlaqədar olara q apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini yoxlamalı idi. Cavabdeh göstərmişdir ki, mübahisəli ünvanda iddiaçının əşyaları yoxdur, iddiaçının təqdim etdiyi fotoşəkillər isə Beyləqanda yerləşən yaşadıqları evdə çəkilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, yuxarıda qeyd olunmuş hallar tam araşdırılmamışdır, məhkəmə mübahisəni həll edərkən maddi hüquq normasına istinad etməmişdir, mübahisə düzgün həll edilmiş hesab oluna bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hü quq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmalı, işi obyektiv həll etmək üçün mübahisə obyektinin xarakterindən çıxış edərək müvafiq maddi hüquq normasının tətbiq etməli, əldə olunmuş sübutlara qiymət verməli və qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7470/2017 saylı 16 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Qoldman imza imzalar Məhkəmənin hakimi Tatyana
Məhkəmə qərarları › İş №2(102)-977/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-977/2018
15.02.2018 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver