Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-979/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5973/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə notarial qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan 30000 manat pulu xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə borc almışdır.
2. Bakı şəhərinin notariusu X3 tərəfindən ünvanlanmış 30 iyul 2018-ci il tarixli məktubla pulun qaytarılması ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir.
3. Borcun ödənilməsi barədə notarius tərəfindən xx.xx.2018-ci il tarixdə icra qeydi verilsə də, icra qeydi xx.xx.2020-ci il tarixdə icra məmurunun qərarı ilə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30000 manat məbləğində əsas borcun, illik 5% bank faizi hesabı ilə iki il beş ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 362 5 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, müqavilənin 2-ci bəndinə əsasən borc 10 iyun 2018-ci il tarixə qədər geri qaytarılmalı idi, lakin artıq uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə şərtləri icra edilməmiş, borc geri qaytarılmamış və cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan imtina etmişdir. Müqavilənin 7-ci bəndində göstərildiyi kimi ödəniş müddətinin keçməsi ilə əlaqədar 30 iyun 2018-ci il tarixdə rəsmi məktubla notariat tərəfindən xəbərdarlıq edilmiş, lakin cavabdeh bu xəbərdarlığa əhəmiyyət verməmişdir. Halbuki həmin xəbərdarlığa əsasən cavabdeh 30 gün müddətində kredit pulunu geri qaytarmalı idi. Lakin cavabdeh müqavilə şərtlərini po zaraq aldığı pul məbləğini qaytarmamışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim X2) 1 dekabr 2020-ci il tarixli, e2(011)-5702/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 30000 manat məbləğində borc, 3500 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 33530 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış və eyni zamanda, notarius tərəfindən təsdiq edilmişdır.
8. Həmçinin, borcun ödənilməsi barədə xx.xx.2018-ci il tarixdə icra qeydi verilsə də, cavabdeh öhdəliyini icra etmədiyindən icra qeydi xx.xx.2020-ci il tarixdə geri qaytarılmışdır.
9. İşin hallarından da göründüyü kimi, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Lakin cavabdeh həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur.
10. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, 30000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 3625 manat pulun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından da görünür ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh götürdüyü borcu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də buna əməl etməmişdir. İddiaçı 30000 manat pulun iki il beş ay müddət üçün illik 5% hesabı ilə 3625 manat hesablasa da, işin hallarından görünür ki, cavabdeh borc məbləğini iki il dörd ay müddətinə gecikdirimişdir. Belə ki, işin hallarından görünür ki, borc müqaviləsinin bağlandığı vaxtdan iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtadək iki il dörd ay (xx.xx.2018 – xx.xx.2020) müddət keçmişdir. Ona görə görə də, məhkəm hesab etmişdir ki, cavabdeh qaytarmalı olduğu 30000 manat pulun gecikdirilmiş iki il dörd ay müddət üçün illik 5% hissəsi 3500 manat təşkil edir (30000 x 5% = 1500 manat; 1500 manat: 12 ay =125 manat; 125 manat x 28 ay = 3500 manat).
12. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 739.1, 740.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsin dəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilən hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə iştirakı olmadan baxıldığına, sübutlar təqdim edə bilmədiyinə görə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-ci maddəsi, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarı tətbiq olunmalıdır. Məhkəmə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,445.7, 739.1, 740.2-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarını tətbiq etmişdir. Məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun28 noyabr 2018-ci il tarixli qərarında göstərilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyekv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyekv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. O, 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, həmin vaxtdan birdaha Azərbaycana qayıtmamışdır. Pasportunda olan qeydlər buna sübutdur. Mülki işdən də görünür ki, 01 dekabr 2020-ci il tarixə saat 11:50-ə təyin olunmuş məhkəmə iclasına çağırılmağı barədə bildirişi iddiaçı imza edərək almışdır. O, isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmış və eyni zamanda notarius tərəfindən təsdiq edilmişdir iddiaçı öhdəliyini icra edərək razılaşdırılmır. Pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Cavabdeh həm qanunvericiliklə, həm də tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. 26 may 2018-ci il tarixli müqaviləni hədə qorxu təsiri altında imzalamışdır. Ona görə də müqavilə sübut kimi qəbul edilə bilməz. Məhkəmə isə müqaviləni sübut kimi qəbul edərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Müqavilə bağlanan zaman 30000 manat pulu aldığı sübut olunmur.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X6) 2(103)-5973/2024 nömrəli mülki iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmi ş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli, e-2(011)-5702/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işin müəyyən olunmuş hallarına görə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış və eyni zamanda, notarial qaydada təsdiq edilmişdir.
18. Cavabdehin apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin qeydiyyatda olduğu “ünvan 2 ünvanına məhkəmə tərəfindən 09 oktyabr 2020-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq və 05 noyabr 2020-ci il tarixli bildiriş göndərilsə də bildirişin ona çatdırılması mümkün olmamış və poçt – rabitə orqanı tərəfindən bu barədə müvafiq qeyd aparılaraq m əhkəməyə qaytarılmışdır. Bundan sonra məhəkəməyə cavabdehin məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanından həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq yaşamaması ilə bağlı 10 noyabr 2020-ci il tarixli arayış (iş materiallarının 32-ci səhifəsi) alınmış və məhz bundan sonra işə baxılaraq yekun məhkəmə aktı çıxarılmışdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqaviləni hədə qorxu - təsiri altında imzalaması, müqavilə bağlanan zaman 30000 manat pulu aldığı sübut olunmadığı barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən bu faktı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamış və bu xüsusat yalnız formal mülahizələrə əsaslanmışdır.
20. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxs ən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
21. Cavabdeh tərəfindən apellyasiya şikayətində bu normanın dispozisiya şərtləri ilə uzlaşan hər hansı bir əsasa istinad olunmamış və heç bir sübut təqdim edilməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 337.2, 337.3, 337.4, 339.4, 427.1, 442, 445.7, 448.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 384.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-5973-2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə o və digəri Ukrayna Respublikasında ortaq bizneslə məşğul olmuşlar. Biz nesləri uğursuz olduğundan Bakı şəhərinə gəldikdən sonra 2018-ci ildə aralarında mübahisə yaranmış, Rauf ondan Bakı şəhəri Yasamal rayon polis idarəsinə şikayət etmişdir. Polis idarəsində ona demişlər ki, “İddiaçıla razılığa gəlməsən barəndə tədbir görüləcək, bunu istəmirsənsə get notariusa, Raufdan borc pul almaq barədə onunla müqavilə bağla”. O da əlacsız qalıb Raufla birlikdə Bakı şəhəri 53 saylı notariat kontoruna getmiş və Raufdan 30000 manat borc almağı, borcu 10 iyun 2018-ci il tarixdə qaytaracağı barədə aralarında 26 may 2018-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Müqavilədən də görünür ki, borcu qaytarmağı üçün ona 15 gün vaxt verilib. Bu o deməkdir ki, borc almamışdır, müqavilə bağlamağa məcbur edilmişdir. 15 gün ərzində 30000 manat pulu qaytarmaq imkanım yox idi. Məhk əmə işin bu halını nəzərə almalıdır. Hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-ci maddəsi, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarı tərbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018- ci il tarixli qərarında göstərilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edil ərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. 25. 26 may 2018-ci il tarixli müqaviləni hədə qorxu təsiri altnda imzalamışdır. Ona görə də müqavilə sübut kimi qəbul edilə bilməz. Məhkəmə isə müqaviləni sübut kimi qəbul edərək MPM-nin 9,14,217-ci maddələrinə uyğun olmayan qanunsuz və əsassız qətnamə çıxarmışdır.
26. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337.1, 337.2, 337.3, 339.4, 427.1 442, 445.7, 448.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına da istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
29. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
30. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
31. Maddə 385.1. Öhdəliyə əsasən bi r şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
33. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məblə ğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə 739.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan r edaksiya). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
38. Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır:... 6.1.4. notariusun icra qeydləri;
39. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
40. Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (no tariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında;
41. Maddə 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı
42. Kredit müqaviləsində nəzərdə tutulmu ş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə i craata xitam verə bilər.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
55. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üç ün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(103)-5973/2024 nömrəli qətnaməsi iddianın 30000 manat məbləğində əsas borc tələbinə dair hissəsində maddi və pörosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
59. Belə ki, apellyasiya məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin mövqeyinə görə işin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış və eyni zamanda, notarius tərəfindən təsdiq edilmişdır. Həmçinin, borcun ödənilməsi barədə xx.xx.2018-ci il tarixdə icra qeydi verilmiş, icra qeydi xx.xx.2020ci il tarixdə geri qaytarılmışdır.
60. İş materialları il ə təsdiq edilir ki, Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən 18 sentyabr 2018-ci il tarixində verilmiş icra qeydi İddiaçı xeyrinə Cavabdeh vaxtında ödənilməmiş 30000 manat tutulması barədədir.Həmçinin Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilir ki, Bakı şəhəri 53 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli Cavabdeh 30000 manat pul vəsaiti tutlaraq İddiaçı xeyrinə ödənilməsi barədə olan icra sənədi tələbkar İddiaçı ərizəsinə əsasən qaytarılmışdır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, həmin icra qeydi hazırda qüvvədədir, notariusun icra qeydi qüvvədə olduğuna görə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. 62. “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. 63. “İcra haqqında” Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir.
64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, notarius tərəfindən verilmiş icra qeydi (icra sənədi) iş üzrə iddiaçının ərizəsinə əsasən icra məmurunun qərarı ilə qaytarılmışdır.Bu hal isə qeyd edilən icra sənədinin yenidən icraya yönəldilməsini istisna etmir.
65. Ha zırda iddia tələbi 30000 manat əsas borc tələbinə dair hissədə notariusun icra qeydinin verilməsi üçün əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlı olduğundan və notariusun həmin icra qeydinin hazırda qüvvədə olduğuna görə, hazırkı tələb üzrə işə mahiyyəti üzrə baxılaraq məhkəmə aktının qəbul edilməsi yolverilməzdir. Çünki müvafiq pul məbləğinin tutulması barədə artıq icra sənədi verilmişdir.
66. Məhkəmə kollegiyası belə hesab edir ki, iddianın 30000 manat məbləğində əsas borc tələbinə dair hissəsində iş məhkəmədə baxılmalı deyil.Lakin apellyasiya məhkəməsi prosessual hüquq normalarının tələbini pozaraq həmin hissədə də işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
67. Azərbaycan Respublikasının MPM-in 418.4 və 418.4.10-cu maddələrinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.
68. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(103)-5973/2024 nömrəli qətnaməsi iddianın 30000 manat məbləğində əsas borc tələbinə dair hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən qalan hissəsi ( iddianın gecikdirilmiş vaxt üçün pul tələbinin təmin edilmiş hi ssəsinə dair ) üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən digər hissədə hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kollegiya bildirir ki, mübahisələndirilən qalan hissədə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassa siya kollegiyası həmin hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(103)-5973/2024 nömrəli qətnaməsi iddianın 30000 manat məbləğində əsas borc tələbinə dair hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam ve rilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(103)-5973/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.