Məhkəmə qərarları › İş №2(102)-98/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-98/2023

10.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-98/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:maddi zərərin əvəzinin ödənilməsi barədə 10.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 sentyabr 2022-ci il tarixli, 2(103)-5458/2022 saylı qətnaməsindən İddiaçı MMC-nin verdiyi kassasiya şikayəti üzrə işə 10 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, İddiaçı MMC (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehdən əsas borca görə 217.042,75 manat, başqasının pul vəsaitindən qanunsuz istifadə nəticəsində vurulmuş ziyana görə 15.190 manat, ödənilmiş medasiya xidmətinə görə 60 manat, dövlət rüsumuna görə 448 manat olmaqla, cəmi 232.740,75 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddia ərizəsi onunla əsaslandırılıb ki, cavabdeh 2016-cı ildən iddiaçıda çalışmaqla, sonuncu vəzifəsi “X” Departamentinin müdiri vəzifəsi olub. 2021-ci ilin avqust ayında iddiaçı tərəfindən cari daxili maliyyə yoxlaması aparılarkən 20 avqust 2021-ci il tarixdən cavabdehin işə çıxmadığı və müxtəlif bəhanələrlə iddiaçıya məxsus və onun vəzifə tabeliyində olan “X” marketdə aparılan təftişdə iştirakdan boyun qaçırıb. Yoxlama zamanı ilkin olaraq 500.000 manat civarında çatışmazlıqlar müəyyən edilib və bununla bağlı cavabdehə məlumat verilib. Lakin o, buna məhəl qoymayaraq iş vaxtı ərzində əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməkdən boyun qaçırıb və işin normal ahəngini pozub. Odur ki, cavabdeh iş vaxtı ərzində əmək müqaviləsinin çərçivəsinə sığmayan və daxili intizamı pozan əmələ yol verməklə, iddiaçıda mövcud olan daxili nizam-intizamı kobud şəkildə pozub. Bundan əlavə, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyib, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərin icrası əngəllənmişdir. Bu səbəbdən də, işəgötürənin 26 avqust 2021-ci il tarixli əmri ilə cavabdehlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bən dinə əsasən xitam verilib. Mənimsəmə ilə bağlı Xəzər rayon Polis İdarəsinə müraciət olunub. Həmin ərəfədə cavabdeh törətdiyi əməlləri dəyərləndirərək qısa zamanda adında olan əmlakları özgəninkiləşdirməklə, əldə olunmuş vəsait hesabına ilkin müəyyən edilmiş ziyanı qismən ödəyib. Lakin, iddiaçı tərəfindən hadisə ilə bağlı yoxlamanın keçirilməsi məqsədilə 11 noyabr 2021 -ci il tarixli müqaviləyə əsasən yoxlama dövrü 01 yanvar 202020 avqust 2021-ci il olmaqla, kənar auditor cəlb edilib. Yoxlama nəticəsində cavabdeh tərəfindən iddiaçıya 712.140,75 manat ziyan vurulduğu müəyyən edilib. Cinayət məsuliyyətindən boyun qaçırmaq üçün cavabdeh 495.098 manat pul vəsaitini iddiaçının kassasına mədaxil edib. Odur ki, cavabdehin hazırda vurduğu ziyanın məbləği 217.042,75 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.S.Mahmudov) iddia təmin edilərək, cavabdehdən əsas borca görə 217.042,75 manat, vurulmuş maddi ziyana görə 15.190 manat, ödənilmiş mediasiya xidmətinə görə 60 manat, dövlət rüsumuna görə 448 manat olmaqla, cəmi 232.740,75 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı hazırki iddianı irəli sürərkən onun əsası kimi cəmiyyətə məxsus “X” marketdə malların təftişi zamanı çatışmazlıqlar aşkar edilərək, həmin məbləğin 712.140,75 manat civarında olduğu müəyyən edilib. Cavabdeh tərəfindən iddiaçının hesabına ödəniş edildikdən sonra iddiaçı tərəfindən hazırda qalıq 217.042,75 manat borcun, habelə iddiaçı tərəfindən üçüncü şəxslər qarşısında öhdəliklərini icra edilə bilmədiyinə görə 15.190 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsi tələb olunur. Cavabdeh isə aparılan təştif yoxlaması ilə razılaşmayaraq, onu iddiaçının əsaslandığı mötəbər sübut kimi qəbul etməyib və hətta audit rəyini başqa məhkəmədə mübahisələndirib. Halbuki, 20 avqust 2021-ci il tarixli audit rəyindən və hesabatdan görünür ki, göstərilən aralıqda iddiaçıya ümumilikdə 712.140,75 manat ziyan vurulub. Cavabdeh həmin rəyi mübahisələndirsə də, onun tərəfindən 27 avqust 2021-ci il tarixdə 491.000 manat pulun iddiaçıya ödənilməsi aşkardır və işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdeh iddiaçıya göstərilən məbləğdə maddi ziyanın vurulduğunu inkar etsə də, onun tərəfindən iddi açının hesabına böyük məbləğdə pulun köçürülməsi artıq özü-özlüyündə onun tərəfindən işəgötürənə maddi ziyan vurulmasının etirafı kimi qəbul edilməlidir. Cavabdeh, iddiaçının “X” supermarketində kassa sənədlərinin düzgün işlənilmədiyini, aşkar olunmuş çatışmazlıqda təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməyib və işdən görünür ki, iddiaçının məruz qaldığı zərər bilavasitə cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranıb və bunlar arasındakı səbəbli əlaqəni yuxarıda sadalanan sübutlar tam təsdiqləyir. Beləliklə, qeyd edilənlərə əsasən, cavabdeh əmək qanunvericiliyi çərçivəsində iddiaçı qarşısında cəmi 232.232,75 manat məbləğində tam maddi məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 191, 199, 200-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırılıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını və işə baxılarkən kobud prosessual pozuntulara yol vermiş hakim H. Mahmudova barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandır ıb ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməyib və maddi hüquq normalarının tələblərini pozub. Belə ki, tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmayıb. Cavabdehin inzibati xəta, cinayət və ya vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlik törətdiyi müəyyən olunmur, çünki bu barədə səlahiyyəti dövlət orqanının qərarı yoxdur. Mənimsəmə ilə bağlı cinayət işinin başlanması isə rədd edilib. Odur ki, əgər cavabdeh iddiaçıya zərər vurubsa, o, iddiaçının qarşısında yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşya bilər. Əgər hesab olunsa ki, cavabdeh iddiaçıya 712.140,75 manat zərər vurub, zərərə görə onun maddi məsuliyyətinə artıq xitam verilib. Həmçinin, iddiaçının özü iddia ərizəsində etiraf edi b ki, cavabdeh zərərin bir hissəsini- 495.098 manatı iddiaçının kassasına mədaxil edib. O, cümlədən mülki iş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, cavabdeh iddiaçının kassasına 27 avqust 2021-ci il tarixdə, yəni əmək müqaviləsinin ləğvindən 1 gün sonra 491.000 manat, bundan 2 sonra- 29 avqust 2021-ci il tarixdə isə 4.098 manat ödəyib. Həmin məbləğ cavabdehin orta aylıq əmək haqqının məbləğindən artıqdır. Əmək müqaviləsinin ləğv edildiyi zaman cavabdehin əmək haqqının məbləği 4.614,78 manat olub. Yəni cavabdeh məsuliyyət daşıdığı məbləğdən də artıq iddiaçıya pul vəsaiti ödəyib. Bundan başqa, cavabdehin iddiaçıya 217.042,75 manat maddi zərər vurduğu sübut olunmur. İddiaçı zərərin vurulduğunu sübut etmək üçün müstəqil auditorun 20 avqust 2021-ci il tarixli rəy v ə hesabatını məhkəməyə təqdim edib. Həmin rəydə qeyd olunub ki, obyektdə dövriyyə cədvəlləri yarımçıq işlənib, əsas vəsaitlərin analitik uçotu üzrə məlumatlar auditə təqdim edilməyib (obyektin mühasibatlığında bu məlumatlar yoxdur), 2020-ci il və 2021-ci il 20 avqust tarixinə qədər obyektin əmlakına cavabdeh tərəfindən kassa sənədlərinin düzgün işlənməməsi səbəbindən dövriyyə cədvəllərindəki kassa qalıqları real deyil. Kassa qalığı 575.854,14 manat məbləğində çatışmamazlıq baş verib. Mal alışı zamanı 136.286,61 manat mənimsəmə cavabdeh tərəfindən törədilib. Nəticədə cavabdeh tərəfindən obyektə ümumilikdə 712.140,75 manat ziyan vurulub. Audit mənfi rəyi verilmə tarixinə dəymiş zərərin 500.000 manata yaxını cavabdeh tərəfindən iddiaçıya ödənilib. Həmçinin xərclərin və kreditor borclarının an alitik uçotunun aparılmaması səbəbindən maliyyə hesabatlarında verilən rəqəm göstəriciləri dövriyyə cədvəllərində bu hesabların qalıqları ilə uyğun deyil. İddiaçının təqdim etdiyi audit rəyi 712.145,75 manat pul vəsaitinin cavabdeh tərəfindən mənimsənildiyini təsdiq edən sübut sayıla bilməz. Bundan başqa, istintaq orqanının 03 sentyabr 2021-ci il tarixli qərarı ilə həmin məsələ ilə bağlı cavabdehin barəsində cinayət işinin başlanması rədd edilib. Qərarda qeyd olunub ki, 712.145,75 manat pul vəsaitinin mənimsənilməsi barədə göstərilən fakt təsdiq olunmayıb. Bu qərardan şikayət verilməyib. Həmin məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçının kassasına ödənilməsi zərər vurulduğunun (mənimsəmənin) sübutu kimi qiymətləndirilə bilməz. Hüquqi şəxsə öz işçisi tərəfindən zərər vurulması və onun təqsiri ümumi qaydada sübut olunmalıdır. Ödəniş sübut sayılmır, cavabdeh 712.145,75 manat məbləğində əmlakı mənimsədiyini etiraf edən hər hansı yazılı sənəd (ərizə, izahat və s.) verməyib. Ona görə də iddia rədd edilməlidir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri Cavabdehin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, Əmək Məcəlləsinin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır; 199-cu maddəsində göstərilir ki, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda v urduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; 200-cü maddəsinin 1 və 5-ci bəndlərində göstərilir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Əvvəla, apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəllənin 199 və 200-cü maddələrinin tələbləri ilə əsaslandırsada, həmin normaların təfsirində səhvə yol verib. Belə ki, Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən işçi, o halda işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır ki, həmin Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulan hallar, yəni işçinin hərəkət və ya hərəkətsizliyində inzibati xətalar, yaxud cinayət, habelə ve rgi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş ictimai təhlükəli əməllərin əlamətləri olmasın. Başqa sözlə, işçinin əməlində cinayət tərkibli təqsirli hərəkətlər olduqda, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmasa belə, o işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin inzibati xəta, cinayət və ya vergi qanunverciliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlik törətdiyi müəyyən olunmur, çünki bu barədə səlahiyyətli dövlət orqanının qərarı yoxdur. Apellyasiya instansiyası məhkəməsi işin bu halını, istintaq orqanının 03 sentyabr 2021-ci il tarixli qərarı ilə sözügedən məsələ ilə bağlı cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi, həmin qər arda cavabdehin 712.145,75 manat pul vəsaitini mənimsəməsi barədə göstərilən faktın öz təsdiqini tapmaması və bu qərardan şikayət verilməməsi ilə əsaslandırıb. Halbuki, kassasiya şikayətinin dəlillərindən və ona əlavə edilmiş Bakı şəhəri, Xəzər Rayon Prokurorunun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə sözügedən qərarın ləğv edilməsinə dair” 19 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin vəsatəti təmin edilərək, İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilib və material tam və hərtərəfli araşdırılması üçün Xəzər rayon X1 Şöbəsinə göndərilib. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi istintaq orqanının sözügedən qə rarı sonradan ləğv edilib və hazırda material üzrə istintaq orqanı tərəfindən müvafiq araşdırma aparılır və bu barədə nə istintaq orqanının, nə də məhkəmənin yekun aktı yoxdur. Nəzərə alınmalıdır ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, iəstərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması və sair ilə əlaqədar olaraq işçi ilə tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər, belə müqavilə bağlanmadıqda isə tam maddi məsuliyyətin tətbiqinin əsası qismində işçinin inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri çıxış edir və bu halda işçi, Əmək Məcəlləsinin 199-cu maddəsinin c ) bəndinə əsasən işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Göründüyü kimi, bu normada qanunverici, şəxsin hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətlərinin olmasını nəzərdə tutur və bu halın inzibati xəta, yaxud cinayət, habelə vergi qanunverciliyi ilə işlərə baxmaq səlahiyyətinə malik olan orqanlar və ya məhkəmə tərəfindən müəyyən edilməsi, yəni işçinin qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri tam maddi məsuliyyətin tətbiqinin əsası qismində çıxış edir və bu halda işçi işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İşdən görünür ki, iddiaçı, cavabdehin təqsiri üzündən ona maddi ziyan vurulduğunu iddia edir, sonuncu bununla bağlı əvvəl hüquq mühafizə orqanlarına müraciət edib və bundan sonra cavabdeh iddiaçıya vurduğu maddi ziyanı etiraf etməklə kassa mədaxil orderinin qəbzlərinə əsasən iddiaçının kassasına 27 avqust 2021-ci il tarixdə, yəni əmək müqaviləsinin ləğv edilməsindən 1 gün sonra 49.100 manat, bundan 2 gün sonra, yəni 29 avqust 2021-ci il tarixdə isə 4.098 manat pul ödəyib. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulduğunu qəbul etsə də, onun hərəkətlərində qanunazidd hərəkət və ya hərəkətsizliyin olmamasını qeyd etməklə, əslində işin halları barədə ziddiyyətli nəticəyə gəlmişdir. Halbuki, Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin məhz qanunazidd hərəkət və ya hərəkətsizliyi ilə vurduğu ziyana görə məsuliyyət daşıdığı nəzər də tutulub. Belə olan halda, cavabdehin iddiaçıya maddi zərər vurmasını qəbul etməsi, onun tam maddi məsuliyyətdən azad edilməsinə əsas vermir. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən maddi zərərin bir hissəsinin cavabdeh tərəfindən iddiaçının kassasına ödənilməsi, iddia olunan maddi zərərin vurulduğunun (mənimsənildiyinin) sübutu kimi qiymətləndirilə bilməz. Başqa sözlə, hüquqi şəxsə öz işçisi tərəfindən zərər vurulması və onun təqsiri ümumi qaydada sübut olunmalıdır və ödəniş sübut sayılmır, cavabdeh isə 712.145,75 manat pul vəsaitini mənimsədiyini etiraf edən hər hansı yazılı sənəd (ərizə, izahat və sair) verməyib. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə işin qeyd olunan bu halları üzrə heç bir araşdırma aparmadan, cavabdehin iddiaçının kassası na 500.000 manata yaxın pul vəsatini hansı məqsədlə ödədiyini aydınlaşdırmadan, habelə audit rəyi ilə razılaşmadığı və onun əsaslılığını şübhə altına aldığı halda, tam hüquqlu məhkəmə kimi iş üzrə xüsusi bilik tələb edən sözügedən suallara aydınlıq gətirmədən, istintaq orqanının sözügedən qərarının qüvvədə olub-olmadığını dəqiqləşdirmədən və hər hansı mötəbər yazılı sübuta istinad etmədən, audit rəyinin 712.145,75 manat pul vəsaitinin cavabdeh tərəfindən mənimsənildiyini təsdiq edən sübut sayılmadığı və cavabdehin iddiaçıya vurduğu ziyana görə yalnız bir aylıq orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıdığı qənatinə gəlmişdir. Əmək Məcəlləsinin 200-cü maddəsinin 5-ci bəndlərində göstərilir ki, tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hə rəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi, sözügedən maddəni hazırki mülki mübahisəyə tətbiq edərkən, həmin Məcəllənin 199-cu maddəsi ilə qarşılıqlı əlaqəsini nəzərə almayıb. Belə ki, sözügedən maddədə işçinin vurduğu ziyana görə tam maddi məsuliyyət hallarının tam siyahısı verilib və orada göstərilir ki, inzibati xətalar, yaxud cinayət, hebalə vergi qanunverciliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda, işçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Belə olan halda, istintaq orqanının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” söz ügedən qərarının sonradan ləğv edilməsi və material üzrə müvafiq araşdırmanın davam etməsi, cavabdehin işəgötürənə vurduğu ziyana görə yalnız bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas vermir. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə sözügedən material üzrə yekun qərar qəbul edilib-edilməməsi araşdırılmalı və cavabdehin əməlində cinayət tərkibi olan, təqsirli hərəkətlərin və ya hərəkətsizliyin olub-olmaması aydınlaşdırılmalı və yalnız bundan sonra iddianın əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğ v edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə ə sasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 sentyabr 2022-ci il tarixli, 2(103)-5458/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar