Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-98/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: təhsil xərcinin geri qaytarılması 15.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5096/2024 nömrəli iş üzrə 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X ilə xaricd ə təhsil alan arasında bağlanmış 29 avqust 2012-ci il tarixli müqaviləyə əsasən Dövlət Proqramına daxil edilmiş təhsil alan Cavabdeh 2012-2016-cı illərdə Türkiyənin EGE Universitetinin pediatriya ixtisası üzrə təhsil alması nəzərdə tutulmuşdur.
2. X 25 fevral 2020-ci il tarixli, F-134 saylı əmrinə əsasən Türkiyənin “İstanbul Üniversitesi” və “EGE Üniversitesi” ali təhsil müəssisələrindən “Anesteziologiya və reanimatologiya” və “Pediatriya” ixtisasları üzrə rezidentura səviyyəsində təhsil almaq hüququ qazanmış X1 və Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədikləri nəzərə alınaraq onların adlarının Dövlət Proqrmı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılması qərara alınmışdır. 3. 18 aprel 2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 20122016-cı illərdə Türkiyədə təhsil alan Cavabdeh üçün 38901,72 manat xərc çəkilmişdir.
4. T.C.Sağlık Bakanlığı tərəfindən verilmiş Uzmanlık Belgesinə əsasən Aytan Ayyarlı “X2 Haydarpaşa Numune E.A.Hastanesi”ndə uzmanlıq təhsilini tamamlayaraq xx.xx.2017ci tarixində “Çocuk Sağlığı və Hastalıkları” sahəsi üzrə uzmanlığı qazanmışdır.
5. EGE Üniversitesi tərəfindən 16 aprel 2024-cü il tarixdə verilmiş arayışa əsasən Cavabdeh 07 sentyabr 2012-ci il tarixdə “Çocuk Sağlığı və Hastalıkları” fakültəsində tələbə olaraq işə başlamış, 17 avqust 2016-cı il tarixdə təhsilini tamamlamaq üçün X2 Haydarpaşa Numune E.A.Hastanesi”nin “Çocuk Sağlığı və Hastalıkları” ixtisası üzrə davam etdirilməsi üçün fakültədəki işindən ayrılmışdır.
6. X3 tərəfindən 17 aprel 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, 02 yanvar 2024-cü il tarixdən “Çocuk Sağlığı və Hastalıkları” uzmanı dr. Aytən Ayyarlı hal-hazırda xəstəxanada çalışır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. X iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 38901,50 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə “Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasi r tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət büdcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008ci il tarixli 128 nömrəli Qərarı ilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqaüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıd ır: a) müqavilənin predmeti; b)tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç)təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d)müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqaüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış (yataqxana və digər) xərcləri, gündəlik qida xər cləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2012-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2012-ci il tarixli, 1469 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə ş ərtlərinə görə cavabdeh Türkiyə Ege Universiteti ali təhsil müəssisəsində “pediatriya” ixtisasi (rezidentura) üzrə 2012-2016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 38901,50 manat vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, təhsilini həmin ali təhsil müəssisəsində başa vura bilməmiş və Nazirliyin xx.xx.2020-cü il tarixli, F-134 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur.
9. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, o, təhsilini uğurla başa vurmuşdur və hazırda da uzman həkim işləyir. Tərəflər arasında bağlanmış 2012-ci il tarixli müqavilənin predmeti tələbənin Türkiyədə rezidentura təhsili alması olmuşdur. Cavabdeh müqaviləni yerinə yetirərək 2012-ci ildə Türkiyədə Ege Universitetinə daxil olmuş və orada rezidentura təhsili və təcrübəsi keçmişdir. Dörd il sonra 2016-cı ilin avqustunda həmin Universitetdən Haydarpaşa Universitetinə keçmiş və 2017ci ildə tibbdə uzmanlıq dərəcəsi almışdır. Nazirliklə bağlanmış müqavilənin son hədəfi də tələbənin tibbi uzmanlıq dərəcəsi almasıdır. X4 Osmanpaşa hastanesində uzman olaraq işləyir. Tələbə müqavilə öhdəliyini yerinə yetirərək təhsilini başa vurduğu və uzmanlıq dərəcəsi aldığı üçün Nazirliyin ödənilmiş vəsaiti geri tələb hüququ yoxdur. Tələbənin Ege universitetini deyil, Haydarpaşa Universitetini bitirməsi isə öhdəliyin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Əvvəla, tələbə 4 illik təhsilinin əsas hissəsini Egedə təhsil almış, sonda bir neçə ay digər məktəbə keçmişdir. Digər tərəfdən təhsil proqramında əsas məqsəd Azərbaycan vətəndaşların ın xaricdə təhsil alması və ölkənin nüfuzunu təmsil etməsidirsə o, bu məqsədi həyata keçirmişdir. Əgər o, dövlətin vəsaitini alıb təhsillə əlaqədar olmayan yerlərə xərcləsəydi onda hazırkı iddiaya hansısa əsas tapmaq olardı. Universitetin dəyişməsi müqavilədə birbaşa qadağan olmadığı üçün müqavilənin pozulması sayıla bilməz. Əsas odur ki, tələbə təhsil proqramını uğurla başa vurmuş və uzmanlıq almışdır. Elə buna görə də tələbənin 2020-ci ildə təhsil proqramından çıxarılması qanunsuz olmuşdur. Təhsil xərclərinin məbləği sübut olunmur. Cavabdeh təhsilinə dövlətdən əlavə özü də xeyli xərc çəkmişdir. Dövlətin ödədiyi vəsaitin məbləğini xatırlamır. Bankdan pulları rəhmətlik atası götürdüyü üçün həmin məbləği dəqiqləşdirmək imkanı da yoxdur. Hər bir halda iddiaçı təhsil üçün ödənilmiş vəsaiti və məbləğini rəsmi sənədlərlə sübut etmək öhdəliyi daşıyır. Hələlik belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Nazirlik tələbənin 2016-cı ilin avqustunda Ege Universitetindən çıxmasını müqavilənin və öz hüquqlarının pozulması hesab edirsə onda həmin vaxtdan başlayaraq təhsil haqqını geri tələb etməli idi. Ən gec 2016-cı təhsil ili üzrə tələbənin hesabatından və ya hesabat verməməsindən sonra məsələni dəqiqləşdirib öz tədbirlərini görməli idi. Lakin, nazirlik 4 il sonra 2020-ci ildə tələbəni proqramdan çıxarmış, növbəti 4 il də keçəndən sonra məhkəməyə müraciət etmişdir. Özü də bütün bu proseslər tələbəyə heç bir məlumat verilmədən həyata keçirilmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Həmin müddət buraxılmışdır. Elə on a görə də hazırda işi tam araşdırmaq imkanı da aşağı düşmüşdür. Bu nazirliyin təqsirinə görədir. İddiaçının məhkəməyə təqdim etdiyi Universitetlərin ilkin siyahısında EGE universiteti yoxdur. Sonradan təqdim etdiyi siyahıda isə həmin universitet olsa da həmin siyahının səlahiyyətli dövlət qurumu tərəfindən təsdiq edilməsi barədə heç bir məlumat yoxdur. Belə olan təqdirdə cavabdehin sonda bitirdiyi ali məktəblə ilkin daxil olduğu ali məktəbin statusu eyniləşir, beləliklə cavabdeh dövlət proqramı və müqavilə öhdəliyini yerinə yetirmiş sayılır. Xərcləri təsdiq edən sənədlər aydın və əsl deyil. O sənədlərə əsasən məhz iddia olunan məbləğdə vəsaitin cavabdehə ödənilməsini müəyyən etmək mümkün deyildir. Cavabdehə ödənilmiş vəsaitləri onun mərhum atası aldığı üçün cavabdeh özü də xərclərin dəqiq məbləğini bilmir. Bir daha vurğulamaq lazımdır ki, cavabdeh özü də öz təhsilinə xeyli xərc çəkmişdir. Cavabdeh öz öhdəliyində vicdanlı olmuş və dövlətin verdiyi az-çox vəsaiti öz şəxsi ehtiyaclarına deyil, məhz Türkiyədə təhsilinə xərcləmiş və uzmanlıq dərəcəsi alıb həkim kimi işləməyə davam etməkdədir. Dövlətin təhsilə verdiyi vəsaiti bütünlüklə geri tələb etməsini başa düşmür. Cavabdeh 3 il 6 ay məhz EGE universitetində oxumuş, son 6 ayı başqa məktəbə keçmişdir, yəni faktiki olaraq təhsil müdətinin 7/8 hissəsində müqavilədə nəzərdə tutulan məktəbdə biliklərə yiyələnmişdir. Cavabdeh təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmasa da Nazirlik nə şəxsin təhsil proqramından xaric edilməsi barədə 2020-ci il tarixli əmrdə, nə də iddia ərizəsində bu əsasa toxunmamış, yəni pul vəsaiti tələbə d övlət prqoramında göstərilən ali məktəbi deyil başqa məktəbi bitirdiyi üçün tələb edilir. Deməli iddiaçı tələbənin məzun olduqdan sonra ölkəyə qayıdıb işləməməsini mübahisələndirmədiyi üçün məhkəmənin həmin məsələyə hüquqi qiymət verməsinə zərurət də qalmır. Cavabdeh gələcəkdə daha böyük təcrübə ilə ölkəyə qayıdıb işləyə bilər. Hazırkı iddia cavabdehdə çaşqınlıq yaradır. Çünki onunla birlikdə təhsil almış şəxslərdən oxuduğu məktəbi dəyişmiş və işləmək üçün ölkəyə qayıtmamış heç kəsə qarşı Nazirlik tərəfindən belə bir iddia irəli sürülməmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(006)1672/2024 nömrəli qətnaməsi ilə (hakim N.Abbasov) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 29 avqust 2012-ci il tarixdə bağlanmış müqavilənin 2.2.4-cü bəndinə əsasən çəkilən xərcləri və 2.4-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetiriliməsini tələb etmək hüququ iddiaçıya aid edilmişdir. Buna baxamayaraq məhkəmə hesab etmişdir ki, məhkəmə qərarı çıxarılanadək cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbqiqi barədə ərizənin dəlilləri nəzərdən keçirilməlidir. Tərəflər arasında mövcud münasibətlər müqavilə öhdəliklərindən irəli gəlməklə müqavilənin müddəti 2012-2016-cı illəri əhatə etmiş, öhdəlikləri yerinə yetirliməməsi səbəbindən cavabdeh iddiaçının 25 fevral 2020-cü il tarixli, F-134 saylı əmri ilə Dövlət Proqramından xaric edilmiş, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ isə 2019-cu il tarixdə bitməsinə baxmayaraq, iddia tələbi bu müddətin bitmə sindən 5 il sonra, 2024-cü ildə irəli sürülmüşdür.
12. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə 3 illik iddia müddəti 29 avqust 2019-cu il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə 06 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir.
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 442, 373.2, 375.2, 377.2 -ci maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinad etməklə əsaslandırmış dır. Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümüd etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. İddiaçı hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cav abdehə sonuncu müraciətdən sonra iddiaçı hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. İddiaçı ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini buruzə vermis, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət vermədən, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır. İşə baxan məhkəmə qətnamədə Mülki Məcəllənin 372-ci maddəsini tətbiq etməklə yekunda qərar qəbul edərkən səhv nəticəyə gə lmişdir. Belə ki, cavabdehin Dövlət Proqramından xaric edilməsi iddiaçının hüququnun pozulmasının aşkar edildiyi vaxt kimi qəbul edilə bilməz. Çünki, cavabdeh DPdən xaric edildikdən sonra bir neçə il xarici dövlətdə yaşamış və başqa təhsil müəssisəsində təhsilini davam etdirmişdir. Məhkəmənin yanaşmasına görə, cavabdeh ölkəyə qayıtdıqda artıq (müddət ötürüldüyündən) Nazirlik tərəfindən ona qarşı tələb irəli sürmək hüququ aradan qalxmışdır. Məhkəmə cavabdehin bu müddət ərzində xaricdə yaşamasına və təhsil almasına əhəmiyyət verməmişdir. İşə baxan məhkəmə təqdim olunmuş sənədlərə hüquqi qiymət vermədən mülki qanunvericilik normalarını yanlış tətbiq etməklə iddia tələbini təmin emətmişdir. Belə ki, məhkəmə iddia müddətini tətbiq edərkən, əmrin verilməsi tarixini deyil, 16 iyun 2022-ci il tari xli, 05-18149/24 saylı xəbardarlıq məktubunun cavabdehə göndərildiyi tarixi əsas götürməli idi. Xəbardarlıq məktubundan sonra, tələb olunan vəsaitin cavabdehin qaytarmaq fikri olmadığı məlum olmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5096/2024 nömrəli iş üzrə 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov sədrilik edən, məruzəçi, X.Mərdanova və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia müddəti ilə bağlıdır və müddətin tətbiqi ilə bağlı arqumentlərini onunla əsaslandırır ki, cavabdehə xəbərdarlıq məktubu göndə rildikdən sonra iddiaçıya cavabdehin öhdəliklərini icra etməməsi məlum olmuşdur.
18. Məhkəmə kollegiyası iddiaçının qeyd etdiyi dəlillərlə razılaşmayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında bağlanmış 29 avqust 2012-ci il tarixli müqaviləyə əsasən Dövlət Proqramına daxil edilmiş təhsil alan Cavabdeh 2012-2016-cı illərdə Türkiyənin EGE Universitetinin pediatriya ixtisası üzrə təhsil alması nəzərdə tutulmuşdur. Məhz bu baxımdan iddiaçının hüquqlarının pozulduğunu bilməli olduğu an 2016-cı il hesab olunmalıdır. Lakin bu müddət də iddia müddətinin axımının başlandığı an kimi götürülməsə belə, iddiaçının 25 fevral 2020-ci il tarixli, F-134 saylı əmrinə əsasən cavabd eh müqavilə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq adının Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılması onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.
19. Qeyd olunan əmrin məzmunundan da artıq iddiaçının hüququnun pozulduğu bildiyi anı mübahisələndirməsi əsassızdır. Çünki əmrin məzmunu ilə müəyyən olunur ki, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir və buna görə də onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi qərara alınır. Hətta bu əmrin tarixindən hesablansa belə iddia ərizəsi 06 fevral 2024-cü il tarixdə verildiyindən iddia müddəti 11 ay 12 gün ötürülmüşdür.
20. M əhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 390, 442, 372, 373.2, 375.2, 377.1-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəillərinə görə, iddiaçı hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsaiti geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə son uncu müraciətdən sonra iddiaçı hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. İddiaçı ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini biruzə vermis, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət vermədən, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır. İşə baxan məhkəmə qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsini tətbiq etməklə yekunda qərar qəbul edərk ən səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdehin Dövlət Proqramından xaric edilməsi nazirliyin hüququnun pozulmasının aşkar edildiyi vaxt kimi qəbul edilə bilməz. Çünki, cavabdeh DP-dən xaric edildikdən sonra bir neçə il xarici dövlətdə yaşamış və başqa təhsil müəssisəsində təhsilini davam etdirmişdir. Məhkəmənin yanaşmasına görə, cavabdeh xarici ölkədə olarkən ona qarşı tələb irəli sürülə bilərdi. Belə ki, o ölkəyə qayıtdıqda artıq (müddət ötürüldüyündən) nazirlik tərəfindən ona qarşı tələb irəli sürmək hüququ aradan qalxmış olacaqdır. Məhkəmə cavabdehin bu müddət ərzində xaricdə yaşamasına və təhsil almasına əhəmiyyət verməmişdir. İşə baxan məhkəmə təqdim olunmuş sənədlərə hüquqi qiymət vermədən mülki qanunvericilik normalarını yanlış tətbiq etməklə iddia tələbini təmin etməmişdir. Belə k i, məhkəmə iddia müddətini tətbiq edərkən, əmrin verilməsi tarixini deyil, xx.xx.2022-ci il tarixli, 05-18-149/24 saylı xəbardarlıq məktubunun cavabdehə göndərildiyi tarixi əsas götürməli idi. Xəbardarlıq məktubundan sonra, tələb olunan vəsaitin cavabdehin qaytarmaq fikri olmadığı məlum olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtın da icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
26. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qəra r çıxarması üçün əsasdır.
29. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, ş ahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahi sələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mülki qanunvericiliyə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında bağlanmış 29 avqust 2012-ci il tarixli müqaviləyə əsasən, Dövlət Proqramına daxil edilmiş təhsil alan cavabdehin 2012-2016-cı illərdə Türkiyənin EGE Universitetinin pediatriya ixtisası üzrə təhsil alması nəzərdə tutulmuşdur. Məhz bu baxımdan iddiaçının hüquqlarının pozulduğunu bilməli olduğu an 2016-cı il hesab olunmalıdır. Lakin bu müddət iddia müddətinin axımının başlandığı an kimi gö türülməsə belə, iddiaçının 25 fevral 2020ci il tarixli, F-134 saylı əmrinə əsasən cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq adının Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılması onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.
42. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, sözügedən əmrin məzmunundan da artıq iddiaçının hüququnun pozulduğunu bildiyi anı mübahisələndirməsi əsassızdır. Belə ki, əmrin məzmunu ilə müəyyən olunur ki, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir və buna görə də onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi qərara alınır. Hətta bu əmrin tarixindən hesablansa belə iddia ərizəsi 06 fevral 2024-cü il tarixdə verildiyindən iddia müddəti 11 ay 12 gün ötürülmüşdür. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar a raşdırmağa lüzum görmür. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2(103)-5096/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.