Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-981/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı «mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsində inşa edilmiş çəpərin sökülməsi» tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(102)-981/2024 (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərki bdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsində inşa edilmiş çəpərin sökülməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(106)-450/2023 saylı qətnaməsindən iddiaçı (vəkil-Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsində inşa edilmiş çəpərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)-55/2022 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilmiş, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi 07 iyun 2021-ci il olan çıxarışla mülkiyyətinə verilmiş Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0.3696 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi və verilməsi, həmin torpaq sahəsində inşa edilmiş çəpərin Cavabdeh öz vəsaiti hesabına sökülməsi, iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğindəki pulun Cavabdeh alınaraq ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh tutularaq ödənilməsi, iddianın qanunsuz istifadə olunan torpaq sahəsindən ona vurulmuş 3000 (üç min) manat maddi ziyanın və 2000 (iki min) manat əldən çıxmış faydaya görə pul tələbinin və cavabdehin qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)-55/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(106)-450/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2( 018)-55/2022 nömrəli qətnaməsinin qismən ləğv edilərək yeni qətnamə çıxarılaraq, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
5. İddiaçı (Vəkil) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(106)-450/2023 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, vurulmuş maddi ziyanın, əldə çıxmış faydanın ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsində inşa edilmiş çəpərin sökülməsi tələbi barədə iddianın yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
7. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
8. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
9. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
10. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
11. Maddə 408.1-408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
12. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
13. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndəril ir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
15. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müəyyən edilmişdir.
16. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qətnamənin “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərili r ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
17. Göründüyü kimi, MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.6-cı maddəsində deyilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(106)-450/2023 saylı qətnaməsi iddiaçı Hüseynova Hicran Hüseynəli qızının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 27 oktyabr 2023-cü il tarixdə yerləşdirilmişdir.
19. Lakin iddiaçı və vəkili Vəkil həmin qətnamədən kasassiya şikayətini 12 yanvar 2024-cü il tarixdə verməklə kassasiya şikayətinin verilmə müddətini buraxmış və müddətin bərpası barədə vəsatət verməmişdirlər.
20. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407- ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
21. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
22. Lakin hazırki iş üzrə ap ellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.
23. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(106)-450/2023 saylı qətnaməsindən iş üzrə iddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.