Məhkəmə qərarları › İş №2(102)-982/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-982/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-982/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmədə nümayəndəlik, tapşırıq müqaviləsi üzrə xidmət haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6303/2023 nömrəli, 03 noyabr 2023- cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında hüquqi xidmət haqqında 23 fevral 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur.

2. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən dərhal ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə 23 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. Müqavilən in 4.2-ci bəndinə əsasən göstərilməsi nəzərdə tutulan xidmətlər tam başa çatdıqdan sonra və xidmət haqqı ödənildikdən sonra bu müqavilə ləğv edilə bilər.

3. Cavabdeh( bundan sonra cavabdeh) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-745/16 saylı 20 aprel 2016-cı il tarixli qərarından narazı qaldığı üçün İddiaçı (bundan sonra iddiaçı) cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir.

4. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək 6580 avro maddi və 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. 9580 avro məbləğində pul vəsaitinin 30%-i (otuz faiz) 2874 (iki min səkkiz yüz yetmiş dörd) avro təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 2874 (iki min səkkiz yüz yetmiş dörd) avronun manata olan rəsmi məzənnəsinin, 77 (yetmiş yeddi) manat dövlət rüsumunun və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödənilməsi nəzərdə tutulan 2874 (iki min səkkiz yüz yetmiş dörd) avro məbləğində pulun (borcun) 2023-cü ilin bank uçot dərəcəsi (9.0) əsas götürülməklə 259 (iki yüz əlli doqquz) avronun manata olan rəsmi məzənnəsinin cavabdehdən iddiaçı olaraq onun xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi üzrə X8 m übahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2236/2015 saylı 19 noyabr 2015-ci il tarixli qərarı ilə cavabdehin iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(103)-391/2016 saylı 26 yanvar 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )2236/2015 saylı 19 noyabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-745/l 6 saylı 20 aprel 2016-cı il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- l(103)391/2016 saylı 26 yanvar 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

8. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-745/l 6 saylı 20 aprel 2016-cı il tarixli qərarından narazı qaldığı üçün onun tərəfindən iddiaçıya Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir.

9. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək cavabdehə 6580 avro maddi və 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.

10. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avrop a İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16. 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı iddiaçı tərəfindən cavabdehə göstərilən hüquqi xidmətlərin nəticəsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək 6580 avro maddi və 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiya cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir.

11. Göründüyü kimi 9580 avro məbləğində pul vəsaitinin 30 faizi 2874 avro təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 2874 avro məbləğində vəsaitin iddiaçıya ödənilməsi könüllü təmin edilməlidir. Bununla bağlı iddiaçı cavabdehə xx.xx.2023- cü il tarixində rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdehin əri (Eldar Məmmədov) tərəfindən xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilərək alınmışdır.

12. Qeyd edilməlidir ki, “Hüquqi xidmət haqqında” 23 fevral 2015-ci il tarixli müqavilə tək cavabdehlə deyil, digər şəxslərlə (sifarişçilərlə) də, 9 nəfərlə bağlanmışdır. Həmin müqavilədə sifarişçilərdən biri olan X4 ilə iddiaçı arasında olan hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiyası məhkəmələri tərəfindən hüquqi qiymət verilmiş, iddiaçının tələbi qismən – 30% xidmət haqqı hissəsində – xidmət haqqı olaraq 2550 (iki min beş yüz əlli) avro məbləğində pulun T.Muratovadan tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir. Eyni şərtlərlə sifarişçilər ilə ar asında bağlanmış digər müqavilələrdən irəli gələn hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilərək iddia ərizələri qismən (30% xidmət haqqı hissəsində) təmin edilmişdir.

13. İddiaçının Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/11 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarix qərarında adları qeyd edilən (hüquqlarını müdafiə etdiyi) 7 nəfərdən 4 nəfərə qarşı iddia ərizələri təmin edilmiş və qəbul edilmiş qərarlar hazırda icra mərhələsindədir. Qalan 3 nəfərə qarşı iddia ərizələri birinci instansiya məhkəməsinin icraatındadır (məhkəmə qərarları əlavə edilir).

14. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməsinə dair tapşırıq verilmiş, ca vabdehə verilməsi qət edilmiş kompensasiya qəbul edilmiş və bununla da nümayəndə olaraq cavabdeh tərəfindən onun adından edilmiş müraciətin bəyənildiyi nümayiş etdirilmişdir.

15. Bir daha qeyd edir ki, cavabdehlə aralarında bağlanmış 23 fevral 2015-ci i tarixli «Hüquqi xidmət haqqında» müqavilənin 4.1-cü bəndində göstərilmişdir ki, “bu müqavilə 23 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır”. Həmin müqavilə əsasında iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək cavabdehin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlayıb və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən müqavilə təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Mə hkəməsinə müraciət etməsini də əhatə etmiş, bütün xidmət müddəti üçün bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Bu halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında onun Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlayıb və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir.

16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 14.1, 14.2, 324.1-324.3, 326, 327, 329.2, 359.1, 360.1, 360.2, 385.1, 389.1-389.3, 390.1, 425.1, 442, 449.1, 499.2777.1, 777.2, 778.3, 780.1 və 783.1-ci maddələrinə istinad etmişdir.

17. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri belə olmuşdur: - müqavilənin bağlanmasından əvvəl iddiaçı özünü cavabdehə və cavabdehlə qonşuluqda yaşayan sakinlərə vəkillər kollegiyasının üzvü kimi təqdim etmiş və cavabdehə məxsus mənzilə görə əlavə kompensasiyanın dövlətdən tutulması ilə bağlı ona hüquqi xidmət göstərilməsini təklif etmişdir. Cavabdeh və onunla qonşuluqda yaşayan sakinlər iddiaçının həqiqətən vəkil olduğuna inanaraq, xx.xx.2015-ci il tarixdə hüquqi xidmət haqqında müqaviləni imzalamışlar; - cavabdehin Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında təmsil edilməsi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüqu qi xidmət haqqında müqavilənin predmetinə daxil edilməmişdir. Hüquqi xidmət haqqında müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikası ərazisində müqavilədə nəzərdə tutulan xidmətləri peşəkar səviyyədə və keyfiyyətlə göstərməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin pul tələbinə dair mülki iş hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq hər üç məhkəmə instansiyalarından keçmiş və nəticədə tələbləri təmin olunmamışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı elan olunandan bir müddət sonra iddiaçı həmin qərardan Avropa İnsan Hüquqları məhkəməsinə şikayət verilməsinə cavabdehi sövq etməyə çalışmış, lakin cavabdeh buna razı olmamışdır; - bundan başqa, müqavilədə tərəfin razılığı olmadan 3-cü şəxsin cəlb edilməməsi göstərilsə də, iddiaçı buna əməl etməyərək vəkil Sadiq Bağ ırovu xidmətin göstərilməsi üçün işə cəlb etmişdir. Belə ki, hüquqi xidmət haqqında müqaviləyə əsasən heç bir tərəf digər tərəfin yazılı razılığı olmadan hazırkı müqavilənin icrasını və ya ondan irəli gələn hər hansı marağı və ya öz öhdəliklərini üçüncü şəxsə həvalə edə bilməz; - həmçinin cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə dair iddiaçıya tapşırıq verməmişdir. Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə kompensasiya ödənilməsi qərara alınmış və həmin kompensasiyanı almaq üçün iddiaçı cavabdehə zəng edərək etibarnamə verməli olduğunu bildirmişdir. Cavabdeh etibarnamə verməkdən imtina etmiş və kompensasiyanı təxminən bir il bundan öncə cavabdeh özü şəxsən almışdır; - eyni zamanda cavabdehin əri tə rəfindən milli məhkəmələrdə işə baxılan zaman dəfələrlə iddiaçıya pul ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında Avropa İnsan Hüquqları məhkəməsində təmsilçilik xidmətlərinə görə hər hansı xidmət haqqının ödənilməsi barədə heç bir şifahi və yaxud yazılı razılıq olmamışdır. Buna görə də iddia əsassızdır.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki iş üzrə iddianın mahiyyəti ilə tanışdır, iddiada qonorar tələb edilən iş üzrə iddiaçı cavabdehi bütün milli məhkəmələrdə nümayəndə qismində təmsil etmiş, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin tərtib olunmasında isə yaxından iştirak etmişdir. Şikayət üzrə cavabdehi Avropa Məhkəməsində o, təmsil etsə də, hüquqi dəstək hissəsində iddiaçının köməyi olub. Cav abdehlə iddiaçının razılaşmasına görə, işləri müvəffəqiyyətlə yekunlaşacağı halda cavabdehə ödəniləcək kompensasiya məbləğinin 30 faizi qədər iddiaçıya mükafat verilməli idi. Bakı şəhərində olmadığı üçün məhkəmə iclasında iştirak edə bilmir və hazırkı ərizəni izahatı kimi qəbul etməyi xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, iddiaçı özünü vəkil kimi özünü təqdim etmişdir. Cavabdeh onun qonşusu olub, cavabdehlə 30 il bir məhəllədə yaşayıblar. Müqavilə bağlayıblar ki, iddiaçı ölkədaxili mübahisələri həll etsin. Notariusa gedəndə cavabdeh də müqavilənin surətini götürmək istəmiş, lakin müqavilənin surəti cavabdehə təqdim edilməmişdir. Avropa məhkəməsinə şikayət verilməsi üçün cavabdeh tərəfindən iddiaçıya tapşırıq verilməmişdir.

20. Birinci instansiya məhk əməsində şahid X3 bildirmişdir ki, iddiaçını tanıyır. Üzeyir Hacıbəyov 3, mənzil 12 ünvanında yaşayır. Evlər söküləndə bir neçə nəfər şəxs müqavilə bağladılar ki, iddiaçı onların hüquqlarını müdafiə etsin. Bütün instansiyalar bitəndən sonra Avropa məhkəməsinə müraciətlə bağlı razılıq verib. Xırda rüsumlar üçün 100 manat ödəniş edib. Cavabdehin və digər şəxslərin işləri ilə bağlı iddiaçı ona bildirmişdi ki, 7 nəfərin şikayətini Avropa Məhkəməsinə artıq göndərib. Onun şikayəti isə gecikdiyi üçün ayrılıqda göndəriləcək idi. O da 10000 avroya yaxın pul alıb, müqaviləyə uyğun 30% iddiaçıya ödəyib. Əlavə olaraq da 500 avro hədiyyə kimi verib, çünki o, heç inanmırdı ki, kompensasiya ala bilər, lakin iddiaçı 5 il əziyyət çəkib buna nail olub. Məcburiyyət və ya onları aldatma olmayıb, məsələn, qo nşuları Aytən və Tanya inanmadılar ki, kompensasiya ödənilə bilər, notariusa da getmədilər. 20 manat kağızlar üçün 100 manat isə Avropa məhkəməsinə rüsumla bağlı pul verib, Avropa məhkəməsinə şikayəti oxuyub şəxsən özü imzalayıb.

21. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1313/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə (ödəniş günü üçün Azərbaycan manatının rəsmi məzənnəsinə uyğun) 2874 (iki min səkkiz yüz yetmiş dörd) avro və ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manat hissəsinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Rəna Qafarova)

22. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hüquqi xidmət haqqında 23 fevral 20 15-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçi sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçilərin” (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçıya” ödənilir. Milli məhkəmələr tərəfindən cavabdehin iddiası təmin edilməmiş, cavabdeh Avropa Məhkəməsinə müraciət etmiş, Avropa Məhkəməsinin müvafiq qərarına ə sasən cavabdehə 6580 avro maddi, 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.

23. Birinci instansiya məhkəməsi iddianın xidmət haqqının ödənilməsinə aid hissəsinə münasibətdə göstərmişdir ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını öncədən proqnozlaşdıra bilməzdilər. Belə olan halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət ed ilmişdir. Avropa Məhkəməsinin müvafiq qərarına əsasən cavabdehə 6580 avro maddi və 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.

24. Birinci instansiya məhkəməsi cavabdehin “hüquqi xidmət haqqında müqaviləyə əsasən heç bir tərəfin digər tərəfin yazılı razılığı olmadan hazırkı müqavilənin icrasını və ya ondan irəli gələn hər hansı marağı və ya öz öhdəliklərini üçüncü şəxsə həvalə edə bilməyəcəyi, iddiaçının isə Sadiq Bağırovu xidmətin göstərilməsi üçün cəlb etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, üçüncü şəxs qismində cəlb edilmiş X6 məhkəməyə ünvanladığı ərizəsinə əsasən iddiada qonorar tələb edilən iş üzrə iddiaçı cavabdehi bütün milli məhkəmələrdə nümayəndə qismində təmsil etmiş, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin tərti b olunmasında isə yaxından iştirak etmişdir. Şikayət üzrə cavabdehi Avropa Məhkəməsində o təmsil etsə də, hüquqi dəstək hissəsində iddiaçının köməyi olub.

25. Birinci instansiya məhkəməsi iddiaçının, 3-cü şəxsin izahatına, həmçinin şahid X1 ifadəsində göstərdiklərinə qiymət verərək, cavabdehin həmin dəlillərinin əsassız olması nəticəsinə gəlmişdir.

26. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehin Avropa Məhkəməsinin qərarına əsasən ona ödənilməli olan kompensasiyanın alınması üçün iddiaçıya etibarnamə verməməsi və ümumiyyətlə, Avropa Məhkəməsinə şikayət verilməsi üçün iddiaçıya tapşırıq verməməsi ilə bağlı dəlillərini də əsassız sayaraq göstərmişdir ki, cavabdeh öz izahatında 9580 avro məbləğində kompensasiyanı aldığını təsdiq etmişdir. Başqa sözlə, cavabdeh iddiaçının hərəkətin i bəyənmiş və kompensasiyanı qəbul etmişdir. Cavabdeh əri tərəfindən iddiaçıya dəfələrlə pul ödənildiyini qeyd etsə də, bununla bağlı hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir.

27. Birinci instansiya məhkəməsi şahid X2 ifadəsinə qiymət verərək, onun iddiaçı ilə arasında hüquqi xidmət haqqının ödənilməsinə dair məhkəmə mübahisəsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğunu nəzərə almış və onun ifadəsini qərəzsiz ifadə kimi qiymətləndirməməklə sübut növü kimi qəbul edilməsini mümkün hesab etməmişdir.

28. Birinci instansiya məhkəməsi qeyd edilənləri və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 3.2-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı na əsasən cavabdehə ödənilmiş 9580 avro məbləğində pulun 30 faizi olan (9580x30/100) 2874 avro pul hüquqi xidmət haqqı kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Bununla belə, birinci instansiya məhkəməsi iddianın faiz borcu kimi 259 avro pulun cavabdehdən tutulması hissəsini əsassız saymışdır.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 360.1, 360.2, 404.1, 430.1, 442, 439.1, 449.1, 777.1, 777.2, 778.1, 778.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6303/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsi qət edilmişdir. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)

34. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Hüquqi xidmət haqqında” müqavilənin 1.1-ci bəndində hüquqi xidmətin həcmi müəyyən edilərkən Avropa İnsan Hüquqları Məhkəməsində xidmət göstərilməsi (həmin məhkəməyə şikayətin hazırlanması, sənədlərin toplan ması və tərcümə edilməsi, göndərilməsi və s.) yazılmasa da, bu hal iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. O cümlədən Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin maddələrin tələbləri baxımından müqavilədəki iradə ifadəsi və müqavilə şərtləri təfsir edildikdə müəyyən olunur ki, qeyd edilən müqavilə Avropa İnsan Hüquqları Məhkəməsində xidmət göst ərilməsini də nəzərdə tutur.

35. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsində cavabdehi vəkil Sadiq Bağırovun (hazırkı iş üzrə üçüncü şəxsin) təmsil etməsi də iddianın rədd edilməsinə əsas ola bilməz. Mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hazırkı iş üzrə mövqeyini ifadə edib, onun mövqeyi iddiaçının mövqeyi ilə üst-üstə düşür. Avropa Məhkəməsindəki icraat birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraatın davamıdır, yəni məhkəmə mübahisəsi üzrə ölkədaxili müdafiə vasitələri tükəndikdən sonra həmin məhkəməyə müraciət olunub. Ölkədaxili müdafiə vasitələrindən istifadə olunarkən cavabdehə hüquqi xidməti iddiaçı göstərib. O cümlədən iddiaçı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin və zəruri sənədlərin ha zırlanmasında iştirak edib, vəkil Sadiq Bağırov həmin işə məhz iddiaçının təşəbbüsü ilə cəlb olunub. Hüquqi xidmət haqqında müqaviləyə görə, iddiaçı cavabdehə hüquqi xidmət göstərməyə borclu olub. Borclu isə öz öhdəliklərinin icrası üçün digər şəxslərin xidmətlərindən istifadə edə bilər. Mülki Məcəllənin 443.9-cu maddəsinə görə borclu öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.

36. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı “Hüquqi xidmət haqqında” müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh öz öhdəliyini icra etməyib, yəni xidmət haqqını iddiaçıya ödəməyib. Tərəflər müqavilənin məzmununda xidmət haqqının məbləğinə dair şərti azad surətdə müə yyənləşdiriblər. Odur ki, iddiaçı həmin məbləğdə xidmət haqqının ödənilməsini tələb etməkdə haqlıdır.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.5, 390, 398, 404.1, 425 və 443.9-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh (Vəkil2) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti əsasən apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə cavabdeh tərəfindən hər hansı səla hiyyət verilməyən Sadiq Bağırov tərəfindən müraciət etdiyi halda hansı əsasa görə tələblə əlaqədar subyektiv hüququ olmayan iddiaçının “pul tələbi barədə” müraciət etməsi rayon və apellyasiya məhkəmələri tərəfindən nəzərə alınmamışdır və bunu əsaslandırmaq məqsədi ilə “iddiaçının şikayətin tərtib olunmasında yaxından iştirak etməsi və hüquqi dəstək hissəsində kömək etməsi” kimi göstərilməsi və işə aid olmayan şəxslərlə əlaqədar məhkəmə qətnaməsi, qəbz və icra vərəqələrinin işə əlavə edilməsi göstərilmişdir. İş üzrə iddiaçının vəkil Sadiq Bağırova cavabdehin adından hər hansı səlahiyyətlərin ötürülməsi zənn edilsə belə, bu, qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülk i Məcəlləsi Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onu n qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmunun un bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyy əti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret n əticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Buna görə də kollegiya qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

46. İddia tələbi “Hüquqi xidmət haqqında” (tapşırıq müqaviləsi) müqavilə üzrə cavabdehin muzd ödəməsinə dair üzərinə götürdüyü öhdəliyin icra edilməsi barədədir. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən tərəflər arasında tapşırıq müqaviləsi olub, həmin müqavilə tərəflərin iradə ifadəsini əks etdirir, iddiaçı “Hüquqi xidmət haqqında” müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh öz öhdəliyini icra etməyib, yəni xidmət haqqını iddiaçıya ödəməyib. Tərəflər müqavilənin məzmununda xidmət haqqının məbləğinə dair şərti azad surətd ə müəyyənləşdiriblər.

47. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia tələbi və apelyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ ka ssasiya şikayətinin dəlilləridir.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər iddiaya etirazda və apellyasiya şikayətində də irəli sürülmüş və işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarına əsasən təkzib edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6303/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar