Məhkəmə qərarları › İş №2(102)-984/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-984/2018

15.02.2018 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-984/2018 15.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 15 fevral 2018-ci il İş № 2(102)-984/2018 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Quliyev Gündüz Ağababa oğlundan və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi ilə, üçüncü şəxslər X6 və X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli 2(103)-725/2017 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tar ixli 2(102)-3960/2017 saylı qərarı ilə iddiaçı X4ün Cavabdehə qarşı mənzilə köçürülmə tələbinə dair iddiası, Cavabdehin X7yə qarşı mənzilə istifadə hüququnun itirilməsinə dair qarşılıqlı iddiası üzrə mülki iş kassasiya baxışından çıxarılıb, üçüncü şəxslər X6 və X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qərardadı ilə üçüncü şəxslər X6 və X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən, şikayətə vəkilin orderi və dövl ət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmədiyindən geri qaytarılmışdır. Sonradan üçüncü şəxslər X6 və X2 təkrar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər və mülki iş həmin kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qərardadı ilə sonuncuların Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüquqları tanınmadığına görə, onların verdiyi kassasiya şikayəti və əlavə edilmiş sənədlər icraata qəbul edilməmiş və kassatorlara təqdim edilməsi üçün müşayiət məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Mülki Prosessual Məcə llənin 4.1-ci maddəsində təsbit edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi üçüncü şəxslər X8 və X9 tərəfindən verilmiş kassasiya şikayətinin kassasiya qaydasında baxılmalı olub-olmaması məsələsini müzakirə etmədən, MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan, mülki işi sonuncular tərəfindən verilmiş kassasiya şikayətinə əsasən baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Yuxarıda qeyd olunduğu kimi, Ali Məhkəmənin müvafiq məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qərardadına istinadən ka ssasiya şikayəti icraata qəbul edilmədən geri qaytarılsa da, həmin məktuba əhəmiyyət verilmədən mülki iş 18 dekabr 2017-ci il tarixli, 2(103)-725/2017 saylı məktubla yenidən üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mülki işə kassasiya qaydasında baxılması üçün əsaslar yoxdur. Odur ki, iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 407, 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4ün Cavabdehə qarşı mənzilə köçürülmə tələbinə dair iddiası, Cavabdehin X7yə qarşı mənzilə istifadə hüququnun itirilməsinə dair qarş ılıqlı iddiası üzrə mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar