Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-984/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-213/2023 nömrəli iş üzrə 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, XXX rayonu XXX kəndində 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
2. Həmin torpaq sahəsinə dair DTXK Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.1999cu il tarixli JN-XXX nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
3. JN-XXX KOD XXX nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 nömrəli qərarı ilə XXX rayonu XXX kəndində Cavabdeh2 və onun ailə üzvlərinə 2.34 ha kənd tə sərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli, mütəxəssis rəyinə görə, MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin koordinantları ilə XXX rayonu XXX kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Gədəbəy rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 nömrəli qərarı ilə verilmiş XXX rayonu XXX kəndində yerləşən JN-XXX KOD ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Cavabdeh1 və onun ailə üzvlərinin mülk iyyətinə verilmiş 2.34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin koordinatla və faktiki istifadənin koordinatları arasında uyğunsuzluqlar olduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli ekspert rəyi xx.xx.2020-ci il tarixli XXX nömrəli mütəxəssis rəyini təkrarlamışdır.
6. AR ƏMDK DƏDRX 11 saylı Şəmkir ərazi idarəsinin 17 may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Gədəbəy Rayon Məhkəməsinə mütəxəssis rəyinin verilməsi barədə 21 aprel 2021-ci il tarixli 2(042)- XXX/2021 nömrəli məktubun icrası ilə əlaqədar XXX rayonu XXX kəndində olmuşdur. İddiaçı ləğv edilmiş DTXK Şəmkir rayon şöbəsi tərəfindən Dövlət Aktı əsasında mülkiyyətinə verilmiş 0.344477 ha torpaq sahəsinə DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən şərti koordinatlar GPS aparatı vasitəsi ilə yerəköçürmə edilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsinin şimal tərəfindən 0.0478 ha hissəsi digər vətəndaşlar tərəfindən həyətyanı sahə kimi istifadə edilir.
7. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli ekspert rəyi 17 may 2021-ci il tarixli mütəxəssis rəyini təkrarlamışdır.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2022-ci il tarixli ekspert rəyinə görə, AA XXX nömrəli xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan “torpaq sahəsinin döngə nöqtələrinin koordinatları” “UTM” (X1) koordinat sistemində olmadığından və həmin torpaq sah əsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığından, qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
9. Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli XXX nömrəli ekspert rəyinə əsasən, AA XXX nömrəli xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan “torpaq sahəsinin döngə nöqtələrinin koordinatları” “UTM” (X1) koordinat sistemində olmadığından və həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığından, qərardadda ekspert qarşısında qoyulmuş sulların cavablandırılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********59 reye str nömrəli xx.xx.2008-ci il il tarixli AA XXX nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üzrə 4-1 nöqtədə 119.11 metr, 1-2 nöqtədə 29.55 metr, 2-3 nöqtədə 122.04 metr və 3-4 nöqtədə 30.42 metr ölçülü, ümümilikdə cəmi 0.344477 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən şimal tərəfindən 0.0571 ha (eni 30 uzunu 19 metr) hissəsini zəbt edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2lunun, eləcə də 0.344477 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin şərq tərəfdən 0.0379 ha hissəsini (eni 4 metr uzunluğu 100 metr, 4x100) zəbt edib taxıl məhsulu əkən XXX rayonu XXX kənd sakini Cavabdeh3 çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Gədəbəy Rayon Məhkəməsinin 2(042 )-13/2022 nömrəli iş üzrə 01 avqust 2022ci il tarixli qətnaməsi ilə (hakim M.Kazımov) iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 595 manat məbləğində pul vəsaitinin iddiaçından tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə XXX0 manat məbləğdə pul vəsaitinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, onun hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz tutulması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-213/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov, İ.Həsənov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza xərci iddiaçıya aid edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, hakim iddiaçının hüquqi varisinin MPM-in 53-cü maddəsinə əsaslanmaqla iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə verdiyi ərizə üzrə deyil, əvvəlki iddia tələbi üzrə qətnamə çıxarmışdır ki, bununla da MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi barəsində q anuni qüvvədə olan əvvəlki məhkəmə qətnaməsi vardır, həmin qətnamədən sonra əldə edilmiş sənədlərə istinad edilməklə irəli sürülən iddia əsaslı sayıla bilməz. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi yaxud işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlillərinə görə, yerli məhkəmə baxışında cəlb olunmuş reyestr xidmətinin mütəxəssisinin rəyi əsassız olmuşdur. Çünki, koordinatları müəyyən edilə bilməyən mübahisəli torpaq sahəsinin yerində müəyyənləşdirilməsi həqiqəti əks etdirmir. Bununla belə, məhkəmə kollegiyası məhz bu məsəl əyə istinad edərək qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barə sində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 1XXX. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə d axil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində n öz əmlakını geri tələb edə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr v ə nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır;
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 24. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları: Bənd 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur; Bənd 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, koll ektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır; Bənd 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspe rtin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edil ən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamən in ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
32. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir.
33. Hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquq ların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülür. Mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri hüquqi iddialardır. Bu iddialar əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Mülki Məcəllənin 157-ci maddəsində də mülkiyyət hüququnun müdafiəsinin məhz qeyd olunan 3 üsulu tənzimlənmişdir: 1) mülkiyyət hüququnun tanınması; 2) özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi (vindikasiya iddiası); 3) mülk iyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi (neqator iddia). Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır. Vindikasiya prosesində tərəflər: iddiaçı - əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh - vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasi ya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir.
34. Vindikasiya iddiasının qaldırılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) iddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3) iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır; 4) başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır.
35. İddiaçı mübahisə predmeti torpaq sahəsi üzərində mülkiyyət hüququnun ona məxsus olduğunu irəli sürür.
36. Lakin işdən məlum olur ki, mübahisəli torpaq sahəsinin yeri və cavabdehlərin qanunsuz sahibliyində olması işin ape llyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilə bilməyən halıdır. Belə ki, əvvəlcə, mübahisəli torpaq sahəsinin dəqiq yerinin və sonra cavabdehlərin qanunsuz sahibliyində olub-olmaması halının müəyyənləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən iş üzrə təyin edilmiş məhkəmə ekspertizalarından hər hansı nəticə hasil olmamışdır. Bu da o deməkdir ki, iddiaçının qaldırdığı hazırkı vindikasiya iddiasının əsaslı sayılması üçün yuxarıda sadalanan şərtlərə (§34) iş üzrə əməl olunmur, başqa sözlə, iddiaçının cavabdehə qarşı vindikasiya tələbinin əsaslılığı sübuta yetmir.
37. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin iş üzrə alınmış mütəxəssis rəyinin mötəbər sübut olmaması barədə dəlili əsassızdır. Belə ki, iddiaçı tərəfindən həmin rəyin mötəbər olmaması barədə hər ha nsı konkret və tutarlı əsasa istinad olunmamışdır, buna dair prosessual əsaslar işdən aşkar edilmir, mütəxəssis və ekspert rəylərinə əsasən isə müəyyən edilmişdir ki, iddiaçının Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları “UTM” (X1) koordinat sistemində olmadığından, həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün deyil.
38. Kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uy ğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə on u bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiy mətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qi ymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
39. Konstitusiya Məhkəməsinin Plenumu da öz qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
40. Məhkəmə kollegiyası eyni zamanda izah edir ki, iddianın bu qaydada həlli iddiaçının gələcəkdə mübahisəli torpaq sahəsinə dair qanunla nəzərdə tutulan qaydada tərtib edilmiş, yəni torpaq sahəsinin döngə nöqtələrinin koordinatları “UTM” (X1) koordinat sisteminə daxil edilmiş mülkiyyət (çıxarı ş) və texniki sənədləri (torpaq sahəsinin planı və ölçüsü) əldə etdikdən sonra yenidən eyni əsaslarla iddia qaldırmasına maneə deyil.
41. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-213/2023 nömrəli iş üzrə 4 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.