Məhkəmə qərarları › İş №2(102)-985/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-985/2019

19.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-985/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il İŞ № 2(102)-985/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2, Cavabdeh və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(103)-10168/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 07 iyu n 2018-ci il tarixli, 2(011)-3650/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” barədə iddiası təmin edilərək, iddiaçının azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, 41 saylı evin 12-ci mənzilinə köçürülməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(103)10168/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. C avabdeh və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki,20 dekabr 2003-cü tarixdə rəsmi nikah əsasında cavabdehlə ailə qurmuş və birgə nikahlarından 10 sentyabr 2004-cü il tarixdə Aysel, 07 avqust 2007-ci il tarixdə xxx adlı, iki uşaqları doğulmuşdur. Ailə qurduqları ilk gündən cavabdehə məxsus olan Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, 41 saylı evin, 121-ci mənzilinə gəlin köçmüş və 2016-cı ilin may ayına kimi həmin evdə övladları ilə birlikdə yaşamışdır. Həm özü, həm də azyaşlı övladları həmin ünvanda qeydiyyata alınmış, yəni mənzildən istifadə hüququ qazanmışlar. Lakin sonradan cavabdehlə aralarında yaranmış qeyri-normal münasibətlər nəticəsində 2016-cı ilin avqust ayında o, məcbur olub azyaşlı uşaqları ilə birlikdə yaşamaq üçün anasının yaşadığı Bakı şəhəri, xxx rayonu, Telnov küçəsi, 5 saylı evin, 12-ci mənzilinə köçmüşlər. Bundan sonra Bakı şəhəri, xxx rayon məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı övladlarının onun yanında saxlanılması və azyaşlı uşaqlarının saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət olunmuşdur. Bütün bunların nəticəsində məcburiyyət qarşısında qalaraq 2016-cı ilin may ayından hal-hazıra kimi azyaşlı övladları ilə birlikdə anasının mənzilində çətin şəraitdə yaşayırlar. Özünə məxsus olan ba şqa yaşayış sahəsi yoxdur. Hazırda ona məxsus olan cehiz əşyaları və digər əmlakları həmin mənzildə yerləşir. Qeyd olunan mənzil onun atasının vəsaiti hesabına təmir edilmişdir. Bundan başqa onun övladları sözügedən mənzilə yaxın ərazidə yerləşən orta məktəbdə təhsil aldıqları üçün anasının yaşadığı evdən məktəbə gedib-qayıtmaqda böyük çətinliklər çəkirlər. Ona görə də, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı nümayəndəsi Akif Abbasov məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instans iyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının mübahisəli mənzildən qanuni əsaslarla istifadə hüququnun əmələ gəlməsinə və onun həmin mənzilə köçürülməsi üçün əsasların olmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandımışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, xxx rayon məhkəməsinin 27 dekabr 2017ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması və onların birgə nikahından 10 sentyabr 2004-cü ildə doğlumuş Ayselin və 07 avqust 2007-ci il tarixdə doğulmuş xxxin anaları İddiaçı yanında saxlanması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflər arasında münasibətlər pozulduqdan sonra iddiaçı məcbur qalaraq birgə nikah dövründə yaşadıqları mənzili tərk edərək uşaqları ilə birlikdə anasının evində məskunlaşmışdır. Hazırda cavabdeh iddiaçıya uşaqları ilə birlikdə ona məxsus mənzilə köçməyə mane olduğu üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra işdən görünür ki, iddiaçının uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi mənzil 19 iyul 2001-ci il tarixdə mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmış və hazırda onun mülkiyyətindədir. Bu baxımdan iddiaçı öz iddia tələbini sözügedən mənzilə 2003-cü ildə nikaha daxil olub orada birgə nikah dövründə uzun müddət yaşaması və uşaqları ilə istifadə hüququnu qazanması ilə əsaslandırır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, iddiaçı həmin mənzilin mülkiyyətçisinin ailə üzvü kimi həmin yaşayış sa həsinə daimi yaşamaq üçün köçərək orada yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ əldə etməsi nəticəsində mənzildən istifadə hüququna malik olduğundan, həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi qeyd edilən hissədə təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qeyd olunan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki işdə iddiaçı mübahisəli yaşayış sahəsinin tərkib hissəsinin mülkiyyətçisi olan keç miş əri, iş üzrə cavabdehin ailə üzvü kimi həmin yaşayış sahəsinə daimi yaşamaq üçün köçərək orada yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ əldə etmişdir. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiy yətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarında Kostitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabr ayının 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək olan dövrə təsadüf etdiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən “mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib h issəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır”. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər ər-arvad olduqlarından onlar arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə əlaqədar yazılı razılaşma bağlanmasa da, iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzildə cavabdehin ailə üzvləri qismində yaşadıqlarından, həmin mənzilə etibarlı ailə əlaqələri əsasında hüquq əldə etmişlər. Odur ki, mübahisəli mənzil iddiaçının və onun yetkinlik ya şına çatmayan uşaqlarının yaşayış yeri sayıldığından və cavabdehin onu və uşaqlarını həmin mənzilə buraxılmaması səbəbindən öz yaşayış yerlərini müəyyən müddətə tərk etməli olduqlarından və bununla da iddiaçı və uşaqları yaşadıqları mənzildən qanunsuz olaraq məhrum olunduğundan, iddiaçı mübahisəli mənzilə uşaqları ilə birlikdə köçürülməsi barədə hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, iddiaçının cavabdehin ailə üzvü kimi mübahisəli mənzilə gəlin köçüb, onlarla həmin mənzildə bi rgə yaşayıb, ümumi təsərrüfatı birgə idarə etməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, mübahisəli mənzilin onun mülkiyyətində olmasını, mənzildə digər şəxslərin də qeydiyyatda olmaqla yaşa malarını, onların hüquqlarının nəzərə alınmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını tə şkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş yuxarıda qeyd olunan faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmi ş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(103)-10168/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar