Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-985/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və buraxılmış məcburi müddət üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «işə bərpa və buraxılmış məcburi müddət üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1793/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə 4 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC və İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı 23 iyul 2013-cü il tarixdə ehtiyyat hissələri üzrə mütəxəssis kimi işə qəbul edilmişdir. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1/306 №-li əmrdən görünür ki, "xxxx" MMC-nin X3 Departamentinin ehtiyat hissələri üzrə satış koordinatoru İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndi – özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən xi tam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilərək onun işə bərpa edilməsi və buraxılmış məcburi müddətlər üçün əmək haqlarının "xxxx" MMC-dən tutularaq ona tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilmməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixində əmək müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən o, xx.xx.2013-cü il tarixindən “Ehtiyat hissələri üzrə mütəxəssis” vəzifəsini icra etmişdir. Cavabdeh təşkilat onun işə gəlməməsini səbəb göstərərək xx.xx.2021-ci il tarixində onun b arəsində Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq “Əmək müqaviləsinə xitam verilməsi” nə dair qanunsuz əmr imzalamışdır. Belə ki, onun səhhətində problem yaranması səbəbi ilə işə gəlməməsi "xxxx" MMC-nin səlahiyyətlisi tərəfindən bildirilmişdir. Bununla bağlı onunla "xxxx" MMC arasında qeyd edilənləri sübuta yetirən “whatsapp” yazışmaları mövcuddur. Göründüyü kimi, onun səhhətində problem olması səbəbi ilə işə gəlməməsi cavabdeh tərəfindən bildirildiyi halda onun barəsində qanunsuz əmr verilmiş, əvvəllər onun barəsində (əmrə qədər) hər hansı bir xəbərdarlıq, töhmət, şiddətli töhmət tətbiq edilməməsi nəzərə alınmamış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur.
5. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamı şdır.
6. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də 03 iyul 2020-ci ildən işləyir. O, işə başlayanda İQ məsələlər üzrə baş direktorun müşaviri, bir müddət sonra isə X3 Departamentinin rəisi təyin edilmişdir. İddiaçı "xxxx" MMC-nin X3 Departamentinin ehtiyat hissələri üzrə satış koordinatoru olmuşdur. İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə şirkətin rəhbərliyinə təqdimat yazmışdır. İddiaçı bununla bağlı “COVİD-19 PCR” testi verməli idi. İddiaçı isə nə test vermiş, nə də həkimə getmiş, üzrsüz səbəbdən 2 gün işdən qalmışdır. İddiaçı onunla yalnız telefon vasitəsilə əlaqə saxlayaraq özünü yaxşı hiss etmədiyini bildirmişdir. İddiaçı həkimə getdyini bildirsə də, rəhbərliyə rəsmi arayış təqdim etməmişdir. İddiaçı 16 av qust 2021-ci il və 17 avqust 2021- ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, xx.xx.2021-ci ildə işə qayıtmış, xx.xx.2021-ci ildə o, təqdimat vermiş və xx.xx.2021-ci ildə işdən azad olunma barədə əmr verilmişdir. Bununla bağlı Təhlükəsizlik Departamentinin rəisi araşdırma aparmışdır. Şirkətdən azad olunma birbaşa şirkət rəhbərliyinin səlahiyyətindədir.
7. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 28 aprel 2022-ci il tarixli, 2(012)-1566/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı onun barəsində "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və buraxılmış məcburi müddətlər üçün əmək haqqlarının "xxxx" MMC-dən tutularaq ona tam şəkildə ödənilməsi barədə iddiası təmin edilməmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 1/306 №-li əmrdən görünür ki, "xxxx" MMC-nin X3 Departamentinin ehtiyat hissələri üzrə satış koordinatoru İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndi – özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən xitam verilmiş, iddiaçı həmin əmrin qanunsuz verilməsini iddia etsə də,lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında sübutlar tədqiq edilərkən müəyyən edilm işdir ki, İddiaçı 16 avqust 2021-ci il və 17 avqust 2021-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmadığından "xxxx" MMC-nin direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə haqlı olaraq istinad etməklə iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç», 72-ci maddəsinin «a» bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" LTD MMC-ni n SƏTƏM şöbəsinin rəisi X4 ondan həmin ilin aprel ayında yoluxduğu “Covid19” xəstəliyi ilə bağlı sənəd gətirməyini xahiş etmişdir. Həmin sənədi təqdim etməzdən əvvəl onun əhvalını soruşduqda ona burun və boğazında qıcıqlanma olduğunu bildirmişdir. Səbuhi Alışov onun bu sözündən dərhal sonra sonuncunun şöbə müdiri Aqşin Suleymanovla əlaqə saxlayıb onun evə getməyini təkid etmişdir. O, da öz növbəsində şöbə müdiri Aqşin Suleymanova bu barədə məlumat verdikdən sonra sonuncu ona evə getməyinə icazə vermişdir. İşdən çıxandan dərhal sonra o, ərazi üzrə sahə həkiminin yanına getmiş və sahə həkimindən işə təqdim etmək üçün arayış verməyini xahiş etmişdir. Həkim isə ona bildirmişdir ki, əgər qızdırma yoxdursa arayışın verilməsi mümkün deyildir. Həmin günü axşam saatlarında o, öz şöbə müdirinə qızdı rması olmadığından arayışın həkim tərəfindən verilmədiyini bildirmiş və növbəti günü işə gəlib-gəlməyəcəyi barədə şöbə müdiri Aqşin Suleymanovdan sonuncunun Whatsapp nömrəsinə yazaraq soruşmuş, sonuncu ona yazaraq "..... xx.xx.2021-ci il tarixdə işə gəlməməyini, SƏTƏM üzrə rəisin onun evdə olmasını dediyini" bildirmişdir. xx.xx.2021-ci il tarixdə də şöbə müdiri ona yazaraq xx.xx.2021-ci il tarixdə də evdə qalmasını ona bildirmişdir. Yuxarıda qeyd olunanları açıq-aşkar "xxxx" LTD MMC-nin SƏTƏM şöbəsinin rəisi X2 və şöbə müdiri Aqşin Suleymanovun MMC-nin Baş direktoru Vahid Bağırova verdikləri izahatlarından da görmək olar. Şöbə müdiri Aqşin Suleymanovun MMC-nin Baş direktoru Vahid Bağırova verdiyi izahatına diqqət yetirsək görərik ki, şöbə müdiri A.Suleymanov bildirir ki, xx.xx.2021-ci il t arixdə ona zəng vuraraq həkimin sonuncunun qızdırması olmadığından arayışın verə bilməyəcəyini demişdir. Daha sonra həmin günün axşamı İddiaçı şöbə müdiri A.Suleymanova yazaraq xx.xx.2021-ci il tarixdə işə gəlib-gəlməyəcəyini soruşmuş, sonuncu isə ona bildirmişdir ki, SƏTƏM rəisi onun işə gəlməməsini bildirmişdir. Eynilə xx.xx.2021-ci il tarixlə bağlı da şöbə müdiri ona işə gəlməməyini bildirmişdir. Sual yaranır: Əgər xx.xx.2021ci il tarixdə o, şöbə müdiri A.Suleymanova həkimdən işə təqdim etmək üçün arayışın təqdim etməsinin mümkün olmadığını bildirirsə hansı səbəbdən şöbə müdiri onun növbəti günləri işə gəlib-gəlmədiyini ondan soruşduqda ona 17 və 18-i tarixlərdə evdə qalmağını bildirir. Göründüyü kimi, şöbə müdiri onun tibbi arayış təqdim edə bilməyəcəyini bilirdi və buna baxmayaraq S ƏTƏM üzrə rəisin ona həmin tarixlərdə evdə qalmalı olduğunu sonuncuya Whatsappla yazaraq bildirmişdi. Qeyd olunan işin faktiki halı işin obyektiv və düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə isə bilərəkdən işin bu kimi faktiki halına hüquqi qiymət verməmiş və ümümiyyətlə təqdim olunmuş Whatsapp yazışmalarını və MMC-nin Baş direktoruna verilmiş izahatları iş materiallarına bilərəkdən əlavə etməmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) 2(105)-1793/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(012)-1566/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmış və hüquqi qiymət verilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 45, 68, 70, 71.2, 71.3, 72, 76.2, 83.1, 83.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd olunan dəlillərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verildiyi qeyd olunmuşdur. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd olunan dəlillərə qiymət verməmişdir. Halbuki, birinci instansiya məhkəməsi bilərəkdən işin faktiki hallarına, təqdim olunmuş Whatsapp yazışmalarına və MMC-nin Baş direktoruna verilmiş izahatlarına hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi isə nədənsə birinci instansiya məhkəməsinin apellyasiya şikayətində qeyd olunan dəlillərə qiymət verdiyini qeyd edərək, iddiaçının dəlillərinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə
10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
20. Maddə
45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
21. Maddə 68 “a”. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
22. Maddə 70 «ç» bəndi: İşçi özün ün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
23. Maddə 71.2-ci bəndi: bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
24. Madd ə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
25. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
26. Maddə 76.2. Əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsi nin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
27. Maddə 83.1 Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
28. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işə götürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilə r ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə y oxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir.
40. Məhkəmə kollegiyası kassatorun Whatsapp yazışmalarına və MMC-nin Baş direktoruna verilmiş izahatlarına hüquqi qiymət verilməməsi dəlillərinə m ünasibətdə qeyd edir ki, iş materiallarında olan Whatsapp yazışmaları və MMC-nin Baş direktoruna verilmiş izahatlar iddianın əsaslılığını təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, işə gəlmiş İddiaçı əmək müqaviləsinə işə gələndə xəstəliyi barəsində heç bir sənəd təqdim etməməsi, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə xitam verilmişdir. Təqdim olunmuş Whatsapp yazışmalarında və MMCnin Baş direktoruna verilmiş izahatlarda bu halını əksini təsdiq edən məlumatlar mövcud deyil. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də 03 iyul 2020-ci ildən işləyir. O, işə başlayanda İQ məsələlər üzrə baş direktorun müşaviri, bir müddət sonra isə X3 Departamentinin rəisi təyin edilmişdir. İddiaçı "xxxx" MMC-nin X3 Departamentinin ehtiyat hissələri üzrə satış koordinatoru olmuşdur. İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə şirkətin rəhbərliyinə təqdimat yazmışdır. İddiaçı bununla bağlı “COVİD-19 PCR” testi verməli idi. İddiaçı isə nə test vermiş, nə də həkimə getmiş, üzrsüz səbəbdən 2 gün işdən qalmışdır. İddiaçı onunla yalnız telefon vasitəsilə əlaqə saxlayaraq özünü yaxşı hiss etmədiyini bildirmişdir. İddiaçı həkimə getdyini bildirsə də, rəhbərliyə rəsmi arayış təqdim etməmişdir. İddiaçı 16 avqust 2021-ci il və 17 avqust 2021- ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, xx.xx.2021-ci ildə işə qayıtmış, xx.xx.2021-ci ildə o, təqdimat vermiş və xx.xx.2021-ci ildə işdən azad olunma barədə əmr veril mişdir. Bununla bağlı Təhlükəsizlik Departamentinin rəisi araşdırma aparmışdır. Şirkətdən azad olunma birbaşa şirkət rəhbərliyinin səlahiyyətindədir.
41. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq təqdim olunmuş şahid ifadələrini işdə olan digər sübutlara qarşılıqlı olaraq qiymətləndirmiş və iddianın rədd edilməsi qənaətinə gəlmişlər. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla tə sdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1793/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.