Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-987/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim: S.B.Mehrəliyev; 2(004)-304/2018) iddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixl, qətnaməsi ilə (hakimlər: E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.K.Xəlilov; 2(103)-10610/2018) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 40000 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edil məsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05.02.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 40000 ABŞ dolları məbləğində borc vermişdir. Müqavilə Bakı şəhəri 12 saylı Notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan pul vəsaitini 05.08.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.Hazırki müqavilə üzrə öhdəliyin müəyyən edilmiş icra müddətinin bitdiyi (05.08.2016-cı il) tarixdən etibarən cavabdehlə apardığı danışıqlar heç bir nəticə verməmiş, borc məbləği qaytarılmamışdır.Ona görə də iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, 129-cu maddəsinin İİİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 14.2, 217.1, 220.4-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldi kləri üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş in hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən 05 fevral 2016- cı il tarixdə Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq olunmuş, müqaviləyə görə Cavabdeh İddiaçı 05.08.2016-cı il tarixdə geri qaytarmaq şərtilə 40 000 (qırx min) ABŞ dolları məbləğində borc pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.1 maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - 386.1 maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 739.1-ci maddəsinə əs asən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan 40 000(qırx min) ABŞ dollar pul borc alaraq, aralarında 0 5.02.2016-cı il tarixli kredit müqaviləsi bağlamağına baxmayaraq cavabdeh həmin müqavilənin 2-ci bəndinin tələblərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh apellyasiya şikayətini aldığı borcu qaytardığı və bunun şahid ifadələri ilə təsdiq oluna biləcəyi arqumenti ilə əsaslandırılmışdır. Halbuki, borcun qaytarılmış olduğuna dair mötəbər sübutlar təqdim olunmamış, iddiaçı isə bunu ümumiyyətlə inkar etmişdir. Ona görədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin dindirilməsini istədiyi şahid ifadələrini n onun həmin arqumentlərinin təsdiqi kimi qəbul edilməsi mümkün deyildir. Çünkü qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.Cavabdeh, iddiaçının ona verdiyi vədi yerinə yetirmədiyini, müqavilədə göstərilən pul məbləğini ona vermədiyini irəli sürmüşdür; iddiaçı ilə münasibətlərinin onun təsvir etdiyi şəkildə normal olmaması şəraitində isə qaytardığı borc məbləğlərinə dair onun hər hansı yazılı qəbz tərtib etməməsi inandırıcı deyildir. Beləliklə iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 sentyabr 2018- cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-987/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-987/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver