Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-989/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2018-ci il tarixli, 2(103)7672/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim T.K ərimov) 13.04.2018-ci il tarixli 2(001)-2215/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə iddiasıtəmin edilərək, İddiaçı uşaqları - 10.09.2004-cü il təvəllüdlü X3 və 21.02.2006-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, ****************** ünvanında yerləşən əvvəllər yaşadıqları fərdi yaşayış evinə köçürülmələri, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova, V.Həsənov) 11.07.2018-ci il tarixli, 2(103)-7672/2018nömrəliqətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(001)-2215/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə iddiaərizəsi ilə 17.01.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 10.09.2004-cü il tarixdə anadan olmuş Ladən və 21.02.2006-cı il tarixdə anadan olmuş F6 adlı uşaqları ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, ****************** ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələribarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinə görə “işin mübahisəli halı o ndan ibarət olmuşdur ki, iddiaçı mübahisəli evin yerləşdiyi torpaq sahəsini yarımçıq tikili ilə birlikdə nikahları dövründə 56000 manata və ya dollara aldıqlarını, ************* evlərini sataraq həmin evi inşa etdiklərini, həmin evin birgə nikahları dövründə qazanılan əmlak olduğunu, cavabdeh isə torpaq sahəsinin və evin onlara deyil, bələdiyyə qərarına əsasən başqa şəxsə məxsus olduğunu, evin torpaq sahəsi sahibinin sifarişi əsasında orada yaşamaq şərti ilə inşa etdiyini bildirmiş, işin mübahisəli halları alınmış şahid ifadələri, mübahisəli evə enerjidən istifadəyə görə cavabdehin məhz abunəçi olması, həmçinin torpaq sahəsinə dair cavabdeh tərəfindən bələdiyyə qərarından başqa tikilinin də məhz torpaq sahəsi sahibi tərəfindən inşa edilməsinə dair hər hansı sübutların təqdim edilə bilməməs i ilə aradan qalxmış olur. Bundan başqa, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına əsasən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə vaxtilə ayrılmış sənaye təyinatlı torpaq sahəsi hüdudları daxilində yerləşir və heç də təsadüfi olmamışdır ki, cavabdeh həmin ərazidə fərdi yaşayış evinin tikintisi üçün Neft Şirkətinin rəhbərliyindən icazə almalı olmuşdur. Bu baxımdan isə həmin torpaq sahəsinə dair bələdiyyə tərəfindən verilmiş qərar hər hansı bir hüquqi qüvvəyə malik ola bilməz.” Lakin məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, məhkəmə işin mübahisəli hallarının şahid ifadələri ilə aradan qalxdığını qeyd etsə də, şahid ifadələri ilə konkret olaraq hansı mübahisəli halların ayınlaşdırıldığını göstərməmişdir. İş üzrə dindi rilmiş şahid ifadələrindən göründüyü kimi onlar bir sıra hallarda iddiaçının dedikləri ilə ziddiyyət təşkil edən fikirlər səsləndirmiş, ümumiyyətlə isə mübahisəli hallarla bağlı yalnız şəxsi mülahizələrini səsləndirmişlər ki, bunlar da mübahisəli hallara aydınlıq gətirəcək sübut kimi qiymətləndirilə bilməz. Hətta enerjidən istifadəyə görə abunə kodunun cavabdehin adına olması da mübahisəli evin onlara məxsus olduğunu deməyə əsas vermir. Mübahisəli evin cavabdehlə iddiaçının birlikdə inşa etdiyi ev olması və iddiaçının əmlaklarının mübahisəli evdə olması barədə məhkəmənin gəldiyi nəticələr yenə də hər hansı bir sübuta əsaslanmamış və yalnız iddiaçının subyektiv mülahizələrinə istinad edilmişdir. İddia ərizəsinə etirazda qeyd olunduğu kimi, mübahisəli evin yerləşdiyi torpaq sahəsi və torpaq sahəsinin üzərindəki ev X1 məxsusdur. Belə olan halda həmin şəxs maraqlarına toxunduğundan üçüncü şəxs qismində mülki işə cəlb edilməli idi. Lakin məhkəmə bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də qanunvericiliyin tələblərinə riayət etməmiş və qəbul etdiyi qətnamə üzrə gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. Beləliklə Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazım i qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yox layır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.07.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh keçmiş ər-arvaddır. Onlar arasında mübahisə Bakı şəhəri, ************************* ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlıdır, ev özbaşına tikinti obyektidir. Ev üzərində heç kəsin mülkiyyət hüququ yoxdur. İddiaçı evi zəbt etməmişdir, ev onun yaşayış yer idir. O, 2012-ci ildən 2016-cı ilədək evdə yaşamış, sonradan tərəflərin münasibətlərinin gərginləşməsi üzündən cavabdeh iddiaçının evdə yaşamasına imkan verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalı, yəni iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin fa ktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındak ımübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2018-ci il tarixli, 2(103)-7672/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-989/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-989/2019
11.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver