Məhkəmə qərarları › İş №2(102)-99/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-99/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-99/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qıızna qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: Fərdi yaşayış evindən çıxarılma, çıxarışın ləğv edilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılması, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı reyestrdən çıxarışın ləğv edi lməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1166/2023 saylı iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən qərarı qəbul etdi: İşin halları

1. İlk iddia üzrə cavabdeh və qarşılıqlı ididaçı Cavabdeh X10 (iddiaçı X4 qardaşı) və 1995-ci ildə el adəti ilə ailə qurmuş, 4 mart 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar.

2. Saatlı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(055)-214/2022 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

3. Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(055)-912/2022 nömrəli qətnaməsi ilə Cavabdeh X8 qarşı birgə nikah dövründə Saatlı rayonu, Əhmədbəyli kəndində tikdikləri və qeydiyyatda olduğu fərdi yaşayış evindən və və həyətyanı təsərrüfat tikililərindən və həmiçinin həyətyanı sahədən ona istifadə hüququnun verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İlkin İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evindən qarldaşının keçmiş arvadı Cavabdeh (bundan sonra – cavabdeh) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabde h onun qardaşı Davud Qəmbərovun keçmiş arvadıdır. Ülviyyə ilə Davud evlənib ailə həyatı quraraq onlarınn ataanasından qalan və Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Həmin fərdi yaşayış evini də qardaşı X10 fiziki və əqli cəhətdən xəstə olduğu, maddi imkanı olmadığı üçün böyük qardaşı X6 tikmişdir. Qardaşı Davud və ailə üzvləri həmin evdə yaşamışlar. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi isə onun və mərhum anası X1 mülkiyyətinə verilmişdir. Göstərdiyi hallar Torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamədə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz təsdiqini t apmışdır. Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə ona qeydiyyat nömrəsi ********** olan çıxarış da verilmişdir. Lakin Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsinə imkan vermir, onun icazəsi olmadan həmin fərdi yaşayış evinə daxil olub evdən qanunsuz olaraq istifadə edir, onun mənzil toxunulmazlığını və mülkiyyət hüququnu pozur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddianı isə qəbul etmir. Çünki sözügedən fərdi yaşayış evi cavabdeh onun qardaşı Davud Qəmbərov ilə ailə həyatı qurmazdan əvvəl mövcud olmuş, həmin fərdi yaşayış evi onun və mərhum anası X1 mülkiyyətinə verilmiş torpaq sahəsində tikilmiş, yəni cavabdehə hər hansı formada aidiyyəti olmamışdır. Bundan başqa, qarşılıqlı iddiaçıya torpaq islahatı aparılan zamanı həyətyanı torpaq sahəsi verilmişdir. Odur ki, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdeh qarşılıqlı iddia rizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən evə dair cavabdeh İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının qardaşı X10 ilə 1996-ci ildə el adəti ilə evlənib ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 say lı qərarı ilə X5 və İddiaçı mülkiyyətinə verilmiş 0,31 hektar həyətyanı torpaq sahəsində keçmiş əri Davud Qənbərovla birlikdə yaşamış, təxminən dörd il əvvəl onlar yaşadıqları evi sökmüş, həmin evin yerləşdiyi həyətyanı sahədə yeni fərdi yaşayış evi tikdirmişlər və uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Övladlarını həmin evdə böyütmüş, kommunal xərcləri ödəmişdir.Yaxın vaxtlarda keçmiş əri ilə aralarında olan münasibət kəskinləşdiyi üçün ayrılmışlar və əri onu birgə yaşadıqları evdən qovmuşdur. Daha sonra, məhkəmə qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. İlkin idiaçı özünə məxsus torpaq sahəsinə dair çıxarış alarkən onun keçmiş əri ilə birgə tikdirdiyi fərdi yaşayış evini öz evi kimi təqdim etmişdir. Hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi ilkin iddiaç ının adına olan torpaq sahəsində olmasına baxmayaraq, o və keçmiş əri tərəfindən fərdi yaşayış evi birgə nikah dövründə əldə olunduğundan həmin evə mülkiyyət hüququ vardır.

8. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998- ci il tarixli 08 saylı qərarı ilə 0,31 hektar həyətyanı torpaq sahəsi X1 və iddiaçının mülkiyyətinə verilmişdir.

9. X5 30 noyabr 2005-ci il tarixində vəfat etmişdir.

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar torpaq sahəsi və həmin torpa q sahəsində yerləşən 146 kv metr sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

11. Saatlı Rayon Məhkəməsinin (bundna sonra – birinci instansiya məhkəməsi) 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini iş materiallarına istinadən onunla əsaslandırmışdır ki, ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 146 kv metr sahəsi olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və bu barədə ona qeydiyyat nömrəsi ********** olan çıxarış da verilmişdir. Məhkəmə araşdırmaları nəticəsində cavabdehin göstərilən yaşayış evindən istifadə hüququnun olması və iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış evindən çıxmamaqla onun hüququnu pozur və pozuntu aradan qaldırılmalıdır. Ona görə də ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir.

13. Birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddia rədd edərkən, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 141, 148.2, 149.2, 157.2 və 178.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4-ci müvafiq maddələrinə istinad etmişdir. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətində, o, göstərmişdir ki, iddiaçının qardaşı ilə birgə nikah dövründə, yəni təqribən 5 il əvvəl həyətlərində ev tikmişlər. Sözügedən evi reyestr xidməti vasitəsilə rəsmiləşdirə bilməmişlər. Odur ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən evin və həyətyanı sahənin olması barədə arayış əldə edib mülki işə əlavə etmişdir. İddiaçı 2011-ci il dən Saatlı rayonundan köçmüşdür. O, hazırda İmişli rayonunda yaşayır. Həyat yoldaşı X11 ilə mübahisə predmeti olan evi tikərkən, evin iddiaçıya məxsus torpaq sahəsinin üzərində tikildiyini bilməmişdir. Bundan başqa orada qeydiyyatda olduğundan həmin ünvandan çıxarılması əsassızdır.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1166/2023 nömrəli, 8 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), M.K.Həsənov və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanunun tələbinə görə, cavab dehin istifadə hüququnun yaranması üçün həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilməlidir. Lakin yaşayış sahəsinin istifadəçisi olaraq cavabdehin mülkiyyətçi ilə hər hansı razılaşması müəyyən edilməmişdir. İddiaçı yaşayış evinin mülkiyyətçisidir, cavabdeh iddiaçının ailə üzvü deyil. Odur ki, iddiaçının tələbi əsaslıdır, çünki iddiaçıya məxsus yaşayış evindən cavabdehin istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə mülkiyyətçilərlə ilə yazılı razılaşması olmamışdır.

18. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh tərəfindən tikili inşa edilməsi, yaxud tikiliyə xərc çəkməsi kimi hallar da ilkin iddia üzrə iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi üçün üçün əsas deyil. Belə ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədin qanuniliyi prezumsiyası vardır və mülkiyyətin qeydə alınması qüvvədədir. Bundan başqa, işin faktiki hallarında qeyd olunan Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsində də torpaq sahəsinin və yaşayış evinin mübahisəsiz olaraq iddiaçıya məxsusluğu bir daha təsdiq olunmuşdur.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 228.1 və 228.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 217.2, 217.4-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək birinci instansiya m əhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti qarşılqılı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar ist isna olmaqla, həqiqi hesab edilir.

24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2 Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.

31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzm unludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

36. Cavabdeh və qarşılıqlı iddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

37. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh və qarşılıqlı iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (106)-1166/2023 saylı iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar