Məhkəmə qərarları › İş №2(102)-990/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-990/2019

20.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-990/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-990/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçı1 və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin30 may 2017-ci il tarixli qətnaməsiilə (A.Z.Rzayev, iş2(008)-2481/17) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabd eh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli qətnaməsiilə (X.A.Cəmilova (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.K.Xəlilov, iş 2(103)-10621/17) Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin30 may 2017-ci il tarixli qətnaməsidəyişdirilmədənsaxlanılmışdır. Azərbaycan Respubikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarıilə (Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş 2(102)2570/18) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli qətnaməsinin qismən, evə köçürülmə hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsiilə (N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və V.T.Həsənov, iş 2(103)-6528/18) Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin30 may 2017-ci il tarixli qətnaməsinin evə köçürülmə barədə tələbin rədd edilməsinə aid olan hissədə ləğv edilməsi və həmin tələbin rədd olunması qət edilmişdir. İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yer i barədə tərəflərə lazımi qaydada xəbərverilmiş, digər tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Vəkil dinləyib, şikayətin dəl illərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin mübahisə olunmayan həqiqi hallarından görünür ki, mübahisəli ev ünvan 1 ünvanda yerləşir, ev tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan inşa edilməklə özbaşına tikilidir və tərəflər həmin evdə daimi qeydiyyatdadırlar. İş materiallarından məlum olur ki, iddiaçılar 2013-cü ilədək mübahisəli evdə yaşamalarını, bu gün də əmlaklarının həmin evdə olmasını, evdə təmir aparması üçün cavabdehin təklifi ilə oranı tərk etmələrini iddia etmişlər. Cavabdeh iddiaçıların 2009-cu ildən mübahisəli evdə yaşamalarını və on ların ailə qurmaları ilə əlaqədar olaraq daimi yaşamaq üçün digər yaşayış sahələrinə köçüb getmələrini göstərib iddia tələblərinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar mü əyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, yaşayış yerindən qanunsuz məhrum etmə mövcud olmadığına görə evə köçürülmə barədə tələb əsassızdır. Apellyasi ya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin dövlət və bələdiyyə mənzil fonduna aid olan normalarının analogiya üzrə hazırkı işdə tətbiqi mümkün deyil. Qanunun analogiyasının əsasını münasibətlərin oxşarlığı təşkil edir, lakin hazırkı işdə belə oxşarlıq yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların evdə yaşayış yeri üzrə qeydiyyatda olması evə hüququn olması kimi qəbul edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ və ya digər hüquq yaratması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının bu iş üzrə olan 18 iyul 2018-ci il tarixli, 2(103)-6528/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar