Məhkəmə qərarları › İş №2(102)-992/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-992/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-992/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə QƏRAR (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7867/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə 08 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 132864.37 AZN əsas, 32194,60 AZN faiz, 6495.59 AZN dəbbə pulu olmaqla, cəmi 171554,56 AZN borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi və üzərində yerləşən ev 272d saylı (ümumi sahəsi 351.3 kv.m, yaşa yış sahəsi 99.5 ha, 438,9 kv.m, yaşayış sahəsi - 180.5 kv.m) ünvanında yerləşən yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia ərizəsi qarşılıqlı iddia ərizəsinin verilməsi üçün prosessual müddət ötürüldüyündən, cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi mülki prossesual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmış, həmçinin cavabdehə hazırkı iddia təl əbi ilə bağlı ümumi qaydada ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan Cavabdeh nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş şikayət isə təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 12.10.2020-ci il tarixli 2(103)-7867/20 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2020 saylı iş üzrə 15 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək mülki iş sözügedən şikayətin geri qaytarılması üçü n həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən şikayət Cavabdeh vəkili tərəfindən verilmiş (imzalanmış), lakin onun müvafiq səlahiyyətinin olmasına dair sənəd (etibarnamə) işə əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinin tələblərinə istinad edərək əsaslandırmışdır. Cavabdeh nümayəndəsi qismində Vəkil tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin 12.10.2020-ci il tarixli 2(103)-7867/20 nömrəli qərardadının ləğv edilərək işə yenidən baxılması apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kas sasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən etibarnamə və order birinci instansiya məhkəməsinə 01.09.2020-ci il tarixdə təqdim edilmişdir. Bu hal Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-52/2020 nömrəli 15.09.2020-ci il tarixli qərardadı ilə öz təsdiqini tapır. Şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərən məhkəmə texniki səhvə yol verərək etibarnaməni iş materiallarına əlavə etməməsi cavabdehin prossesual hüquqlarını məhdudlaşdıra bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəm ə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 363.1.1 Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.2. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi qismində Vəkil tərəfindən şikayət verilsə də, iş materiallarına onun müvafiq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edil məmişdir. Kassasiya şikayətində Vəkil Cavabdeh nümayəndəsi olmasına dair etibarnamənin birinci instansiya məhkəməsinə təqdim edildiyi qeyd edilsə də, iş materiallarında həmin etibarnamə aşkar edilməmiş, həmçinin etibarnamənin məhkəməyə 01.09.2020-ci il tarixdə təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya insta nsiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7867/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar