Məhkəmə qərarları › İş №2(102)-992/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-992/2024

07.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-992/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6650/2023 nömrəli iş üzrə 21 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr i şin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. xx.xx.2012-ci il tarixdə bağlanmış 5459 saylı əmək müqaviləsinə əsasən Cavabdeh MMC ilə İddiaçı qarşılıqlı razılığına əsasən sonuncu xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci tarixə kimi 3 ay müddətində İnspektor vəzifəsinə işə qəbul edilmişdir. 3. xx.xx.2020-ci il tarixdə bağlanmış 7327 saylı əmək müqaviləsindən müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı qarşılıqlı razılığına əsasən sonuncu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixə kimi 3 ay müddətində Nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilədə göstərilir ki, müqavilədə göstərilən müddət bitdikdə əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflər müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyə n olunmuş müddətdə uzadılmış hesab edilir.

4. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-də təkrarqarametal tədarükü şöbəsində nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir.

5. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri ilə müəyyən edilir ki: - xx.xx.2021-ci il tarixdən Cavabdeh QSC-də təkrarqarametal qəbulu və qiymətləndirilməsi şöbəsində nəzarətçi vəzifəsi üzrə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətdə uzadılmış hesab olunmuşdur. - xx.xx.2022-ci il tarixdən Cavabdeh QSC-də təkrarqarametal qəbulu və qiymətləndirilməsi şöbəsində nəzarətçi vəzifəsi üzrə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətdə uzadılmış hesab olunmuşdur. - xx.xx.2022-ci il tarixdən Cavabdeh QSC-də “Keşlə sahəsi/yığım sahəsi 3 Mingəçevir” bölməsində “Baş mütəxəssis” vəzifəsi üzrə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətdə uzadılmış hesab olunmuşdur.

6. Cavabdeh QSC-nin X-Y-2374 saylı, xx.xx.2023-cü il tarixli bildirişi ilə İddiaçı Əliağa oğluna xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə bitdiyi, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdən xitam veriləcəyi bildirilmişdir.

7. Cavabdeh QSC-nin 028/k saylı, xx.xx.2023-cü il tarixli əmri ilə “Keşlə sahəsi/yığım sahəsi 3 Mingəçevir” bölməsində “Baş mütəxəssis” vəzifəsində işləyən İddiaçı Əliağa oğlu ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi həmin tarixdə sistemə daxil edilmişdir. 8. xx.xx.2023-cü il tarixli, 88947 saylı ödəniş tapşırığına əsasən İddiaçı Cavabdeh QSC tərəfindən 3402 manat məbləğində pul ödənilmişdir, ödənişin təyinatında son haqqhesab kimi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin direktorunun xx.xx.2023-cü il tarixli, 028/K nömrəli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi ilə tutduğu vəzifəyə bərpa olunması və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdən “Təkrarqarametal” İstehsalat Birliyinin (indiki Cavabdeh QSC) Mingəçevir sahəsində müxtəlif fasilələrlə sahə rəisi və digər vəzifələrdə işləmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə Cavabdeh QSC-nin Mingəçevir sahəsində müntəzəm olaraq inspektor, nəzarətçi və sonuncu baş mütəxəssis vəzifələrində işləmişdir. Lakin cavabdehin direktor müavini Polad Hümmətov ona xx.xx.2023-cü il tarixdə yazılı bildiriş göndərərək, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam veriləcəyini bildi rmişdir. Dəfələrlə onu əmrlə tanış etmələrini, əmrin surətini və əmək kitabçasının ona təqdim edilməsini tələb etsə də, bundan imtina olunmuşdur. Sonradan o, xx.xx.2023-cü il tarixdə internet vasitəsilə əmri skan edib götürmüşdür. xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fasiləsiz olaraq cavabdehin Mingəçevir sahəsində işləmiş, işlədiyi sahə və vəzifə mövsümi deyil, daimi xarakterli olmuşdur.

11. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, göstərmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş 1 ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən, iddiaçının tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(005)2751/2023 nömrəli qətnaməsi ilə (hakim R amin Quliyev) iddia rədd edilmişdir.

13. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı yuxarıda sadalanan əsaslarla işdən azad edilmiş, iddiaçının iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı tədqim edilmiş sübutlar ilə tam təkzib olunmuşdur. Belə ki, iddiaçı müvafiq əmrlə Cavabdeh QSC-də xx.xx.2020-ci ildə müddətli əmək müqaviləsi əsasında təyin edilmişdir. Ondan əvvəl 2 il müddətində "xxxx" MMC-də inspektor vəzifəsində işləmişdir.

14. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçı qanunla nəzərdə tutulan müddət ərzində məhkəməyə müraciət etmədiyindən, eyni zamanda iddia müddəti tətbiq edilərək iddia tələbi nin rədd edilməsi əsaslıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125, 35, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47, 68, 73, 76, 394.4, 294.5, 296.2, Mülki Məcəllənin 372.1, 372.2, 375.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4- cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6650/2023 nömrəli iş üzrə 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (V.Sadıqov (sədrliyi və məruzəsi ilə), hakimlər A.İsgəndərov və M.Rüstəmli) idd iaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə bildiriş təqdim edilməklə, QSC-nin xx.xx.2023-cü il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə son haqq-hesab ödənilmişdir. Yəni iddiaçının həmin tarixdə işdən çıxarılması barədə məlumatlı olması mübahisəsizdir. Qanunvericiliyin tələbinə əsasən isə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciə t edə bilər. İddiaçı tərəfindən isə mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. İddiaçı hazırki ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. 20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

21. Göründüyü kimi iddiaçıya xx.xx.2023-cü il tarixdən işdən azad olunma sı məlum olmuşdur. İddiaçı məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürdükdən sonra mediasiya prosesinin tətbiqi ilə bağlı müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kollegiya qeyd edir ki, hazırki tələb üzrə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür, bu da əsas verir ki, iddia tələbi rədd edilsin. Ona görə də prosessual qənaət prinsipi baxımından iddianın əsaslı olub-olmamasına qiymət verilməsi zərurəti yoxdur.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsas landırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 68, 68.2, 70, 296.2, 296.3, Mülki Məcəllənin 372.1, 375.2, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə baxarkən, işin faktiki və hüquqi əhəmiyyət kəsb edən hallarını düzgün araşdırmamışdır. Belə ki, məhkəmə işi araşdırarkən, İddiaçı 11 mart 1983-cü il tarixdən “Təkrarqarametal” İstehsalat Birliyinin (hazırki Cavabdeh QSC ) Mingəçevir sahəsində mü xtəlif vəzifələrdə fasiləsiz olaraq sahə rəisi və digər vəzifələrdə işləməsinə və işlədiyi müddətdə yuxarı rəhbərlik tərəfindən heç bir intizam cəzası belə almadığı hallara da diqqət yetirməmişdir. Bundan sonra, təşkilatın adı dəyişmişdir. İddiaçı Cavabdeh Qapalı Səhimdar Cəmiyyəti”nin Mingəçevir sahəsində (təşkilatın adı dəyişdikdən sonra da) xx.xx.2012-ci ildən xx.xx.2023-cü il tarixədək fasiləsiz və qüsursuz olaraq inspektor, nəzarətçi və sonuncu dəfə isə baş mütəxəssis vəzifələrində işləmişdir. Cavabdeh Qapalı Səhimdar Cəmiyyəti”nin rəhbərliyi sonuncu dəfə İddiaçı aldadaraq (gələcəkdə işdən çıxartmasına süni zəmin yaradaraq) müəyyən şərtlərlə heç bir lüzum olmadan yeni müddətli müqavilə tərtib edilmiş və iddiaçı- İddiaçı deməsinə görə ona imzalatdırılmamışdır. Bundan sonra, cavabdeh öz ləri tərəfindən tərtib etdikləri və iddaçıya imzalatdırmadıqları yeni müqaviləyə istinad edərək qanunsuz və əsassız olaraq müqaviləyə xitam vermiş və iddiaçını xx.xx.2023-cü il tarixli, 028/K nömrəli əmrlə işdən azad etmişdir. Bundan sonra, İddiaçı dəfələrlə Cavabdeh Qapalı Səhimdar Cəmiyyəti”nin rəhbərliyindən əmrin surətini, əmək kitabçasını və digər sənədləri tələb etsə də İddiaçı vaxtında göndərilməmiş və qəsdən yubadılmışdır. İddiaçı cavabdehə dəfələrlə telefon zəngləri edərək və birbaşa müraciət etdikdən sonra yenə də, əmrin surətini cavabdehdən ala bilməmiş, cavabdeh orqan və İddiaçı son haq-hesabını da ödəməmişdir. Bundan sonra, iddiaçının özü elektron formada əmrin surətini əldə etmiş və dərhal MPM-nin və “Mediasiya haqqında” qanunun tələblərinə əsasən mediasiya təşkilatına müraci ət etmişdir. Mediyasiya təşkilatı Cavabdeh Qapalı Səhimdar Cəmiyyəti”nin rəhbərliyinə rəsmi müraciət etmiş, lakin cavabdeh orqan mediyasiya prosesinə qəsdən gəlməmişdir. Mediasiya prosesindən sonra arayış alaraq, iddia ərizəsi ilə aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. İddia müddətini keçirməmişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən, işəgötürən Cavabdeh Qapalı Səhimdar Cəmiyyət”i xx.xx.2023-cü il tarixli, 028/K nömrəli əmri ilə fasiləsiz və qüsursuz işləyən iddaçı İddiaçı hansı zərurətdən işəgötürən tərəfindən işdən çıxarılaraq, müqaviləyə xitam verilməsinə heç bir əsaslı aydınlıq gətirmədən, işəgötürən tərəfindən hansı səbəbdən daha təcrübəsiz və işdə daha az səriştəsi olan işçini işdə saxlayaraq, işlədiyi təşkilatda ən təcrübəli və peşəkar olan İddiaçı işdən kənarlaşdır ılmasına düzgün hüquqi qiymət verməyərək, iddiaçının huquqları kobud surətdə pozularaq apellyasiya şikayəti təmin edilməmiş və əsassız olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(005)-2751/2023 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlanılması barədə əsassız qətnamə qəbul etmişdir c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh QSC yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

28. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

29. Maddə

68. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.

30. Mad də 68.2. “b” bəndi. işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

31. Maddə 70 “b” bəndi. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçilərin sayı və ya ştatların ixtisar edilməsidir.

32. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

33. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 372.1.Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və y a olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Cavabdeh də iddia müddətinin tətbiqi haqqında ərizə verərək tələbin rədd edilməsini xahiş etdiyi üçün iddia təmin oluna bilməz.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlah iyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

45. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6650/2023 nömrəli iş üzrə 21 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar