Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-993/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-993/2019 Bakı şəhəri 18 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh X1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.11.2017-ci il tarixli 2(103)11576/2017 nömrəli qətnaməsindən cavabdeh X1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhk əməsinin (hakim A.Paşayev) 17.08.2017-ci il tarixli 2(006)-5697/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, İ.Vəliyev) 30.11.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5697/2017 nömrəli, 17.08.2017-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamənin qəbul olunması, İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilərək, X1 Bakı şəhəri, ***************** küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən **** nömrəli 2 mərtəbəli binanın 2-ci mərtəbəsi ndəki **** nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, iddia ərizəsinin, habelə apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh X1 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.11.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh X1 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə 05.06.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, **************** küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən ***** nömrəli 2 mərtəbəli binanın 2-ci mərtəbəsində 75.5 kv.m ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət üçotaqlı 23 nömrəli mənzilə dair cavabdeh X1 istifadə hüqu qunun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə məhkəmə prosesi barədə cavabdehə məlumat vermədən və onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Nəticədə cavabdeh məhkəmə prosesində iştirak edə bilməmiş və məhkəməyə sübutlarını təqdim edə bilməmişdir. Həmçinin hazırki mübahisə üzrə 2012-ci ildən qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Belə ki, iddiaçı cavabdehə qarşı eyni tələblə 2012-ci ildə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 15.02.2012-ci il tarixli, 2(006)339/2012 saylı qətnaməsi ilə iddiası rədd edil miş, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamə 14.03.2012-ci il tarixdə qanuni qüvvəsini almışdır. Lakin apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.11.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə ə sasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər 10.11.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuş, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzil X5 adına ilkin qeydiyyatdan keçmiş, 13 saylı DNK-da rəsmiləşdirilmiş 12.05.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına, həmin notariat kontorunda bağla nmış 08.12.2001-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə X3 adına qeydiyyata alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, mənzil İddiaçı bağışlandıqdan sonra da tərəflər orada bərabər yaşamağa davam etmiş, sonradan münasibətləri pozulduğundan cavabdeh mənzili tərk edib başqa ünvanda yaşamağa başlamış, aralarındakı nikah rəsmi olaraq 06.07.2007-ci il tarixdə pozularaq bu barədə müvafiq şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü, habelə hazırda qüvvədə olan Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələri ilə tənzimlənməli olduğu qənaəti ilə belə nəticəyə gəlmişdir ki, Cavabdeh X1 mənzildən keçmiş Mənzil Məcəlləsinin 123-cü mad dəsinə əsasən yaranmış istifadə hüququ, mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən qalmışdır və İddiaçı onun istifadə hüququna xitam verilməsinin əvəzi olaraq hər hansı pul kompensasiyası təklif etmədiyindən iddia tələbinin təmin olunmasının qanuni əsası mövcud deyildir. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarını yanlış təfsir etmiş, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mənzilin əvvəlki mülkiyyətçisi olması baxımından Cavabdeh X1 sözügedən mənzilə istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; bu hüquq onun mənzilə mülkiyyət hüququnun tərkib hissəsi kimi mövcud olmuşdur. Bununla belə, yuxarıda qeyd edildiyi kimi Ca vabdeh X1, 08.12.2001-ci il tarixdə mübahisəsi gedən mənzili İddiaçı bağışlamış, beləliklə də mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququna həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən xitam verilmişdir. Çünkü həmin maddi hüquq normasına görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Bununla yanaşı işin hallarından aydın olmuşdur ki, Cavabdeh X1 mənzili İddiaçı mülkiyyətinə keçirdikdən sonra sonuncunun ailə üzvü qismində orada 2007-ci ilə kimi yaşamış, bu tarixdən sonr a ailə münasibətləri pozulduğundan mənzili tərk edib başqa ünvanda yaşamağa başlamışdır. Başqa sözlə, Cavabdeh X1 mənzilə mülkiyyət hüququnun tərkib hissəsi kimi yaranan istifadə hüququ, mənzili İddiaçı mülkiyyətinə keçirdikdən sonra Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranan istifadə hüququ ilə əvəz olunmuşdur; çünkü həmin normaya görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Kollegiya xüsusilə qeyd edir ki, Cavabdeh X1 mənzili İddiaçı mülkiyyətinə keçirdikdən sonra onun mənzildən istifadə hüququ, Mülki Məcəllənin birinci instansiya məhkəməsinin istinad etdiyi 228.1-ci və 228.2-ci maddələrinə əsasən yarana bilməzdi; çünkü həmin maddələrin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması;həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi;istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Tərəflərin sözügedən həmin şərtləri yerinə yetirmiş olduqları müəyyən olunmadığı üçün kollegiyanın qənaətinə görə, mənzili İddiaçı mülkiyyətinə keçirdikdən sonra Cavabdeh mənzildən istifadə hüququ “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə əlavə edilmiş 228.5-ci maddəyə əsasən yaranmış hesab edilə bilər. Beləliklə hazırkı mübahisənin düzgün həlli, Cav abdeh mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüququnun hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünün müəyyən edilməsindən asılıdır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228 -ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestr də qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti ndə olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəs ində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar”. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi tərəflərin arasında etibarlı ailə əlaqələri qalmamaqla Cavabdeh X1 yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması müəyyən olunmur. Bu baxımdan kollegiyanın qənaətinə görə, Cavabdeh mübahisəsi gedən mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkündür və birinc i instansiya məhkəməsinin bununla əlaqədar gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından Cavabdeh X1 2007-ci ildən etibarən həmin mənzildə yaşamadığı aydın olur və bu hal özü-özlüyündə onun sözügedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığına dəlalət edir. Kollegiya onu da qeyd etmişdir ki, Cavabdeh X1 mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib yeni qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri tərəflər arasında münasibətlərin davam edən münasibətlər olması prizmasından əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.11.2017-ci il tarixli 2(103)-11576/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-993/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-993/2019
18.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver