Məhkəmə qərarları › İş №2(102)-993/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-993/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-993/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı QSC Cavabdeh: Cavabdeh1, Cavabdeh2,Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi ilkin, zaminlik müqavilələrinə xitam verilməsi qarşılıqlı iddia Açar sözlər: təkrar ekspertizanın təyin edilməsi, borc məbləğinin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh1 nümayəndə və vəkili X2 iştirak ı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx xxx 2014-cü il tarixli kredit razılaşması əsasında sonuncuya 36 ay müddətinə aylıq 1.5 faiz dərəcəsi ilə 65.000 ABŞ dolları məbləğində, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması əsasında sonuncuya 30 ay müddətinə aylıq 1.5 faiz dərəcəsi ilə 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh1 B ank qarşısındaki öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 arasında zaminlik müqavilələri bağlanmışdır. Eyni tarixdə bağlanmış ipoteka müqavilələrinə əsasən, Cavabdeh1 məxsus XXXyerləşən 0,36 ha torpaq sahəsi, XXXyerləşən 0,1378 ha torpaq sahəsi, XXX yerləşən 3 mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2018-ci il tarixdə İddiaçı QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetlərinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onuna əsaslandırılmışdır ki, borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, nəticədə ba nka tələb olunan məbləğdə borcu yaranmışdır. Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 qızı və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, onlarla bank arasında bağlanmış zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, X1 və bank arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsi və ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə onlarla zaminlik müqavilələri bağlanmış, lakin bank mülki qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla sonradan razılıqları olmadan və onların bununla bağlı iradə ifadələrini müəyyən etmədən Cavabdeh1 ilə sazişlər bağlayaraq onların məsuliyyətinin artmasına, eyni zamanda bu və ya digər dərəcədə onlar üçün əlverişsiz nətic lərin yaranmasına şərait yaratmışdır. İş üzrə alınmış xx xxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı QSC-yə olan borcu müqavilə müddəti bitən xx xxxx 2017-ci il tarixə - 53.115,38 ABŞ dolları əsas, 11.303, 25 ABŞ dolları faiz borcu, iddia tələbi tarixinə, yəni xx xxxxxx 2018-ci il tarixə- 53.115,38 ABŞ dolları əsas, 12.837,69 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə isə iş materiallarında olan hesabatdan çıxarış məlumatları tam dövrü əhatə etmədiyindən borcun hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə alınmış 13 yanvar 2020-ci il tarixli məhkəmə-mühasib atlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-nə olan borcu ümumilikdə 42.109,18 ABŞ dolları məbləğində - o cümlədən əsas borc üzrə 36.268,54 ABŞ dolları, faiz borcu üzrə 5.840,64 ABŞ dolları müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyləri ilə ipoteka predmetlri olan XXXyerləşən 0.36 ha torpaq sahəsinin bazar dəyəri 30000 manat, Masallı rayonu, İsi kəndində yerləşən 0.0,178 ha torpaq sahəsinin bazar dəyəri 13.000 manat, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Asif Əsədullayev küçəsi 37 saylı evin 6 saylı mənzilinin bazar dəyəri 25000 manat, eyni evin 6 saylı mənzilinin bazar dəyəri 25000 manat, e yni evin 20 saylı mənzilinin bazar dəyəri 65000 manat müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-138/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ş.Talıbov) iddia qismən edilmiş, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli sazişə, xx.xx.2014-cü il tarixli kredit razılaşmasına və xx.xx.2015-ci il tarixli sazişə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 53 115,38 ABŞ dolları məbləğində əsas, 11 303.25 ABŞ dolları məbləğində faiz və 2000 ABŞ dolları məbləğində cərimə, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 36 2 68,54 ABŞ dolları məbləğində əsas, 5840,64 ABŞ dolları məbləğində faiz və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə hər iki razılaşma üzrə 109.527,81 ABŞ dolları məbləğində borcun (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və tutulması, tələbin, ilkin satış qiyməti 30.000 manat müəyyən edilməklə Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,36 ha torpaq sahəsinə, müvafiq olaraq ilkin satış qiyməti 65.000 manat, 25.000 manat və 25.000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsində yerləşən 3 mənzilə, ilkin satış qiyməti 13.000 manat müəyyən edilməklə Masallı rayonunun İsi kəndində yerləşən 0,1378 ha torpa q sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 109,527,81 ABŞ dolları məbləğində borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən bankın xeyrinə müştərək qaydada tutulması, həmin əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakların boşaldılması qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-138/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim S.Ş.Talıbov) Cavabdeh3 ölüdüyündən iş üzrə icraata ona aid hissədə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – ilkin iddia üzrə tələb olunan əsas, faiz borclarının təmin olunmamış, cərimə borcunun azaldılmış hissələrində ləğv edilməsini və həmin hissələrdə də ilkin iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin düzgün olmayan ekspert rəylərinə istinad etməsi, cərimə borclarını tənasübsüz azaltdığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5599/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 2000 ABŞ dolları məbləğində cərimə, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1000 ABŞ dolları məbləğində cərimə borcunun tutulması h issəsində dəyişdirilmiş, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə cərimə məbləğinin 4000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə cərimə məbləğinin 2000 ABŞ dolları məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə İddiaçı QSC-yə münasibətdə, mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyləri əsasında müvafiq müqavilələrin müddətlərinin bitdiyi tarixlərə borcalanın əsas və faiz borclarının məbləğlərini müəyyən etmiş, məhz həmin rəyləri əsas götürməklə və cərimə borclarının məbləğini mütənasib hesab etdiyi həddədək azaltmaqla həmin tələblər üzrə müvafiq nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi bankın təqdim etdiyi sənədləri eks pert rəyləri ilə birlikdə təhlil etməklə hesab etmişdir ki, müvafiq rəylərlə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi kredit borcunun məbləğini müqavilə müddətinin bitdiyi tarixədək hesablamaqda haqlı olmuşdur. Apellyasiya məhkəməsi cərimə məbləğlərinin azaldılması hissəsinə münasibətdə hesab etmişdir ki, bank, Cavabdeh1 53.115,38 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 44224,7 ABŞ dolları, 36.268,54 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə isə 30.235,42 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir, həmin məbləğlərin əsas borclara mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini düzgün müəyyənləşdirməmişdir. Bu baxımdan, cavabdehlərd ən tutulmalı dəbbə pulunun məbləğlərinin müvafiq müqavilələr üzrə 4000 ABŞ dolları və 2000 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməyən hissəsində(ilk iddia üzrə tələb edilən əsas və faiz borcu) qətnamənin ləğv olunmasını və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandıırlmışdır ki, məhkəmə əsas və faiz borcunun məbləğini əsaslı hesab edilə bilməyən ekspert rəylərinə istinad etməklə müəyyən etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiya sının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kasasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaq la apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında mübahisələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslan dırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylə bağlı bu cür hallara istinad etməmiş, apellyasiya məhkəməsi tərəfindən kassatorun təqdim etdiyi sənədlər ekspert rəyləri ilə birlikdə təhlil edilməklə rəylərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar