Məhkəmə qərarları › İş №2(102)-993/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-993/2023

04.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-993/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 və üçüncü şəxs Eyyubov Əlişah Əzizxan oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Mülki Kollegiyanın hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov X1 Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 və üçüncü şəxs Eyyubov Əlişah Əzizxan oğluna qarşı yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1553/2022 nömrəli, 13 deka br 2022-ci il tarixli qərardadından üçüncü şəxs Eyyubov Əlişah Əzizxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə 4 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Şamaxı rayonu, Qurdtəpə kəndində yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin (hakim X2) 2(074)-214/2022 nömrəli, xx.xx.2022 ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Şamaxı rayonu, Qurdtəpə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılmsı qət edilmişdir.

3. Cavabdeh2 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(012)-214/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) 2(105)-1553/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(012)-214/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməm işdir.

5. Həmin qətnamədən narazı qalan üçüncü şəxs Eyyubov Əlişah Əzizxan oğlu kassasiya şikayəti vermişdir.

6. Məhkəmə kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şərh edilməmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmamışdır. a) Kassasiya şikayətinin dəlilləri

8. Üçüncü şəxs Eyyubov Əlişah Əzizxan oğlu (Vəkil) həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunması və yenidən baxılması üçün həmin məhkəməyə geri qay tarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi sözü gedən maddi hüquqi normalarla əsaslandırılmadığından, formal mülahizələrdən ibarət olduğundan kassator hansı səbəbdən həmin normaların tətbiq olunmasına ehtiyacın olduğunu geniş şəkildə şərh etməyə lüzum görməmişdir. Kassasiyanın mümkünlüyünü yoxlayan Sumqayıt Apelyasiya Məhkəməsi həmin dəlillərin əsaslı olub-olmaması məsələsinə qiymət verməkdə haqlı deyil. Lakin qətnamənin maraqlara toxunması mövzusunda kassasiya şikayətinin əsaslandırılmaması dəlilini gətirmiş Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası yuxarıda sadalanan əsaslandırmanı görməzdən gələrək prosessual hüquqi pozuntuya yol vermiş, MPM-in 407.1.4-cü m addəsini düzgün tətbiq etməmiş və kassasiya şikayətini geri qaytarmaqda haqlı olmamışdır. Hesab edilir ki, şərh edilən pozuntu qərardadın ləğvi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosess ual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

12. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.

13. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri

14. Hazırkı kassasiya şikayətində qərardad üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

17. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması m əqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

18. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri kimi MPM-nin 408.1.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab verməməsi, MPM-nin 408.1.5-ci maddəsində isə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməməsi müəyyən olunur.

19. İş materiallarından görünür ki, üçüncü şəxs Eyyubov Əlişah Əzizxan oğlunun kassasiya şikayəti MPM-nin 407-ci maddəsində kassasiya şikayəti üçün müəyyən olunmuş forma və məzmun tələblərinə cavab vermir. Kassator şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmiş, şikayətini ümumi formada digər məsələlərlə əsaslandırmağa çalışmışdır. Həmçinin, qəbul edilən qətnamənin onun hansı maraqlarına toxunduğu barədə şikayətin dəlillərində müvafiq əsaslandırma aparılmamışdır.

20. Bu hal lar, MPM-nin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq kassasiya şikayətini geri qaytarmışdır.

21. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Üçüncü şəxs Eyyubov Əlişah Əzizxan oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1553/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar