Məhkəmə qərarları › İş №2(102)-994/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-994/2019

18.02.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-994/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 18 » fevral 2019-cu il İş № 2(102)-994/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçı X9, vəkili X2, Cavabdeh5, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi i lə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2(103)-10504/2018-saylı qətnaməsi ilə (hakimlər E.Həsənov sədrlik edən, məruzəçi, X.Mərdanova və İ.Xəlilov) Cavabdeh5 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-90/2018 saylı iş üzrə 02 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: X19 Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia ərizəsi, sonradan ilə Cavabdeh1 əsl cavabdeh qismində Cavabdeh3 ilə əvəz edilməsinə dair ərizə, habelə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus olan evin 9-cu və 10-cu otaqlarından X20, 11,12,13-cü otaqlarından isə Cavabdeh2, Ca vabdeh4, X3, X10, Cavabdeh8 Cavabdeh7, Cavabdeh9 və onlarla birlikdə yetkinlik yaşına çatmayan uşaqları X6, X12, X7, X18, X4, X5in əşyaları ilə birlikdə çıxarılması və həmin otaqların ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh5 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyator kimi işin baxılmasında iştirak etmək üçün lazımı qaydada xəbərdar edilməmiş və iştirakım olmadan işə baxılmışdır. Onunla yanaşı digər cavabdehlərdən də heç birinin məhkəmədə iştirakı təmin edilmədən, hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir, yəni 80 ilə yaxın bir evdə mane əsiz, qeydiyyatda olmaqla yaşamış ailənin evdən kompensasiya verilmədən çıxarılmasına qətnamə çıxarılmışdır.Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçı X19 və vəkili X8 isə kassasiya şikayətinin dəlilləri ilə raılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, cavabdeh X10, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 məhkəmə kollegiyasının iclas ına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da,digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası M PM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanıl ması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, apellyator qeydiyyatda olduğu mübahisəsi gedən evin babasına məxsus olduğunu qeyd etsə də buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda onun, evin əvvəlki və hazırkı mülkiyyətçilərinin ailə üzvü olması etibarilə evdən istifadə hüququ əldə etmiş olduğu müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, apellyatorun mübahisəsi gedən evə pasport qeydiyyatına alındığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 -cü maddəsinin İİİ hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurdu; həmin Məcəllənin 123-cü maddəsində isə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malik olduqları nəzərdə tutulmuşdu. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, apellyatorun mübahisəsi gedən evə istifadə hüququ əldə etmiş olduğu müəyyən edilmədiyindən, iddiaçı evin mülkiyyətçisi olması etibarilə onun evdən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi həmçinin Azərbaycan Respublikas ı Konstitusiyasının 13 və 29, MülkiMəcəlləsinin 152, 157.2cimaddələrinədəistinadetmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 6 saylı evin 2/6 hissəsi – 60,8 kv.m hissə seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən mülkiyyət hüququ üzrə X9 adına 06.11.2015-ci ildə qeydiyyatdan keçmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.08.2015-ci il tarixli qətnaməsi ilə h əmin evin X9 payına düşən hissəsi 2/6 hissəsinin 60,4 kv.m olması müəyyən edilmiş, qətnamənin əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.07.2015-ci il tarixli rəyinə istinad olunaraq onun 2/6 payının 5,6,7,8,9,10,11,12,13 saylı otaqlar olduğu təsbit olunmuşdur. İddiaçının tələblərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 23 iyul 2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2009-cu ıl tarixli qətnaməsi qüvvəsində saxlanılmış, ünvan 1 ünvanında yerləşən evin X13 qalan 2/6 hissəsinə və X3dən qalan 2/6 hissəsinə Cavabdeh1 və onun vərəsəlik hüquqları, habelə mirası faktiki qəbul etmələri tanınmış, müvafiq olaraq onların hər birinə 2/6 paya mülkiyyət hüquqlarının qeydə alınması barədə qərar çıxa rılmışdır. Yasamal rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən evin onun payına düşən 2/6 hissəsinin 60.8 kvadratmetr olması müəyyən edilmiş, yaşayış evinin texniki pasportuna əsasən 5,6,7,8,9,10,11,12,13 saylı otaqların ona verilməli olması təsbit olunmuşdur. Hazırda ona məxsus olan evin 9-cu və 10-cu otaqları Cavabdeh3, 11, 12 və 13-cü otaqları isə Cavabdeh2, Cavabdeh4, X14, X21, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9 tərəfindən zəbt edilmişdir. Cavabdeh tərəfin iddiaya olan etirazları ondan ibarət olmuşdur ki, babaları yaşadıqları evi pul ödəyərək almış, aralarında şifahi razılığa gəlinmiş və yazılı müqavilə bağlanmamışdır. Cavabdehin anası həmin evə gəlin köçmüş, o və qardaşları həmin evdə dünyaya gəlmiş, həmin vaxtdan da mübahisəli evdə yaşamışlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələblərini əsaslı hesab edərək onun mülkiyyət hüquqlarının olmasını nəzərə alaraq cavabdehin mübahisəsi gedən evə istifadə hüququ əldə etmiş olduğu müəyyən edilmədiyindən, iddiaçının evin mülkiyyətçisi olması etibarilə onun evdən çıxarılmasını tələb etməkdə haqlı olmasına dair nəticəyə gələrkən cavabdehin uzun müddət yaşadığı sahəyə istifadə hüququnun yaranmasına və iddiaçının onun sözügedən sahəni zəbt etməsinə dair dəlillərinin sübut olunmamasına hüquqi qiymət verməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi mübahisəsi gedən evə cavabdehin pasport qeydiyyatına alındığı zaman qüvvədə olmuş icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunmasıqa dair Mənzil Məcəlləsinin 53cü maddəsinin İİİ hissəsini və yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malik olduqlarının nəzərdə tutulmasına dair həmin Məcəllənin 123-cü maddəsini hazırki mübahisə ilə əlaqədar nəzərə alınmalı olmasını qeyd etsə də, işin bu halına diqqət yetirməyərək hüquqi qiymət verməmişdir ki, iddiaçı 1980-cı il təvəllüdlü olmaqla 06.11.2015-ci ildən ünvan 2 ünvanında yerləşən 6 saylı evin 2/6 hissəsinin (60,8 kv.m) mülkiyyətçisidir. Cavabdehin iddiaya olan etirazından və apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçı öz mülkiyyətində 2015-ci ildən gəlib yaşamağa başlasa da, mübahisəli yaşayış sahəsində özünün ba baları, ataları yaşamış, hazırda da özü və digər cavabdehlər həmin ünvanda yaşamaqda davam edirlər. İş materiallarında olan, ünvan 3əfindən verilmiş 339 nömrəli 02.11.2016-cı il tarixli “Forma 2” arayışından görünür ki, ünvan 1 ünvanda İddiaçı 2015-ci ildən, X11 1957-ci ildən, Cavabdeh6 1977-ci ildən, Cavabdeh2 1977-ci ildən, Cavabdeh4 1979-cu ildən, Cavabdeh5 1984-cü ildən, Cavabdeh8 2005-ci ildən, Cavabdeh6 2006-cı ildən, X24 2006-cı ildən, Cavabdeh7 2003-cü ildən, Cavabdeh8 2007-ci ildən, X29 2008-cu ildən, X15 2007-ci ildən, X16 2012-ci ildən, X30 1989-cu ildən, X22 1994-cü ildən, X25 1994-cü ildən və X31 2003-cü ildən, X17 2003-cü ildən, X32 1997-ci ildən, Cavabdeh3 2003-cüildən, X26 2011-ci ildən, X27 2011-ci ildən, X28 2009-cu ildən daimi qeydiyyatdadırlar. İşin materiallarından görünür ki, cavabdeh, onun valideynləri, hətta babası və digər qohumları həmin ünvanda qeydiyyatda olmaqla yaşamış və hazırda onların ailə üzvləri orada yaşamaqda davam edirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verməmişdir ki, yuxarıda sadalanan halların mövcudluğu cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının yaranmasına dəlalət etdiyindən mülkiyyətçinin onun həmin sahədən çıxarması üçün onun ilk növbədə istifadə hüquqlarına qüvvədə olan AzərbaycanRespublikasının mülki qanunvericiliyinin tələblərinə uyğun xitamverilməsiyoluiləhəll edilməli idi. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməyərək yuxarıda qeyd edilən hallarla bağlı ətraflı araşdırma aparmayaraq AzərbaycanRespublikasının MənzilMəcəlləsinin 53 və 123-cü maddələrini də hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlə rindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iddiaçınıniddiasınınəsasıkimi, cavabdeh tərəfin isəiddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəməkollegiyasıhəmçininhesabedirki, apellyasiyainstansiyasıməhkəməsininMülkiMəcəlləsinin 157.2-ci maddəsinidəhazırkimübahisəyədüzgüntətbiqedilməmişdir. Beləki, həminnormayaəsasənmülkiyyətçiözgəsininqanunsuzsahibliyindənözəmlakınıgeritələbedəb ilər. Qeydedilənmaddədəsadalanmışüç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli dir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İşin materiallarından görünür ki, cavabdehin mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ olmasa da, oradan istifadə hüququ əsasında yaşayır. Həmin yaşayış sahəsi iddiaçının mülkiyyəti kimi qeydiyyata alınsa da, cavabdehin orada hazırda yaşamasının qanunsuz olmasına dair iş materiallarında olan sübutlar olmamasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. AzərbaycanRespublikasınınKonstitusiyasındaədalətmühakiməsininhəyatakeçirilm əsinəninəsasprinsiplərikimiişlərəqəzərsiz, ədalətlə, tərəflərinhüquqbərabərliyinə, faktlaraəsasənvəqanunamüvafiqbaxılması (127-cimaddəsininİİhissəsi) təsbitolunmuşdur. Kollegiyahesabedir ki, apellyasiyainstansiyasıməhkəməsinin hazırkiişüzrəqəbuletdiyiqətnaməsiqeydediləntələblərəcavabvermir. Beləki, apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş,iddiaçınıniddiatələbinin əsasıkimi, cavabdehin isə iddiaya olan etirazının əsas kimiistinadetdiklərihallaravəsübutlaralazımihüquqiqiymətverməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki hallar ı və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya ins tansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindənqəbuletdiyiqətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh5-in kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar