Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-995/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və onun vəkili Vəkil, Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2468/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Oğuz rayon məhkəməsinin (hаkim Kamran Süleymanov) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə İddia çı Cavabdeh qarşı özünə məxsus olan, Oğuz şəhəri H.Əliyev küçəsi döngə 3 ev 5 ünvanında yerləşən həyətin hasarında Cavabdeh qeyri-qanuni inşa etdiyi tikilinin (evin) sökülməsi tələbi barədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən, İnşallah Quliyev - məruzəçi, Mahir Əsədli) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İş üzrə Oğuz rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi İddiaçı münаsibətdə dəyişdirilmədən, оnun apelyasiya şikayəti isə təmin edilmədən sаxlаnılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan, Oğuz şəhəri H.Əliyev küçəsi döngə 3 ev 5 ünvanında yerləşən həyətin hasarında cavabdehin qeyri-qanuni inşa etdiyi tikilinin (evin) sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində Oğuz rayonu Oğuz Bələdiyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57-ci maddəsinə əsasən iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayon X4 bağlanmış xx xxxx 1988-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o, ünvan 1 ünvan ünvan 2şdır. Qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir və həmin yaşayış evinə dair onun adına 2003-cü ilin fevral ayında Texniki Pasport tərtib edilmişdir. Həmin evə aid həyətyanı torpaq sahəsi0,1137 hektardan ibarətdir və bu qeyd olunan Texniki Pasportda da öz əksini tapmışdır. Cavabdeh məxsus olan evin yerləşdiyi h əyətyanı torpaq sahəsi ona məxsus həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Həyətyanı torpaq sahələrinin sərhəddində olan daş hasarı o, öz vəsaiti hesabına inşa etdirmişdir. Bir müddət əvvəl cavabdeh özünə məxsus olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etməyə başlamış və evin bir divarını ona məxsus olan, onun öz vəsaiti hesabına inşa etdirdiyi divarın üzərində qoymuşdur. Cavabdehin yeni inşa etdirdiyi evin həmin divarında olan pəncərələr birbaşa onun həyətinə açılır. Ona görə də o və ailə üzvləri özlərinə məxsus olan evdən və həyətyanı torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilmirlər. O, cavabdehdən inşa etdiyi evin arxa divarını özünə aid torpaq sahəsində qoymasını, hələ tikintiyə başlamazdan əvvəl dəfələrlə xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Nət icədə onun özünə məxsus olan həyətyanı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh qeyri-qanuni inşa etdiyi tikilini sökmədiyinə görə o, məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, özünə məxsus olan, Oğuz şəhəri H.Əliyev küçəsi döngə 3 ev 5 ünvanında yerləşən həyətin hasarında cavabdehin qeyri-qanuni inşa etdiyi tikilinin (evin) sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi X2 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərə k hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,ünvan 1 ünvan Oğuz şəhəri S.Vurğun küçəsi döngə 3 ev 2) ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin evə aid həyətyanı torpaq sahəsi sənəd üzrə 600 kvadrat metrdən (0,06 hektar) ibarətdir. Lakin iddiaçı hazırda faktiki olaraq 0,132 hektar həyətanı torpaq sahəsindən istifadə edir. Cavabdehin inşa etdirdiyi evin yerləşdiyi həyətyanı torpaq sahəsi də iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin qonşuluğunda yerləşir. Həmin həyətyanı torpaq sahələri arasında bələdiyyə mülkiyyətinə aid olan, lakin faktiki olaraq iddiaçı tərəfindən istifadə edilən torpaq sahəsi vardır. Cavabdehin inşa etdiyi tikilinin (fərdi yaşayış evinin) 3,9 kvadrat metrdən ibarət hissəsi bələdiyyə mülkiyyətində aid olan ərazidə inşa edilmiş hasarın üzərində yerləşir. Hazırda iddiaçı cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin ona məxsus olan hasarın üzərində olduğunu iddia edərək cavabdehin inşa etdiyi tikilinin (evin) sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbinin əsası kimi öz adına tərtib edilmiş JN 1371A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə və Texniki Pasporta istinad edir. Cavabdeh bir neçə il əvvəl fərdi yaşayış evini inşa etməyə başlayanda iddiaçının buna etirazı olmadığını, sonradan isə ev in divarının hasarın üzərində yerləşməsinə narazılıq etdiyini, eyni zamanda, onunla iddiaçının həyətyanı torpaq sahələrinin arasında olan hasarın yerləşdiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olan ərazi olduğunu, ona görə də hazırki iddia tələbini əsassız hesab etdiyini bildirməklə həmin tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçının sənəd üzrə qanuni istifadəsində, cəmi 600 kvadrat metr (0,06 hektar) həyətyanı torpaq sahəsi olsa da, hazırda onun faktiki istifadəsində olan həyətanı torpaq sahəsinin miqdarı 0,132 hektardan ibarətdir. Qeyd olunan 0,132 hektar torpaq sahəsinin 0,072 hektardan ibarət hissəsi bələdiyyə mülkiyyətinə aid olan ərazidir. Mübahisə predmetinə aid olan hasar da bələdiyyə mülkiyyətinə aid olan ərazi ilə cavabdehə aid olan həyətyanı torpaq sahələrinin arasında, lakin torpaq sahəsinin bələdiyyəyə aid olan hissəsində yerləşir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin inşa etdirdiyi yarımçıq tikili özbaşına tikili olmaqla, qanunvericiliyin tələblərinə zidd olaraq inşa edilsə də, həmin tikilinin yerləşdiyi ərazi iddiaçıya məxsus deyildir. Qeyd olunan tikilinin inşası ilə bağlı iddiaçının hər hansı hüquqlarının və qanuni mənafelərinin pozulması halları müəyyən edilməmişdir. İddiaçı cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin ona məxsus olan hasarın üzərində olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla həmin hasarın bələdiyyə mülkiyyətində olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. 0,072 hektardan ibarət torpaq sahəsinin iddiaçıçıya məxsus həyətyanı torpaq sahəsinə aid olmadığı mütəxəssis rəyi ilə də təsdiq edilmişdir. Bununlа bаğlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin iddia tələbinin iddiaçının subyektiv hüququ olmaması səbəbindən rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi araşdırdığı faktlara məcmu halında qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində və ya onun bir hissəsində tikildiyi sübuta yetirilmədiyindən, əksinə, həmin tikilinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən hasarın üzərində inşa edildiyindən və bu iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmadığından iddiaçının hazırki iddia tələbinin heç bir hüquq i əsası yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilmə İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2468/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-995/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-995/2020
17.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver