Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-995/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 İKB ASC və Cavabdeh2 İstehsalat Məmulatları MMC-yə qarşı (Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbi irəli sürmək üçün subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hü seynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçıların vəkili Vəkil, Üçüncü şəxs Cavabdeh2 İstehsalat Məmulatları MMC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5294/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 31/48 və 31/49 saylı, xx.xx.2007-ci il tarixli Binəqədi rayon Xocasən bələdiyyəsinin qərarlarından görünür ki, torpaqların alqı-satqısına dair aktlara əsasən Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisindən fərdi yaşayış evinin ti kintisi üçün İddiaçı1 600 kvadrat metr, digər İddiaçı2 isə 200 kvadrat metr torpaq sahəsi əldə etmişdir. MH sariyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanında olan 0,26432 ha torpaq sahəsində yerləşən 1267,1 kvadrat metr ümumi, 950,9 kvadrat metr əsas, 316,2 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə İddiaçı1 mülkiyyətində olmuşdur. 02/2016/DML saylı Daxili maliyyə lizinqi müqaviləsinə görə “xxxx” İKB ASC ilə Cavabdeh2 İstehsalat Məmulatları MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli lizinq müqaviləsinə əsasən qeyd edilən əmlak Cavabdeh1 İKB ASC tərəfindən 144 ay müddətinə Cavabdeh2 İstehsalat Məmulatları MMC-yə lizinqə verilmişdir. Hazırda Cavabdeh2 İstehsalat Məmulatları MMC-nin istifadəsində və sahibliyindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən Bələdiyyəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə onlara ayrılmış 600 kvadrat metr və 200 kvadrat metr torpaq sahələrinin geri alınması və həmin torpaq sahələrinin üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanında mülkiyyətində olan 0,26432 ha torpaq sahəsində yerləşən 1267,1 kvadrat metr ümumi, 950,9 kvadrat metr əsas, 316,2 kvadrat metr kö məkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2007-ci il tarixində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2007-ci il tarixində Cavabdeh1 X1 ilə 1853/99/01 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən qeyd olunan əmlak kompleksi 84 ay müddətində ipoteka ilə yüklü edilmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə qətnamələri mövcuddur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli, 2(103)-15524/2011 saylı qətnaməsinə əsasən tutmanın yönəldildiyi yalnız Binəqədi rayon, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanı ünvanında yerləşən 0,26432 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1267,1 kvadrat metr ümumi, 950 kvadrat metr əsas, 316,2 kva drat metr köməkçi sahədən ibarət əmlak kompleksi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alnımışdır. Tutmanın yönəldiyi digər əmlaklar isə rəsmi dövlət qeydiyyatına alınmamış və Cavabdeh1 İnvestisiya və Kommersiya Bankı ilə 1853/99/01 saylı kredit müqaviləsinə əsasən yalnız qeyd olunan əmlak kompleksi (Binəqədi rayon, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanı ünvanında yerləşən 0.26432 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1267,1 kvadrat metr ümumi, 950,9 kvadrat metr əsas, 316,2 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksi) ipoteka ilə yüklü edilmişdir. Beləliklə məhkəmə qətnaməsi ilə tutma yalnız DƏDRX-də qeydiyyata alınmış əmlaka yönəlmişdir. Buna baxmayaraq, cavabdehlər qanuni əsaslarla xx xxxxxx 2007-ci il tarixində B inəqədi rayonu Xocahəsən Bələdiyyəsi tərəfindən onlara ayrılmış torpaq sahələrini qanunsuz əldə etmişlər. Onların bu hərəkətləri torpaq sahələrindən istifadə hüquqlarını məhdudlaşdırmış və dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq torpaq sahələrini boşaltmaqdan imtina etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 17364 saylı, xx.xx.2019-cu il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 31/48 nömrəli qərarı ilə İddiaçı2 ayrılmış 200 kvadrat metr və Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 31/49 nömrəli qərarı ilə İddiaçı1 ayrılmış 600 kvadrat metr torpaq sahələrinin sxemlərində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, həmin torpaq sahələrinin Cavabdeh2 İstehsalat məmulatları MMC-nin mülkiyyətində olan və və dövlət reyestrində 2 nömrəli reystr kitabının 227 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1C saylı Əmlak kompleksinin sahəsinə daxil olub-olmamasını (ərazidə yerləşibyerləşməməsini) müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 2(001)-3983/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin “zəbt edilmiş torpaq sa həsinin qaytarılması” hissəsinə münasibət bildirərkən iddiaçılara məxsus torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə aparılmış ekspert tədqiqatı ilə də iddiaçılara məxsus olan torpaq sahələrinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddia tələbini rədd edərkən iddiaçıların hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olmamasını qeyd etmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə, ekspertiza təyin edilsə də, ekspert düzgün müəyyənləşdirmə həyata keçirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahələrinin faktiki olaraq deyil, sənəd üzrə mövcud olması, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin qərarına əlavə edilmiş sxem-cizgi sənədlərinə istinadən iddiaçıların onlara məxsus olan torpaq sahələrinin yerləşdiyi yer kimi göstərdikləri ərazinin (Bakı-Şamaxı yoluna yaxın his sədə) Cavabdeh1 İKB ASC-nin mülkiyyətində olan yerin sahəsi ilə üst-üstə düşməsi səbəbindən həmin sahənin cavabdehlər tərəfindən zəbt olunmuş sahə kimi qəbul edilə bilməməsinə dair gəldiyi nəticə əsaslı olmuşdur. Belə olan halda, Cavabdeh1 İKB ASC-nin həmin sahəyə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, iddiaçılar həmin torpaq sahəsini cavabdehlərdən tələb edə bilməzlər. Bundan əlavə, iş materiallarından, ekspert rəyindən və məhkəmə araşdırmasıın nəticələrindən də görünür ki, Cavabdeh2 İstehsalat Məmulatları MMC tərəfindən ona lizinqə verilmiş və Cavabdeh1 İKB ASC-nin mülkiyyətində olan Əmlak kompleksinin sahəsindən kənara çıxması və onun sahəsindən daha artıq sahəyə sahiblik və ondan istifadə etməsi halı aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə m əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Çünki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin qərarına əlavə edilmiş sxem-cizgi sənədlərinə əsasən, iddiaçıların mübahisələndirdiyi torpaq sahələrinın sənəd üzrə Cavabdeh2 İstehsalat Məmulatları MMC-nin istifadə və sahibliyində olan Əmlak kompleksinin Bakı-Şamaxı yoluna yaxın olan tərəfdə deyil, əksinə arxasında yerləşməsi subyekt iv hüquq baxımından bu sahələrin cavabdehlərə münasibətdə mübahisələndirilməsini istisna edir. İddia tələbinin “sahiblik və istifadə hüquqlarının bərpası” hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə qeyd etmişdir ki, iddia üzrə “zəbt edilmiş torpaq sahəsinin qaytarılması” tələbi əsas tələb olduğundan “sahiblik və istifadə hüquqlarının bərpası” ona münasibətdə törəmə tələb hesab olunmalıdır. Belə olan halda bu hissənin təmin-olunub olunmaması bilavasitə “zəbt edilmiş torpaq sahəsinin qaytarılması” hissəsinin təmin olunubolunmamasından asılı olduğundan, məhkəmə həmin tələblə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəl illəri İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə onların iştirakını təmin etməyərək prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vək ili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Cavabdeh2 İstehsalat Məmulatları MMC-nin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və digər üçüncü şəxsin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azər baycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı: “... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin məhkəmə iclaslarında iştiraklarının təmin edilməməsi ilə bağlı dəlili əsassızdır. Belə ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətində göstərilən ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə bi ldiriş göndərmiş, bildirişin göndərilən ünvanlara çatması barədə poçt xəbərnamələri işə əlavə edilmişdir. Həmçinin iddiaçılara məxsus mobil nömrələrə SMS bildirişlə məlumat göndərilmişdir. Lakin iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. MPM-in 376.2-cı maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5294/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.