Məhkəmə qərarları › İş №2(102)-995/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-995/2023

27.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-995/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1749/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı BOKT ASC Cavabdeh qarşı mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və qətnamənin icra olunduğu tarixdə icra məmuru tərəfindən ünvan 1-da aşkar edilmiş digər şəxslərin həmin evdən əşyaları ilə birlikdə çıxarılmalarına, ünvan 1-nın tam şəkildə boşaldılmasına və mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilməsinə, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron rayon məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 2(012)-4226/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qıznının əşyaları ilə birlikdə ünvan 1 ünvanından çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)-4226/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi hakim), X4 və X5) 06 sentyabr 2022-ci il tarixli, 2(105)-1749/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)-4226/2021 nömrəli qətnaməsinin dəyşdirilmədən saxlanılması qət edilmişdir.

5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ( hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi hakim), Telman Quliyev və Gülnarə Tağızadə) 2(105)-1749/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh kassasiya şikayəti geri qaytarılmışdır.

7. Qərardad belə əsaslandrılmışdır ki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şərh edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, işin icraata qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, vermiş olduqları kassasiya şikayətində istənilən hüquq pozuntusu nun nədən ibarət olması açıq şəkildə göstərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının müvafiq ərardadında konket olaraq hansı maddi və prosessual hüquq pozuntusunun olması müəyyən edilməmişdir. Kassatorun apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad etdiyi maddi və prosessual hüquq normasına dair hüquqi mövqeyi budur. O hesab etmişdir ki, maddi və prosessual hüquq pozuntusu qeyd etdiyi maddi və prosessual hüquq normasıdır. Mövqeyini də aydın şəkildə bildirmişdir. Həmin maddi və prosessual hüquq normasının düzgün olub olmamasına münasibəti kassasiya instansiyası məhkəməsi bildirməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 407.1.4 Şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirild iyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması kassasiya şikayətində göstərilməlidir.

11. Maddə 408.1.5 kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti geri qaytarılır.

12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

13. Qanunun tələbinə görə, kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

14. Kassasiya şikayətində qərardad bütövlükdə mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Apellyasiya məhkəməsi Cavabdeh kassasiya şikayətini qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, şikayətdə maddi və yaxud pros essual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.

16. Kassasiya məhkəməsi bu qənaətlə razılaşmır ona görə ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair qrafalar doldurulmaqla kassator öz mövqeyini qeyd etmişdir.

17. Belə ki, cavabdeh, maddi hüquq normasının pozuntusuna aid qrafada Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə istinad edərək, məhkəmə kollegiyasının onun mənzil toxunulmazlığı hüququna dair hallara düzgün qiymət vermədiyini, konstitusion hüququnun pozulduğunu bildirmişdir.

18. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə aid hissədə isə Mülki Prosessual Məcəllənin 88, 217, 388-ci və digər maddələrinə istinadən qeyd olunmuşdur ki, məhkəmə iş materiallarında olan kredit müqaviləsindən əmələ gələn öhdəliklərə dair sübutların qiymətləndirilməsini düzgün aparmamış, sübutlar arasındakı fərqə hərtərəfli və tam hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun çıxarılmamış, iddiaçının xeyrinə olan hallar araşdırılsa da, onun tərəfindən verilmiş qarşılıqlı iddiaya münasibət bildirilməmiş, mənzilin boşaldılması üçün əsas olan hallar tam ətraflı qeyd edilməmişdir.

19. Görünüyü kimi, cavabdeh kassasiya şikayətində narazı qaldığı qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini yuxarıdakı dəlillərlə əsaslandırmışdır. Belə olan halda, şikayətin MPM-nin 407.1.4-cü maddəsi ilə geri qaytarılması əsaslı olmamışdır.

20. Ona görə də Su mqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və cavabdehin qətnamədən verdiyi kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1749/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə gönd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar