Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-995/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiaya dair iş üzrə QƏRARİ (Açar sözləri: mənzil mübahisələri, mübahisəli fərdi yaşayış evindən düşən payın əvəzini ödəmək şərti ilə mülkdəki payının dəyərinin ödənilmiş olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış e vinə övladları ilə birlikdə köçürülməsi və həmin evdə yaşamalarına maneə törədilməsinin cavabdehlərə qadağan olunması tələbi barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı sonuncuya mübahisəli fərdi yaşayış evindən düşən payın əvəzini ödəmək şərti ilə mülkdəki payının dəyərinin ödənilmiş olması tələbi barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1943/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak daşınmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış» verilmişdir.
2. Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanda yerləşən və sahəsi 0,1805 ha təşkil edən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə 39/84 hissədə Cavabdeh1, 17/84 hissədə İddiaçı, 14/84 hissədə X4 və 14/84 hissədə X2 məxsusdur. Bununla yanaşı, eyni ünvanda yerləşən və ümumi sahəsi 149,9 kv.m təşkil edən fərdi yaşayış evi mülkiyyət hüququ ilə 13/14 hissədə Cavabdeh1, 1/14 hissədə İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İlk iddia üzrə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə övladları ilə birlikdə köçürülməsinə və həmin evdə yaşamalarına maneə törədilməsinin cavabdehə və digər şəxslərə qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində ərizə təqdim edərək Cavabdeh1 əri Nümayəndə1 da işə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsini rəhbər tutub, işin faktikii hallarını nəzərə alaraq Nümayəndə1 işə ilk iddia üzrə cavabdeh qismində cəlb etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə X7 ilə ailə qurduqdan sonra Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və orada əri və qayınatası ilə bir likdə yaşamışdır. İlham Abdullayevlə ümumi ailə münasibətlərindən X5 və X8 adlı uşaqları doğulub. X6 2010-cu ildə, əri İlham Abdullayev isə 2015-ci ildə vəfat etmişlər. Ərinin ölümündən sonra həmin fərdi yaşayış evi 1/14 hissədə, evə aid həyətyanı torpaq sahəsi 17/84 hissədə onun (ilk iddia üzrə iddiaçının) adına, habelə eyni torpaq sahəsi hər birinə 14/84 hissədə olmaqla, uşaqları Məryəm və Nurayın adlarına vərəsəlik qaydasında rəsmiləşdirilmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə1 müvafiq olaraq onun baldızı və baldızının əridir. Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 13/14 hissədə və həmin evə aid torpaq sahəsi 39/84 hissədə baldızı Cavabdeh1 mülkiyyətindədir. Beləliklə, mübahisəli ev və həyətyanı torpaq sahə si paylı mülkiyyət hüququ ilə onun, uşaqlarının və baldızının mülkiyyətindədir. Buna, habelə mübahisəli evdə hər iki ailənin ayrıca yaşaması üçün zəruri şərait olmasına baxmayaraq, ilk iddia üzrə cavabdehlər onun və uşaqlarının evdə yaşamasına imkan vermirlər. İddiaçı qeyd edir ki, mübahisəli yerdə yaşayış üçün əlverişli olan iki tikili mövcuddur. Vaxtilə bu tikililərdən birində uşaqları ilə birlikdə yaşayıb. Lakin cavabdehlər ona məxsus olan bütün cehiz əşyalarını bayıra çıxarmış, qapının qıfılını dəyişmiş, bu və digər üsullarla onun və uşaqlarının evdə yaşamalarına maneələr törətmişlər. Dəfələrlə mübahisəli evə uşaqları ilə birlikdə köçmək istədiyinə baxmayaraq, baldızı və sonuncunun əri buna icazə verməyiblər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
7. Cavabdeh1 qarş ılıqlı iddia təqdim edərək, sonuncuya mübahisəli fərdi yaşayış evindən düşən payın əvəzini ödəmək şərti ilə mülkdəki payının dəyərinin ödənilmiş olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və onun uşaqları mübahisəli əmlakda paya malik olduqlarına baxmayaraq, ilk iddia üzrə iddiaçının fərdi yaşayış evində payının miqdarı cüzidir. Onun uşaqlarının isə fərdi yaşayış evinə münasibətdə payları ümumiyyətlə mövcud deyil. Bununla yanaşı, mübahisəli fərdi yaşayış evində iki ailənin yaşaması üçün zəruri şərait yoxdur. Ev naturada bölünməyib. Bu səbəbdən İddiaçı konkret olaraq hara köçmək istədiyi sual doğurur. Bununla yanaşı, ilk iddia üzrə iddiaçı ilə onlar arasında münasibətlər yaxşı deyil. Aralarında mə hkəmə çəkişmələri olmuş, hətta işləri polisə düşmüşdür. Ona görə mübahisəli evdə birlikdə yaşayacaqları təqdirdə aralarında yeni qarşıdurmaların yaranması qaçılmaz olacaq.
9. Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-711/2024 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Qədimov) ilkin iddianın təmin edilməsi, ilk iddia üzrə İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi, onların həmin evdə yaşamasına maneələr törədilməsinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qadağan olunması, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mülkdəki payın dəyərinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə ilk iddi aya münasibət bildirərək hesab etmişdir ki, ilk iddia üzrə İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olmaqla, həmin daşınmaz əmlaka digər mülkiyyətçilərlə birlikdə sahiblik etmək və ondan istifadə etmək hüququna malikdir.
11. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq həmçinin hesab etmişdir ki, ilk iddia üzrə cavabdehlər ilk iddia üzrə iddiaçıya müvafiq maneələr törətməklə, sonuncunun mülkiyyət hüququ ilə malik olduğu daşınmaz əmlaka sahiblik etmək və ondan istifadə etmək hüququnu, başqa sözlə, mülkiyyət hüququnu pozurlar.
12. Məhkəmə ilk iddia üzrə iddiaçının bildirdiklərini və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, ilk iddia qismə n deyil, tam təmin olunmalı (İddiaçı Nümayəndə1 işə cavabdeh qismində işə cəlb etməklə iddiasında nəzərdə tutduğu “digər şəxslər” ifadəsini konkretləşdirdiyindən, iddia “digər şəxslərə” qarşı tələb hissəsində rədd olunmamalıdır), İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməli, onların həmin evdə yaşamalarına maneələr törədilməsi Cavabdeh1 və Nümayəndə1 qadağan olunmalıdır.
13. Qarşılıqlı iddiaya münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı paylı mülkiyyətdəki payının naturada ayrılmasını istəmədiyi (tələb etmədiyi) bir halda, qarşılıqlı iddia üzrə cavabdehə faktiki olaraq kompensasiya ödənilməsi yolu ilə sonuncunun ümumi əmlakdakı pay hüququnun itirilmə sini tələb edir (qeyd olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı öz iddia tələbində “qarşı tərəfə düşən payın əvəzinin” (faktiki olaraq kompensasiyanın) miqdarını belə göstərməyib). Məhkəmə qeyd etmişdir ki, paylı mülkiyyətin bir mülkiyyətçisi digər mülkiyyətçiyə kompensasiya (və ya qarşılıqlı iddiada göstərildiyi kimi “düşən payın əvəzinin”) ödənilməsi yolu ilə sonuncunun paylı mülkiyyətdəki payına xitam verilməsini tələb edə bilməz. Bu növ mübahisələrdə ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 213, 220-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci, 77,78,107,119, 217-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və eyni ünvanda yerləşən həmin evə aid həyətyanı torpaq sahəsi üzərində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və həmçinin onun qanuni təmsilçisi olduğu övladları X3 və X1 paylarının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 satılması yolu ilə qarşılıqlı iddia üzrə cavabdehin və onun övladlarının əmlaklardakı paylarının dəyərinin ödənilmiş olmasına və ya əmlakların hərracda satılması və satış pulunun payçılar arasında paylarına uyğun olaraq bölüşdürülməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.
16. Apellyas iya şikayəti onunla əsaslandırılır ki, köçürülmə ilə bağlı məsələni həll edərkən məhkəmə həmçinin, sözügedən evin paylı mülkiyyətdə olmasını nəzərə alaraq evdən istifadə qaydalarını da müəyyənləşdirməli idi. Çünki nəzərdə tutulan daşınmaz əmlaka köçürülmə faktiki olaraq paylı mülkiyyətdə olan həmin əmlakdan istifadə hüququnu da özündə ehtiva edir. Buna görə hər iki mülkiyyətçinin mülkiyyət hüququ nəzərə alınmaqla, sözügedən əmlakdan hansı qaydada istifadə ediləcəyi məhkəmə tərəfindən müəyyənləşdirilməli idi. Bundan başqa, İddiaçı və onun uşaqları mübahisəli əmlakda paya malik olduqlarına baxmayaraq, ilk iddia üzrə iddiaçının fərdi yaşayış evində payının miqdarı cüzidir, sözügedən pay sadəcə 1/14 hissə təşkil etməkdədir. Onun uşaqlarının isə fərdi yaşayış evinə münasibətdə payları ümumiyyət lə mövcud deyil. İlk iddia üzrə cavabdeh tərəf isə öz növbəsində iddiaçının əmlakdakı payı nəzərə alınmaqla ona ədalətli məbləğdə - 2.200 manat miqdarında kompensasiya verməyi təklif etmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli fərdi yaşayış evində iki ailənin yaşaması üçün zəruri şərait yoxdur, evin naturada bölünməsi isə fiziki olaraq mümkün deyildir. Bu səbəbdən İddiaçı konkret olaraq evin hansı hissəsində və necə yaşayacağı sual doğurur. Üstəlik, o da nəzərə alınmalıdır ki, evin naturada bölünə bilməməsi və ilk iddia üzrə iddiaçının payının sadəcə 1/14 hissə təşkil etməsi səbəbindən, sözügedən paya müvafiq olaraq iddiaçıya ən yaxşı halda, sadəcə il ərzində 26 gün və ya ay ərzində 2 gün evdən istifadə hüququ tanına bilər. Bütün bunlara baxmayaraq, İddiaçı evə köçürülməni tələb etməsi onu göstərir ki, iddiaçının tələbinin məqsədi əslində özünün mülkiyyət hüququnun bərpası deyil, məhz cavabdehin mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsidir. Beləliklə, ilk iddia üzrə iddiaçı özünə məxsus hüquqlardan sui-istifadə etməklə digər tərəfə zərər vurmaq istəyir.
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1943/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və İlham Əsədov) Cavabdeh1 tərəfindən verilmiş apellyаsiyа şikаyəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnаməsi iddianın X1 Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və onun həmin evdə yaşamasına maneələr törədilməsinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qadağan olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə bаxılmаmış saxlanılmışdır.
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1943/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və İlham Əsədov) apellyasiya şikayəti iddia tələbinin təmin edilmiş İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə uşağı Nuray Abdullayeva ilə birlikdə köçürülməsi, onların həmin evdə yaşamasına maneələr törədilməsinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qadağan olunması hissəsində təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı Neftçala şəhəri, E.Bağır ov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə uşağı Nuray Abdullayeva ilə birlikdə köçürülməsi, onların həmin evdə yaşamasına maneələr törədilməsinin cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qadağan olunması hissəsində Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi də verilmiş tələblər üzrə qətnamə qəbul etmişdir. Nə ilk iddia tələbində, nədə ki qarşılıqlı iddia tələbində evdən istifadə qaydalarının müəyyən edilməsi barədə hər hansı bir tələb olmamışdır. Eyni zamanda məhkəmə tərkibi qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddia tələblərindən kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hallar müəyyən edilmir. Ona görə də, şikayətin bu hissəsi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
20. Şikayətin dəlili ondan ibarət olmuşdur ki, iddiaçıların uşaqlarının fərdi yaşayış evinə münasibətdə payları ümumiyyətlə mövcud deyil. Məhkəmə tərkibi şikayətin yuxarıda qeyd edilən bu dəlili ilə də razılaşmamışdır. Belə ki, iddiaçının azyaşlı uşaqlarının mübahisəli evdə paylarının olmaması uşaqlardan Nuray Abdullayevanın anası ilə bərabər mübahisəli evə köçürülməməsinə əsas ola bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, Nuray Abdullayeva on dörd yaşına çatmamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Nuray Abdullayeva da anası ilə bərabər mübahisəli evə köçürülməlidir.
21. Şikayətin digər dəlili ondan ibarət olmuşdur ki, cavab deh iddiaçının əmlakdakı payı nəzərə alınmaqla ona ədalətli məbləğdə - 2200 manat miqdarında kompensasiya verməyi təklif etmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli fərdi yaşayış evində iki ailənin yaşaması üçün zəruri şərait yoxdur və evin naturada bölünməsi isə fiziki olaraq mümkün deyildir. Bu səbəbdən İddiaçı konkret olaraq evin hansı hissəsində və necə yaşayacağı sual doğurur. Bütün bunlara baxmayaraq, İddiaçı evə köçürülməni tələb etməsi onu göstərir ki, iddiaçının tələbinin məqsədi əslində özünün mülkiyyət hüququnun bərpası deyil, məhz cavabdehin mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsidir. Məhkəmə tərkibi şikayətin yuxarıda qeyd edilən bu dəlili ilə də razılaşmamış, birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyini əsaslı hesab etmişdir. Məhkəmə tərkibi qarş ılıqlı iddia üzrə cavabdehin razılığı olmadan ona payının dəyərinə uyğun kompensasiya verilməklə, paylı mülkiyyət hüququna xitam verilməsinin mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəyini nəzərə alaraq, apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etmişdir. Məhkəmə tərkibinin qənaətinə görə ilk iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehlər (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin edilən hissədə ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilk iddianın təmin edilən hissədə, yəni qalan hissədə də rədd edilməs i və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.3-cü, 152.5-ci 157.4-cü, 213.1-ci, 220.1-ci, 220.2-ci, 220.3-cü, 220.4-cü, 220.6-cü, 220.3-220.5-ci, 221-ci maddəsinə istinad edilsə də, həmin normalar düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. İşin həqiqi hallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tamamilə əsassız olaraq birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşm ış, bu barədə apellyasiya şikayətinin dəlillərinə də heç bir əhəmiyyət və hüquqi qiymət verməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilsə də, bu iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol vermə yə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
31. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülk iyyət) ümumi mülkiyyətdə ola bilər.
32. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
33. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
34. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
35. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
36. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
37. Ma ddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən qismən- ilk iddianın təmin edilən hissədə ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilk iddianın təmin edilən hissədə, yəni qalan hissədə də rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2024-cü il tarixli 2(106)-1943/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.