Məhkəmə qərarları › İş №2(102)-996/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-996/2020

12.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-996/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(107)-2031/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qəbələ rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.B.İsayev, iş № 2(025)-12/2019) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin qanunsuz sa hiblikdən geri alınması və tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı mülkiyyətində olan 0,52 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindən Zarağan Bələdiyyəsinə qaytarılması və Bələdiyyənin mülkiyyətində olan 0,52 ha torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Ş.Hüseynov, A.A.Mahmudov və M.R.Hüseynov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2017-ci ilin avqust ayında Qəbələ rayonunun Zarağan Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ rayonu Tofiq İ smayılov adına kolxozun yerli X2 qərarı ilə Bələdiyyənin mülkiyyətinə verilmiş 60 hektar ölçüdə kənd təsərrüfatı kateqoriyalı örüş təyinatlı torpaq sahəsinin 0,52 ha ölçüdə hissəsinin Zarağan kəndində yerləşən qaçqın şəhərciyində yaşayan Kəlbəcər rayonunun sakini Cavabdeh3 tərəfindən zəbt olunaraq orada qanunsuz tikili inşa olunmasını əsas göstərməklə həmin torpaq sahəsinin Cavabdeh2n və Cavabdeh1 qanunsuz sahibliyindən geri qaytarılması və orada inşa edilmiş tikilinin sonuncuların hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kassasiya şikayəti verərək sübutlara düzgün qiymət verilmədən iddianın təmin olunmasını və s. əsas göstərməklə qətn amənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiy ası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Bələdiyyənin ona qaytarılmasını iddia etdiyi torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmaqla cavabdehlər tərəfindən həmin torpaq sahəsi qanuni əsaslar olmadan tutulmuş, orada qanunsuz olaraq yaşayış evi inşa edilmişdir. Mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olması və qanunsuz tikilinin məhz Bələdiyyəyə məxsus torpaq sahəsində inşa edilməsi iş materialları ilə tam təsdiq olunur. İşin müəyyən olunmuş həmin hallarına əsaslanan məhkəmə kollegiyası mülkiyyət hüququnu müdafiə edən və qoruyan Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 180.1, 180.2-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə istinad etməklə cavabdehlərin hərəkətinin qanunsuz olması və onların hərəkətləri nəticəsində Bələdiyyənin mülkiyyət hüququnun pozulması nəticəsinə gələrək iddianın təmin olunmasını qanuni və əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə kollegiyası tərəfindən işin halları düzgün müəyyən olunmuş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qüvvəsi düzgün tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar