Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-997/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə ilkin iddiası, “cehiz əşyaların mənzildən çıxarılması” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRAR iş № 2(102)-997/22 (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, əmlakların mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2806/2021 nömrəli iş üzrə 02.11.2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-459/2019 saylı, 13.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 14.09.2007-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 835 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 02.08.2008-ci il təvəllüdlü X9 və 31.05.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi qərara alınmışdır. Nikahın pozulması haqqınd a AZ-İ seriyalı, 349774 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah 2020-ci ilin mart ayının 10-da ləğv edilmiş, qadına Manafova soyadı verilmişdir. ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 07.10.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 42 (keçmiş ünvan 22) saylı ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq X7 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 11669 saylı reyestr nömrəli 4 dekabr 1957-ci il tarixli bağışlama müqaviləsinə əsasən fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 19 aprel 1977-ci il tarixli 1K355 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X10 məxsus ½ hissəsi X6 adına qeydiyyatdan keçmişdir. 19 saylı DNK-nın 04 aprel 2 003-cü il tarixli 40/240 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 hissəsindən 1/6 hissəsi X4 adına qeydiyyatdan keçmişdir. 12 saylı DNKnın 4Ə-03-539 reyestr nömrəli 11 noyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 1/6 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. 19 saylı DNK-nın 2V-1344 reyestr nömrəli 11 sentyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 Manaf oğlunun vəfatından sonra sözügedən ünvanın 3/6 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 12 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən 21 noyabr 2012- ci il tarixli 4Ə-03-974 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X1 1/6 hissəsi X2 adına qeydiyyatdan keçmişdir. 19 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən 4Ə/1-353 reyest r nömrəli 28 avqust 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 3/6 hissəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki mülkiyyətçiləri aşağıdakılardır: X12 2/6 hissə; X5 1/6 hissə və Cavabdeh2 3/6 hissə. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun və onun azyaşlı uşaqları - 02.08.2008-ci il təvəllüdlü X9 və 31.05.2013-cü il təvəllüdlü X3 Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılılqı iddia üzrə iddiaçı C avabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cehiz əşyalarının mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı nikaha daxil olarkən cehiz şəkilində gətirdiyi əşyaları ilə birlikdə xüsusi mülkiyyətində olan ünvan 3 ünvanından çıxardılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 01.12.2020-ci il tаrixli, 2(004)3757/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı məxsus cehiz əşyaları: qəhvəyi rəngli bir ədəd yataq dəsti, qəhvəyi rəngli bir ədəd altı gözlü şifoner, qəhvəyi rəngli tumbuçka (yataq dəstinin yanında yerləşən), qəhvəyi rəngli bir ədəd güzgü; bir ədəd 6 şamdanlı xurustal çilçıraq; iki ədəd qəhvəyi rəngli qo naq otağı üçün divar künçü mebeli; bir ədəd dairəvi masa; bir ədəd stol və üç ədəd stul; bir ədəd 12 şamdanlı çilçıraq; bir dəst “Embawood” markalı kreslo divan dəsti; bir ədəd “Samsung” markalı paltar yuyan maşın; bir ədəd masa üstü dörd gözlü qaz peçi (sobası) və üç ədəd boz rəngli pərdə dəsti qarşılılqlı iddia üzrə iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi ünvanında yerləşən 42 saylı evdən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının (hakimlər R.Eyvazov - sədrlik edən və məruzəçi, Z.Şirinov, F.Talışınski) 18.05.2021-ci il tarixli, 2(103)-2806/2021 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzr ə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)3757/2020 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın qismən təmin olunması, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları (02.08.2008-ci il təvəllüdlü X9 və 31.05.2013-cü il təvəllüdlü X11) ilə birlikdə Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən müvafiq yaşayış sahəsinə köçürülməsi, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 18.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən 27.09.2021-ci il tarixdə kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 30.09.2021-ci il tarixli 2(103)2806/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Mülki Prossesual Məcəllənin 135.6-cı madəsinə əsasən qətnamə cavabdehin nümayəndəsi Vəkil məxsus elektron kabinetə 08.06.2021-ci il tarixdə saat 09-35-də yerləşdirilməklə rəsmi qaydada təqdim edilmiş, kassasiya şikayəti isə prossesual müddət ötürülməklə, 27.09.2021-ci il tarixdə rabitə xidmətinə təqdim edilmişdir. Bu zaman müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən 05.10.2021-ci il tarixdə verilmiş təkrar kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2021-ci il tarixli 2(103) 2806/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti müddət buraxılmaqla verilsə də, ona əlavə edilmiş ərizədə müddətin bərpası xahiş edilməmişdir. Cavabdeh qanunla ona verilmiş prossesual hüquqlardan düzgün istifadə etməmişdir. 15.10.2021-ciil tarixdə Cavabdeh2 tərəfindən qətnamədən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının(hakimlər R.Eyvazov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova, F.Talışınski) 02.11.2021-ci il tarixli 2(103)2806/2021-ci il saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.05.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tu tulan buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi (vəkili) tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürülməsi məsələsinə həmin məhkəmənin 30.09.2021-ci il tarixli qərardadı ilə qiymət verilərək, kassasiya şikayətibu əsasla geri qaytarılmış və qərardad nümayəndənin elektron kabinetinə 01.10.2021-ci il tarixdə yerləşdirilmişdir. Həmin qərardad cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bundan sonra, cavabdeh 15.10.2021-ci il tarixdə qətnamədən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmiş və ərizəsini a pellyasiya məhkəməsinin qətnaməsi çıxdıqdan sonra vəkillə münasbətlərini bitirməsi, sonradan kassasiya şikayəti vermək qərarına gəldiyi üçün onunla yenidən müqavilə bağlaması, qətnaməni 06.07.2021-ci il tarixli ərizəsi əsasında 29.07.2021-ci il tarixdə rəsmi qaydada əldə etməsi və ondan prosessual müddət daxilində 27.09.2021-ci il tarixdə kassasiya şikayəti verməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının hesab etmişdir ki, iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.05.2021-ci il tarixli qətnaməsi cavabdehin nümayəndəsi Vəkil məxsus elektron kabinetə 08.06.2021-ci il tarixdə, saat 09:35-də yerləşdirilməklə, rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi cavabdeh qətnamə çıxdıqdan sonra apellyasiya instanisyası məhkəməsində icraatda iştirak etmiş vəkili Vəkil ilə münasibətlərini bitirdiyini vurğulasa da, qətnamədən tərəfindən verilmiş kassasiya şikayəti də həmin vəkil tərəfindən tərtib edilmişdir. Cavabdehlə vəkil arasında yeni müqavilə bağlanması isə aralarındakı münasibətlər baxımından hüquqi zərurət olmaqla, prosessual müddətlərin axımına təsir edən hal deyildir. Digər tərəfdən cavabdeh ərizəsində qətnaməni 06.07.2021-ci il tarixli ərzəsi əsasında 29.07.2021-ci il tarixdə rəsmi qaydada əldə etdiyini və ondan prosessual müddət daxilində 27.09.2021-ci il tarixdə kassasiya şikayəti verdiyini bildirsə də iş materiallarından bu hal görünmür. Digər tərəfdən, cavabdeh ərizəsində qətnaməni 06.07.2021-ci il tarixli ərizəsi əsasında 29.07.2021-ci il tarixdə rəsmi qaydada əldə etdiyini və ondan prosessual müddət daxilində 27.09.2021 -ci il tarixdə kassasiya şikayəti verdiyini bildirsə də, iş materiallarındanbu hallar görünmür. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab etmişdir ki, qətnamənin surəti cavabdehə həqiqətən də 06.07.2021-ci il tarixli ərizəsi əsasında 29.07.2021-ci il tarixdə təqdim edilmiş olsaydı belə, bu hal ondan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi baxımından üzrlü səbəb sayılmazdı. Ona görə ki, MPM-in 135.5-ci və 135.6-cı maddələrinə əsasən, məhkəmə tərəfindən qətnamə apellyasiya icraatında iştirak etmiş, eyni zamanda kassasiya şikayətini tərtib etmiş vəkilinin (nümayəndəsinin) elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada verilmiş sayılır. Belə olan halda, tərəfin müraciəti əsasında qətnamənin sonradan təkrarən alınması prosessual baxımdan heç bir hüquqi əhəmiyyət kəsb etmir (yəni, müvafiq prosessual müddətin axımını dayandırmır). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2021-ci il tarixli 2(103)2806/2021ci il saylı qərardadından Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi MPM-nin 135-ci maddəsinə düzgün istinad etməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsi ziyanına çıxarıldıqdan sonra Vəkilla münasibəti bitmişdir, çünki vəkillə olan müqaviləm yalnız apellyasiya məhkəməsində ona yardım etməsi üçün bağlamışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ona təqdim edilmədiyindən orada nə yazıldığından xəbəri yoxdur. O, 06.07.2021-ci il tarixdə ərizə ilə mə hkəməyə müraciət etmiş və qətnaməni rəsmi qaydada 29.07.2021-ci il tarixdə əldə etmiş, daha sonra vəkillə yeni müqavilə bağlayıb 27.09.2021ci ildə kassasiya şikayəti vermişdir. Belə olan halda, ona münasibətdə kassasiya şikayətinin verilməsi üçün müəyyənləşdirilmiş iki aylıq müddət tərəfindən ötürülmüşdür. Məhkəmə əsassız olaraq MPM-nin 135.6-cı maddəsinə istinad edərək bildirmişdir ki qətnamə vəkilin elektron kabinetinə yerləşdirildiyi gündən ona rəsmi qaydada verilmiş hesab olunur. Qətnamənin vəkilin elektron kabinetinə yerləşdirilməsi ona rəsmi verilməsi anlamına gəlmir. Kassasiya şikayətinə dair İddiaçı vəkili və nümayəndəsi Nümayəndə etirazı daxil olmuş, etirazda cavabdeh tərəfindən müddətin bərpa edilməsi barədə ərizə verilməklə, müddətin ötürülməsi faktının etiraf edildiyi, lakin mü ddətin üzrlü səbəbdən ötürülməsi barədə heç bir sübuta istinad edilmədiyi göstərilmiş, buna görə də, qərardadın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13 5.6. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərək ətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmun undan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Həmçinin vəkil və nümayəndə ona həvalə edilmiş səlahiyyətlər həddində onlara göndərilən məhkəmə aktını təmsil etdikləri tərəfə çatdırmaq öhdəliyi daşıyırlar. Məhkəmə kollegiyası vurğulamışdır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etmə lidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinə də, tərəf müddətin üzürlü səbəbdən buraxılmasına deyil, əslində buraxılmamasına, qətnamənin ona çatdırılmamasına istinad edir ki, bu məsələyə dair də artıq Bakı Apellyasiya Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(103)2806/2021 saylı qərardadı qüvvədədir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. O dur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 YYYqızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2806/2021 nömrəli iş üzrə 02.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-997/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-997/2022
31.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver