Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-998/2018 12.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-998/2018 Bakı şəhəri 12 fevral 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və vəkili Vəkil, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2017-ci il tarixli 2(103)12153/2017 nömrəli qərardadından iddiaçı "xxxx" MMC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim N.Bağırov) 21.09.2017-ci il tarixli 2(009)-4522/2017 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və “Brent Qroup” LTD-yə qarşı “382.764 ABŞ dolları pul tutulması” tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" MMC-nin iddianın təmini tədbirinin tətbiqinə dair ərizəsi təmin edilmiş, Cavabdeh1 məxsus “Mercedes Benz GLE 450” markalı ************* dövlət qeydiyyat nişanlı avtomobilin, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı 92 nömrəli mənzilin və həmin ünvanda yerləşən 2 ədəd ********** nömrəli qarajların üzərinə həbs qoyulmuş və həmin əmlaklarla bağlı hər hansı rəsmiyyətin aparılması qadağan edilmişdir. Qərardadın icrası avtomobilə aid hissədə Azərbaycan Respublikası Dİ N BDYPİ-yə, mənzilə aid hissədə isə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MTK-yə həvalə edilmişdir. Qərardad dərhal icra edilmişdir. Cavabdeh1 09.10.2017-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli 2(009)-4522/2017 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim N.Bağırov) 12.10.2017-ci il tarixli 2(009)-4522/2017 nömrəli qərardadı ilə Cavabdeh1 iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli 2(009)-4522/2017 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, M.M əmmədov, V.Ağayev) 15.11.2017-ci il tarixli 2(103)-12153/2017 nömrəli qərardadı ilə Cavabdeh1 şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli 2(009)-4522/2017 nömrəli qərardadı - “Cavabdeh1 məxsus “Mercedes Benz GLE 450” markalı ************* dövlət qeydiyyat nişanlı avtomobilin, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı 92 nömrəli mənzilinin və həmin ünvanda yerləşən 2 ədəd *********** nömrəli qarajların üzərinə həbsin qoyulması” hissəsində ləğv edilmiş, ərizə həmin hissədə rədd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli qərardadı “Cavabdeh1 məxsus “Mercedes Benz GLE 450” markalı ************* dövlət qeydiyyat nişanlı avtomobilin, ünvan 1 ünvanda yerləşə n "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı **** nömrəli mənzil və həmin ünvanda yerləşən 2 ədəd ********* nömrəli qarajlarla bağlı hər hansı rəsmiyyətin aparılmasının qadağan edilməsi (özgənkiləşdirilməməsi)” hissəsində dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı "xxxx" MMC-nin direktoru T.Fəhrətov və vəkil Vəkil, həmin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2017-ci il tarixli qərardadından kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və “Brent Qroup” LTD-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13.680 ABŞ dolları pul (ödəniş günü manata olan məzənnə ilə) alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı "xxxx" MMC iddianın təmini tədbiri barədə ərizə verərək, Cavabdeh1 məxsus “Mercedes Benz GLE 450” markalı ************* dövlət qeydiyyai nişanlı avtomobilin və ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı ******** nömrəli mənzilin və həmin ünvanda yerləşən 2 ədəd 44b və 31b nömrəli qarajların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və “Brent Qroup” LTD-dən müştərək qaydada 382.764 ABŞ dolları pul (ödəniş günü manata olan məzənnə ilə) alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktla rı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı "xxxx" MMC-nin direktoru T6 və vəkil Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddianın təmini tədbiri kimi cavabdehə məxsus olan avtomobilin və daşınmaz əmlakların üzərinə həbs qoyması qanuni və əsaslı olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətini təmin edərək, cavabdehə məxsus olan avtomobilin və daşınmaz əmlakların üzərinə qoyulmuş həbsi ləğv edərkən və bu hissədə iddiaçının ərizəsini rədd edərkən səhvə yol vermişdir. Çünki, Cavabdeh1 25.09.2017-ci il tarixdə mənzili arvadı N8 bağışlamışdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2017-ci il tarixli qərardadının - “iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli qərardadı - “Cavabdeh1 məxsus “Mercedes Benz GLE 450” markalı ************* dövlət qeydiyyat nişanlı avtomobilin, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı ****** nömrəli mənzilinin və həmin ünvanda yerləşən 2 ədəd ********** nömrəli qarajların üzərinə həbsin qoyulması” hissəsində ləğv edilməsi” hissəsində ləğv edilməsini, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli qərardadının dəyişiklik edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın təmini tədbiri kimi cavabdehə məxsus olan avtomobilin və daşınmaz əmlakların özgəninkiləşdirilməsinə qadağa qoyulması, heç bir hüquqi əsas olmadan cavabdehin mülk iyyət hüququnu pozmaqda davam edir, o, öz əmlakı barədə sərəncam vermək hüququndan məhrumdur. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2017-ci il tarixli qərardadının və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli qərardadının ləğv edilməsini, iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh1, “Brent Qroup” LTD-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil iddiaçının kassasiya şikayətini müdafiə edib, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək, iddiaçının kassasiya şikayətinin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edib, iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxla yır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.11.2017-ci il tarixli qərardadı ilə Cavabdeh1 şikayəti qismən təmin edib, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli qərardadını - “Cavabdeh1 məxsus “Mercedes Benz GLE 450” markalı ************* dövlət qeydiyyat nişanlı avtomobilin, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı 92 nömrəli mənzilinin və həmin ünvanda yerləşən 2 ədəd ************** nömrəli qarajların üzərinə həbsin qoyulması” hissəsində edərək, ərizəni həmin hissədə rədd edib, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli qərardadının - “Cavabdeh1 məxsus “Mercedes Benz GLE 450” markalı ************* dövlət qeydiyyat nişanlı avtomobilin, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nı n inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı 92 nömrəli mənzil və həmin ünvanda yerləşən 2 ədəd *********** nömrəli qarajlarla bağlı hər hansı rəsmiyyətin aparılmasının qadağan edilməsi (özgənkiləşdirilməməsi)” hissəsində dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi 382.764 ABŞ dolları pulun tutulması ilə bağlı olduğundan, cavabdehə məxsus olan avtomobilin və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi növdə iddianın təmini tədbirinin tətbiq edilməsi, iddia əsaslı olduğu təqdirdə qəbul ediləcək qətnamənin icrası zamanı y arana biləcək çətinliyi aradan qaldırmaq niyyətini güdür. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-in 157.2-ci maddəsinə əsasən isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-in 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. İddia - “pulun qaytarlıması” tələbindən ibarətdir, gələcəkdə bu tələb üzrə qəbul ediləcək qətnamənin icrasının təmin edil məsi məqsədilə cavabdehin mülkiyyətində olan avtomobilin və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi prosessual qanunvericiliyin iddianın təmin tədbirinin məqsədləri ilə bağlı tələblərinə tam cavab verir. İddianın təmin tədbiri barədə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli qərardadı qəbul edildikdən sonra, yəni 25.09.2017-ci il tarixdə iş üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri *********************** nömrəli evin ***** nömrəli mənzilini arvadı X3 bağışlamışdır. Qeyd olunan hal bir daha təsdiq edir ki, hazırkı mərhələdə iddianın təmin tədbirinin tətbiqinə zərurət vardır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən tətbiq edilən iddianın təmini tədbiri kimi əmlakın üzərinə həbs qoyulması, mülkiyyətçi Cavabdeh1 olunun mülkiyyət hüquqlarına toxunur. Belə ki, “həbs qoyulma” məfhumu geniş anlayışdır və bu, həm də avtomobilin polis tərəfindən saxlanılaraq cərimə meydançasında (o cümlədən, ödənişli saxlanc yerlərində) yerləşdirilməsini nəzərdə tutur. Odur ki, əmlakların üzərinə həbs qoyulması hazırkı iddianın təmini tədbirinin məqsədinə uyğun deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassa siya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2017-ci il tarixli 2(103)-12153/2017 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-998/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-998/2018
12.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver