Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-999/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X8, X5, X10 və X6 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-999/2022 (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin və evin boşaldılaraq qaytarılması, sübutların qiymətləndirilməsi ) Bakı şəhəri, 05 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, X8, X5, X10 və X6 qarşı “zəbt olunmuş torpaq sahəsinin və evin boşaldılaraq qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-7603/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 30.11.2005-ci il tarixli 1654/1 saylı sərəncamı əsasında Binəqədi qəsəbə ərazisindən 200 kv.m torpaq sahəsini alqı-satqı müqaviləsi ilə almışdır.
2. Mübahisə həmin torpaq sahəsindən iddiaçının məhrum edilməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh və onun ailə üzvləri olan X8, X5, X10 və X4 Binəqədi qəsəbə Bələdiyyəsindən aldığı torpaq sahəsindən və həmin torpaqda in şa etdiyi evdən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir.
4. Binəqədi rayon Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 30.11.2005-ci il tarixli 1654/1 saylı sərəncamı ilə iddiaçıya Binəqədi qəsəbə ərazisindən 200 kv.m torpaq sahəsini alqı-satqı müqaviləsi ilə satılıb. Belə ki, iddiaçı uzun müddət istifadəsində olan boş qalmış torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə ərizə ilə Binəqədi rayon bələdiyyəsinə müraciət etmiş, həmin torpaq sahəsinin alqı-satqısı üçün “Kapital Bank”a 800.000 manat ödəniş etmiş və torpaq sahəsinə dair sərəncam verilmişdir.
6. İddiaçı sonradan həmi n torpaq sahəsində tikinti işləri aparmaqla 2009-cu ildə iki otaq, mətbəx və sanitar qovşaq inşa etməklə, həmin evi bacısıgilin istifadəsinə vermişdir. Sonra da iddiaçının bacısına məcburi köçkün kimi ev verildiynə görə onlar həmin evdən köçmüşlər.
7. Evin boş olmasında istifadə edən iddiaçının bacısı gəlini həmin evi saxta sənədlərlə Cavabdeh adlı şəxsə satmışdır. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş ev iddiaçıya məxsus olmaqla cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
8. Hazırda cavabdeh ailə üzvləri ilə birlikdə həmin evi boşaltmaqdan imtina edir. Cavabdeh həmin evdən hər hansı müəyyənedici sənədi olmadan istifadə edir.
9. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi iddiaçıya mənsub olduğu əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona da ir sərəncam vermək hüquqlarını pozur.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon Bələdiyyəsinin nümayəndəsi iddia üzrə göstərib ki, iddiaçının adına torpaq olsa da, cavabdehin adına torpaq yoxdur.
11. Cavabdeh nümayəndəsi (vəkil) iddiya etiraz edərək göstərib ki, həmin torpağı Nübar adlı şəxs Solmaza, Solmaz da 26 min manata Cavabdeh satıb. Torpaq cavabdeh tərəfindən qanuni formada alınıb.
12. Birinci instansiya məhkəməsi 11 fevral 2020-ci il tarixli qərardadla tikilinin yerləşdiyi torpaq sahəsi ilə cavabdehin yaşadığı torpaq sahəsinin üst-üstə düşübdüşməməsini aydınlaşdırmaq üçün tikinti-texniki ekspertizası təyin etmişdir.
13. Məhkəmə Ekspertiza Mərkəzinin 10/2634 saylı, 28 yanvar 2021-ci il tarixli rəyinə əsasən mübahisələndirilən tikilinin (hazırda cavabdehin yaşadığı ev) yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olub, sənaye təyinatlı torpaq kateqoriyasına aiddir. İddiaçıya satılmış torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyi üçün həmin torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməyib. Mübahisəli tikiliyə dair hər hansı hüquq müəyyənedici və texniki sənədlər olmadığı üçün həmin tikilinin şəhərsalma norma və qaydalarına uyğun inşa edilməsini müəyyən etmək mümkün deyil.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2021 nömrəli, 20 may 2021-ci il tаrixli qətnaməsi ilə iddia təmin edilməmiş, ekspertiza və mütəxəssis xərcinin iddiaçıdan tutulması qət edilmişdir. (hakim Gü nel Abbasova)
15. Birinci instansiya məhkəməsi 1654/1 nömrəli, 30.11.2005-ci il tarixli Sərəncama və akta əsasən müəyyən edilb ki, İddiaçı ərizə ilə X2 müraciət edərək, uzun müddət istifadəsində olan boş torpağı fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmiş, müvafiq sərəncamla Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadədə olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (əmlakın sahibi X9) 24.04.2009-cu il tarixdə 26.900 manata qiymətləndirilmişdir. 30.03.2018-ci il tarixdə notarial qaydada verilmiş ərizəyə əsasən X9 ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, orta təmirli 25.000 manat dəyərində olan fərdi yaşayış evinin X1 adına keçməsinə etiraz etməmişdir. 11.06.2018-ci il tarixdə notarial qaydada verilmiş ərizəyə əsasən isə X7 ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, tam təmirli 26.800 manat dəyərində olan fərdi yaşayış evinin Cavabdeh adına keçməsinə etiraz etməmişdir. Kommunal ödənişlərlə bağlı qəbzlər uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, ev 0000, mənzil 2494ə aid kommunal xidmətlər X3 adınadır.
16. Birinci instansiya məhkəməsi qeyd edib ki, Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən analoji tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin olması tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır
17. Birinci instansiya məhkəməsi göstərib ki, əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı, girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqlarına aid edilmişdir: Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Lakin işdən iddiaçının mübahisəli yaşayış sahəsinə dair digər əmlak hüquqlarının olması da müəyyən olunmur.
18. Birinci instansi ya məhkəməsi həmçinin vurğulayıb ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.2). İşdə olan ifadələrə və rəylərə əsasən mübahisəli torpaq sahəsinin iddiaçının sahibliyində də olmadığı müəyyən edilir.
19. İşin yuxarıda sadalanan hallarını nəzərə alan birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Eyni zamanda Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, hüquqlarının bərpa edilməsini xahiş edib.
21. Apellyasiya şikayətinin dəlilləri: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakı nı geri ala bilər. Torpaq və Torpaq islahatları icra orqanları tərəfindən verilmiş ilkin sənədi torpağın sahibliyi kimi tanınır; - Binəqədi qəsəbə Bələdiyyəsinin 1654/1 nömrəli, 30.11.2005-ci il tarixli sərəncamı ilə 200 kv.m torpaq sahəsinin iddiaçıya məxsus olması öz təsdiqini tapır. - birinci instansiya məhkəməsi Mülkiyyətçi Servis” MMC-nin qiymətləndirmə sənədini əsas götürüb cavabdehin xeyrinə qərar qəbul edib.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7603/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmısdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)
23. Apellyasiya instan siyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi mütəxəssis və ekspert rəylərinə görə mübahisələndirilən tikilinin (hazırda cavabdehin yaşadığı ev) yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olub, sənaye təyinatlı torpaq kateqoriyasına aiddir. Yəni, həmin torpaq sahəsinin Binəqədi qəsəbə bələdiyyəsinin mülkiyyətində olması sübut olunmur. Digər tərəfdən, iddiaçının mötəbər sübut kimi istinad etdiyi Binəqədi qəsəbə Bələdiyyəsinin 1654/1 nömrəli, 30.11.2005-ci il tarixli sərəncamında iddiaçıya ayrılan 200 kvm torpaq sahəsinin Binəqədi qəsəbəsinin ərazisində yerləşdiyi göstərilsə də, mübahisələndirilən evə dair təqdim olunmuş digər sənədlərdə (Mülkiyyətçi Servis” MMC-nin qiymətləndirmə aktı, kom munal ödəniş qəbzləri və s.) cavabdeh tərəfin hazırda yaşadığı mübahisəli evin Binəqədi qəsəbəsində deyil, Biləcəri qəsəbəsində yerləşdiyi və ünvanının “M.Aslanov küçəsi 10” olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddianın və apellyasiya şikayətinin əsaslılığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Əksinə, mübahisələndirilən ərazinin dövlətin mülkiyyətində olduğu müəyyən edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə rədd etməkdə haqlı olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi rəylərə əsasən mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edildiyindən həmin torpaq sah əsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ da müvafiq icra hakimiyyəti orqanına məxsusdur. a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianını təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri: - iddiaçının qanunla qorunan hüquqları pozulub; - iddiaçını torpaq sahəsinə istifadə və sahiblik hüquqları var.; - məhkəmə sübutları MPM-in 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirməyib. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən p ozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apel lyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Hazırkı kassasiya şikayətində iddiaçının prosessual hüquq varisləri apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məh kəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
32. Belə ki, apellyasiya instansiyası qeyd edib ki, rəylərə əsasən mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edildiyindən həmin torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ da müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə rədd etməkdə haqlı olmuşdur.
33. Məhkəmə kollegiyası bununla razılaşmır. Əvvəla, işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə Binəqədi qəsəbə Bələdiyyəsinin 30.11.2005-ci il tarixli 1654/1 saylı sərəncamı əsasında Binəqədi qəsəbə ərazisindən 200 kv.m torpaq sahəsi iddiaçıya satılıb, müvafiq alqı-satqı aktı var və bu faktı bələdiyyənin də nümayəndəsi məhkəmədə təsdiq edib. Cavabdehin adına isə hər hansı torpaq ayırma sənədinin olması müəyyən edilməyib.
34. Bundan başqa, iddiaçı da məhz Binəqədi qəsəbə Bələdiyyəsinin 30.11.2005-ci il tarixli 1654/1 saylı sərəncam və alqı-satqı aktına əsasən torpaq sahəsini və üzərindəki evin boşaldılmasını tələb edib, tələbinin əsası kimi ona istinad edib ki, torpaq sahəsində ev tikib, evi məcburi köçkün olan bacısının istifadəsinə verib, sonradan isə bacısının gəlini evi hazırki cavabdehə satıb.
35. Cavabdeh isə etirazının əsası kimi göstərib ki, həmin torpağı Nübar adlı şəxs Solmaza, Solmaz da 26 min manata Cavabdeh satıb.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilən bir halı da ondan ibarətdir ki, 30.03.2018-ci il tarixdə notarial qaydada verilmiş ərizəyə əsasən X9 ünvan 1 ünvanında yerləşən 1 mərt əbəli, 2 otaqlı, orta təmirli 25.000 manat dəyərində olan fərdi yaşayış evinin X1 adına keçməsinə etiraz etməmiş, 11.06.2018-ci il tarixdə notarial qaydada verilmiş ərizəyə əsasən isə X7 həmin evin Cavabdeh adına keçməsinə etiraz etməmişdir.
37. Göründüyü kimi, işin bu halını, yəni evin cavabdehə başqa şəxs tərəfindən satılmasını müəyyən edən məhkəmələr Nübar və Solmaz adlı şəxslərin kimliyini, onların mübahisədə adı keçən torpaq sahəsi və evə aidiyyatlarını, həmin şəxslərdən hansının iddiaçının bacısının gəlini olub-olmamasını araşdırmadan iddiaçının subyektiv hüququnun olmaması barədə əsasız nəticəyə gəlmişlər.
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ekspert rəyində torpaq sahəsinin dövlət mülkiyyəti kimi sənaye təyinatlı torpaq kateqoriyasına aid olması da özü-özlüyündə iddianın rə dd edilməsi üçün əsas ola bilməz. Çünki torpağın təyinatından asılı olmayaraq onun üzərində evin mövcud olması faktı var. Bu baxımdan, ancaq torpağın təyinatına əsasən iddiaçının həmin torpağa və evə münasibətdə subyektiv hüququnun olmamasını demək səhvdir.
39. Həmçinin Mülkiyyətçi Servis” MMC-nin qiymətləndirmə aktında və kommunal ödəniş qəbzlərində cavabdeh tərəfin hazırda yaşadığı mübahisəli evin Binəqədi qəsəbəsində deyil, Biləcəri qəsəbəsində yerləşdiyi və ünvanının “M.Aslanov küçəsi 10” olduğunun qeyd edilməsinə istinadən iddianın rədd edilməsi düz deyil. Əvvəla, Mülkiyyətçi Servis” MMC-nin qiymətləndirmə aktının nə dərəcədə ünvanı müəyyən edən sübut olmasına qiymət verilməyib. Ümumiyyətlə, həmin qiymətləndirmə aktında ünvanla bağlı hansı sənədə istinad edilməsi də göstərilməyib. 4
0. İkincisi, iddiaçı özü də iddia tələbində hər hansı konkret ünvan göstərməyib ki, cavabdehin yaşadığı ünvanın rəydə və kommunal ödəniş qəbzlərində “M.Aslanov küçəsi 10” olmasına əsasən mübahisədə adı keçən evin başqa ev olmasını demək mümkün olsun.
41. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsi tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
42. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü dəlilləri, evi cavabdehə satan şəxslərin kimliyini, onların mübahisədə adı keçən torpaq sahəsi və evə aidiyyatlarını, həmin şəxslərdən hansının iddiaçının bacısının gəlini olub-olmamasını araşdırmamış, ekspert rəyinə və qiymətləndirmə aktına qiymət verməmiş, apellyasiya məhkəməsi də iddiaçının apellyasiya şikayətində irəli sürüdüyü həmin dəlillərlə bağlı heç bir araşdırma aparmamaqla birinci instansiya məhkəməsinin yol verdiyi pozuntunu təkrarlamışdır.
43. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki qeyd edilən halların araşdırılmasının iddianın bu və ya digər formada düzgün və qanuni həllinə əhəmiyyətli dərəcədə təsiri vardır.
44. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
45. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
46. Qeyd edilən hallar göstərir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı rədd edərkən işdəki sübutları, o cümlədən iddiaçının tələbinin əsası kimi istinad etdiyi sübutları araşdırmamaqla prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozmuşlar. Buna görə gəlinən nəticənin və tətbiq edilən maddi hüquq normalarının əsaslılığına məhkəmə kollegiyası qiymət verə bilmir.
47. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni v ə əsaslı olmalıdır. 48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24noyabr2005-ciil tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı meyarlar qanunvericiliyə uyğun şəkildə şərh edilib.
49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhk əmə çəkişmələrinə yol açır.
50. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7603/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.