Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1429/2014 saylı, 22 dekabr 2014-cü il tarixli qətnaməsindən və İddiaçı Cavabdeh qarşı sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən, evdən çıxrılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı, 18 sentyabr 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən; iddiaçı Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakları ilə birlikdə onun mülkiyyətində olan Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 2 saylı ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 2 saylı ev onun mülkiyyətindədir. Bu barədə RX ******* saylı qeydiyyat vəsiqəsi də vardır. Göstərilən ev ona atası Mirzəyev Əlikram Ağarəhim oğlundan miras qalmışdır. Evin istifadəsində olan torpaq sahəsi 0.12 ha olmaqla onun istifadəsindədir. Lakin o, özünə məxsus olan evə və torpaq sahəsinə daxil ola bilmir. Buna səbəb atası Mirzəyev Əlikram Ağarəhim oğlunun anası vəfat etdikdən sonra evə gətirərək qeyri rəsmi yaşadığı Cavabdehdır. O, həyətin və evin giriş qapısını bağlayaraq çıxıb getmiş, onu öz mülkiyyətində olan evə və istifadəsində olan həyətyanı sahəyə buraxmır. Cavabdeh özü həmin ünvanda yaşamasa da, ona məxsus olan bəzi əmlaklar həmin ünvandadır. Cavabdehin bu hərəkətləri onun hüquqlarını bir mülkiyyətçi və sahib kimi pozur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı, 19 fevral 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Bundan əlavə İddiaçı Cavabdeh qarşı sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən, evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X3 02 yanvar 2002-ci il tarixli, 14 saylı qərarına əsasən atası Mirzəyev Əlikram Ağarəhim oğluna fərdi yaşayış evi tikmək üçün 0,31 ha torpaq sahəsi ayrılmışdır. Atası həmin torpaq sahəsində 14 kv. m-lik yaşayış evi tikib. Həmin yaşayış evinə çıxarış alıb. Çıxarışla bərabər texniki pasport da verilmişdir. Həmin texniki pasportda qeyd etdiyi evin və 0,31 ha torpaq sahəsinin planı öz əksini tapıb. Torpaq sahəsi qeyd edilən evin istifadəsində olmuşdur. Bundan başqa həmin torpaq sahəsində atası tərəfindən digər bir ev tikilib, onlar həmin evdə də yaşamışlar. Həmin ev dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırda Bakı şəhəri, Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 2 saylı ev onun mülkiyyətindədir. Bu barədə RX ******* saylı qeydiyyat vəsiqəsi də vardır. Göstərilən ev ona atası Mirzəyev Əlikram Ağarəhim oğlundan miras qalmışdır. Cavabdeh atasının qeyri-rəsmi yaşadığı qadındır. Bilgəh Bələdiyyəsi tərəfindən 055 saylı qərara əsasən 20 sentyabr 2007-ci il tarixdə guya Cavabdeh Fərdi yaşayış evi tikmək üçün 780 kv.m torpaq sahəsi ayrılıb. Həmin qərarı Bilgəh Bələdiyyəsinin V.H.Hüseynov adlı sədri imzalayıb. 20 sentyabr 2007-ci il tarixdə torpağın alğı-satqısına dair Akt yazılıb. Həmin Aktda qeyd edilir ki, cavabdeh torpaq sahəsi almaq üçün 02 sentyabr 2007-ci il tarixdə Bilgəh Bələdiyyəsinə müraciət edib. Aktda torpaq komitəsinin nümayəndəsinin imzası yoxdur. Həmçinin, 20 sentyabr 2007-ci il tarixdə cavabdehə torpaq sahəsinin cizgisi verilib. Bütün bunları həyata keçirmək üçün cavabdeh onları yaşadığı hər iki mənzildən çıxardıb. Dövlət reyestrində qeydiyyatdan keçən evi bundan sonra sökülüb. Təzədən 0,31 ha torpaq sahəsinin daxilində yerləşən sahənin 720 kv. torpaq sahəsinə Bələdiyyədən saxta yolla köhnə tarixə qərar alıb. Hazırda Bakı şəhəri, Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 2 saylı ünvanda yerləşən evini cavabdeh sökmüşdür. Həmin sahədə yerləşən qeydiyyatdan keçməmiş evə isə ailəsi ilə birlikdə daxil olmağa imkan vermir. Qeyd edildiyi kimi cavabdeh atasından ona qalan, hazırda mülkiyyətində olan Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 2 saylı ünvanda yerləşən evini sökmüşdür. Həmçinin, həmin evin texniki pasportunda qeyd edilən sahənin 720 kv.m sahəsində atası tərəfindən inşa edilən evi zəbt edib onu ailəsi ilə birlikdə mənzilə buraxmır. Cavabdeh onun mülkiyyətində olan yuxarıda qeyd edilən 14 kv.m-lik evi sökməklə ona 15.000 manat həcmində zərər vurmuş, həmçinin 720 kv.m sahədə tikilən evdən çıxarmaqla sahiblik və yaşayış hüququdan məhrum etmişdir. Ona görə də məhkəmədən Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 2 saylı ünvanda yerləşən evinin sənəddə qeyd edilən şəkildə bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi, həmçinin, cavabdehin həmin ünvanda yerləşən torpaq sahəsindən, həmin sahədə yerləşən atası tərəfindən tikilmiş evdən çıxarılması və onun ailəsi ilə birlikdə həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı iş üzrə 18 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmayaraq onun tərəfindən təqdim edilmiş sübutlara qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ekspert rəyi birtərəfli çıxarılmış və qiymətləndirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19103 saylı 04 dekabr 2014-cü il tarixli 18029 saylı rəyi qərəzlidir, bir tərəfli çıxarılmışdır. Bundan başqa Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr xidmətinin Kadastr və Yerqurluşu, torpaqların kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli, **********07 saylı rəyi başdan başa ziddiyyətlərlə doldur. Məhkəmə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə qərar qəbul etməli və AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı təmin etməli, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********07 saylı rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19103 saylı 04 dekabr 2014-cü il tarixli 18029 saylı rəyi arasında olan ziddiyyətlər aradan qaldırılmalı idi. Ziddiyyətli ekspert rəyini əsas gətirən məhkəmə isə onun ekspert rəyi razılaşmadığına baxmayaraq qərəzli və qanunsuz qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənlər bir daha ekspert rəyini qərəzli olduğunu deməyə əsas verir. Bu ziddiyyət yalnız təkrar tikinti-texniki ekspertizası vasitəsi ilə aradan qaldırıla bilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi mülki iş üzrə qətnamə qəbul edərkən məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(008)-1429/2014 saylı qətnaməsinə sübut kimi istinad edə bilməz. Belə ki, həmin qətnamə qanuni qüvvəyə minməmiş, həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilib və mülki iş üzrə icraat hal-hazırda dayandırılmışdır. Bundan başqa qərar qəbul edilərkən mülki iş materiallarında olan Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 220331 saylı, xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinə, Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 037 saylı xx.xx.2013-cü il tarixli arayışa, Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 026 saylı, xx.xx.2013-cü il tarixli arayışa, Bilgəh Bələdiyyəsinin 055 saylı xx.xx.2007-ci il tarixli qərarına, Bilgəh Bələdiyyəsi ilə cavabdeh arasında olan 16 saylı xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsaslanması qanunsuzdur. Belə ki, Bilgəh Bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlər saxta sənəd olub 2007-ci ildən sonra verilmiş və köhnə tarixə sənədləşdirilmişdir. Odur ki, sənədlərin texniki ekspertizası keçirilərsə bu ziddiyyət aradan qaldırıla bilər. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 2(103)-316/2018 saylı, 12 fevral 2018-ci il tarixli qətnəməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı iş üzrə 18 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 2(102)-3748/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 2(103)-9276/18 saylı 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı iş üzrə 18 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-602/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 2(103)- 9276/18 saylı 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Həmçinin, Cavabdeh ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 14 kv.m fərdi yaşayış evinə daşınmaz Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 14 fevral 2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, İddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bilgəh qəsəbəsi ərazisində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv.metr torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh ilə Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi arasında bağlanmış 20 sentyabr 2007-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Sabunçu rayonu Bilgəh Bələdiyyəsi arasında 16 noyabr 2001-ci il tarixdə bağlanmış 16 saylı müqaviləyə əsasən Bilgəh qəsəbəsi Z.Tağıyev küçəsində yerləşən 780 kv.metr torpaq sahəsi 50 il müddətinə ona icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə görə sözügedən torpaq sahəsində fərdi ev və köməkçi tikili inşa etdirə bilərdi. Bununla belə qeyd edilən torpaq sahəsini sözügedən bələdiyyədə 20 sentyabr 2007-ci il tarixdə torpaq alqı-satqısına dair aktla rəsmiləşdirilmiş eyni ünvandakı 780 kv.metr torpaq sahəsini satın alıb qanuni əsaslarla fərdi ev tikdirmişdir. Hazırda əməli sahibliyində və istifadəsində olan 780 kv.metr torpaq sahəsinə əsassız iddia edən cavabdeh İddiaçı saxta sənədlərlə müxtəlif məhkəmə instansiyalarında lüzumsuz çəkişmələrə onu cəlb etsə də, həmin məhkəmə aktları ilə onun iddiası rədd edilmişdir. Onun torpaq sahəsinə aidiyyəti olmayan 14 kv.metrlik bir otaqlı fərdi evə dair dövlət reyestrindən çıxarış əldə edən cavabdeh İddiaçı həqiqətən də belə ev tikilisinin mülkiyyətçisi olması faktını yaxınlıqda yaşayan qonşular, sahə müvəkkili və kommunal xidmət subyektləri təsdiq etmirlər. Mülki mübahisənin bu həqiqi halını DƏDRXnin Abşeron Ərazi İdarəsinin 25 iyun 2013-cü il tarixli məktubu da təsdiq edir ki, cavabdehin adına daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə Abşeron Ərazi İdarəsində məlumat yoxdur. Sözügedən daşınmaz əmlakın miras qoyanın adına dövlət reyestrində müvafiq qeydiyyatına dair məlumat olmadığı halda, cavabdeh hansı əsasla qanun üzrə vərəsə olaraq mübahisəli 14 kv.metrlik fərdi evə dövlət qeydiyyatından çıxarış əldə etmişdir? Əsl həqiqət belə olduğu halda, hazırkı cavabdeh ona qarşı müxtəlif məhkəmə instansiyalarında əsassız iddia qaldırmaqla guya qeyd edilən ev tikilisini sökməklə ona maddi ziyan vurmaya dair lüzumsuz məhkəmə çəkişmələrinə cəlb edərək ailə üzvlərini təzyiq altında saxlamaqla öz evindən və torpaq sahəsindən irəli gələn hüquqlarını məhdudlaşdırır. Sabunçu Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(008)-1037/2020 №-li qərardadına əsasən İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin müvafiq olaraq 2(103)-7268/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli və 2(103)-196/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qərardadları əsasında sözügedən mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili verdikləri apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatlarıı dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-1429/2014 saylı, 22 dekabr 2014cü il tarixli qətnaməsinin və İddiaçı Cavabdeh qarşı sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən, evdən çıxrılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı, 18 sentyabr 2017-ci il tarixli qətnaməsinin qanuniliyinə və əsaslığına qiymət verməyi zəruri hesab edir. Kollegiya hesab edir ki, hər iki iş üzrə tələblər bir-birini əhatə etdiyindən onlara birgə qiymət verilməsi məqsədəmüvafiqdir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi, H.Z.Tağıyev küçəsi, 2 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Fərdi yaşayış evi üçün 0,00496 ha torpaq sahəsi istifadəyə verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 19103 saylı 04 dekabr 2014-cü il tarixli rəyinin surətindən görünür ki, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanın texniki pasportda göstərilmiş torpaq sahəsinin yerləşməsinə dair situasiya planı və ayrıc aktı olmadığından texniki pasportda göstərilən torpaq sahəsinin harada yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarı əsasında Cavabdeh qızma ayrılmış 780 kv.m olan torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsindəki H.Z.Tağıyev küçəsi boyunca dalana qədər 57.0 metr məsafədə yerləşdiyi müəyyən edilir. İddiaçı xüsusi mülkiyyətində olan evin texniki pasportunda göstərilən torpaq sahəsinin ayrılmasına dair hər hansı ayrıc aktı və ya plan sxem olmadığından eləcə də, həmin torpaq sahəsinin harada yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün olmadığından Bilgəh Bələdiyyəsi tərəfindən 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarı əsasında Cavabdeh qızma ayrılmış 780 kv.m olan torpaq sahəsi Azərbaycan Qadını küçəsindən H.Z.Tağıyev küçəsi boyunca dalana qədəı 57.0 metr məsafədə yerləşdiyindən həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmir. 2 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-382/2015 nömrəl qərardadının surətindən görünür ki, İddiaçı Bilgəh Bələdiyyəsinə və maraqlı şəxs Cavabdeh qızma qarşı “qərarın etibarsız hesab edilməsi barədə” iddiası mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 19103 saylı 04 dekabr 2014-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşə evin hazırkı vəziyyəti ilə texniki pasportda olan vəziyyəti arasında uyğunsuzluqlan olduğu müəyyən edilir. ünvan 4 ünvand yerləşən yaşayış evinin texniki pasportunda sahəsi 14.0 kv.m olan bir yaşayış otağında ibarət olduğu göstərildiyi halda faktiki olaraq tədqiq olunan yaşayış evi üç yaşayış otağından və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsi 106,3 kv.m olduğu müəyyən edilir. DƏDRX-in Bakı Şəhər ərazi İdarəsinin 20 iyun 2016-cı il tarixli **********60 saylı məktubundan görünür ki, sorğuda qeyd olunan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları-x 18,55, y ******* : x418895, y 4490783: x 418833. y 4490763:x 418824, y 4490824-dür. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 07 noyabr 2016-cı il tarixli **********30 saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mövcud ünvan məlumat bazasına əsasən məktubda göstərilən koordinatlar üzrə olan ərazi Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində adsız olan 62-ci küçəyə girişdə sağ tərəfi əhatə edir. H.Z.Tağıyev küçəsi ünvanı rəsmi olaraq mövcud deyil. Bilgəh Bələdiyyəsinin BEB seriyalı 220331 saylı 20 sentyabr 2007-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh torpaq alqı-satqısı üçün 2122,00 manat Bələdiyyənin büdcəsinə ödəmişdir. Bilgəh Bələdiyyəsinin 037 saylı 12 iyun 2013-cü il tarixli arayışından görünür ki, Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarına əsasən Cavabdeh qızma alqı-satqı yolu ilə verilmiş 780 kv.m torpaq sahəsinin üzərində heç bir tikili olmamışdır. Bilgəh Bələdiyyəsinin 026 saylı 25 aprel 2013-cü il tarixli arayışından görünür ki, H.Z.Tağıyev küçəsində yerləşən Yeni yaşayış massivi 780 kv.m sahədə tikilmiş evin əmlak və torpaq vergisini xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ödəmişdir. Bilgəh Bələdiyyəsinin 055 saylı 20 sentyabr 2007-ci il tarixli qərarının surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əvəzi ödənilməklə Cavabdeh mülkiyyətinə verilmişdir. 16 saylı 16 oktyabr 2001-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, X1 sədri X4 icarəçi Cavabdeh qızma icarə əsasında Bilgəh qəsəbəsində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv.m torpaq sahəsini icarə vermişdir. Müqavilə əsasında icarəçi 250000 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə Ekspertiza Mərkəzinin 19103 saylı 04 dekabr 2014-cü il tarixli rəyində deyilir ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2017-ci il mrixli **********07 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, İddiaçı adına verilmiş (iş materialı səhifə 8-də reyestr nömrəsi **********34- 10301) çıxarışın plan-ölçü sənədi yəni koordinatları olmadığı üçün, halhazırda həmin ərazinin daş hasarla 4 hissəyə bölünüb və üzərində ayrı-ayrılıqla 1 ədəd 1 mərtəbəli, 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evləri tikildiyi, yaşayış kimi istifadə olunduğu, AR ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsinin 20 sentyabr 2016-cı il tarixli **********60 nömrəli məktubunda göstərilən koordinatlar 0.32 hektar ərazini əhatə etdiyi, sökülmüş tikilinin həmin ərazinin hansı hissəsinə düşdüyünü müəyyən etmək mümkün deyil. ünvan 6 ünvanla əlaqədar bildiririk ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mövcud ünvan məlumat bazasına əsasən mübahisəli (müəyyən koordinatlara əsasən) ərazi Bilgəh qəsəbəsi Azərbaycan qadını küçəsindən adsız olan 62-ci küçəyə girişdə sağ tərəfi əhatə edir. H.Z.Tağıyev küçəsi ünvanı rəsmi olaraq mövcud deyil. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilib. İddiaçı adma verilmiş (iş materialı səh.8-də reyestr nömrəsi **********34-103,01) çıxarışın planölçü sənədi, yəni koordinatları olmadığı, iş materialına əlavə edilmiş sxem miqyassız və koordinatsız olduğu üçün həmin mübahisəli ərazinin çıxarışla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin baş məsləhətçisi Rasim Ələkbərov tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, iş materiallarında olan RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanın tikdiyi, texniki pasportda göstərilmiş torpaq sahəsinin yerini və koordinatları müəyyən olunmuşdur. İş materiallarında olan Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarı əsasında Cavabdeh ayrılmış Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsində sahəsi 780 kv.m olan torpaq sahəsinin cizgisi təqdim edilmədiyindən koordinatlarını və yerini müəyyən etməsi mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 6484 saylı 11 aprel 2014-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanın tikdiyi, texniki pasportda göstərilmiş torpaq sahəsinin yerini və koordinatları müəyyən olunmuş, lakin cavabdehin sərəncamında (istifadəsində) olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkün olmadığından qərardadın üçüncü sualında göstərilən məsələnin həllinə dair, yəni iş üzrə tərəflərin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh Qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 2424 saylı 08 iyul 2013-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Bilgəh qəsəbəsi H.Z.Tağıyev küçəsi yeni yaşayış massivində qeydiyyatsız yaşayır, Cavabdeh məxsus olan 780 kv.m torpaq sahəsi Mirzəyev Əlikrama 2002-ci ildə verilən 0,31 ha torpaq sahəsi ilə eyni ərazidə deyil, onunla qonşu sahədədir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin baş məsləhətçisi Rasim Ələkbərov tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iş materiallarında olan RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanın tikdiyi, texniki pasportda göstərilmiş torpaq sahəsinin yerini və koordinatları müəyyən olunmuşdur. İş materiallarında olan Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarın ayrılmaz hissəsi olan torpaq sahəsinin cizgisində ayrılmış sahənin tərpənməz nöqtələrə bağlantıları göstərilmədiyindən və cizgidə göstərilən ölçülər naturada müəyyən olunmadığından Cavabdeh ayrılmış Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsində sahəsində ayrılmış 780 kv.m torpöaq sahəsinin koordinatlarını və yerini dəqiqləşdirmək mümkün olmamışdır. Cavabdehə ayrılmış torpaq sahəsinin cizgisində ayrılmış sahənin tərpənməz nöqtələrə bağlantılar göstərilmədiyindən və cizgidə göstərilən ölçülər naturada müəyyən olunmadığından iddiaçının mülkiyyətində olan evin texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bilgəh Bələdiyyəsinin 037 saylı 12 iyun 2013-cü il tarixli arayışından görünür ki, Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarına əsasən Cavabdeh alqı-satqı yolu ilə verilmiş 780 kv.m torpaq sahəsinin üzərində heç bir tikili olmamışdır. DƏDRX-in 4 saylı Abşeron ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********98 saylı məktubundan göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 4116/19 nömrəli xx.xx.2019-cu il tarixli qərardadına əsasən AR ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, müayinə olunan ərazidə xx.xx.2013-cu il tarixli, **********34-10301 reyestr nömrəsi ilə İddiaçı adina qeydiyyata alınaraq yalnız çıxarış verilmiş ümumi sahəsi 14.0 kv.m. olan fərdi yaşayış evi aşkarlanmamışdır. Apellyasiya baxışında əlavə məhkəmə tikinti-texniki eskpertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 10/1703 nömrəli rəyində göstərilmişdir ki, Bilgəh bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarı əsasında Cavabdeh ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinin Mirzəyev Əlikram Ağarəhim oğlunun adına tərtib olunmuş 2005-ci il tarixli, 717 invertar nömrəli texniki pasportda qeyd olunan 3012,6 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, **********34-10301 reyestr nömrəli Çıxarışda qeyd olunan 0,00496 ha torpaq sahəsinin və 14 kv.m fərdi yaşayış evinin texniki parametrlərini əks etdirən sənəd təqdim olunmadığından (mütəxəssis rəyinə əsasən plan-ölçü sənədi barədə məlumat aşkar edilməmişdir) eyni zamanda baxış zamanı təqdim olunan ərazidə ümumi sahəsi 14 kv.m təşkil edən yaşayış evi mövcud olmadığından və təqdim olunmuş ərazinin "Google Earth" internet proqramında mövcud olan illər üzrə görüntülərində ümumi sahəsi 14 kv.m təşkil edən yaşayış evi müşahidə edilmədiyindən ("Google Earth" internet proqramından görünür ki 2009-cu il tarixdə təqdim olunan sahə boş ərazidir, 2012-ci il tarixdə Cavabdeh istifadəsində olan yaşayış evi mövcuddur) RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 7 ünvanı ilə Bilgəh bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarı əsasında Cavabdeh ayrılmış Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsində sahəsi 780 kv.m olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır Baxış zamanı təqdim olunmuş ərazidə faktiki olaraq Cavabdeh istifadəsində olan eni 10 metr, uzunluğu 13 metr təşkil edən bir mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilənlər ondan ibarətdir ki, iddiaçının mülkiyyətində sahəsi 14.kv.m olan bir ev olmuşdur. Həmin ev hazırda mövcud deyil. Eyni zamanda cavabdehin istifadəsində olan üç otaqdan ibarət olan bir ev mövcuddur. Həmin ev sahəsi 780 k v.m olan torpaq sahəsində yerləşir. Keçirilmiş çoxsaylı ekspertiza rəyləri ilə cavabdehə məxsus olan torpaq sahəsinin iddiaçının atasının vaxtı ilə istifadəsində olmuş 32 sot torpaq sajəsinin üzərində inşa edilməsi müəyyən edilməmişdir. Cavabdehin adına torpaq sahəsinin verilməsi barədə bələdiyyənin müvafiq qərarlarının etibarsız hesab olunmasına dair iddiaçının tələbi təmin edilməmişdir (mümkün sayılmamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Mülki Məcəllənin 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı ona məxsus olan evin yerləşdiyi torpaq sahəsinin ölçüləri, sərhədləri, harada yerləşməsi, həmin sahənin məhz cavabdeh tərəfindən qonşuya satılması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı onun evinin və yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən qonşuya satılması və sonuncunun həmin evi sökməsi dəlilini əvvəlki apellyasiya icraatı zamanı bildirmişdir. Hansıki, məhkəmələr həmişə iddiaçıya məxsus olan evin məhz cavabdehin istifadəsində olan evin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsi ilə aydınlaşdırmağa çalışmışlar. Bütün bu araşdırmalardan sonra iddiaçı bildirir ki, həmin ev qonşuya satılmış və sonuncu tərəfindən evi sökülmüşdür. İddiaçı səsləndirdiyi yeni dəlillə bağlı ağlabatan sübut gətirə bilməmişdir. Belə bir sübut kimi torpağın qonşunun istifadəsində olmasına dair sübutlar ola bilərdi və bu halda da, evi sökən qonşuya qarşı da tələb irəli sürülə bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşadığı evdən çıxarılması və iddiaçının ailəsi ilə birlikdə həmin evə köçürülməsi tələbi təmin oluna bilməz. Çünki, həmin evin yerləşdiyi torpaq sahəsi cavabdehin istifadəsinə ayrılmış, iddiaçı həmin sənədləri mübahisələndirsə də, buna nail ola bilməmiş, qeyd olunan evin tikintisində iddiaçının hərhansı rolu olması və həmin evdə yaşaması faktı təsdiq olunmamışdır. Nəzəri olaraq qəbul etsək ki, hətta, iddiaçının mərhum atası cavabdehlə birgə yaşadığı vaxtı həmin evin tikintisində iştirak etmişdir, yenə də, iddiaçının həmin evə istifadə hüququ yaranmır, çünki həmin evdə yaşamamış və ev miras əmlakın kütləsinə daxil deyil. Beləliklə, iddiaçı ona məxsus olan sahəsi 14 kv.m evin və evə aid olan torpaq sahəsinin cavabdeh tərəfindən kiməsə satılması, bununla da evinin sökülməsi üçün şərait yaradılması, eləcə də, cavabdehin yaşadığı evə hüquqlarının olması hallarını sübuta yetirə bilmədiyi üçün işə baxan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı məsələsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruzi hesab edir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, X3 xx.xx.2002-ci il tarixli 14 saylı Qərarına əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Mirzəyev Əlikram Ağarəhim oğlunun adına dövlət reyestr xidmətdə qeydiyyata alınmışdır. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi 05 fevral 2013-cü il tarixdə ünvan 9otariat kontoru tərəfindən təsdiq edilmiş 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum Mirzəyev Əlikram Ağarəhim oğlunun vərəsəsi İddiaçı miras əmlakından tam irs almışdır. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013cü il tarixdə **********34-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2015-ci il tarixli 2-1(82)- 382/2015 №-li qərardadına əsasən İddiaçı cavabdeh Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə və üçüncü şəxs Cavabdeh qarşı qərarın etibarsız hesab olunması barədə iddiası iddiaçının həmin iddianı irəli sürməkdə subyektiv hüquqa malik olmaması səbəbindən mümkün sayılmamışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi ilə Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iddiaçı qeyd olunan qərarla üçüncü şəxsə ayrılmış torpaq sahəsinin ona məxsus olmasını, həmçinin kserosurətini təqdim etdiyi Bilgəh Bələdiyyəsinin 02 yanvar 2002-ci il tarixli 14 saylı qərarı ilə fərdi yaşayış evi inşa etmək üçün vəfat etmiş atası Mirzəyev Əlikram Ağarəhim oğluna Bilgəh qəsəbə ərazisində ayrılmış 0,31 ha torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməsini, daha sonra, qeyd olunan 0,31 ha torpaq sahəsi ilə üçüncü şəxsə (Cavabdeh) məxsus 780 kv.m torpaq sahəsinin üst-üstə düşməsini (məhkəmə ekspertizası mərkəzinin 04 dekabr 2014-cü il tarixli 19103 saylı ekspert rəyi) təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, eləcə də həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" QSC-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 fevral 2020-ci il tarixli qərarında vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İşə baxan birinci instansiya məhkəməsi iş gəldiyi nəticəni onunla əsaslandırmışdrı ki, cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 14,0 kv.metr olan fərdi yaşayış evinin sərhədlərinin Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi ərazisində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv.metr torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşməsi müəyyən edilmədiyindən, iddiaçının hazırkı tələblə çıxış etməkdə subyektiv hüququ yoxdur. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hal, yəni İddiaçı mülkiyyətində olan ümumi sahəsi 14,0 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi ərazisində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv.metr torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşməsinin müəyyən edilməməsi hazırda araşdırılan digər iki mülki iş üzrə araşdırma nəticəsində də öz əksini tapmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan tələb üzrə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1429/2014 saylı, 22 dekabr 2014-cü il tarixli qətnaməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı, 18 sentyabr 2017-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1/2022
03.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver