Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-100/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının vəkili X10 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənzilin alğı-satqısı haqqında müqaviləyə əsasən ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-991/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçının cavabdehlə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli 10985 saylı və xx.xx.2009-cu il tarixli 10984 saylı mənzilin alğı-satqısı haqqında müqavilələrə əsasən tərəfindən ödənilmiş 417900 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-991/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 78.1, 80, 217.4; Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 425.2, 567, 568.1, 580.1, 580.3, 646.1, 646.2, 1091.2, 1092.1-ci maddələrinə istinadən) təmin edilmiş, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən xx.xx.2009-cu il tarixli 10985 saylı və xx.xx.2009-cu il tarixli 10984 saylı mənzilin alğı-satqısı haqqında müqavilələrə əsasən ödənilmiş 417900 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 2.İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Satıcı "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli 10984 saylı mənzilin alğı-satqısı haqqında müqavilənin surətinə əsasən satıcı ünvan 1 ünvanında inşa etdiyi 1-2 saylı binada 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226.6 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin qiyməti tərəflərin razılığı ilə 226600 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini tam olaraq ödəməyi öhdəsinə götürür. Satıcı öhdəlik götürür ki, inşa etdiyi binanı 12 ay müddətində alıcıya təhvil verəcək; - Satıcı "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli 10985 saylı mənzilin alğı-satqısı haqqında müqavilənin surətinə əsasən satıcı ünvan 1 ünvanında inşa etdiyi 1-2 saylı binada 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin qiyməti tərəflərin razılığı ilə 191300 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini tam olaraq ödəməyi öhdəsinə götürür.Satıcı öhdəlik götürür ki , inşa etdiyi binanı 12 ay müddətində alıcıya təhvil verəcək; - xx.xx.2009-cu il tarixli, 4155 və 4156 saylı maliyyə arayışlara əsasən mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və heç bir borcu yoxdur; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2018-ci il 2(011)-1586/2018 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzildən çıxarılma, əmlakın qanunsuz sahiblikdən qaytarılmaqla faktiki sahiblik və istifadəyə verilməsinin təmin olunması barədə ilk iddiası təmin edilməmiş, iddiaçı X6 cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı sahiblik və istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilərək "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli 10985 saylı mənzilin alğı-satqısı haqqında müqavilə etibarsız hesab edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2018-ci il 2(011 )-344/2018 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması, qabaqcadan qeydiyyat üçün tələb olunan sənədlərin verilməsinin təmin olunması,barədə ilk iddiası təmin edilməmiş, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh "xxxx" MMC-yə və qeyrisinə qarşı sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə iddiası təmin edilərək "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli 10984 saylı mənzilin alğısatqısı haqqında müqavilə etibarsız hesab edilmişdir; İddiaçı oğlu tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubunun surətinə əsasən cavabdeh mənzillərə görə ödənilmiş 417900 manat pulun 3 gün müddətində ona verilməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi barədə xəbərdar edilmişdir(səh.10, 15, 20, 21, 42, 51, 59) 3.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8905/2019 saylı işi üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 991/2019 saylı iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı "xxxx" ASC-yə qarşı “mənzillərin alğı-satqısı haqqında müqavilələrə əsasən ödənilmiş pul vəsaitinin tutulması” barədə iddia tələbi təmin edilməmişdir. 4.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-411/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş,Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Mülki Prosessual Məcəllənin 416, 417; Mülki Məcəllənin 377.1, 385.1, 386.1, 387.3, 389.1, 390.5, 405.1, 425.1, 425.2, 442, 448.1, 1091.1. 1092.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməyərkən Azərbaycan Respublikası Mülki Məcəllənin yuxarıda göstərilən normalarını pozmaqla iddiaçı ilə cavabdeh arasında olan müqavilənin hal-hazırda qüvvədə olmasını, həmin müqavilənin şərtlərinin məhz cavabdeh tərəfindən icra edilməməsini nəzərə almamış, əsassız olaraq bu iş üçün əhəmiyyəti olmayan Xətai Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə iddia müddətini tətbiq etməklə iddianı təmin etməməklə haqlı olmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr qüvvədə olmaqla cavabdeh iddiaçıya evin verilməsinə dair öhdəliyi icra etməmiş, evin ona verilmədiyini görən iddiaçı ödədiyi pulun tutulmasına dair hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İş materiallarından da görünür ki, iddiaçı isə öz hüququnun pozulduğunu həmin mənzillərin "xxxx" MMC tərəfindən başqa şəxslərə satıldığını öyrəndiyi zaman, yəni "xxxx" MMC-yə qarşı iddia qaldırdığı zaman bilmişdir. İddiaçı artıq müəyyən etmişdir ki, həmin mənzillərin yerləşdiyi bina Sahil D Kompani” MMC tərəfindən tikilir və mənzillər cavabdeh tərəfindən təhvil verilə bilmədiyi üçün mənzillərə görə ödənilmiş pul cavabdehdən tələb edilməlidir. Belə olan halda iddiaçının iddia müddətini buraxmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir və apellyasiya məhkəməsi bunu öz qətnaməsində də əsaslandırmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərkən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdehin apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2, 14.2, 71, 88, 217, 357, 373, 384, 385, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin direktorudur, mübahisəli mənzillər X5 adında olmuşdur. Qeyd edilən MMC ilə X11 arasında 505032 manat məbləğində borc münasibətləri olmuşdur. Borc barter təsdiq formasında öz əksini tapmışdır. X5 "xxxx" MMC-yə 505032 manat borcun əvəzində hər iki mənzilin ümümi dəyəri 417900 manat məbləğində mənzillə əvəzləşdirilmişdir. Lakin mənzilllər "xxxx" MMC-nin adına yox onun direktoru olan İddiaçı adına rəsmiləşdirilmişdir. Mübahisəli mənzillər "xxxx" MMC tərəfindən inşa edilmişdir. "xxxx" MMC mübahisəli mənzilləri barterlə "xxxx" ASC-yə vermişdir. Həmin mənzillər isə X1. Bundan əlavə, iş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında eyni mənzillərlə bağlanmış müqavilələrə və maliyyə arayışlarına heç bir hüquqi münasibət bildirməmişdir. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında eyni mənzillə bağlı müqavilələr xx.xx.2010-cu il tarixdə bağlanmışdır. Həmçinin, İddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, mübahisəlli mənzillərin dəyərini "xxxx" MMC-yə ödəyərək bu barədə MMC-nin möhürü ilə təsdiq edilmiş qəbz almışdır. Lakin iddiaçı, məqsədli şəkildə həmin qəbzi məhkəməyə təqdim etməmişdir. Məhkəmənin hal-hazırki qətnaməsi ilə iddiaçının eyni mənzillərə görə həm "xxxx" ASC-dən, həm də "xxxx" MMC-dən pul tələb etmək hüququ yaranmışdır. Bu isə iddiaçının əsassız varlanmasına gətirib çıxaran haldır. Həmçinin, məhkəmə iddianı təmin edərkən mübahisəli mənzillərin dəyərinin ödənilməsini təsdiq edən sənəd kassa mədaxil orderlərinin olubolmamasını da araşdırmamışdır. Maliyyə arayışı isə ödənişi təsdiq edən sənəd olmadığından məhkəmə bu məsələyə də hüquqi qiymət verməmişdir. Maliyyə arayışı borcun olmamasını təsdiq edən sənəd olduğundan həqiqətdə ödənilməmiş məbləğin cavabdehdən tutulması qeyri-qanunidir. Halbuki, tərəfimizdən məhkəməyə barter təsdiq sənədini məhkəməyə təqdim edildiyi halda məhkəmə qeyd edilən sənədə də hüquqi qiymət verməmişdir. Eyni zamanda, iş materiallarında olan "xxxx" ASC tərəfindən STS şirkətlər qrupuna ünvanlanmış xx.xx.2009-cu il tarixli məktuba əsasən məlum olur ki, qeyd edilən mənzillər X5 adına olmuş və həmin mənzillərin İddiaçı adına sənədləşdirilməsi xahiş edilmişdir. Lakin məhkəmə qeyd edilən məktuba da hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəmə iddia müddətinin keçməsinə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin müvafiq bəndinə əsasən mənzil alıcıya 12 ay müddətində təhvil verilməlidir. Müqavilə isə 2009-cu il tarixdə bağlanmışdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mənzil ona 4 ilə əvvəl təhvil verilmişdir, yəni 2014-cü ildə. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması ilə bağlı iddia müddəti şamil edilmişdir. Lakin, məhkəmənin iddiaçının mülkiyyətçi olması qənaətinə gəlməsi yanlışdır. Belə ki, iddiaçı mülkiyyət hüququndan irəli gələn deyil, müqavilə öhdəliyindən irəli gələn tələb ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı məqsədli şəkildə əmlak üzərinə sahiblik və istifadə hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət edərək iddia müddətini guya bərpa etmişdir. Halbuki, müqaviləyə əsasən mənzil ona 12 ay müddətinə təhvil verilməli idi. İddiaçı isə məhkəməyə 2018-ci il tarixdə müraciət etmişdir ki, burda da iddia müddətini ötürmüşdür. Buna görə də, məhkəmənin bu qənatə gəlməsinin də hüquqi əsası yoxdur. Həmçinin, məhkəmə ərazi aidiyyət qaydalarını da pozmuşdur. Belə ki, MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh ‘Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçasi 224-dür. Məhkəmə qətnamə üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və mübahisənin prosessual normaları üzrə istiqamətinə hüquqa aid olan bütün elementlərin və faktların tədqiqini təmin etməmiş, iş üçün bütün zəruri sübutları əlaqəli şəkildə, heç bir səbəb göstərmədən işin hərtərəfli həlli məqsədi ilə sübutların qəbul edilibedilməməsi səbəblərini obyektiv yanaşmaqla izah etməmişdir ki, bu nəticə etibarı ilə işin tam, hərtərəfli və qanuni normalar əsasında araşdırılması və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bu zaman işə baxan məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmadan lazımi şərait yaratmamış, çəkişmə prinsipini kobud şəkildə pozmuş, sübutların qiymətləndirilməsində, hüququn tətbiqində səhvə yol vermiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsi səbəblərini əlaqəli olaraq düzgün və qanununun tələbinə uyğun izah verməmişdir. Halbuki, “Məhkəmə Qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada izah edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinn icratında olan 2(012)-3517/2020 saylı iş baxılanadək iş üzrə icraat dayandırılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1176/2022 saylı işi üzrə 17 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səmdar Cəmiyyətinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh nümayəndəsi X8 qeyd edilən müqavilə üzrə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ödəniş edilmədiyini, ASC-nin mənzilin əvvəlki sahibinə xidmətin əvəzi olaraq iki mənzil verdiyini, lakin onun xahişi ilə həmin mənzilləri iddiaçının adına rəsmiləşdirdiklərini, müqaviləni təsdiqlədiklərini, mənzillərin təhvil verildiyini, mübahisəli mənzillərin isə "xxxx" MMC-yə məxsus olduğunu, borc müqabilində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə verildiyini bildirmiş, əhəmiyyətsiz əqd bağladıqlarını qeyd etmişdir. 8.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X10 apellyasiya şikayətini əsassız hesab etdikləri, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə aralarında alğı-satqı müqaviləsinin olduğunu, onlara maliyyə arayışının verildiyini, mənzillərə yaxınlaşarkən mənzillərin başqa şəxslərə məxsus olduğunu, ümümiyyətlə mənzillərin Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə deyil, "xxxx" MMC-yə məxsusluğunu bildiklərini və 2018-ci ildə məhkəməyə müraciət etdiklərini, cavabdehin onlardan əsassız olaraq pul aldığını, özünə aid olmayan mənzilləri onlara satdığını, bu səbəbdən barələrində xüsusi qərardad çıxarılmasını xahiş etdiklərini və ödənilmiş pulu geri istədiklərini qeyd etmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 418-1-420-ci maddələrinə əsasən Qanuni qüvvəsi olan Kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi hissədə və əsaslarla qətnamənin yoxlanılması müəyyən edildiyindən, yalnız bu hissədə apellyasiya icraatının araşdırılması mümkünlüyü nəzərə alınmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-153, 178, 324, 337-360, 385-390, 560, 567-570; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə və kassasiya instansiyası məhkəməsinin göstərişlərinə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358-ci maddəsinə əsasən: «Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur». Hüquqi şəxslər arasında ilkin olaraq bəyənilən sonradan pozulan münasibətləri iddiaçının əmlak mənafelərinin ciddi şəkildə pozulmasına səbəb olmuşdur.İddiaçının münasibətlərinin «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə olduğu və biləvasitə «Sahil-D Kompani” MMC ilə münasibətlərinin olmadığı, sonuncuya məxsus olan mənzillərin səlahiyyətləri olmayan şəxs olan «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən satılmasının əhəmiyyətsiz olması, digər qətnamə ilə müəyyən edilən preyudisiya əhəmiyyətli və hazırki araşdırılan hallar ilə öz təsdiqini tapdığıdan, habelə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddianın qəbul etməsini və onun əsaslı olduğunu bir daha təsdiq edir. İddia müddətinin ötürülməməsinə dair kassasiya instansiyası məhkəməsinin mövqeyini təkzib edən sübutlar təqdim edilmədiyindən kollegiya hesab edir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilməsi üçün əsaslar olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxsə aid edilməlidir. 12.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-991/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-100/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-100/2022
03.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver