Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10002/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qızının cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürmə” tələbi ilə bağlı mülki iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08.06.2020-ci il tarixli qətnaməsindən İddiaçılar İddiaçı2, İddiaçı3 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qızının cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürmə” tələbi ilə bağlı Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək İddiaçı1, İddiaçı2, İddiaçı3 qızının və himayəsindəki azyaşlı uşaqlar Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), ev 20A-ya köçürülmələrini və həmin evə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08.06.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı1 Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), ev 20A saylı evə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08.06.2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08.06.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılarkən Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 sayl, 11 noyabr 2021-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda qeyd olunur ki, “mülki iş üzrə Sabunçu Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08.06.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 prosessual müddətin bərpasına dair ərizəsinə baxılması üçün həmin mülki işin Sabunçu rayon Məhkəməsinə göndərilməsi xahiş olunur”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin apellyasiya şikayətinin mümkünlüyü barədə (icraata qəbul edilməsi barədə) 22 sentyabr 2021-ci il tarixli 2(103)-10002/2021 saylı qərardad ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mülki işin apellyasiya şikayətinin mümkünlüyü barədə (icraata qəbul edilməsi barədə) 22 sentyabr 2021-ci il tarixli, 2(103)-10002/2021 saylı qərardad ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10002/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10002/2021
15.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver