Məhkəmə qərarları › İş №2(103)-1001/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1001/2023

05.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1001/2023 05.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh “X11” X15rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4226/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X11” X15rşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, işdən azad edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində X6 xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun X6 X16 X13 Hüquq Şəxsinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinə mütəxəssis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4226/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh “X11” X15rşı “Əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçıya buna səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək, mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin X17 Peşə Təhsili Mərkəzinə müəllimə vəzifəsinə işə təyin edilmişdir. Bundan sonra işəgötürənin adı dəyişərək, X6 X16 Hazırlığı X5muşdur. Bununla bağlı o, öz ərizəsi ilə xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin X17 Peşə Təhsili Mərkəzinin müəllimi vəzifəsindən azad edilərək, X6 X16 X13 Hüquqi şəxsin xx.xx.2021-ci il tarixli əmri ilə sənədlərlə, müraciətlərlə və iş inzibati şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. Lakin heç bir qanuni əsas olmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində X6 xx.xx.2022-ci il tarixli əmri ilə qanunsuz olaraq işdən azad olunmuşdur. Bununla belə, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində X6 əmri ilə işdən azad edilsə də, Xidmətin X17 Peşə Təhsili Mərkəzində müəllim vəzifəsində işləmiş və həmin işdən azad edilmişdir. Başqa sözlə, o, X7 deyil, X14 regional Peşə Təhsili Mərkəzində müəllimə vəzifəsində işləmişdir. X3 və əmək funksiyalarını yerinə yetirdiyi X21 Mərkəzi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş və bunu təsdiq edən “İlkin mediasiya sesiyyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2021-ci il tarixli arayış iddia ərizəsinə əlavə edilmişdir. Bununla belə, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmiş, lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinin tələblərini pozmuş, bununla da prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Göstərilənlərin nəzərə alınması və qeyd edilən qərardadın ləğv edilməsi, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilərək, mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4246/2022 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4226/2022 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir; 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır; 6.3-cü maddəsinə əsasən mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır; 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mediasiya ümumi anlamda mübahisənin tənzimlənməsinə yardım edən üçüncü şəxsin, yəni vasitəçinin (mediatorun) iştirakı ilə mübahisə edən tərəflərin öz aralarında könüllü danışıqlar aparması yolu ilə barışdırılması prosedurudur. Mediasiya – mübahisənin həll edilməsinin alternativ vasitələrindən biridir. Bu sahəni tənzimləyən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda mediasiyanın anlayışı, məqsədi, habelə prinsipləri təsbit edilmişdir. Belə ki, həmin Qanuna əsasən mediasiyanın mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan proses olduğu göstərilmiş və bu prosesin tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi daşıdığı qeyd edilmişdir. Bununla belə, mediasiyann anlayışı, onun məqsədi, bu prosesin mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlarına əsaslanması və könüllü xarakter daşıması bir mənalı şəkildə belə qənaətə gəlməyə imkan verir ki, bu prosesə cəlb edilmiş tərəflərin öz aralarında yaranmış mübahisəni hər hansı formada həll etmək imkanı olur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, bu qəbildən olan işlər üzrə mediasiya prosesində iştirak tələb olunduğundan iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin bu tələbinə riayət etmiş və bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmişdir. Sadəcə olaraq tələbinə və iş yerinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirakla bağlı təklif Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 X16 X13 Hüquqi şəxsinə göndərilmişdir. Bu qurumun nümayəndəsi də ilkin mediasiya sessiyasında iştirak edərək, bu sessiyadan sonra prosesi davam etdirmək niyyətini bildirməmişdir. Bundan sonra iddiaçının hazırki tələblərlə bağlı iddiaları Göyçay Rayon Məhkəməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyətı qaydalarına riayət edilməməsi əsası ilə geri qaytarılmış və nəticədə iddiaçı onu işə qəbul edən və tutduğu vəzifədən azad edən X4rşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddiaya baxılan zaman cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Başqa sözlə, cavabdehin mübahisəyə münasibəti aşkardır və onun mövqeyi mövcud vəziyyətdə iddiaçı ilə cavabdeh (ilkin olaraq onun tabeliyində olan qurum) arasında yaranmış mübahisənin nəinki qarşılıqlı razılıq əsasında həlli edilməsini, ümumiyyətlə münaqişə səviyyəsinin azaldılmasını qeyri-mümkün edir. Bununla belə, tərəflərin bundan sonra mediasiya prosesində iştirakı formal xarakter daşımaqla əhəmiyyətsiz olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Bu səbəbdən İddiaçı şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4226/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin həllinə hər hansı hüquqi zərurət olmadığından şikayət həmin hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-400-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh “X11” X15rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4226/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4226/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. İddiaçı şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar