Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10013/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.07.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fondun adından həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, həmin şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Fondun Kreditlərin idarə edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov tərəfindən imzalanmışdır. Fondun Kreditlərin idarə edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov onun Fondun adından məhkəmə aktından verilən apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmasının müəyyən edilməsi üçün apellyasiya şikayətinə Fondun Problemli kreditlərlə iş İdarəsinin rəisi Elnur Quliyev tərəfindən imzalanmış və ona verilmiş 08.07.2021-ci il tarixli Vəkalətnaməni əlavə etsə də, Məhkəmə bildirir ki, Elnur Quliyevin bu kimi vəkalətnaməni vermək səlahiyyətinin olmasını təsdiq edən sənədlər məhkəmələrə təqdim edilməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, Fondun adından Azər Əmirovun imzaladığı apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qiymətləndirilməlidir. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə MPM-nin 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Lakin Rayon Məhkəməsi şikayəti geri qaytarmamışdır. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması üçün şikayət mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10013/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10013/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver