Məhkəmə qərarları › İş №2(103)-1002/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1002/2021

09.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1002/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Tərcüməçi Əhmədova Könül Seyidələkbər qızının, Cavabdeh3 (İrkina) Rastyamovna iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 (İrkina) Rastyamovna, Cavabdeh1, Cavabdeh2 və X1rşı “mənzilin bölünməsi və icarə müqaviləsinin bağlanması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-178/2003 saylı, xx xxxxxx 2003-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 İrkine (İrkina) Rastyamovna, Cavabdeh1, Cavabdeh2 və X1rşı “mənzilin bölünməsi və icarə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-178/2003 saylı, xx xxxxxx 2003-cu il tarixli qətnaməsi iddia təmin edilmiş, Bakı şəhəri, Gen. Mehmandarov küçəsindəki 76 saylı evin 125-ci mənzilinin icarə müqavilsi dəyişdirilmiş, həmin evin sahəsi 12.5 kv.m olan bir yaşayış otağının icarə müqaviləsinin İddiaçılə bağlanılması Bakı şəhəri, Xətai rayon, Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilmiş, Kommunal xidmətlər və ümumi istifadə yerləri ümumi istifadədə saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh3 (İrkina) Rastyamovna apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-178/2003 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh3 şikayətlər məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-178/2003 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11993/2019 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-178/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh3 (İrkina) Rastyamovna tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(011)-178/2003 saylı qərardadı ilə Cavabdeh3 (İrkina) Rastyamovnanın apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh3 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-178/2003 saylı qərarının çıxarılması və icrası ilə bağlı məhkəmə prosesinin bərpa edilməsini xahiş etmişdir. Daha sonra ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-178/2003 saylı itirilmiş məhkəmə icraatının bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(011)-178/2003 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 178/2003 saylı, xx xxxxxx 2003-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-178/2003 saylı qərardadı ilə ərizə təmin edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-178/2003 saylı qətnaməsi xx xxxxxx 2003cü il tarixdə qəbul edilmişdir. Cavabdeh3 həmin məhkəmə iclasında iştirak edərək, iddianı qəbul etmişdir. Cavabdeh3 qətnamənin qəbul edilməsindən 16 ildən çox vaxt keçdikdən sonra qətnamədən apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” X6 Məhkəməsini xx.xx.2017ci il tarixli qərarında göstərilmişdir ki, “Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X3rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Baxmayaraq ki bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıb-qazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax Karen Pogosyan Ermənistana qarşı qərarına, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38).” Kollegiya hesab edir ki, Cavabdeh3 mübahisəli məhkəmə qətnaməsindən məlumatsız olması və 16 il sonra həmin qətnaməni mübahisələndirməsi həqiqəti əks etdirmir və ağlabatan hesab edilə bilməz. Belə ki, cavabdeh məhkəmə iclasında iştirak edərək, iddianı qəbul etmişdir. Bu hal cavabdehin öz hüquqlarından vicdanla istifadə etməsini şübhə altına alır və hüquqlardan suiistifadəyə səbəb ola bilər. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən ötülürmüş müddətin bərpa edilməsinə dair ərizə təmin edilsə də, nəzərə almaq lazımdır ki, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli aktlara əsasən hazırkı iş üzrə iş materialları məhv edilmişdir. İş materialları məhv edildiyindən qətnamənin Cavabdeh3 tərəfindən alınması iş materialları ilə müəyyən edilmir. Lakin, Cavabdeh3 prosessul müddətin bərpa edilməsinə dair xx xxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, o ailə və maddi vəziyyəti ilə əlaqədar olaraq vaxtında apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsinin apellyator tərəfindən müəyyən səbəblərə görə mübahisələndirə bilməməsi, məhkəmə qətnaməsinin ona təqdim edilməməsinə dəlalət edə bilməz. Apellyator özü də, məhkəmə qərarının vaxtında ona təqdim edilməməsinə istinad etməmiş və bununla bağlı hər-hansı hüququnun pozulmasına istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 (İrkina) Rastyamovna tərəfindən verilmiş apellyasiya şikayət mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-178/2003 saylı, xx xxxxxx 2003-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh3 (İrkina) Rastyamovna tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar